Azərbaycan dünyada yəhudilərin rahatqorxusuz yaşadıqları azsaylı ölkələrdəndir

 

Quba yəhudilərindən olan istedadlı xanəndə və tarzən Nisim Nisimova da ayrıca yer ayırmaq istəyirəm. Nisim Nisimov tarda həm çalıb, həm də oxuyan nadir sənətçilərdəndir.

Yəni o, bir unikal qabiliyyət yiyəsidir: tarda ifa edə-edə eyni zamanda muğam, xalq mahnılarını ustalıqla oxuya bilir. Hətta ondan söz düşəndə deyirlər ki, xalq mahnılarımızın mahir bilicisi olan Nisim Nisimov Azərbaycan muğamını yaxşı bilən dord-beş sənət adamından biridir. Yeri gəlmişkən, qeyd edək ki, o, tanınmış xanəndə Hacıbaba Hüseynov kimi bir sənətkardan dərs alıb. Yaxşı yadımdadır, hələ ötən əsrin sonlarında onun sorağı bütün Azərbaycana yayılmışdı. Vaxtı ilə onun toy qrafiki həddən artıq sıx olardı. Hətta bəzən toy sahibləri onun qrafikinə görə toylarını təxirə salırdılar. Şəxsən mən onun iştiraki ilə Alpan kəndində keçirilən neçə-neçə toyun şahidi olmuşam”.

 

Əvvəli ötən sayımızda

 

Ölkə başçısı İlham Əliyev Qırmızı Qəsəbə sakinləri ilə keçirdiyi görüşlərin birində deyib: “Bu gün Azərbaycanın uğurlu inkişafı artıq reallıqdır. Bunu əlbəttə ki, ölkə əhalisi də, beynəlxalq ictimaiyyət də görür. Çünki son illər ərzində Azərbaycan kimi iqtisadi cəhətdən inkişaf edən ikinci ölkə yoxdur. Bu iqtisadi inkişaf sadəcə olaraq statistik rəqəmlərlə deyil, görülən işlərlə də ölçülür. Qubanın, Qırmızı Qəsəbənin inkişafı göz qabağındadır. Hər rayonda, hər bölgədə quruculuq, inkişaf işləri gedir. Deyə bilərəm ki, rayonlar bir-biriləri ilə rəqabətə çıxır. Rayon sakinləri istəyirlər ki, onların rayonları, şəhərləri, qəsəbələri daha da gözəl, abad olsun. Yəni, bu, sağlam bir yarışdır. Bu yarışın nəticəsində Azərbaycan güclənir, inkişaf edir, möhkəmlənir və Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bu ümumi inkişafa öz töhfələrini verirlər. Dağ yəhudiləri də öz işi, əməyi, Vətənə olan sədaqəti ilə Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində çox böyük işlər görmüşlər. Həm burada, həm başqa ölkələrdə yaşayan, amma qəsəbə ilə əlaqəni qırmayan vətəndaşlarımız Azərbaycanın inkişafına öz dəyərli töhfələrini verirlər. Mən hər dəfə Qubada olarkən çalışıram ki, buraya da gəlim, vətəndaşlarla görüşüm. Çalışıram ki, biz burada çatışmayan işləri düzəldək. Ümumiyyətlə, burada gözəl işlər görülür. Mən görürəm ki, qəsəbənin sakinləri necə böyük sevgi ilə, məhəbbətlə, zövqlə öz qəsəbələrini abadlaşdırırlar. Bu gözəl binalar inkişafın təzahürüdür. Bu qəsəbədən olan vətəndaşlar indi müxtəlif ölkələrdə yaşayırlar, qəsəbəni unutmurlar, gəlirlər belə gözəl yerlər yaradırlar”.

 

“Canıma-qanıma hopub

 

Qəsəbədə toyyas mərasimləri yəhudi ənənəsinə uyğun həyata keçirilir. Xüsusilə toy süfrələri son dərəcə zəngin olur. Yəhudi dininə görə donuz əti haram sayıldığından qəsəbə sakinləri bu heyvanın ətindən imtina edirlər və bütün dünya yəhudiləri kimi bu qəsəbə sakinləri də istər məclislərində, istərsə də gündəlik menyuda balıq ətinə üstünlük verirlər. Toylarda yəhudi və Azərbaycan havaları səsləndirilir. Bu qəsəbədəki bəzi toy məclislərində iştirak etmək üçün İsraildən, Rusiyadan, Türkiyədən, Avropadan, hətta Amerikadan belə dünyanın ulduz sənətçiləri gəlirlər. Onların toy məclislərində istifadə olunan musiqi alətləri ilə Azərbaycan toylarındakı musiqi alətləri, demək olar ki, eynilik təşkil edir.

