İslam ümumbəşəri sevgi

 

Son günlərdə hansısa qaranlıq əllər istər Avropada, istərsə Amerikada İslam düşmənçiliyini körükləmək məqsədilə bir-birindən betər, bir-birindən amansız qanlı aksiyalar həyata keçirməkdədir.

 

 Bu qara əməllərin arxasında kimlərin dayanmasından asılı olmayaraq, niyyət gün kimi aydındır: İslamı gözdən salmaq, həqiqəti pərdələmək, insanların haqq yola dönüşünü əngəlləmək... Artıq vəziyyət o qədər acınacaqlı hala gəlib ki, harada bir terror aksiyası həyata keçirilirsə, icraçı kimi birinci olaraq müsəlmanlar ağla gəlir. Halbuki, uca dinimiz nəinki insanı, bir böcəyi bir qarışqanı belə öldürməyi yasaqlayır hər əmələ görə Allah qarşısında hesab veriləcəyini israrla xatırladır.

 

Sevgi bizim inanc könül dünyamızın solmaz çiçəyidir

 

Sevgi, dövrümüzdə ən çox işlənən mövzulardan biridir. Əslində sevgi bizim inanc könül dünyamızın solmaz çiçəyidir. Hər şeydən əvvəl Cənabi-Haqq (c.c.) kainatı məhəbbət telləri ilə incə bir naxış halında hörmüşdür. varlığın sinəsində hər zaman ən ovsunlayıcı bir əda ilə səsləndirilən musiqidir sevgi. Ailə, cəmiyyət milləti təşkil edən fərdlər arasında ən güclü münasibət sevgi münasibətidir. Sevgi, ana-atadan övlada şəfqət şəklində, övladdan ana-ataya isə hörmət, ehtiram kimi təcəlli edir. Cahanşümul sevgi isə bütün varlıqdan, varlığın hər parçasına qarşı yardımlaşma həmrəylik şəklində özünü büruzə verir.

 

Varlığın ruhuna tamamilə sevgi hakimdir. Hər varlıq sevgi zümzüməsi içində, kainat miqyasındakı o geniş xorun bir fərdi olaraq Allahdan aldığı o füsunkar nəğməni öz üslubu ilə yenidən ifa icra edir. Ancaq varlıqdan insanlara, varlığın cüzi fərdlərindən digər cüzi fərdlərinə olan bu sevgi mübadiləsi qeyri-iradi olaraq cərəyan edir. Çünki iradəsi olmayan varlıqlarda tamamilə İlahi iradə hakimdir. Bu baxımdan insanlar varlıqdakı bu sevgi simfoniyasında iradələri ilə iştirak edərək, mahiyyətlərində olan sevgini inkişaf etdirib onu insan kimi icra edə bilmənin yollarını axtarırlar. Başqa sözlə, sevginin sui-istifadə edilməsinə fürsət vermədən, öz təbiətlərinə uyğun həm gerçək bir yardımlaşma həmrəylik ortaya qoymalı, həm insani ya fitri hüquq baxımından varlığın ruhunda dərc olunan təbii ahəngi qorumalıdırlar.

 

 İslamdakı cihad mövzusunu yanlış izah etməklə nizamsız bir humanizm anlayışı təlqin etməyə çalışırlar

 

Humanizm, bu dövrdə hər yerdə müzakirə edilən istənilən şərhə münasib məsələdir. Xüsusilə bəzi təbəqələr İslamdakı cihad mövzusunu yanlış izah etməklə mühakimə qabiliyyəti inkişaf etdirilməmiş, yetərsiz olan insanların başını qarışdırır, onların qəlblərində İslama qarşı şübhə oyatmağa zehinlərə mücərrəd, nizamsız bir humanizm anlayışı təlqin etməyə çalışırlar. Bəli, ölkənin bütövlüyünü pozmağa çalışan, vətəni bölmək istəyən, əsrlərdir var olan bu ölkə bu ölkə insanının varlığına gələcəyinə düşmən olub, təxribat törətməyə çalışanlara mərhəmət istəyən, digər tərəfdən insanların göz yaşlarına baxmadan məsum körpələri öldürənlərə vəhşiliyin ən dəhşətlisini törədənlərə seyirçi qalanların bu qəribə rəftarlarını humanizmlə izah etmək çox çətindir.

 

Mömin daşıdığı məsuliyyət etibarilə, məsələləri şişirdərək, təhrif edərək, olduğundan fərqli göstərmək kimi bir yanlışlıq içinə girməz. Bu baxımdan sırati-müstəqim (düz yol, İslam) Quran yolunun təmsilçisi olan Allah-Rəsulu (s.ə.s.) onun təmsil etdiyi həqiqəti camaat halında ən mükəmməl şəkildə təmsil edən Əshabi-kiram sevgidə orta yol tarazlığın nümunəsi olmuşdur. Bu mövzunu Əsri-səadətdən bir-iki örnəklə konkretləşdirmək istəyirəm:

 

1) Tarixdəki mövqeyi üzərinə aldığı missiya baxımından Abdullah İbn Hüzafəni (r.a.) Bizansda Hz. Ömərin (r.a.) bir casusu kimi qiymətləndirirəm. Abdullah (r.a.) Hz. Ömər (r.a.) dövründə əhəmiyyətli bir missiya daşımış bu işi görərkən yaxalanmışdı. Buna görə rəqibləri ona ağlasığmaz işgəncələr vermişdilər. Hətta çox mötəbər siyər kitablarında başının qaynar suya soxulduğu, bəzən üzünün dərisinin töküldüyü, bəzən saçlarının yolunduğu ifadə edilir.

