İSLAM DİNİNİN AZƏRBAYCANDA TOLERANTLIQ ƏNƏNƏLƏRİNİN FORMALAŞMASINA TƏSİRLƏRİ

 

Azərbaycanın mədəniyyətlər qovşağında yerləşməsi, həm dini azad fikirliliyin və tolerantlığın olmasına, həm də yeni dini cərəyanların zaman-zaman yaranmasına və inkişafına zəmin yaratmışdı. Azərbaycan olduqca unikal bir mədəniyyətə malikdir.

 

Bu torpaqda uzun əsrlər boyu dünyanın ən aparıcı mədəniyyət sistemlərinin təbii, tarixi inteqrasiyası baş vermişdir. Bu torpaqda atəşpərəstlik, türk, iran, qafqaz, yəhudi, xristian, islam, Şərq, Qərb, slavyan, sosializm s kimi müasir dünya sivilizasiyasını formalaşdıran mədəniyyətlər çulğalaşmış, dünyanın inkişafı üçün gərəkli olan mədəniyyət, inkişaf modelləri yaratmışdır.

 

 Azərbaycanda İslamın yayılması İslamda tolerantlıq

 

VII əsrin I yarsında Ərəbistan yarımadasında meydana gələn İslam dini onun əsasında yaranan güclü Ərəb xilafəti öz nüfuzunu ətraf ərazilərə yaymaq üçün iri miqyaslı yürüşlərə başladı. Tarixdən İslamın bir dövlət olmaq etibariylə Xilafətin (peyğəmbərin xəlifələri tərəfindən idarə olunduğu üçün belə adlanırdı) “yer üzünə yayılma çağıadlanan dövrü başlandı.

 

Azərbaycan ərazisinə ərəblərin ilk hücumları 639-cu ilə təsadüf edir. “643-644-cü illərdə, xəlifə Ömərin dövründə, ərəblər tarixi Azərbaycan ərazisinin yalnız cənub Dərbəndədək Xəzər sahili torpaqlarını tuta bildilər. 705-ci ildə isə Xəlifə I Validin zamanında Ərəb qoşunları Mehranilər sülaləsini hakimiyyətdən uzaqlaşdıraraq Aqvan knyazlığına son qoydular. Bu dövrdən etibarən Şimali Azərbaycan torpaqları da Ərəb xilafətinin tərkibinə qatılmış oldu. Ölkə xilafət qanunları canişinləri tərəfindən idarə olunmağa başladı. Azərbaycan digər əyalətlər əl-Cəzirə adlanan dördüncü əmrliyin tərkibinə daxil idi. Bu əmirliyin paytaxtı əvvəlcə Dvin şəhəri, Abbasilər taxta çıxdıqdan sonra isə Bərdə şəhəri oldu.

 

Bütün insanlar qardaşdırlar; bütün insanlar Allah qarşısında bərabərdirlərkimi müddəaları, onları dini cəhətdən izah edərək əsaslandırması, ayin (sitayiş forması) məsələsində sadəliyi, təbii ki, insanları cəlb edirdi. Buna qədim Şərqin dinlərinə məxsus ayinçiliyin, xüsusən zərdüştilik üçün səciyyəvi olan ibadət zamanı möminin pak olması tələbinin qalması da təsir göstərirdi.

 

 Azadlıq o demək deyil ki, hər kəs istədiyini edə bilər

 

