Milli azlıqların hüquq və azadlıqlarının qanunvericilikdə təsbiti

 

Azərbaycan Respublikasının Konstitusiyası müasir dünya tərəfindən qəbul edilən bütün insan hüquq azadlılqarını özündə ən yüksək səviyyədə ehtiva edir.

 

 Bununla yanaşı milli qanunvericilikdə insan hüquq azadlıqları ilə bağlı bir çox beynəlxalq müqavilələr Azərbaycan qanunvericiliyində öz əksini tapmışdır. Azərbaycan Respublikasının ratifikasiya etdiyi beynəlxalq sənədlərdən biri Milli azlıqların müdafiəsi haqqındaÇərçivə Konvensiyasıdır. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Aparatı tərəfindən hazırlananAzərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq konvensiyaların milli qanunvericilikdə təsbitiadlı kitabda Çərçivə Konvensiyası barədə ətraflı məlumat verilib.

 

 

Çərçivə Konvensiyası

 

1998-ci ildə qüvvəyə minən Çərçivə Konvensiyası - milli azlıqlara mənsub olan şəxslərin hüquqlarının müdafiəsinə yönələn ilk müqavilədir. Milli azdıqların müdafiəsi kontinentdə stabillik, demokratik təhlükəsizlik sülh üçün mühüm əhəmiyyət kəsb edir. Bu prinsipə əsaslanaraq, Çərçivə Konvensiyasının öz qarşısına qoyduğu əsas məqsəd milli azlıqların tam həqiqi bərabərliyini təmin etmək, həmçinin hüququn aliliyi, ərazi bütövlüyü milli suverenlik prinsiplərinə hörmət çərçivəsində öz milli fərdiliyini ifadə etmək, qorumaq, inkişaf etdirməyə imkan verən şəraitin yaradılmasıdır. Çərçivə Konvensiyası proqram prinsipləri normaları şəklində hüquqi standartlar formalaşdırır. Ümumi məqsədlər müəyyənləşdirilir ki, razılığa gələn tərəflər bu məqsədlərə qanunvericilik tədbirlərinin görülməsi müvafıq dövlət siyasəti vasitəsilə nail olmağı öz öhdələrinə götürürlər. Adətən Çərçivə Konvensiyasının normaları birbaşa tətbiq olunmur. Dövlətlər, milli qanunvericiliyi onların ərazisində yaşayan milli azlıqların xüsusiyyətlərinə uyğunlaşdırılmasına imkan verən müəyyən fəaliyyət azadlığına malikdirlər. Bu qədər həssas bir sahədə mürəkkəb hüquqi siyasi maneələr olduğundan Çərçivə Konvensiyası milli azlıq konsepsiyasının dəqiq anlayışını müəyyən etməmişdir, lakin aşağıdakı kriteriyalar irəli sürülmüşdür: bu anlayış yalnız din, dil, ənənələr mədəni irslə müəyyənləşdirilən azlıqlara şamil edilir. Çərçivə Konvensiyasında söhbət, ilk növbədə, bərabərlikdən, əsasən qanun qarşısında bərabərlikdən gedir. Razılığa gələn tərəflər həmçinin, lazım gəldikdə pozitiv tədbirlər görməyi öhdələrinə götürürlər. Bununla əlaqədar olaraq milli azlıqla çoxluq arasında real bərabərlik prinsipindən irəli gələn əlavə hüquqlar da tanına bilər. Belə hüquqlar ikili öhdəliklər şəklində formalaşmışdır ki, bu öhdəliklərə uyğun olaraq dövlətlər azlıqların mövcudluğunun, o cümlədən, fıziki müdafiəsinə, həmçinin öz xüsusiyyətlərinin inkişafına məsuliyyət daşıyırlar. Sosial vahidliyin saxlanılması prinsipindən çıxış edərək Çərçivə Konvensiyası milli azlıqların üzərinə müəyyən öhdəliklər qoyur, məsələn dövlətdən, onun razılığı olmadan ayrılmanın qadağan olunması öhdəliyi. Dövlətə, həmçinin ümumi inteqrasiya siyasətinin xeyrinə tədbirlər görmək imkanı da verir.Milli azlıqların hüquqlarının müdafiəsi haqqındaÇərçivə Konvensiyası özündə aşağıdakı prinsipləri təsbit edir:

