“Avropa Oyunlarında Azərbaycana
gələcək qonaqlar tolerant
ölkə ilə qarşılaşacaqlar”
“Azərbaycanda Avropa Oyunlarının keçirilməsinin bir mühüm cəhəti də odur ki,
avropalılar ölkəmizdə
mövcud olan yüksək tolerantlıq
dəyərləri ilə
tanış olaraq, onun Qərbdə
yayılmasına, imicinin
daha da artmasına
stimul vermiş olacaq”.
Bu sözləri
jurnalistlərə açıqlamasında
millət vəkili Gövhər Baxşəliyeva
deyib: “Avropa Oyunları zamanı ölkəmizə çoxlu
sayda qonaqlar gələcək. Onlar arasında
6 min idmançı, 2 minə
yaxın jurnalist və on minlərlə azarkeş də olacaq. Həmin insanlar idman yarışlarının keçirildiyi
müddətdə Azərbaycanın
həyatı, burada mövcud olan reallıqlarla tanış
olacaqlar. O cümlədən,
Azərbaycanda yüksək
səviyyədə inkişaf
etmiş tolerant mühitin
olduğunun əyani şəkildə şahidi
olacaqlar. Azərbaycan tolerantlıq sahəsində
dünyaya örnək
olan ölkədir.
Ölkəmizdə müxtəlif sivilizasiyalara,
mədəniyyətlərə mənsub insanların dinc yanaşı yaşamasını əyani
şəkildə bir daha görəcəklər”.
G. Baxşəliyeva qeyd edib ki, bütün
bunların nəticəsində
Avropa Oyunları ərəfəsində ölkəmizə
gələn qonaqlarda Azərbaycanın tolerant ölkə
olması təsəvvürü
formalaşacaq: “İdman
oyunlarının ölkəmizdəki
tolerant dəyərlərin Avropaya təsirinin olduğunun da şahidi olacağıq. Avropada bir daha görəcəklər
ki, müsəlman Şərq ölkəsi hər iki sivilizasiyanın
müsbət dəyərlərini
özündə ehtiva
etməyə qadirdir.
Bir daha aydın olacaq ki, Azərbaycan
həm Şərq dəyərlərini, həm
də Qərb düşüncə tərzini,
modern inkişafını özündə
ehtiva edən ölkədir. Qərbdə bəzi insanlar hələ də elə bilirlər ki, Azərbaycan əhalisi də Misir, Pakistan, İraq əhalisi kimidir. Halbuki belə deyil”.
Millət
vəkili movqe.az-a açıqlamasında isə
qeyd edib ki, Azərbaycan əhalisi kifayət qədər modernləşmiş,
qərbləşmiş əhalidir:
“Avropa Oyunlarına təşrif buyuranlar da bütün bu dəyərlərin bir daha şahidi
olacaqlar. Bir müsəlman ölkəsində
müasir dəyərlərə
mənsub tolerant insanları
görülməsi Qərbdəki
islamofobiya, qatı millətçilik kimi meyllərin arxa plana keçməsində
də mühüm rol oynaya bilər.
Bəzi Qərb dairələrində
müsəlman deyəndə
sanki, bir terrorçu obrazı canlanır. Bu da təəssüf ki, Şərqdəki müəyyən radikal dairələrin törətdiyi
əməllərdən irəli
gəlir. Amma Azərbaycanda
olmaqla Qərb insanı görəcək
ki, müsəlman millətinə mənsub insanlar heç də onların düşündüyü kimi
deyil. Əksinə, Azərbaycan kimi
müsəlman ölkəsi
bəşər sivilizasiyasının
yaratdığı ən
gözəl dəyərləri
özündə cəmləşdirən
sivil, tolerant bir dövlətdir. Onlar bir
daha buna əmin olacaqlar”.
Fransız senator Natali Qule
isə ölkəmizdə
səfərdə olarkən
jurnalistlərə açıqlamasında
deyib ki, ilk Avropa Oyunları üçün Azərbaycana
gələcək qonaqlar
tolerant ölkə ilə
qarşılaşacaqlar və
Azərbaycan üçün
idman tədbirinin əhəmiyyəti də
məhz budur: “Şübhəsiz ki, Bakı Avropa Oyunlarına hazırdır,
lakin əsas olan Oyunların arxasında dayanan məqsəd və onun niyə Azərbaycan üçün
əhəmiyyətli olmasıdır.
Məqsəd multikultural ölkə
nümayiş etdirməkdir”.
Senator həmçinin deyib ki, Azərbaycanın
müsəlman ölkəsi
olmasına baxmayaraq, digər dinlərin nümayəndələri də
burada sülh şəraitində yaşayırlar:
“Bura sanki tolerantlıq adasıdır”.
Xanım
N. Qulenin də vurğuladığı kimi,
idmana radikalizmə qarşı mübarizə
vasitəsi kimi baxılır: “İdman sahəsində insanların
ümumi dəyərləri
var. Əhəmiyyətli olan
idmanın insanları
birləşdirməsidir ki,
Avropa Oyunlarında da məhz bu
baş verəcək”.
