Qılınc müsəlmanıifadəsi iftiradır, təhqirdir

 

 

Bu ifadəni eşitməmişəm desəm, səmimi olmaz. qədər acı da olsa etiraf etməliyik ki, hələ bu ifadəni ağzına alacaq qədər cahil insanlar var.

 

Bu ifadəni işlədənlərin dinimizdən xəbri olmalıdır, insanlıqdan. Ən azı ona görə ki, dinimiz inanc mövzusunda məcburiyyəti birmənalı şəkildə rədd edir. Dində məcburiyyət yoxdur.” Bu bəyan Allahın kitabı Qurani-Kərimdəndir. Qurani-Kərimin başqa bir ayəsində isə məalən belə buyurulur ki, Allah diləsəydi, bütün insanları müsəlman olaraq, mömin olaraq yaradardı. Amma Allah bunu istəmədi. Allah hər kəsi yaratdı, hərə kəsə doğru yolu göstərdi seçimi hər kəsin öz ixtiyarına buraxdı. Hər kəs öz qədərini, taleyini özü seçdi. Elə yeri gəlmişkən burada bir qədər o “qədərçilərhaqda danışmaq istərdim. Qədər bizim alın yazımızdır. Biz alın yazısını inkar etmirik. Amma bir həqiqət var ki, bizim alın yazımız qeyb aliminə aiddir. Qədərin həyata keçməsi, yəni o alın yazısının gerçəkləşməsinə klassik ədəbiyyatdaqəzadeyilir. Qəza - qədərin həyata kəçməsidir. biz qədərin olduğunu qəzadan, yəni o həyata keçdikdən sonra bilirik. Hələ yaşanmamış qədər Ancaq Allaha məlumdur. Biz Allahın bizə verdiyi ağıl iradə nemətlərinin gücü, işığı ilə bizə təklif olunan variantlardan birini seçir bununla da müəyyən mənada öz taleyimizi müəyyən etmiş oluruq. Doğrudur, hər şey Allah-Təalaya hələ çox-çox əvvəldən məlum idi, O bizim zaman, hansı vəziyyətdə hansı variantı seçəcəyimizi bilirdi, amma bu heç o demək deyil ki, Allahın hər şeyi bilməsi bizi öz seçimimizə görə məsuliyyətdən qurtarar. Əsla! Hər kəs öz seçiminə görə məsuldur cavab da verəcək.

 

***

İslamdan az-çox başı çıxan hər kəs bilməlidir ki, bu dinin mahiyyətində zor yoxdur, dəvət var. Həm yaşanaraq göstərilən, inandırıcı dəvət. İslamın mahiyyətini anlamayan, özünün insanlıq missiyasını bilməyən birisinə zorla kəlmeyi-şəhadət oxutmaın kimə faydası olacaq ki? Quranda Uca Allah (c.c.) Öz Peyğəmbərinə (s.ə.s.) məalən belə buyurur ki, onlar iman gətirmirlər, haqq yolu tutmurlar deyə sən az qala özünü parçalayırsan. Unutma ki, insanların haqq yola gəlməsi peyğəmbərin səlahiyyəti, vəzifəsi deyil, bu vəzifə Allaha aiddir. Allah-Təala kimi istərsə, onu da haqq yoluna qovuşdurur.

 

Onu da unutmayaq ki, bəşər tarixində elə peyğəmbərlər olub ki, cəmisi bir neçə nəfər inananı olub. Elə peyğəmbər olub ki, öz xanımı biət eləməyib; eləsi olub ki, övladı kafirlərə qoşulub atasına qarşı hədyanlar söyləyib. Amma o peyğəmbərlərin heç biri ən yaxını olan ailə üzvlərinə belə zor tətbiq etməyiblər. Məsələnin mahiyyəti haradadır, bilirsinizmi? - Din Allahın mülküdür, yəni dinə gələn yeni bir dünyaya, səadət yurduna qədəm basmış olur. Bu işlər sevgiylə olar, inamla olar, güvənlə olar... Sən birinə zorla kəlmeyi-şəhadət oxudarsan, o Allahın dininə zərərdən başqa bir şey verməz. Bu mövzuda dəyərli oxucularımıza iki çox məşhur tarixi hadisə danışmaq istəyirəm.

