Dünya mətbuatında tolerantlıq və multikulturalizmin Azərbaycan
modeli
Bütün dünyada tolerantlıq və multikulturalizmin Azərbaycan
modeli böyük rəğbət və təqdirlə qarşılanır.
Beynəlxalq tədbirlərdə, konfranslarda beyin mərkəzlərinin nümayəndələri,
alimlər, siyasətçilər
tərəfindən Azərbaycan
bütün dünyaya
dözümlülük, tolerantlıq
örnəyi kimi göstərilir. Azərbaycandakı tolerantlıq və multikulturalizmin beynəlxalq
aləmdə rəğbətlə
qarşılanması Qərb
mediasında da öz əksini tapır. Avropalı və amerikalı
jurnalistlərin müəllifi
olduqları yazılarda
Azərbaycan mədəniyyət
və dinlərarası
tolerantlıq nümunəsi
kimi qeyd olunur.
“Azərbaycan ən tolerant ölkələrin siyahısında
ilk yerlərdədir”
Bu ilin əvvəlində
ABŞ-da nəşr olunan “The Hill” qəzetində
beynəlxalq münasibətlər
sahəsində ekspert
Arye Qutun “Azərbaycan tolerantlıq və multikulturalizm ölkəsidir” sərlövhəli
məqaləsi dərc
edilib. Məqalədə müəllif yazır
ki, ABŞ-ın dünya ölkələrində
dini etiqad azadlığı üzrə
komissiyası isə, məlum olmayan səbəblərə görə,
Azərbaycanda və Qazaxıstanda dini etiqadla bağlı vəziyyətdən narahatdır.
Arye Qut komissiyanın bu narahatlığının qəribə
olduğunu vurğulayır:
“Qəribədir, bu komissiyanın analitikləri
israr edirlər ki, dövlətlər radikal dini ekstremistlər
və radikal ideologiyalar üçün
maneələr yaratmamalıdırlar.
ABŞ-ın dini etiqad
azadlığı üzrə
komissiyasının məntiqinə
görə, Avropa liderlərinin yaxın vaxtlardakı çıxışları,
o cümlədən Britaniyanın
Baş naziri Devid Kemeronun Ağ evdəki çıxışı, yaxud
Fransa və Belçika polislərinin hərəkətləri həmin
komissiya tərəfindən
pislənilməlidir. Bu da öz növbəsində,
həm Amerikanın müxtəlif orqanları
arasında koordinasiya olmamasını, həm də beynəlxalq münasibətlərin ən
mühüm məsələlərinə
dair strateji mövqeyin olmamasını
nümayiş etdirir”.
Müəllif həmin komissiyanın
mövqeyinə rəğmən,
dünyada ən
tolerant cəmiyyətlərdən olan Azərbaycan və Qazaxıstanın ən tolerant ölkələrin
siyahısında ilk yerlərdə
olduğunu qeyd edib: “2014-cü ildə Azərbaycan rəhbərliyi
ölkənin etnik və dini tolerantlığa
təminat verən dövlət kimi rolunu möhkəmləndirən
iki təsisat yaradıb. Bu təsisatlardan
birincisi millətlərarası
multikulturalizm və dini məsələlər
üzrə dövlət
müşaviri vəzifəsidir.
Həmin
vəzifəni görkəmli
Azərbaycan alimi, akademik Kamal Abdullayev tutur. İkinci qərar Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması
oldu. Həmin mərkəzin fəaliyyətinin
əsas istiqaməti mədəniyyətlərarası dialoqun və humanitar məsələlərin
inkişaf etdirilməsidir”.
Arye Qut yazısında bildirir ki, Respublika
əhalisinin əksəriyyətini
müsəlmanlar təşkil
etməsinə baxmayaraq,
Azərbaycan həm də müxtəlif dinlərin, müxtəlif
etnik qrupların nümayəndələri üçün
vətəndir: “Milli azlıqlara hörmət və tolerantlıq ən qədim zamanlardan, böyük İpək Yolu dövründən günümüzə
qədər bu ölkənin inkişafının
əsasını təşkil
edib. Respublika dövlət müstəqilliyini
bərpa edəndən
sonra Azərbaycan hökumətində yüksək
vəzifələr tutan
milli azlıqların nümayəndələrinin və
qadınların sayı
xeyli artıb.
Sovet İttifaqı
dağılan dövrdə
baş verən hadisələr Azərbaycanda
dini və milli tolerantlıq ənənələri üçün
ən ciddi sınaq oldu. Həmin dövrdə
Azərbaycan ərazisinin
20 faizini işğal edən ermənilər etnik təmizləmə siyasəti həyata keçirərək Azərbaycanda
bir milyon məcburi köçkün
problemi yaratdılar.
Dinc əhalinin qətlə yetirilməsinə və doğma yurdlarından qovulmasına baxmayaraq, dinc yanaşı yaşamaq prinsipi Azərbaycan cəmiyyətinin
səciyyəvi cəhəti
olaraq qalıb. Hətta Dağlıq Qarabağda müharibə başlayandan
20 il sonra da Azərbaycan cəmiyyəti dini və etnik qruplar
arasında harmoniyanı
dəstəkləməkdə davam edir”.
Müəllif yazısında müsəlmanların
və yəhudilərin
nümunəvi birgəyaşayışını
xüsusi vurğulayıb:
“Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü
ilə ölkədə
iki sinaqoq və Cənubi Qafqazda ən iri yəhudi təhsil mərkəzi inşa edilib.
