İslamda tolerantlıq
anlayışı: müsəlmanların qeyri-müsəlmanlarla
birgə yaşayışı (1)
Bu yazıda müsəlman fərdlərin qeyri-müsəlmanlarla
insani münasibətlərində,
əvvəlcə dinə
dəvət prinsipindən
qısaca bəhs ediləcək, sonra da ədalət duyğusu və haqq anlayışı, savaşmayan müşriklərə
(Allaha şərik qoşanlar) yaxşılıq
etmək, müşrik
ata-anaya itaət, qeyri-müsəlmanlarla evlilik
və qohumluq münasibətlərini maraqlandıran
xüsusiyyətlər yer
alacaq. Məqsəd dinə dəvət
edilənlərlə əlaqəli
mövzuların çərçivəsini
müəyyən etməkdən
əlavə, fərqli
inanc mənsubları arasındakı sosial, əxlaqi və hüquqi münasibətlərin
insani dəyərlərə
işarə etməkdən
ibarətdir.
Dinə
dəvət
Dinə
dəvətin iki cəhəti mövcuddur: Bir cəhət dəvət edənləri,
digəri isə dəvət edilənləri
maraqlandıran məsələlərdir.
Dəvət edənlər cəhətdən,
dinə dəvət hər zaman təbliğlə məhduddur
və xitab olunanlara məcburiyyət tətbiq edilməz. Dəvət edilənlər cəhətdən
isə inanc daima şəxsi və azadə bir seçimdir, vicdani bir məsələ
olub, qul ilə Allah arasında olan bir münasibətdir.
Bu prinsip həm
sülh, həm də müharibə dövründə belə
dəyişməz bir
xüsusiyyəti ortaya
qoyur. Hətta uşaqlar, valideynlər,
əsirlər və
s. Hər kəs bu hökmə daxildir. Bunun tərsi olduğunda
isə nifaq ortaya çıxır, kinə yer verilir,
inanc cəhətdən
heç bir qiyməti də olmur. Bütün insanların hidayətinə
çalışmaq hər
müsəlman üçün
bir hədəfdir, vəzifədir. Bu vəzifənin icrasında
sözdəki arqumentlərdən
daha çox təməl insani dəyərlərin təmsilinin
əsas olduğunu vurğulamaq yerinə düşər. Buna görə də təbliğin nəticəsini
hər zaman “bəli-xeyr” müstəvisində
dəyərləndirmək dar bir anlayışdır.
Çünki bu uzun gedən bir prosesdir. Bütün bunları nəzərə
alaraq qeyd edilməlidir ki, sülh şəraitində
əsas olan qeyri-müsəlmanlarla münasibətlərin
keyfiyyətidir.
Ədalət duyğusu və haqq anlayışı
İslam
hüquq metodologiyasında
haqlar Allah haqqı və qul (insan)
haqqı şəklində
iki yerə ayrılır: İnsan haqları mövzusuisə
daha diqqətli və həssaslıq tələb edir. Məlum olduğu kimi İslamda şəhidlik dinə görə böyük bir məfhumdur, hətta şəhidin Allah haqqıyla
əlaqəli bütün
günahların bağışlanmasına
rəğmən, qul haqlarının bağışlanmayacağı
bəyan edilir. Həcc ziyarətinin də bütün günahlara kəffarə olduğu ifadə edilməklə birlikdə, yenə qul haqları istisna edilir. Bu xüsus həm
fərdi, həm də millətlər arası münasibətlərdə
ifadə olunacaq ən vacib prinsipdir.
Onsuz da Qurani-Kərimdə inanc əsaslarından sonra təməl vurğu ədalət anlayışı üzərində
köklənir.
İslam hüququnda müsəlmanlarla
qeyri-müsəlman vətəndaşlar
arasındakı münasibətlərdə
bərabərliyin tətbiq
olunnmadığı sahələr,
ibadət xüsusiyyətlərindəki
hökmlərlə əlaqəlidir. Buna görə müsəlmanların
dini hökmləri ilə, qeyri-müsəlman
vətəndaşlara eyni
davranış sərgilənməz.