 

Birinci hadisə:

 

Bir döyüşdə səhabə kafiri yerə yıxır öldürmək istədikdə o kafir kəlmeyi-şəhadət gətirir. Səhabə onun kəlməyi-şəhadət oxumasına əhəmiyyət vermir öldürür. Digər səhabələr onu qınayır hadisəni gəlib sevimli Peyğəmbərimizə danışırlar. Rəsulullah (s.a.s.) həmin səhabəni çağırır söylənənlərin doğru olub-olmadığını soruşur. Səhabə deyilənlərin doğru olduğunu təsdiqləyir deyir ki, o kafir ölümdən qurtarmaq üçün kəlmeyi-şəhadət oxudu. Rəsulullah səhabənin bu sözündən çox üzülür belə buyurur:

 

- Sən hardan bildin ki, o adam canını qurtarmaq üçün kəlmeyi-şəhadət gətirdi. Sən onun qəlbinəmi girmişdin?

 

Rəsulullah bir qədər eləcə qalır yenidən belə buyurur:

 

-Mən hardan bilim ki, sən onu başqa niyyətlə öldürməmisən? Mən sənin qəlbinəmi girmişəm?

 

Həmin səhabə ömrünün sonuna qədər o hadisənin ağrısını yaşayır.

 

 

 

İkinci hadisə:

 

Həzrət Əli döyüş əsnasında kafiri vurub yerə sərir öldürmək istəyəndə kafir onun üzünə tüpürür. Böyük imam əl saxlayır onu öldürməkdən vaz keçir. Kafirsə israrlaməni öldür, niyə öldürmürsən?”- deyə əl çəkmir. Həzrət Əli ona belə deyir:

 

- Bir az əvvəl mən səni öldürəcəkdim, həm ona görə öldürəcəkdim ki, sən Allahın düşmənisən. Amma elə ki, mənim üzümə tüpürdün, içimdə sənə qarşı bir qəzəbin kükrədiyini hiss elədim qorxdum ki, səni Allaha düşmən olduğun üçün deyil, üzümə tüpürdüyündən dolayı öldürmüş olam. Ona görə səndən əlimi çəkdim.

 

***

Elə bilirik ki, İslamın ilk illərində yaşanmış bu hadisələr dinimizin insana münasibətini ifadə etmək üçün son dərəcə parlaq nümunələrdir. Allah-Təala insana böyük dəyər verərək yaradıb. İnsan yer üzündə Allahın xəlifəsi hökmündədir, yer-göy, günəş, ay, ulduzlar, bu ağaclar, meyvələr, heyvanlar, yağan yağış, bitən ot.., hamısı insanın istifədə erməsi üçündür, insanın xidmətinə verilib. İnsan ağlı ilə, iradəsi ilə üstündür. Ağıla, iradəyə sahib olması insana məsuliyyət yükməyir, onun qarşısında müəyyən mükəlləfiyyətlər qoyur. Qurani-Kərimdə Allah-Təala məalən belə buyurur ki, “Biz cinləri insanları yalnız Allahı tanısınlar ona ibadət etsinlər deyə yaratdıq”. Demək cinlər insanlar ağıl iradə sahibi olduqları üçün Allaha ibadət etməyə məsul tutulublar. Ağıl iradə olasaydı, yəqin ki, o məsuliyyət, o mükəlləfiyyət olmazdı. Onu da unutmayaq ki, insanın, harama təşviq edən edən nəfs şeytan kimi iki amansız düşməni var. Demək istəsən könlü olmayan birisini kəlmeyi-şəhadət oxutmaqla müsəlman cərgəsinə qata bilməzsən. Müsəlman olmaq - həyatda ən böyük ən xeyirli seçimdir. Bu seçim ağıl iradənin gücü ilə olanda faydalı olur. Doğrudur, hazırda irsi müsəlmanlarımız da yox deyil. Yəni müsəlman bir ailədə doğulduğu üçün irsən müsəlman sayılır, amma həqiqi seçim odur ki, düşünürsən, seçirsən haqq yolunu tutursan.