 

Burada bir məqama da diqqət yetirmək istərdim. Quba yəhudilərindən olan istedadlı xanəndə tarzən Nisim Nisimova da ayrıca yer ayırmaq istəyirəm. Nisim Nisimov tarda həm çalıb, həm oxuyan nadir sənətçilərdəndir. Yəni o, bir unikal qabiliyyət yiyəsidir: tarda ifa edə-edə eyni zamanda muğam, xalq mahnılarını ustalıqla oxuya bilir. Hətta ondan söz düşəndə deyirlər ki, xalq mahnılarımızın mahir bilicisi olan Nisim Nisimov Azərbaycan muğamını yaxşı bilən dord-beş sənət adamından biridir. Yeri gəlmişkən, qeyd edək ki, o, tanınmış xanəndə Hacıbaba Hüseynov kimi bir sənətkardan dərs alıb. Yaxşı yadımdadır, hələ ötən əsrin sonlarında onun sorağı bütün Azərbaycana yayılmışdı. Vaxtı ilə onun toy qrafiki həddən artıq sıx olardı. Hətta bəzən toy sahibləri onun qrafikinə görə toylarını təxirə salırdılar. Şəxsən mən onun iştiraki ilə Alpan kəndində keçirilən neçə-neçə toyun şahidi olmuşam. Bir dəfə ona kənd sakinlərindən biri adi bir yəhudinin Azərbaycan mahnılarını belə yanıqlı oxumasında bir qəribəlik gördüyünü deyəndə o dedi: “Bu torpaqda doğulmuşuq. Buranın çörəyini yeyirik, suyunu içirik. Adət ənənələri , musiqisi bizim üçün əzizdir. Öyrənmişəm, canıma-qanıma hopub. Mən buarda qəribə heç görmürəm”.

 

Burada tolerantlıq yüksək səviyyədədir. Yəhudilər çox sülhsevər xalqdır. Yeri gəlmişkən, burada dağ yəhudiləri bir-birilə görüşəndə şalom deyirlər. Müsəlmanların salam sözünə bənzəyən bu söz sən demə elə eyni mənanı bildirir. Yəni sülh, əmin-amanlıq olsun hər kəsə.

 

Bir daha inanırsan

 

Yas dəfn mərasimi yəhudi dini qaydalarınca yerinə yetirilir bu mərasimlər Tovrat oxunuşu ilə müşayət olunur. Qəsəbənin qəbirsanlığında təmtəraqla tikilmiş məzarların sayı çoxdur. Bəzi məzarlar mavzoley təsiri bağışlayır elə ilk baxışdan bir neçə on min dollara başa gəldiyi görünür. Baş daşına şəkil vurulması adi hal alıb, daha imkanlılar isə heykəl ucaltmaqdan belə çəkinmirlər.

 

Şənbə günləri bu qəsəbədə istirahət günüdür həmin gün dağ yəhudiləri əllərini ağdan-qaraya vurmazlar. Zəruri yerlərdən başqa şənbə günləri bu qəsəbənin bütün ticarət iaşə obyektlərinin qapısı bağlı olur.

 

Qırmızı Qəsəbənin həyarı ilə tanış olanda bir xalqın, toplumun öz varlığını davam etdirməsi üçün din faktorunun qədər mühüm, hətta həlledici olduğuna bir daha inanırsan. Bu qəsəbədə hər şey yəhudi dininin tələblərinə uyğun şəkildə tənzimlənib. 300 ilə yaxın müsəlman türklərin arasında kiçik bir qəsəbə halında məskunlaşmış dağ yəhudilərinin zərrə qədər olsun assimilyasiyaya uğramamalarının sirrini məhz öz dinlərinə bağlılıqla əlaqələndirmək lazımdır. Bütün dövrlərdə istər sinaqoqda, istərsə evlərdə uşaqlara yəhudi dininin təməl qanunları təlim edilmiş onların din ənənə təəssübkeşi kimi yetişmələrinə xüsusi diqqət göstərilmişdir. Dağ yəhudiləri, xüsusilə bu qəsəbənin sakinləri, demək olar ki, bir qayda olaraq, dini seçim üzrə nikaha girir, başqalarına qız vermir, qız almırlar. Onlar üçün dini təəssüb hər cür sevgidən üstün hesab olunur. Qəsəbənin təmiz, asfaltlı küçələri ilə gəzərkənSəadət evigözə dəyir. Bu binanın da fasadına qəsəbənin əksər evlərində olduğu kimi altıbucaqlı ulduz həkk olunub. Sakinlər deyir ki, “Səadət evibir vaxtlar sinaqoq olub.

 

Amma bütün bunlarla yanaşı Azərbaycan türklərinin tolerant düşüncəsini xüsusi vurğulamaq lazımdır. Hər bir vicdan sahibi tərəddüdsüz olaraq təsdiqləyər ki, dünyada yəhudilərin ən rahat, qorxusuz yaşadıqları ölkə məhz Azərbaycandır.

 

O elə bir qəhrəman ki...

 

Qırmızı Qəsəbə Dağ yəhudiləri dini icmasının sabiq sədri, “Şöhrətordenli Boris Simanduyevin (21 il icmaya rəhbərlik etmiş Boris Simanduyev yaşının çox olması səbəbindən istefa verib) sözlərinə görə, Azərbaycan tarixən müxtəlif xalqlar dinlərə mənsub insanların qarşılıqlı hörmət tolerant şəkildə birgə yaşadığı məkandır.

 

Əvvəli ötən sayımızda

 

Zaman.-2015.-13 iyun.-S.13.