Qeyri-müsəlman vətəndaşların dini xüsusiyyətli hökmlərinə də
qarışmaq olmaz.
Ona görə ki, bu dini hökmlər
daha sayğılı
idarə etmə anlayışının nəticəsidir.
Xüsusilə, əməl və
cəza ilə əlaqədar bütün
hüquqi münasibətlərdə
bərabərlik anlayışı
hakimdir.
İslam mühakimə hüququna görə, insan haqqı ilə əlaqəli məhkəmələrdə
ittiham edən və olunanların dini mənsubiyyətinin veriləcək hökmə,
hüquqa zidd heç bir təsiri yoxdur. Hətta İslam
hüquq tarixində müsəlman bir şəxsə görə,
hakimlərin xəlifələrin
əleyhinə qərar
verdikləri barədə
həqiqətlər məlumdur.
Qeyri-müsəlmanlara
da iftira etmək qadağandır
İslam cəza hüququna görə müsəlman
və qeyri-müsəlman
vətəndaşlar bərabər
hökmlərə tabedir. Bir müsəlmanın bir qeyri-müsəlman vətəndaşı
öldürməsi vəziyyətində
islam alimi
Əbu Hənifəyə
görə qisas hökmləri tətbiq olunur. Çünki Qurani-Kərimdə “nəfs”
kəliməsi ifadə
olunur (Maidə,5/32). Ona görə nəfs kəliməsi inanan inanmayan hər kəsə şamildir.
Başqa bir ifadə ilə nəfs kəliməsi din,
dil, irq və rəng ayrı seçkiliyi nəzərə alınmadan
bütün insanları
əhatə edir.
İslam cəza hüququna görə, müsəlmanların
iffətinə iftira atmaq qadağan olduğu kimi, qeyri-müsəlmanların da
iffətlərinə iftira
etmək qadağandır. Əgər bir
müsəlman bir qeyri-müsəlman qadına
təcavüz edərsə,
bir müsəlman qadına təcavüz etdiyində ona veriləcək cəzanın
eynisi ilə cəzalandırılır. Müsəlman ölülərinə sayğı göstərildiyi
kimi, qeyri-müsəlmanların
ölülərinə də
sayğı göstərilir.
Həyatda ikən, qeyri-müsəlmanlara
həqarət edilmədiyi
kimi, məzarlıqdakı
ölülərinə də
həqarət edilməz.
Qeyri-müsəlman
vətəndaşa aid mal oğurlandığı
zaman cəza tətbiq edilir
Yenə
də İslam cəza hüququna görə, müsəlman
bir adamın qeyri-müsəlman vətəndaşa
aid olan hər hansı bir malı, əşyası
oğurlandığı zaman
oğurluq cəzası
tətbiq edilir. Hətta dini cəhətdən müsəlmanlara haram olan spirtli içki
və donuz kimi mallar da
bayaq qeyd olunan anlayışa aiddir. Hər nə qədər
bu mallar müsəlmanlar cəhətdən
qiyməti mal (uyğun)
olaraq dəyərləndirilməsələr
belə, müsəlman
birisinin bu mallara zərər verməsi vəziyyətində
zərəri ödəmək
lazımdır.
Qeyri-müsəlman vətəndaşların insan
haqları ilə əlaqəli hökmlərində
bərabərliyin hakim olduğu
görüldüyü kimi,
beynəlxalq münasibətləri
maraqlandıran cəhətlərində
də haqq anlayışı və ədalət duyğusu hakimdir.
Rəvayətə görə bir hadisə nəql olunur: Tümə adlı bir müsəlman,
qonşusu Katadənin
zirehini oğurlayıb,
bir un dağarcığının
içində apararaq
Zeyd adlı bir yəhudinin evinə qoymuşdur. Yəhudi Katadənin evi un izi
ilə təsbit edilmiş və zireh oradan tapılmışdır.