İslam dini təkcə üç qitənin - Avropanın, Asiyanın Afrikanın qovuşduğu yerdə (coğrafi ərazidə), meydana gəlməmişdi, demək olar ki, o, həm dağılmaqda olan quldarlıq quruluşunun Ərəbistanda qalmaqda davam edən qəbilə-tayfa münasibətləri ilə erkən orta əsrlər feodalizminin bir-birindən ayrıldıqları yol ayrıcında meydana gəlmişdir. İslamın ehkamlarından həm onun yayılma sərhədlərinin sürətlə genişləndirilməsinə siyasi cəhətdən bəraət qazandırmaq üçün, həm yeni sosial prinsiplərin möhkəmləndirilməsi üçün istifadə olunur. İslam məzlum aşağı təbəqələrin ideologiyasına çevrilməyə (ilkin xristianlıqda olduğu kimi) macal tapmadı, o özünün yaranmasının elə başlanğıcından dövlət dini rolunda çıxış etməyə başladı. Buna görə artıq Hz. Məhəmməd (s) peyğəmbərin  Məkkədən Mədinəyə köçdüyü (hicrət etdiyi) zamandan İslamda mənəvi-əxlaqi fəlsəfi məsələlərlə yanaşı müsəlman cəmiyyətinin ictimai-siyasi quruluşunun, onun həyat fəaliyyətinin hüquqi cəhətlərinin prinsiplərinə diqqət verilirdi. Hz. Məhəmməd (s) peyğəmbər öz fəaliyyətinin ilk mərhələsində öz missiyasını (ilahi tapşırığını) yerinə yetirmək üçün təbliğat yollarından istifadə edir, yəni insanların şüuruna təbliğat fəaliyyəti ilə təsir göstərirdi. Bu haqda V.Bartold yazırdı: “Məkkədə Hz. Məhəmməd (s) peyğəmbər heç kəsin hökmdarı deyildi, o insanları tövbəyə, imana fəal məhəbbətə dəvət edərkən yalnız onların könüllü iradəsinə müraciət edə bilərdi. İndi İslam süst bir dindən döyüşkən bir dinə çevrilir. Hz. Məhəmməd (s) peyğəmbərin Mədinəyə gəlişindən (622-ci il) onun ölümünədək (632-ci il) keçən on il dinc din sosial həyat dövrü oldu. İslamın dini şüura verdiyi ən böyük töhfə onun təkallahlılığı (tövhidi) dəqiq qeyd-şərtsiz elan (ifadə) etməsindən ibarətdir: “Allah - Özündən başqa tanrı (məbud) olmayan, [daima] diri var (mövcud) olandır”. İnsanlar Allahı əvvəllər tanıyırdılar, ancaq çoxlu tanrılardan biri kimi. İndi onlara elan (bəyan) edildi ki, bir tək Allaha qulluq var ondan başqa ilah yoxdur. Kim tanrılara inanır, düzgün yoldan sapmış olsa buna görə  ona cəza veriləcək. Bütün dünyanı - göyləri, yeri, ulduzları, dağları, bitkiləri, insanı Allah yaratmışdır. Dünyada hər şey Allahın istəyi (iradəsi) ilə baş verir. Odur ki, Quran xristianlığın İsanı ilahiləşdirməsini qəbul etmir. İsa İslamda bir insan kimi qəbul olunur ona həqiqi (haqq) peyğəmbər kimi ehtiram göstərilir. Bu zaman hətta ona başqa peyğəmbərlərə verildiyindən daha yüksək yer (status) verilir. O - Məsihdir, günahsız, məsum həyat keçirmişdir mütləq yenidən Qiyamətdən qabaq bəşəriyyətin xilası üçün dönəcəkdir. İstənilən başqa din kimi, İslam dini öyrədir ki, hər bir insan öz mənəvi həyatına görə özü cavabdehdir: “Hər kəs bir günah qazanarsa, mütləq o günahı özünün zərərinə qazanmış olur” (4(qadınlar):111); “Doğru yolu tutan özünə savab, doğru yoldan azan isə özünə günah qazanır.” (10 (Yunus):108). İnsanın ölümündən sonrakı taleyi onun öz həyatını necə yaşamasından asılı olacaq. Deməli, onun ruhu cənnətə düşə bilər, cəhənnəmə , cənnətdə çoxlu bol sulu dərin çaylar, şirəli (dadlı) meyvə-tərəvəz var, cəhənnəm isə bunun əksinə olaraq, ərinmiş metalla, qaynayan maye (su) ilə dolu, hər şeyi məhv edən alovlu od olan bir yer kimi təsvir edilir. İnsan öz həyatı üçün məsuliyyət daşıyır: Allah insanı azad yaratmışdır. Beləliklə, dini inanc hər bir insanın azad seçimindən irəli gəlməlidir, o özü bilər: Allaha inanmaq lazımdır, yoxsa yox. Quranda deyilir: “Dində məcburiyyət (zorakılıq) yoxdur” (2(inək):256). Ancaq bu azadlıq o demək deyil ki, hər kəs istədiyini edə bilər.

 

 Tolerantlıq müxtəlif inanclı insanlar arasında bir körpüdür

 

İslama görə tolerantlıq müxtəlif inanclı insanlar arasında bir körpüdür. Allah belə buyurur: “Ey insanlar! Biz sizi bir kişi bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara qəbilələrə ayırdıq...” (”Hucuratsurəsi, 13). İnsanların bir-birini tanıması, qarşılıqlı münasibətlərinin formalaşmasının əsası tolerantlıqdan keçir. İslam dinində tolerantlıq dinin əsas ünsürü kimi qəbul edilir. İslamın birinci əsas mənbəyi olan Quranda Uca Allah belə buyurur: “Sizin dininiz sizə, mənim dinim mənə aiddir” (”Kafirunsurəsi, 6). Quran tolerant olmaq üçün ədalətli olmağımızı əmr edir: “Söz söylədiyiniz zaman qohumunuz olsa belə, ədalətli olun...” (”Ənamsurəsi, 152).

 

Allahın “De: “İstər inanın, istərsə inanmayın...” (”İsrasurəsi, 107). “De: “Haqq Rəbbinizdəndir. Kim istəyir inansın, kim istəyir inanmasın...” (”Kəhfsurəsi, 29) sözləri İslamın dini etiqad azadlığına verdiyi dəyəri göstərir. Quran “Dində məcburiyyət (zorakılıq) yoxdur” (”Bəqərəsurəsi, 256) ayəsi ilə inanmaq azadlığının prinsipini formalaşdırıb.

 

Xüsusi olaraqZaman-Azərbaycanüçün Piri Axundov, ADAU-nun Azərbaycan tarixi, fəlsəfə hüquq kafedrasının baş müəllimi

 

Davamı növbəti sayımızda

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Vüqar Nəbiyev

 

Zaman.-2015.-6 mart.-S.13.