 

Bütün bu olub-keçənləri monastrın qapısından seyr edən bir keşiş Abdullah ibni Hüzafət üs-Səhminin göstərdiyi cəsarət dəyanət qarşısında heyran olur, bu şanlı səhabənin yanına gələrək ona belə bir təklif verir:

 

- “Oğlum, cəsarətinə heyran qaldım. İndi sənə üç dəqiqə möhlət verəcəyəm. Çox güman ki, bir-iki dəqiqədən sonra səni öldürəcəklər. Bu fürsətdən yaxşı istifadə etsən, həm dünyada, həm axirətdə məsud olarsan. Çünki bu üç dəqiqə içində sənə xristianlığı təlqin edəcəyəm. Artıq bundan sonra ölsən belə qəm yemə, çünki Hz. Məsihə qovuşacaqsan”.

 

Abdullah ibni Hüzafət üs-Səhminin çöhrəsində bir təbəssüm meydana gəlir keşişə bunları söyləyir:

 

- “Əziz ata! İndiyə qədər məni heç kəs dinləmədi. Mənə bu üç dəqiqəlik fürsəti verdiyinizə görə bilmirəm sizə necə təşəkkür edim. Çünki bu üç dəqiqə ərzində haqq din olan İslamiyyəti öyrədərək, sizə həqiqi qurtuluş yolunu göstərib ölsəm, qəm yemərəm...”

 

Bəli, bu hadisə İslamın ən çətin anlarda belə, hətta ölərkən-öldürərkən belə güzəştə getmədiyi ümumi əsaslara prinsiplərə bağlılığı baxımından çox əhəmiyyətlidir. Bununla yanaşı bu hadisə bizə İslamın sevgi məhəbbət iqliminin qədər geniş olduğunu göstərmək baxımından da fövqəladə diqqəti cəlb edir.

 

2) Bir səhabə rəvayət edir: “Hz. Ömərlə (r.a.) birlikdə bir monastrın qarşısından keçirdik. Orada uzun saqqallı, beli bükülmüş, saçlı, yaşlı bir keşiş qarşımıza çıxdı. Hz. Xəlifə onu görüncə dizləri titrəməyə hıçqıra-hıçqıra ağlamağa başladı. Niyə ağlayırsan, ey Əmir əl-Möminin?” -deyə soruşanda, Hz. Ömər (r.a.) belə cavab verdi: “70-80 yaşına gəlib, lakin hələ insanlığı qurtuluşa aparan rəhbərliyini Hz. Məhəmmədin (s.ə.s.) etdiyi gəmiyə minə bilməyib.” Bax, İslamın ümumbəşəri sevgisi budur.

 

Halbuki, o dövrdə çoxları insanları təhrik edib müsəlmanlığın qarşısını almaq üçün əllərindən gələn hər şeyi edirdilər. Amma Hz. Ömər (r.a.) Allah Rəsulundan (s.ə.s.) miras qalan sevginin təzahürü olaraq o dövrdə düşmən sayılan bir insan üçün hıçqırıqlarını saxlaya bilməyib ağlamışdı.

 

Zalıma göstərilən mərhəmət, məzluma qarşı edilmiş ən böyük mərhəmətsizlikdir

 

Mövzu ilə əlaqəli yüzlərlə misal verilə bilər. Zənnimcə, İnsanlığın İftixarının (s.ə.s.) bu mövzudakı münasibət, tövr və davranışlarının tələbələrinin davranışlarından geri qalmadığını, yəqin, siz də təsdiq edərsiniz. Çünki O, Kamil Rəhbər, hər bir möminin yoluna uyduğu uca Zat və Aləmlərə Rəhmət olaraq göndərilmiş misilsiz şəxsiyyətdir.

 

İslamın ruhundakı sevgi ilə gözü açılmış Tabiun (səhabədən sonrakı nəsil və ya Rəsulullahla (s.ə.s.) eyni zamanda yaşasa belə Onun mübarək məclislərində bulunmamış, söhbətlərinə qulaq asmamış müsəlman) və Təbeyi-təbiun (tabiindən sonrakı nəsil) dövründə fərqinə varmadan tapdaladıqları bir çəyirtkəyə görə dərhal xəlifədən bunun cəzasının nə olduğunu soruşan mələk xasiyyətli insanlar yetişmişdir. Məscidlərimizin nur saçan çöhrələrinə baxdığımız zaman üzərində quşlar üçün qurulmuş yuvaları görürük. Bu, əcdadımızın sevgidəki dərinliyinin bir ifadəsidir. Bizim içimizdə insanlarla yanaşı, heyvanları qorumaq naminə elə ibrətamiz səhnələr var ki, başqa bir yerdə bunları görmək, göstərmək mümkün deyil.

 

İslamın ümumbəşəri prinsipləri çərçivəsində sevgi mülahizə və düşüncəsi çox tarazlıdır. Çünki zalıma göstərilən sevgi və mərhəmət onu daha çox təcavüzkar hala gətirdiyi kimi, başqalarına qarşı da təcavüzə təşviq edər. Bu səbəblə, ümumbəşəri sevgini təhlükəyə salan bu cür insanlara qarşı mərhəmət edilməz. Çünki zalıma göstərilən mərhəmət, məzluma qarşı edilmiş ən böyük mərhəmətsizlikdir, zülümdür.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı:

 

Əli Çərkəzoğlu

Zaman.-2015.-5 mart.-S.13.