Azərbaycan müxtəlif dinlərin məkanı olub

 

Dünyada baş verən qloballaşma prosesi mövcud xalqların daha da yaxınlaşmasına şərait yaradır.

 

 Xalqların dini etiqadlarının müxtəlifliyi onlar arasında münasibətlərin fərqli sferadan formalaşmasına yol açır. Dünyanın hazırki vəziyyətinə nəzər saldıqda dini ayrı-seçkiliyin güclənməkdə, hətta bəzən dini zəmində qarşıdurmaların insan təlafatı ilə nəticələndiyinin şahidi oluruq. Tunis, Əlcəzair, İraq kimi müsəlman ölkələrində belə fərqli məzhəb nümayəndələri arasında şiddətli münaqişələr baş verir. Bu cür neqativ halların yaşanmaması cəmiyyətdə sabitliyi təmin etmək üçün ölkədə tolerantlığın hakim mövqe tutması vacib məsələlərdəndir.

 

Tolerantlıq - dinindən, irqindən, milli kimliyindən asılı olmayaraq bütün insanlara özünüifadə hüququnun təmin edilməsi deməkdir. Bu hər bir insanın mənəvi borcu olmaqla yanaşı, eyni zamanda, demokratik cəmiyyətdə siyasi hüquqi bir təlabat kimi hesab olunur.

 

 

 

Dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanması mərhum Prezident Heydər Əliyevin adı ilə bağlıdır

 

Bu gün bir çox ölkələrin təbliğ etdiyi tolerantlıq xalqımızın əsrlər boyu formalaşan bir çox xalqlar üçün örnək olan xüssusiyyətidir. Tarixə nəzər saldıqda Azərbaycanın coğrafi şəraiti, tarixi inkişafı əhalinin etnik tərkibi burada müxtəlif dinlərin mövcud olmasına yayılmasına şərait yaratdığı görürük. Müxtəlif dövrlərdə bütpərəstlik, zərdüştlük, yəhudilik, xristianlıq, islam digər dini inanclar daha da genişlənərək bir-birinə təsirsiz ötüşməmişdir. Lakin bütün bunlara baxmayaraq ölkəmizdə dini münasibətlərin sabitliyi hər zaman qorunub saxlanılıb. Ölkədə dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanması mərhum prezident Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, hakimiyyətə ikinci dəfə qayıdışından sonra tolerantlıq anlayışı daha da möhkəmlənmiş dövlətin əsas siyasi istiqamətlərindən birinə çevrilmişdir.

 

Bu gün Azərbaycan dini müxtəliflik baxımından çox zəngindir. Buna baxmayaraq Azərbaycan dini zəmində ixtişaşların baş vermədiyi yeganə ölkələrdən hesab olunur. Müxtəlif tarixi dövrlərdə Azərbaycan ərazisində məskunlaşan dini etnik qruplar yerli əhali ilə qaynayıb-qarışmış, qohumluq əlaqələri qurmuş birlikdə yaşamağın mümkünlüyünü nümayiş etdirmişlər. Müxtəlif dinin nümayəndələri həmrəy olmuş vətənin bütövlüyü üçün hər zaman çalışmışlar. Azərbaycanın azadlığı ərazi bütövlüyü uğurunda vuruşan bu yolda canından keçən dini etnik fərqliliyi olan vətəndaşlarımızın yatdığı Şəhidlər Xiyabanı bu gün bizim birliyimizin simvoludur.

 

 Azərbaycanda tolerantlıq həm İslam, həm müxtəlif dini konvensiyaların səyi nəticəsində əldə edilmişdir

 

Ölkədə bu cür tolerantlıq mühitinin yaranması, dini dözümlülüyün Azərbaycan xalqının xarakterik xüsusiyyəti olmasının göstəricisidir. Heydər Əliyev bu keyfiyyəti çox gözəl ifadə etmişdir: “Hesab edirəm ki, Azərbaycan xalqı özlüyündə, təbiətinə görə, öz xarakterinə görə yüksək tolerantlıq hissinə malikdir. Azərbaycan əhalisinin çox hissəsinin etiqad etdiyi müsəlman dinində, onun kökündə tolerantlıq var. İslam dini bizi heç vaxt işğalçılığa, qəsbkarlığa sövq etməmişdir. Biz sülhsevər millətik. Bizim dinimiz insanlara dostluq, qardaşlıq, sülh, barışıq yolu göstərmişdir. Biz həmişə bu yolla getmişik”.

