“Keyfiyyətli qida məhsullarının istehsalı bazarlarda uğur əldə etməyin əsas şərtidir”

 

ELVIN ƏLIYEV,

 

Günümüzün ən aktual mövzularından biri, heç şübhəsiz ki, qida təhlükəsizliyi ilə bağlıdır. Biz bu mövzuda ətraflı məlumat almaq məqsədilə Keyfiyyət Assossasiyasının rəhbəri Samir Novruzlu ilə söhbətləşdik.

 

- Son illərdə istər insanlar arasında, istərsə mətbuatdaqida təhlükəsizliyihaqqında çox danışılır. Sizcə, nədir bu qida təhlükəsizliyi? İnsanların həyatındaki önəmi nədən ibarətdir?

 

- Qida təhlükəsizliyi dedikdə, istehlakçı üçün qida məhsullarının əlçatanlığı - istehlak bazarında qida məhsullarının fiziki mövcudluğu istehlakçının öz tələbatını ödəməsi üçün həmin qida məhsullarını almaq, əldə etmək imkanı başa düşülür. Yəni, qida təhlükəsizliyi istehlak bazarındakı miqdarı istehlakçının alıcılıq qabiliyyətinin vəhdəti ilə səciyyələnir. Qida təhlükəsizliyi dedikdə, hər hansı bir qida məhsulunun insan sağlamlığı üçün zərərli olan bioloji, kimyəvi fiziki təhlükəli faktorlardan azad olması nəzərdə tutulur.

 

Qida təhlükəsizliyi hər hansı bir qida məhsulunun insan, heyvan ətraf mühit sağlamlığı üçün təhlükə mənbəyi olmaq ehtimalından azad olmasıdır. Qida təhlükəsizliyi - sağlamlıq üçün fəsadlar yarada biləcək təhlükəli faktorların qida məhsullarının tərkibində qalmaq, sonradan yaranmaq ya sonradan qida məhsullarının tərkibinə daxil olmaq ehtimalının istisnası deməkdir. Hər hansı bir qida məhsulunda təhlükəli faktorların yer alması ehtimalı məhsulun istehlakçıya çatanadək keçdiyi istənilən mərhələdə yarana bilər.

 

Məhsul xammalının istehsalı saxlanması, xammalın daşınması, emalı qablaşdırılması, hazır məhsulun saxlanması daşınması, ticarət ictimai-iaşə obyektlərində məhsulun saxlanması mərhələlərinin istənilən birində onun təhlükəli faktorlarla təmasda olmaq ya yoluxmaq, bu faktorların məhsulun tərkibinə düşmək ehtimalı istisna deyildir.

 

Ona görə qida təhlükəsizliyinin etibarlı təmin edilməsi üçün elə idarəetmə sistemi seçilməlidir ki, bu, məhsulun keçdiyi bütün mərhələləri əhatə etmiş olsun.

 

Yəni qida təhlükəsizliyinin idarəetmə mexanizmi qida məhsulunun istehsalından başlamış istehlakçıya çatdırılana qədər keçdiyi bütün mərhələləri əhatə etməli vahid sistem halında fəaliyyət göstərməlidir. Göstərilən mərhələlərdən hər hansı birində müvafiq monitorinq sistemi yetərincə həyata keçirilməzsə, ümumi sistemin səmərəliliyini təmin etmək mümkün olmayacaqdır. Təcrübə göstərir ki, təhlükəli qida məhsullarına qarşı mübarizə tədbirlərinin ancaq istehlak bazarlarında həyata keçirilməsi, yəni artıq istehlak bazarına daxil olmuş hazır məhsulun təhlükəsizliyinin təmin edilməsi üçün həyata keçirilən tədbirlər bir o qədər səmərəli olmamış qida təhlükəsizliyinin idarə edilməsi mexanizmi kimi özünü doğrultmamışdır. Qida təhlükəsizliyinin etibarlı təminatı kompleks yanaşma tələb edir istehlak bazarında hazır məhsula nəzarət etməkdənsə, qida məhsulları istehsal zəncirinin bütün mərhələlərində məhsulun zərərsizliyini şərtləndirən qida təhlükəsizliyinin idarə edilməsi mexanizmlərinin yaradılmasını tətbiqini zəruri edir.

 

- Beynəlxalq standartların tələblərinə görə, müəssisələrdə qida təhlükəsizliyinə necə nail olmaq mümkündür?