 

- ayrı-seçkiliyin qadağan olunması;

 

- milli azlıqlarla əhalinin çoxluğu arasında bərabərliyin təmin olunmasına yardım etmək;

 

- milli azlıqların mədəniyyətinin, dininin, dilinin adət-ənənələrinin qorunub saxlanması inkişaf etdirilməsi üçün əlverişli şəraitin yaradılması;

 

- yığıncaqlar, birləşmək, söz, fikir, vicdan din azadlığı;

 

- kütləvi informasiya vasitələrindən istifadə, radio televiziya proqramları qəbul etmək translyasiya etmək hüququ;

 

- təhsil almaq hüququ;

 

- sərhədyanı əlaqələr əməkdaşlıq;

 

- iqtisadi, mədəni sosial həyatda iştirak.

 

 

 

Konstitusiyada hər bir millətin hüquq azadlıqları beynəlxalq normativlərə

 

uyğun tənzimlənir

 

16 iyun 2000-ci il tarixdənMilli azlıqların hüquqlarının müdafiəsi haqqındaÇərçivə Konvensiyasının iştirakçısı olan Azərbaycan Respublikasının milli qanunvericiliyində insan hüquq azadlıqlarının təmini ilə bağlı təsbit olunmuş normalar Çərçivə Konvensiyasının milli azlıqların hüquqlarının müdafiəsi sahəsində müəyyən etdiyi prinsiplərə tam cavab verir. Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilmiş digər normativ-hüquqi aktlarda hər bir millətin hüquq azadlıqları beynəlxalq normativlərə uyğun tənzimlənir. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsi hamının qanun məhkəmə qarşısında bərabərliyi hüququnu təsbit edir. Dövlət irqindən, milliyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq azadlıqlarının bərabərliyinə təminat verir. İnsan vətəndaş hüquqlarını azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.

 

Konstitusiyanın digər maddəsi (47-ci maddəsi) hər kəsin fikir söz azadlığının müdafiəsi hüququnu təsbit edir. Qanunla heç kəs öz fıkir əqidəsini açıqlamağa, fikir əqidəsindən dönməyə məcbur edilə bilməz. İrqi, milli, dini, sosial ədavət düşmənçilik oyadan təşviqata təbliğata yol verilmir. Azərbaycan Respublikasının Cinayət qanunvericiliyi milli zəmində törədilə biləcək cinayətlərə görə məsuliyyət müəyyən etmişdir. Belə ki, Cinayət Məcəlləsinin 103-cü maddəsi Soyqırım cinayətinə görə məsuliyyət növünü müəyyən edir. CM-nin 103-cü maddəsinə əsasən, hər hansı milli, etnik, irqi ya dini qrupu, bir qrup kimi bütövlükdə ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma ya onların əqli qabiliyyətinə ciddi zərər vurma, qrupun bütövlükdə ya qismən fıziki məhvinə yönəlmiş yaşayış şəraiti yaratma, qrup daxilində doğumların qarşısını almağa yönəlmiş tədbirləri həyata keçirmə, bir qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirmə - on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Soyqırımın törədilməsinə bilavasitə ya açıq təhrik etmə Cinayət Məcəlləsinin 104-cü maddəsi ilə məsuliyyətə səbəb olur beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beynəlxalq hüquq normaları Azəpbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadıqda, əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma ya digər məcburi hərəkətlərlə didərgin salma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 107-ci maddəsi ilə məsuliyyətə səbəb olur on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Siyasi, irqi, milli, etnik, mədəni, dini, cinsi ya beynəlxalq hüquq normaları ilə qadağan edilmiş digər əsaslara görə müəyyən edilmiş hər hansı bir qrupu ya təşkilatı təqib etmə, yəni qrupa ya təşkilata mənsub olduqlarına görə insanları əsas hüquqlardan kobudcasına məhrum etmə, bəşəriyyət əleyhinə digər cinayətlərlə əlaqədar olduqda Cinayət Məcəlləsinin 109-cu maddəsi ilə məsuliyyətə səbəb olur beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Davamı növbəti sayımızda

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Xəyalə Sadıqova

Zaman.-2015.-24 iyun.-S.13.