Mövzu
ilə bağlı açıqlama verən millət vəkili Rafael Cəbrayılov deyib ki, Avropa Oyunlarının
Azərbaycanda keçirilməsi
həm də ölkəmizin Şərqlə
Qərb arasında mühüm mədəniyyət
və tolerantlıq körpüsü olmasından
irəli gəlir: “Bu Oyunlar Azərbaycan xalqını dünyaya bir daha qonaqpərvər,
mədəni, zəngin
milli-mənəvi dəyərlərin
daşıyıcısı, insanpərvər və
tolerant xalq kimi tanıdacaq. Belə sanballı idman
tədbirinin Azərbaycana
həvalə edilməsi
həm də onu göstərir ki, respublikamız bütün sahələrdə,
o cümlədən idmanda
tərəqqi dövrünü
yaşayır”.
Azərbaycanın birinci xanımı
Mehriban Əliyeva
“Rossiya-24” telekanalına müsahibəsində
deyib ki, Avropa Oyunlarının ölkəmizdə keçirilməsi
Avropa idmanı tarixində yeni səhifə açacaq:
“Bu, Avropa idman ictimaiyyətinin bizim ölkəmizə etimadının
göstəricisidir. İş
elə gətirdi ki, hazırlıq üçün vaxtımız
xeyli az
oldu - cəmi iki il yarım.
Adətən, bu səviyyəli,
bu miqyaslı idman tədbirinə hazırlaşmaq üçün,
əlbəttə, xeyli
çox vaxt tələb olunur. Lakin biz, demək olar ki, bu işləri
vaxtında görə
bildik və qarşımızda duran bütün vəzifələri
yerinə yetirdik.
Bütün komanda öz
diqqətini detallar üzərində cəmləşdirib.
Lakin artıq bu gün
demək olar ki, Bakı Avropanı
qəbul etməyə
hazırdır. Ümidvaram ki,
birinci Avropa Oyunları dostluq, həmrəylik, birlik, sağlam rəqabət şəraitində keçəcək
və bu, ümumi bayram olacaq”.
Jurnalistin:
“Birinci Avropa Oyunlarının konsepsiyasında
tolerantlıq, tolerantlıq
ideyası necə nəzərə alınıb?”
sualına Mehriban xanımın cavabı belə olub: “Bütövlükdə Olimpiya
hərəkatının ideyası
birlik, bərabərlik,
ədalət deməkdir.
Təəssüf ki, müasir
dünyada məhz bu anlayışların qıtlığı çox
münaqişələrin, çox gərginlik ocaqlarının əsasını
təşkil edir.
Ona görə də bu cür tədbir
- istər idman tədbiri, istər mədəni tədbir həmişə müxtəlif
ölkələrdən olan,
müxtəlif konfessiyalara
mənsub insanların
və xalqların birləşməsi baxımından
daha böyük əhəmiyyət kəsb
edir. Bu baxımdan
düşünürəm ki, Bakının birinci Avropa Oyunlarının vətəni
olması təsadüfi
olmayacaq. Ona görə
ki, Azərbaycan geosiyasi baxımdan minilliklər boyu Böyük İpək Yolu üzərində Şərq ilə Qərbin qovuşuğunda
yerləşir. Ölkəmizin ərazisində müxtəlif
mədəniyyətlər, müxtəlif sivilizasiyalar
qaynayıb-qarışıb, müxtəlif dinlərin nümayəndələri yaşayıb.
Bütün bunların təsirini,
müxtəlif mədəniyyətlərin
təsirini hətta bizim şəhərlərin
memarlığında da
görə bilərsiniz.
Lakin ən başlıcası odur ki, Azərbaycan
xalqının qəlbində
bu həqiqi tolerantlıq, dözümlülük,
dostsevərlik, başqa
mədəniyyətin qəbul
edilməsi ruhu uzun illər boyu, demək olar ki, əsrlər
boyu formalaşıb.
Biz öz köklərimizə,
öz mədəniyyətimizə,
ənənələrimizə çox həssaslıqla,
hörmətlə, qayğıkeşliklə
yanaşırıq. Lakin biz dünyanın
mədəni müxtəlifliyini
də eynilə bu cür qəbul
edirik və bu, uğurun rəhnidir. Ona görə ki,
özünə məxsus
olanları hətta qiymətləndirmək, onu
qiymətləndirməyi və
sevməyi bacarmaq üçün özgəninkini
qəbul etmək lazımdır. İndiki halda
heç də təsadüfi deyildir ki, bu gün
Bakı özünəməxsus
bir multikulturalizm mərkəzidir. Keçən
il Prezidentin
Fərmanı ilə ölkəmizin paytaxtında
Multikulturalizm Mərkəzi
yaradılıb. Hər
il keçirilən
Beynəlxalq Humanitar forumlar, mədəniyyətlərarası,
sivilizasiyalararası dialoqa
dair görüşlər
buna sübutdur. Bir misal göstərim:
Azərbaycan birinci Avropa Oyunlarını qəbul edir, 2017-ci ildə isə biz İslam Həmrəyliyi Oyunlarını qəbul edəcəyik”.
Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyəsi əsasında
səhifəni hazırladı:
Nicat İntiqam
Zaman.-2015.-6 iyun.-S.13.