 

- Hazırda dünyada qida təhlükəsizliyinin idarə edilməsi üçün ən çox istifadə olunan sistem HACCP (Hazard Analysis and Critical Control Point - Təhlükələrin Analizi Kritik Nəzarət Nöqtələri) sistemidir bu, qida təhlükəsizliyinin idarə edilməsi üçün mühüm əhəmiyyət kəsb edən, təhlükəli faktorların eyniləşdirilməsi, qiymətləndirilməsi onlara nəzarət mexanizmidir. Təhlükəli faktor - insan sağlamlığı üçün təhlükə mənbəyi olub, ərzaq məhsullarında yer alan bioloji, kimyəvi fiziki agent ya ərzaq məhsulunun vəziyyətidir. Kritik nəzarət nöqtəsi isə təhlükəli faktorun qarşısını almaq, aradan götürmək ya onu məqbul həddə salmaq üçün nəzarətin zəruri olduğu istehsal zəncirinin mərhələsidir.

 

HACCP müasir dövrdə qida təhlükəsizliyinin idarə edilməsi üçün istifadə edilən ən səmərəli sistem hesab edilir. Bir neçə beynəlxalq təşkilat bu sistemi beynəlxalq statuslu standart kimi qəbul etmiş qida təhlükəsizliyinin idarə edilməsi üzrə texniki-normativ qaydalar hazırlanmışdır.

 

Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) HACCP sistemini ISO 22000:2005 “Qida təhlükəsizliyini idarəetmə sistemləri. Qida zəncirində iştirak edən bütün təşkilatlara olan tələbləradlı beynəlxalq statuslu standart kimi qəbul etmişdir. Bir çox ölkələr bu standartı milliləşdirmiş özlərinin standartlar bazasına daxil etmişlər.

 

Qida təhlükəsizliyini idarəetmə sistemi qida zənciri boyunca qida məhsullarının yaradılmasından tutmuş onun yeməkdə son istifadəsinə qədər qida təhlükəsizliyinin təmin edilməsinə imkan verən hamı tərəfindən qəbul olunmuş aşağıdakı əsas elementləri özündə əks etdirir:

 

- interaktiv informasiya mübadiləsi;

 

- idarəetmə sistemi;

 

- ilkin vacib şərtlər proqramı;

 

- HACCP prinsipləri;

 

- ISO 22000 standartın tətbiqi müəssisələrə aşağıdakı faydaları təmin edə bilər:

 

- texnoloji prosesin bütün mərhələlərində qida məhsullarının təhlükəsizlik parametrlərini əhatə edən sistemli yanaşmaya nail olunması;

 

- önləyici tədbirlərdən istifadə edilməsi;

 

- qida təhlükəsizliyinə təsir göstərən faktorlara nəzarət edilməsi;

 

- qida təhlükəsizliyinin təmin edilməsi üzrə səlahiyyətlərin müəyyən edilməsi;

 

- ümumi istehsalda itkilərin zay məhsulun payının azaldılması;

 

- ISO 9001 HACCP ilə inteqrasiya üçün əlavə imkanların yaranması;

 

- istehsal edilən məhsula istehlakçılar tərəfindən etibarın artması;

 

- yeni satış bazarlarına çıxış imkanlarının artması;

 

- istehsal edilən məhsulun rəqabət qabiliyyətinin artması;

 

- investisiya baxımından təşkilatın cəlbediciliyinin artması;

 

- təhlükəsiz keyfiyyətli məhsul istehsal edən təşkilat imicinin formalaşması.

 

- Sizin fikrinizcə, respublikamızda qida məhsullarının keyfiyyətinin təhlükəsizliyinin təmin edilməsi üçün hansı tədbirlər görülməlidir?

 

- Müasir dövrün iqtisadi proseslərinin təhlili inkişaf etmiş ölkələrin təcrübəsi əyani şəkildə sübut edir ki, yalnız keyfiyyətli qida məhsullarının istehsalı istər daxili, istərsə xarici bazarlarda uğur əldə etmək üçün əsas şərtdir. Bu səbəbdən keyfiyyət həm dövlətin, həm istehsalçının, həm istehlakçının başlıca marağıdır.

 

Dövlət üçün keyfiyyət xalqın həyat səviyyəsinin yüksəldilməsi, iqtisadiyyatın sağlamlığı vətəndaşların təhlükəsizliyi, ekoloji əmin-amanlıq, milli malların rəqabətə davamlı olmasıdır.

 

Qida sənayesi respublikanın istehsal potensialının artırılmasında, iqtisadiyyatın intensiv inkişaf yoluna keçirilməsində, iqtisadiyyatın bütün sahələrinin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsində aparıcı rol oynayır. Qida məhsulları bazarının normal səmərəli fəaliyyətinin təşkili məqsədilə bazar infrastrukturunun inkişaf etdirilməsi genişləndirlməsi, strateji mallar bazarına dövlət nəzarətinin gücləndirilməsi, bəzi növ strateji məhsulların istehsal-emal ixracı üçün stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi, strateji mallar bazarının səmərəli fəaliyyətinə şərait yaradan ictimai mühitin təmin edilməsi, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi lazımdir.

 

Elvin Əliyev

Zaman.-2015.-9 iyun.-S.6.