 

Heydər Əliyev Azərbaycanda hökm sürən tolerantlıq modelinin formalaşmasında digər dinlərin xalqların müstəsna xidmətləri olduğunu nəzərdən qaçırmamış bunu hər zaman yüksək qiymətləndirmişdir. O, 1999-cu il noyabrın 16-da ölkəmizdə fəaliyyət göstərən dini cərəyanların başçıları ilə görüşündə bu məqamı xüsusi vurğulamışdır: “Əlbəttə, Azərbaycanda mövcud olan millətlərarası, dinlərarası, etnik vəziyyət yüksək qiymətə layiqdir. Bu, hamının - həm azərbaycanlıların, həm rusların, həm ukraynalıların, həm yəhudilərin, digər millətlərdən olan insanların, o cümlədən bizim dini konfessiyaların - Azərbaycanda başlıca dinimiz olan İslam dininin, xristian-pravoslav, yəhudi dinlərinin səyləri ilə əldə edilmişdir”.

 

Onu da qeyd etmək lazımdır ki, Azərbaycan dünyada məscid, kilsə və sinaqoqun bir arada olduğu, eləcə də müxtəlif din mənsublarının heç bir ayrı-seçkilik halı ilə qarşılaşmadıqları nadir ölkələrdən biri, bəlkə də, birincisidir.

 

 Bütün vətəndaşların hüquqları konstitusiya ilə tənzimlənir

 

Millidini kimliyindən asılı olmayaraq bütün vətəndaşların hüquqları konstitusiya ilə tənzimlənir. Bununla yanaşı, ölkədə tolerantlığı, dini dözümlülüyü möhkəmləndirmək məqsədilə insan hüquq və azadlıqları, o cümlədən vicdandini etiqad azadlığı ilə bağlı qanunvericilik beynəlxalq hüquq normalarına uyğunlaşdırılmışdır. Mərhum prezident Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi müddətdə dövlət siyasətinə uyğun olaraq dini konfessiyalar arasında dözümlülük mühitinin daha da inkişaf etdirilməsi sahəsində mühüm işlər aparmış və bununla da dövlətlə dini qurumların münasibəti yeni mərhələyə qədəm qoymuşdur. Bunun nəticəsi olaraq 2001-ci ildə konstitusiyada vicdan azadlığı barədə müddəalarının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dövlət-din münasibətlərinin tənzimlənməsi, dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarına riayət olunmasına nəzarət edilməsi məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması barədə fərman imzalandı. Heydər Əliyev Dövlət Komitəsini yaratmaqla ölkədə din siyasətini daha da möhkəmləndirmiş, tolerantlıq mühitinin inkişaf etdirilməsinə təkan vermişbaş verə biləcək mənfi halların qarşısını əvvəlcədən almışdır. O, tolerantlığın təkcə ölkədaxili sabitliyin qorunmasında deyil, eyni zamanda, dövlətlərarası münasibətlərin qurulmasında önəmli yeri olduğunu bildirmişdir: “Tolerantlıq, dözümlülük çox geniş anlayışdır. O, həm insani münasibətlərin, həm cəmiyyətdə gedən proseslərin, həm də dövlətlərarası, millətlərarası, dinlərarası münasibətlərin bir çox cəhətlərinə aiddir. … O, təkcə dinlərin bir-birinə dözümlülüyü deyil, həm də bir-birinin adətlərinə, mənəviyyatına, mədəniyyətlərə dözümlük deməkdir”.

 

Xəyalə Sadıqova

 

Zaman.-2015.-11 mart.-S.13.