“Qırmızı
Qəsəbə bundan
sonra da multikulturalizm nümunəsi
olacaq”
Tarixboyu Azərbaycanda müxtəlif
dinlərə, dillərə
və millətlərə
mənsub olan insanların səmimi, mehriban şəkildə yaşaması ölkəmizin
simasında beynəlxalq
aləmdə müsbət
tolerant ölkə imici
formalşadırıb.
Bunu ölkəmizə hər il gələn
çoxsaylı xarici
qonaqların, dövlət,
elm, ictimaiyyət nümayəndlərinin,
o cümlədən turistlərin
Azərbaycanda gördüklərindən
heyrətləndikləri və
ölkəmizdəki tolerantlıqdan
olduqca məmnun qalmaları da sübut etməkdədir. Onların ölkələrinə qayıtdıqdan
sonra Azərbaycandakı
tolerantlıq ənənələrindən
xüsusi rəğbət
və məhəbbətlə
danışmaları öz
növbəsində dünyanın
aparıcı mətbu
orqanlarının və
telekanallarının diqqətinin
ölkəmizə cəlb
edilməsinə, bununla
bağlı müxtəlif
səviyyəli verilişlər
hazırlamaları, məqalələrlə
çıxış etmələri
də sübut edir. Azərbaycandakı dünyaya nümunə
model olacaq tolerantlıq
haqqında bu ilin mart ayının 15-də
İsrailin ingilis və fransız dillərində eyni vaxtda yayımlanan “Kanal-24”
beynəlxalq xəbər
telekanalında gedən
veriliş də sübut edir. Verilişdə Azərbaycanda multikulturalizm
və tolerantlıq ənənələri xüsusi
qeyd edilib.
”Kanal-24” beynəlxalq xəbər
telekanalında qeyd edilir ki, Yaxın
Şərq regionundakı
insanların əksəriyyətinin
fikrincə, yəhudilərlə
müsəlmanların dinc
yanaşı yaşaması
ağlasığmaz fantaziyadan
başqa bir şey deyil. Lakin bu doğru deyil, Belə ki, dünyada
yəhudilərlə müsəlmanların
qlobal miqyasda dinc yanaşı yaşamasının rəmzi
və həqiqi nümunəsi olan kiçik bir məkan da var. Bu, Azərbaycan Respublikasındakı
Qırmızı Qəsəbədir.
Verilişin müəllifi, tanınmış
telejurnalist, Qırmızı
qəsəbədə olan
Lüsi Axariş yəhudilərlə müsəlmanların
dostluq nümunəsi olan bu qəsəbə
barədə təəssüratlarını
bölüşüb. Lüsi
Axariş: “Səfərimiz
soyuq bir qış günündə,
Azərbaycanın yəhudilər
yaşayan qəsəbəsində
səhər duasından
başlandı. Azərbaycan Dağ
Yəhudiləri İcması
ölkənin şimal
paytaxtı sayılan Qubada yığcam şəkildə yaşayır”-
deyir.
Telejurnalist Qırmızı qəsəbədə
onun timasalında Azərbaycanda bütün
dini icmaların mehriban şəraitdə yaşamalarını xüsusi
qeyd edərək bunun dünyaya birgəyaşama model ola biləcəyini söyləyir. Azərbaycanda
bütün insanların,
müxtəlif dini icmaların mehriban şəraitdə yaşadığı
ilə bağlı Qırmızı Qəsəbə
dağ yəhudiləri
icmasının keçmiş
rəhbəri Boris Simanduyev
İsrailin “Kanal 24” beynəlxalq telekanalına
verdiyi müsahibədə
belə deyib: “Bu gün burada gördüklərimiz Azərbaycanın
bütün dini konfessiyalarının - müsəlmanların,
xristianların və yəhudilərin sıx əməkdaşlığının nəticəsidir. Bu gün biz müxtəlif dinlərə mənsub olan insanların bir-birinə sevgi və hörmətlə yanaşmasının nümunəsiyik”.
