İslam dininin Azərbaycanda tolerantlıq ənənələrinin formalaşmasına təsirləri

 

Əvvəli ötən sayımızda

 

Vaşinqtonda (ABŞ) keçirilən "Tolerantlığın mədəniyyətlərarası dialoqun inkişafı: Azərbaycan modeli" adlı tədbirdən görüntü

 

İslamı insanlara çatdıran Hz. Muhəmməd (s) peyğəmbər bütün müsəlmanlara, xüsusilə idarəçilərə belə buyurub: “Kim müsəlman olmayan əhalidən birinə zülm edərsə, onların haqqını qiyamət günü mən müdafiə edəcəyəm”, “Kim bir zimmiyə zülm edər, yaxud ona daşımaqdan aciz olduğu bir yük yükləyərsə, onun haqqını azaldar ya istəyi olmadan bir şeyini alarsa, mən həmin adamın düşməniyəm”. Bir müsəlmana, yaxud zimmiyə qəsdən zərər verən şəxs lənətlənib”. Hz.Muhəmməd (s) başqa bir hədisində bunları bildirib: “Allah qiyamət günündə insanlara əziyyət edənlərə əziyyət edəcəkdir”. Budur Hz.Muhəmmədin (s) tolerantlığı. İslamın hakim mövqe tutduğu bu dövrlərdə Azərbaycan ərazisində xristianlıq musəvilik kimi dünya dinləri paralel olaraq mövcud idi bu dinlərin daşıyıcıları öz inanclarını sərbəst həyata keçirə bilirdilər.

 

İslamın əhli kitab dinlərinə loyal münasibəti bu dinlərə sitayiş edən xalqların islam arenasında sərbəst həyat sürmələrinə geniş imkanlar yaradırdı. Orta çağlarda islam dünyası, o cümlədən Azərbaycanda yaşayan müxtəlif xristian yəhudi icmaları islam dünyası içində öz dünyalarını yaratmışdılar. Kilsələr sinaqoqlar həmişə özlərinin müxtariyyətliklərini qoruyub saxlayırdılar. Onlar müxtəlif bağlaşmalarla özlərinə güvənclər qazanırdılar. İslam qanunu başqa dinlər arasında tarazlığa da göz qoyurdu, yəhudilərin xristianlığa xristianların iudaizmə keçməsini yasaqlayırdı. Onlara yalnız islama keçməyə icazə verilirdi.

 

***

 

İslam dünyasında başqa dindən olanlara peşə yasaqları yox idi. Ona görə xristianlar yəhudilər çox qazancıl peşələrlə məşğul olurdular. Xilafətin paytaxtı olan Bağdadda (IX əsr) xristian icmasının başında saray həkimi xristian dururdu. Yəhudi ic-masının başında isə saray bankiri yəhudi dururdu (6, 43 ). Adam Mets təəccüblənərək yazırdı: “Müsəlman imperiyasında adamı ən çox mat qoyan başqa dindən olan məmurların çoxluğudur. Müsəlmanlar bu məmurlara tabe olurdular. Paradoks: bir tərəfdən yəhudiləri xristianları məcbur edirdilər ki, onları bildirən nişanları gəzdirsinlər. Onlara icazə verilmirdi ki, müsəlman evindən hündür ev tikdirsinlər (hərçənd bu yasaqlara çox az əməl olunurdu). O biri tərəfdən isə həmin dindən olan məmurlar müsəlmanlara əmr cəza verirdilər (6, 52-53).

 

XII-XIII yüzilliklər xristianlığın Azərbaycanda yenidən çiçəkləndiyi bir dövrdür. Belə ki, bu dövrdə Qarabağda xristian Albanlar qısa müddətə olsa da Həsən Cəlalın rəhbərliyində Xaçın çarlığı kimi siyasi təsisat yarada bilmişdilər. Gəncədə Mxitar Qoş (1130-1213), onun yetirməsi Vanakan, Gəncəli Kirakos (1200-1271), Vardan (öl. 1271) s. kimi xristian Alban intellektualları yaşayıb yaratmışdılar. Mxitar Qoş Albaniya katalikosu III Stepannosun (1155-1195) təkidli xahişi ilə yazılmış məşhurSudebnik” (”Qanunnamə”) əsərinin müəllifidir. Qanunnamə”yə heç bir sistem gözlənilmədən Şərqi Roma imperiyasının qanunları ilə yanaşı, Alban kilsəsinin qanunları, “Musa qanunları”, kilsə (Aquen, bardis) qanunları daxil edilmişdir. Bundan başqa Mxitar QoşAlban salnaməsi” əsərinin də müəllifidir.

 

 

 

***

 

 

 