Azərbaycanın Quba rayonunda yerləşən və İsrail hüdudlarından
kənarda yeganə yəhudi məskəni hesab edilən Qırmızı Qəsəbə
Azərbaycanın fəxridir. Qubada müsəlmanlarla
yəhudiləri bağlayan
bir amil də 1918-1919-cu illərin
faciəli hadisələridir.
O vaxt erməni millətçi “Daşnaksütyun”
partiyasının üzvləri
minlərlə dinc yəhudiyə və azərbaycanlıya divan tutmuşdu.
İsrail dövləti Azərbaycanda
yəhudilərə belə
münasibətdə respublika
rəhbərliyinin rolunu
yüksək qiymətləndirir. İki ölkə
arasında dərin hörmət və əməkdaşlıq ənənələri,
nümunəvi münasibətlər
olmasaydı, yəhudilərə
bu cür münasibət də olmazdı. İndi bu əməkdaşlıq
genişlənərək ticari
münasibətləri də
əhatə edir.
Neft alğı-satqısından
başlamış yüksək
texnologiyalar və innovasiyalara qədər geniş əhatəli ticarət dövriyyəsinin
həcmi təqribən
3,5 milyard dollara bərabərdir”.
Arye Qut sonda yazır ki, Azərbaycanda yəhudilərin azadlığına
və tolerantlığına
göstərilən qayğı
sayəsində Prezident
İlham Əliyev İsrail cəmiyyətində
haqlı olaraq dərin hörmət qazanıb.
“Azərbaycan tolerantlıq ölkəsi kimi Şərq və Qərb aləmi arasında böyük körpü rolu oynayır”
Bu ilin aprel ayında İtaliyanın məşhur “Capitolino
Flash” (”Paytaxtın İşığı”)
adlı qəzetində
də “Azərbaycan - Mədəniyyət və
Dinlərarası Tolerantlıq
Nümunəsi” adlı
böyük məqalə
çap olunub.
Paolo Onorotinin müəllifi
olduğu məqalədə
Azərbaycan dünyanın
ən tolerant dövləti
və dinlərarası
mədəniyyətin dünya
üçün nümunə
ola biləcək
modeli kimi təsvir edilir. Jurnalist yazısında qeyd edir ki,
mərhum Roma Papası
İohan Pavel Bakıda olarkən Allahın adından bütün dünyaya sülh çağırışı
edib: “Azərbaycanın
xalqının ümummilli
lideri olan Heydər Əliyev Roma Papasına müraciətində
deyib: “Dinindən, irqindən və millətindən asılı
olmayaraq, siz bütün insanların dostu, həmçinin dünyanın vətəndaşısınız”.
Jurnalist
Vatikanın tarixi bəyanatlarını araşdırarkən
maraqlı bir faktla üzləşdiyini
də bildirib: “Bir neçə il əvvəl Vatikanın dövlət kardinalı Tarçizyo Bertoni maraqlı bir müsahibə verərək bildirib ki, Azərbaycan dünyəvi müsəlman
ölkəsidir və
burada xalqın böyük hissəsi müsəlman, kiçik katolik və pravoslav icmalardan ibarətdir. Kardinal Bertone deyib ki, qədim Azərbaycanın paytaxtı
Bakıda müqəddəs
Bartolomeonun məzarı
aşkarlanıb və
Kristian Evangellanın arxeoloji qalıqları tapılıb. Maraqlı fakt
isə ondan ibarətdir ki, tapılan dini qalıqlar həm dövlət tərəfindən,
həm də millət tərəfindən
qorunub saxlanır.
Azərbaycan hətta kommunist
dövründə belə
dini tolerantlığı
qoruyub saxlamağı
bacarıb. Digər bir
maraqlı fakt da odur ki,
Böyük Vətən
Müharibəsində həlak
olan azərbaycanlıların
dinindən aslı olmayaraq hər biri ehtiramla yad edilir. Bu, unikal tolerantlıq
mədəniyyətinin bariz
nümunəsidir”.
P. Onoroti, Azərbaycan tarixində multikulturalizim sahəsində ən böyük islahatların
məhz Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayır:
“Məhz o, Azərbaycan
xalqına müstəqillik,
azadlıq, rahatlıq
və stabillik bəxş edib. Azərbaycanda tolerantlıq mədəniyyətinin
qorunmasında və bu sahədə böyük islahatların
aparılmasında əvəzsiz
rol oynayıb. Hakimiyyətə gəldiyi ilk günlərdə
Heydər Əliyev bütün dinlərə
dövlət tərəfindən
bərabər diqqət
və qayğı göstərilməsinin əsasını
qoyub. Heydər Əliyev və bütün Qafqazın Şeyxi Şeyxülislam
Allahşükür Paşazadə
Sovet Hakimiyyəti dövründə dağıdılmış
katolik kilsəsinin inşasına böyük
sahə ayırır və yenidən tikilməsini təmin edir. Bununla da bütün
dünyaya müsəlman
dövləti kimi örnək göstərərək
multikulturalizimin əsasını
qoyub”.
Məqalədə Azərbaycan Prezidenti
İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Vatikan səfəri xüsusi qeyd olunur: “Səfər zamanı Papa Fransisko bir daha qeyd
edib ki, Azərbaycan tolerantlıq ölkəsi kimi Şərq və Qərb aləmi arasında böyük körpü rolu oynayır”. Sonda jurnalist Paola Onoritdi Azərbaycanla bağlı
məlumatlara görə
Romada təhsil alan azərbaycanlı
tələbə Həsən
İsgəndərova dərin
minnətdarlığını bildirib.
Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyəsi əsasında
səhifəni hazırladı:
Xəyalə
Sadıqova
Zaman.-2015.-10 iyun.-S.13.