“İki kənd, bir çay və iki din - bu, müasir Azərbaycanın həqiqi
və möhtəşəm
gözəlliyidir”
Qubada gördüklərindən
heyrətləndiyini gizlətməyən
Lüsi Axariş azərbaycanlıların qonaqpərvərliyindən,
yəhudilərə olan
hörmətindən çox
təsirləndiyini bildirir. O qeyd edir ki, Qırmızı
Qəsəbə bütün
postsovet məkanında
dağ yəhudilərinin
yığcam şəkildə
yaşadığı yeganə
yerdir. Burada heç vaxt
antisemitizm olmayıb.
Azərbaycanlılar və yəhudilər
əsrlər boyu sülh şəraitində
yaşayır və bir-birinə böyük hörmət bəsləyir,
sevinclərini və kədərlərini bölüşürlər.
Lusi Axariş eyni zamanda qeyd edir
ki, vaxtı ilə müxtəlif səbəblərdən Qubadakı
Qırmızı qəsəbəni
tərk edərək gedənlər indi geri qayıdır, onlar azərbaycanlılardan
uzaqlarda darıxır,
yenidən belə gözəl mehriban mühitə qayıtmağı
özləri üçün
şərəf bilirlər.
Telejurnalist buna misal kimi
Quba rayon İcra Hakimiyyətinin Qırmızı
Qəsəbə üzrə
nümayəndəsi David İsakovun
dediklərini tamaşaçılara
çatdırır. İsrailin
“Kanal 24” beynəlxalq telekanalına verdiyi müsahibədə Quba
rayon İcra Hakimiyyətinin
Qırmızı Qəsəbə
üzrə nümayəndəsi
David İsakov deyir: “Qırmızı Qəsəbədən
köçüb gedən
insanların çoxu
buraya qayıdır. İnanırıq ki, yəhudi
qəsəbəsi bundan
sonra da Azərbaycanda tolerantlıq
və multikulturalizm nümunəsi olacaq.
Biz İsraili çox sevirik. İsrail bizim tarixi vətənimiz,
Azərbaycan isə evimizdir”.
Lüsi Axariş səmimi tərzdə qeyd edir ki, iki
kənd, bir çay və iki din - bu, müasir
Azərbaycanın həqiqi
və möhtəşəm
gözəlliyidir. Onun sözlərinə görə,
əsl multikulturalizm və dinc yanaşı
yaşayış nümunəsi
olan bu qəsəbə
ekstremizm və radikal fundamentalizm halları müşahidə
edilən dünya üçün müsbət
nümunədir: “İki
kənd, bir çay və iki din - bu, müasir
Azərbaycanın həqiqi
və möhtəşəm
gözəlliyidir. Burada, Azərbaycanda
gördüklərimiz müxtəlif
dinlərə etiqad bəsləyən insanların
dinc-yanaşı yaşamasının,
bir-birinə hörmət
bəsləməsinin real nümunəsi
və sübutudur”.
Lusi Axarişin
hazırladığı verilişdə
Azərbaycan dinin dövlətdən ayrıldığı
dünyəvi müsəlman
dövləti nümunəsi
olduğu qeyd edilib. Verilişdə sünnilərlə şiələr
arasında münaqişə
və ziddiyyətlər
yaranan başqa müsəlman ölkələri
ilə müqayisədə
Azərbaycanda islamın
sabitlik və qarşılıqlı hörmət
amili olduğu diqqətə çatdırılır.
”Kanal 24” beynəlxalq
telekanalına verdiyi müsahibədə Quba rayonundakı Ərdəbil
məscidinin imamı Şeyx Həmdulla da bu amilə
diqqəti cəlb edərək deyir: “Hər müsəlman bilməlidir ki, o, başqaları üçün
nümunədir. Hər bir müsəlmanın
davranışı onun
böyüdüyü ailədə
və cəmiyyətdə
aldığı tərbiyənin
nəticəsidir”.
İsrailli məşhur jurnalist
və teleaparıcı
Lüsi Axariş verilişin
sonunda, həftəsonu
istirahət günlərini
Azərbaycanda keçirməklə
həyatının ən
gözəl anlarını
yaşadığını da bir daha
vurğulayır. Məşhur telejurnalist: “Azərbaycanda bir
daha yəqin etdim ki, məhz bu gözəl
qonaqpərvər ölkədə yəhudilər və
müsəlmanlar sülh şəraitində
necə yaşamağı və bir birinə
necə hörmət etməyi bütün
dünyaya öyrətməlidirlər”.
Zaman.- 2015.- 22 iyul.- S.13.