1240-cı ildən başlayaraq Qanzasar məbədinin nüfuzu artmağa başladı. Məbədə Həsən Cəlal nəslinin nümayəndələri başçılıq edirdilər. Bu vaxtdan Qanzasar alban kilsəsinin mərkəzi alban katolikoslarının iqamətgahı oldu, alban katolikosluğu Qanzasar katolikosu adlanmağa başladı. Qanzasar katolikoslarının iqamətgahı həm də Artsax knyazlığının dinisiyasi mərkəzi idi”. Həmdulla Qəzvini “Hüzhət əl-Qülub” əsərində Ucan şəhərindən danışarkən şəhər əhalisi arasında xristianların da olduğunu qeyd edir. Şərqi Suriya kilsəsi saborlarının sənədlərində Partavda V əsrdən, Urmiyada IV əsrdən, Paytakaranda VI əsrdən, Muğanda VIII əsrdən, Marağa, Təbriz, Uşnuda XIII əsrdən yepiskopluqların mövcudluğu təsdiq edilir. Xristianlığın əsas cərəyanlarından biri olan nəsraniliyin Azərbaycanda yayılması ilə bağlı da faktlar vardır. Akademik V.Bartolld “Xəzəryanı ərazilərin islam tarixində yeri” adlı əsərində Ərəblərin gəlişi dövründə nəsranilərə işarə edərək yazır: “Ərəblər Sasanilərin sərhəd ərazilərini tutanda bu bölgələrin dini kimi xristianlıqdan danışırlar, zərdüştlüyün ardıclıları isə heç xatırlanmır. Sasanilərin qərb ərazilərində nəsranilik xristianlığın xüsusi təlimi şəklində təşəkkül tapdı. Onlar Bizansda təqib olunurdular. Burada isə təqiblər olmadığı üçün nəsranilik hakim vəziyyətdə idi”. Monqol və Səlcuq-türk istilaları dövründə xristianlıq təzə nəfəs tapıb yeni bir dalğa ilə Şərqə yayılmağa başlamışdı. Bu səbəbdən də XI-XIII əsrlərdə Azərbaycanda nəsrani məzhəbli xristianlıq daha fəal yayılmış, bir sıra türk tayfaları xristianlığı qəbul etmiş, kilsə və monastırlar tikilmişdir. İçəri şəhərdəki - Qız qalasının yanındakı məscidin yaxınlığındakı xristian kilsəsinin nəsranilərə məxsus olduğu, eyni zamanda Abşeronun bir sıra qədim qəbiristanlarında nəsrani müqəddəslərinin sərdabələri olduğu məlumdur. Orta əsrlərdə Azərbaycanda iudaist dininin daşıyıcıları olan yəhudi icmaları da mövcud idi. Azərbaycanın Şimal-şərqinə  iudaist yəhudilərin köçüb gəldiyi hələ lap qədim dövrlərdən məlumdur. Onların Azərbaycanda məskunlaşması ilə bağlı araşdırıcılar arasında fərqli fikirlər mövcuddur. Tarixçi alim Tarix Dostəliyev “Şimali-şərqi Azərbaycan IX-XV əsrlərdə” adlı əsərində yəhudilərin Azərbaycanda mənşəyi ilə bağlı, bəzi tədqiqatçılar tərəfindən irəli sürülən Sasanilərin köçürtdükləri İran mənşəli əhalinin sonradan iudaizmi qəbul etmələri bunun əsasında Azərbaycanda yəhudi icmasının yaranması haqqındakı versiyanı rədd edərək qeyd edir ki, yəhudilər dünyanın bir çox məməkətlərinə səpələndikdən sonra da müxtəlif xalqlar arasında yaşayaraq onların dillərini qəbul etsələr də, dini mənsubiyyətlərini qoruyub saxlaya bildikləri kimi Azərbaycanda da öz icmalılığını və dini mənsubiyyətini qoruyub saxlamışlar. Orta əsrlərdə Azərbaycanın Şimal-şərqində yəhudi icmalarının yaşaması haqqında orta əsr yazılı mənbələri də xəbər verir. XIII əsrin ortalarında Monqolustana qədər səfər etmiş və səyahəti zamanı keçdiyi ərazilər və onların xalqları haqqında qeydlər aparmış fransalı rahib Vilhelm de Rubruk Dərbənddən cənubda iki günlük məsafədə yerləşən Şabran (Samaron) şəhərində çoxlu yəhudilərin ya-şadığını söyləyir.

 

 

 

***

 

 

 

Orta yüzilliklərdə islam aləmində, o cümlədən Azərbaycanda geniş yayılmış dini cərəyanlardan biri ideya-nəzəri baxımdan zəngin, eləcə də ritual və ayinlərlin çoxluğu və rəngarənkliyi ilə diqqəti çəkən sufizm mühüm əhəmiyyət kəsb edirdi.

 

Sufililər başqa dindən olanlara, digər dini inanclara hörmət bəsləyir, hətta başqa dindən olanları öz aralarına almaqdan belə çəkinmirdilər. Onlar deyirdilər ki, “nə qədər insan varsa, haqqa da o qədər yol varBöyük sufi bilim adamı İbn Ərəbi deyirdi: “Mənim könlüm istənilən formanı gö-türməyə başlayıb: o həm cüyürlər üçün otlaq, həm xristianlar üçün monastır, bütpərəstlər üçünsə məbəddir. O təvat edənlər üçün Kəbə, Tövratın, Quranın səhifələridir”. Bütün dinləri bir arada görən Mövlana isə deyirdi: “...kafirsən, müsəl-mansan, bütpərəstsən, hətta din düşmənisənsə, bizim ümid qapı-mız sənin üzünə açıqdır, gəl”, “...ayrılıq gediş tərzindədir, yolun həqiqətində deyil”. Hətta İstanbul civarından bir nəfər keşiş onun müridi olmuşdu. Şəms Təbrizli isə bildirirdi: “Mən kafirəm, sən müsəlmansan. Müsəlman kafirin içində amma. Aləmdə kafir hanı? Göstər, səcdə edim ona.

 

Xüsusi olaraq “Zaman-Azərbaycan” üçün Piri Axundov, ADAU-nun Azərbaycan tarixi, fəlsəfə və hüquq kafedrasının baş müəllimi

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı:

 

Vüqar Nəbiyev

 

Zaman.-2015.-7 mart.-S.13.