 

Bir lətifə söyləyək:

 

Birisi ətrafın qınağına boğulub namaz qılmaq istəyir. Elə ilk səcdədə alnını yerə qoyanda bir çöp burunun kənarını yüngülcə cızır. Tez başını yerdən qaldırır belə deyir:

 

- Ey kərəminə qurban olduğumu, bu namazı qılma deyrsən-qılmayım, daha niyə gözümü çıxarırsan ki?

 

Yəni zorla başlanan ibadət bir bəhanəyə qədər davam edər. İbadət anlayaraq, fərqinə varılaraq yerinə yetiriləndə ibadət olur.

 

***

 

Bir qaragüruhçu dəstə İraqda, Suriyada başqa din mənsublərını qılınc zoruna müsəlman etməyə çalışır. Özünüz düşünün, Allah-Təala Öz Peyğəmbərinə buyurur ki, insanların hidayətə gəlib-gəlməməyi sənin işin deyil, bunlarsaya İslam, ya ölüm” dilemması ilə insanlara zülm edirlər. Onlar din düşmənləridir və bütün missiyaları İslamı gözdən salmaqdan başqa bir şey deyil.

 

Bir dəfə İbrahim Peyğəmbər (ə.s.) yoldan keçən bir adamı evinə dəvəm etirdeyir ki, Allahın dinini qəbul et, süfrəmin başında əyləş. Həmin adam da təklifi qəbul etmir və çıxıb gedir. Allah-Təaladan Həz. İbrahimin könlünə belə bir nida gəlir ki, biz o qulumuzu kafir olmasına rəğmən qırx ildir ki, bəsləyir, yedirib-içiririk, amma sən bircə dəfə yemək verəcəkdin deyə qarşısına şərt qoydun.

 

Bəli, bu həqiqətdir ki, İslamın fəthlər dövründə qeyri din mənsublarına cizyə deyilən bir vergi tətbiq edilib. Bu vergi o qədər də ağır yük olmayıb və müsəlmanların himayəsi altında yaşamağın qarşılığı kimi də anlaşılıb. Əgər bir insan sadəcə o vergidən qurtarmaq niyyətilə İslama giribsə, demək o heç əvvəlki dinində də səmimi olmayıb.

 

Bəli, bu açıq-aydın həqiqətdir ki, dünyanın ən zəkalı insanları İslamı seçir, Allahın dini ilə şərəflənirlər. Cahillərsə Allahın dinini gözdən salmaq üçün hər cür haqsızlığın altına imza atırlar. Din Allahın mülküdür və İslamın zəfəri də müjdələnmişdir. Mütləq gerçəkləşəcək. Sadəcə hər kəs öz sırasını, mövqeyini bəlli etməlidir ki, sonradan başına gələcəklərə görə etiraz haqqı olmasın. Bu gün kümlərinsə sifarişlə qurduğuani bir qərarla dəstə-dəstə insanı kəndirə göndərən məhkəmələr haqqın, həqiqətin deyil, kimlərinsə maraqlarına xidmət edir. Həqiqi məhkəmə, o böyük Hesab Günü, Məhkəmeyi-Kübra qurulanda kimsə əməlindən, niyyətindən imtina edə bilməyəcək. Hər şey ortalığa çıxacaq. Allah yolunu tutanlara “qılınc müsəlmanı” demək azğınlığına cəsarət edənlər də onda kimin-kim olduğunu görəcəklər.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Əli Çərkəzoğlu

Zaman.-2015.-4 iyun.-S.13.