Yalnız Zeyd, bu zirehi Tümənin
qoyduğunu iddia etmişdir.B u məsələ
iki qəbilə arasında gərginlik həddinə çatmışdır.
Daha sonra bu məsələ
Allah Rəsuluna bildirilib.
Peyğəmbərimiz zahiri dəlillərə
görə, Tümənin
günahsız olduğuna
meyl etdiyi sırada, “İnsanlar arasında Allahın sənə bildirdiyi şəkildə hökm etməyin üçün
Biz sənə kitabın
gerçəyini, haqqın
ta özü olaraq endirdik. Artıq xainlərin müdafiəçisi
olma” (Nisa, 4 / 105) ayəti nazil olmuşdur. Quran təfsirçisi Elmalılı
Həmdi Yazar bu ayəti “gərək ümmətindən
olsun, gərək digər millətlərdən
asılı olsun xainlərin vəkili olma” deyərək təfsir etmişdir.
Xudeybiyyə sülhü sonrası Məkkədən Mədinəyə
hicrət edən Müsəlman qadınların,
imtahan edildikdən sonra geri göndərilməmələri
istənilir. Ayəti-Kərimənin davamı kimi,
qul haqqı olaraq qiymətləndirə
biləcək formada əvvəlki müşrik
ərlərinin vermiş
olduqları mehirlərin
geri verilməsi əmr edilir. Ayəti-Kərimədə “Ərlərinə vermiş olduqları mehirləri siz geri verin.” (Mümtehinə, 60 /10) ifadəsilə əlaqəli
hökmü vurğulanır.
Bəni Nadir Yəhudilərinin Mədinədən
sürgünləri əsnasında,
bəzi Yəhudilərin
Müsəlmanlardan alacaqları
olduqlarını bəyan
etdiklərində Peyğəmbərimiz
də onlara, vədəli alacaqlarından
güzəşt edib,
nəğd olaraq ödəmələrini təklif
edir. Xeybər səfərinin hazırlıqlarının
görüldüyü əsnada,
bir yəhudi müsəlmanların birindən
alacağını istədiyində
Peyğəmbərimiz ödəməsini
əmr edir. Bundan əlavə Peyğəmbərimiz
Məkkə fəthindən
sonra Hüneyn savaşı üçün
o gün müşrik
olan Safvandan müharibə ləvazimatını
borc olaraq alır. Bütün bunlar müharibə
şərtlərində belə
insan haqlarını maraqlandıran mövzularda
Peyğəmbərimizin nə
qədər həssas
davrandığını göstərir.
Savaşmayan müşriklərə yaxşılıq etmək
Həzrəti Əbu-Bəkirin qızı Əsmadan belə bir rəvayət nəql edilir: Rəsulullah həyatda ikən, müşrik olan anam məni görməyə gəlmişdi. Mən, Həzrəti Peyğəmbərə “onunla görüşümmü?” deyə soruşduğumda, Rəsulullah, “bəli” deyə buyurdular. Bu hadisə üzərinə bu ayət nazil olur: “Sizinlə din barədə müharibə etməmiş, sizi yurd-yuvalarınızdan çıxartmamış olanlara yaxşılıq etmənizdən, onlarla ədalətlə davranmağınızdan Allah sizi uzaq tutmaz. Çünki Allah ədalətli davrananları sevər. Allah sadəcə dininizdən ötrü sizinlə savaşan, sizi yerinizdən, yurdunuzdan qovan və qovulmanıza dəstək verən kafirləri dost etməyinizi uzaq tutur. Hər kim onları dost olaraq qəbul edirsə, bax onlar zalımların ta özləridir”. (Mümtehine, 60/8-9).
Davamı növbəti sayımızda
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı:
Amil Tağıyev
Zaman.-2015.-9 mart.-S.13.