İslamda tolerantlıq
anlayışı: müsəlmanların qeyri-müsəlmanlarla
birgə yaşayışı (2)
Əvvəli ötən sayımızda
Ayətin təfsirində özləri
hansı millətdən
olursa olsun onlar sizə dininiz haqqında, dininizin hüququna, əhkamına toxunmaq qərəzi ilə hərb etməyən, sizi öldürməyə
yönələnlər qeyd
olunmalıdır. Yaxşılıq edəbiləcək insanların müşrik belə olsa düşmən olmayan qeyri-müsəlmanlar olduğu
bildirilir. Bu ayəti-kərimə zimmi
(qeyri-müsəlman), müstemen
(qeyri-müsəlman olan
müvəqqəti məskunlaşmış
qəbilə), əlaqə
kəsilməmiş olan
müqaviləlilərin hamısını
ehtiva edir. Peyğəmbərimiz hicri 5-ci ildə
qıtlıq baş verməsi səbəbi ilə Məkkənin kasıblarına 500 dinarlıq
bir yardım edib. Bundan əlavə, Əbu
Süfyana çoxlu miqdarda Mədinə xurması qarşılığında
onun heç cür sata bilmədiyi
dəriləri satın
alır. İslam mədəniyyətinin
bir müəssisəsi
olan vəqflərdə
də, heç bir inanc ayrı
seçkiliyi edilmədən
xidmət edilib.
Qonşuluq haqlarına qeyri-müsəlmanlarda
daxildir
İslamda qonşuluq haqlarına qeyri-müsəlmanlarda daxildir. Allah təala
(c.c) belə buyurmaqdadır: “Allaha qulluq edin, ona
heç bir şeyi ortaq qoşmayın. Ana-ataya, əqrabalara, yetimlərə, yaxın və uzaq qonşuya,
yanınızdakı yoldaşa,
yolçuya və sizə xidmət edən hər kəsə yaxşlıq edin. Allah, özünü
bəyənib öyünənləri
əlbəttə sevməz.
(4/36)”. Ayəti-kərimədə, ilk əvvəl Allaha
qulluq və Ona heç bir şeyi ortaq
qoşmayıb səmimiyyətlə
ibadət etmək nəzərdə tutulur.
Daha sonra, ana-ataya yaxşı davranmaq, qohum-əqrabaya yaxşılıq
etmək, yetimləri və yoxsulları nəzərə almaq vurğulanır.
Sonra da evi yaxın olan və ya
qohum-əqrabadan olan yaxın qonşuya yaxşılıq etmək
və evi uzaq olan və
ya qohum-əqrabadan olmayan ya da
müsəlman olmayan uzaq qonşuya yaxşılıq etmək
qeyd olunur. Mərhum
Həmdi Yazır, təfsirində bu ayətlə bağlı bu hədisi-şərifi xatırladır: “Qonşu
üç qismə ayrılır. Birincisinin 3 haqqı vardır;
qonşuluq haqqı, yaxınlıq haqqı və İslamiyyət haqqı. İkincisinin iki haqqı
vardır; qonşuluq və İslamiyyət haqqı. Üçüncüsünün bir haqqı
vardır; qonşuluq haqqı ki, bu Xristiyan, Yəhudi
və müşrik qonşudur.”
Qeyri-müsəlmanların sevinc və kədərlərinin paylaşılması
İslam əxlaqından
irəli gələn bir davranışdır. İslam
əxlaqına görə
bir qeyri-müsəlman
xəstə olarsa, müsəlman qonşuları
tərəfindən ziyarət
edilir; yaxşılaşınca
“həmişə ayaq
üstə və ya keçmiş olsun” -deyilər; cənazəsi olarsa dəfn etmək üçün ona köməklik olunar və başsağlığı
verilər.
Uşağı dünyaya gələrsə
təbrikə gedilər,
göz aydınlığı
verilər. Uzaq yerdən bir
qonağı gələrsə
o barədə ona yaxın münasibət göstərilər. Onsuz da,
Peyğəmbərimizin bir
yəhudi uşağının
xəstə olduğunda
ziyarətinə gedildiyi
də bir nümunədir. Bundan əlavə,
qeyri-müsəlman vətəndaşlara
xoş davranmağı
bildirən hədislər
də bu mövzuya nümunə kimi də göstərilə
bilər.
Müşrik ana-ataya yaxşı
davranmaq
İslam dini ana və
ataya böyük önəm verir. Allah haqqından sonra onların haqqı gəlir. Bir çox ayətdə
Allaha ibadətlə ana-ataya yaxşılıq
etmək barədə
dəfələrlə vurğulanır.
“Allahdan başqasına
qulluq etməyəcəksiz,
ana-ataya yaxşılıq
edəcəksiz”. (Bəqərə,
2/ 83) “Allaha ibadət
edin, Ona heç bir şeyi ortaq qoşmayın, ana-ataya yaxşılıq edin”.
( Nisa, 4/36), Biz insana ana-atasına yaxşı davranmasını
əmr etdik. Anası onu zəiflik üstünə zəiflik
çəkərək qarnında
daşımışdır. Onun süddən kəsilməsi
iki ildir. Mənə şükr et və ana-atana
təşəkkür et, şübhəsiz
dönüş mənədir”.
(Loğman, 3/14), “Rəbbin, yalnız özünə ibadət etmənizi əmr etdi. İkisindən birisi, yaxud hər ikisi, sənin yanında qocalıq çağına
çatırsa, qətiyyən
onlara “of” belə demə, onları azarlama, onlara gözəl söz söylə!” (İsra, 17/23).
Ana-ata uşağını
- övladını Allaha
şərik qoşmağa
nə qədər cəhd göstərsə
belə, onlara itaət edilməməsi istənilirsə, yenə də bu davranışlarının
onlara yaxşılıq
etməyə əngəl
olmamaq Quranda əmr edilir. Cəssas bu
ayətin təfsirində
bu açıqlamaya yer verir; Allah, övladlara ana-atalarına
yaxşılıq etmələrini
əmr edir. Bu da ana-ataları
müsəlman və ya kafir də
olsa ayətin hökmünün ümumi
olduğunu göstərir.
Ayətin həcminə görə
ana-ata müsəlman olmasa belə yaxşılıq edib ziyarət edilməsi edilməsi göstərilir.
Hətta
həyatda qaldıqları
müddətdə, övladın
ana-atasının hidayətləri
(Allaha iman etməsi) üçün
Allaha dua etməsi də vacibdir, məsuliyyət tələb edir. Ayətdəki “Özləri ilə
yaxşı keçin,
uyğun bir tərzdə onlara sahib çıx” ifadəsi də, günaha iştirak etməmək üçün İslamın
razı olacağı
yaxşılıq və
insanlığın tələb
etdiyi şəkildə
yanlarında olan kimi anlayışları ehtiva edir. Bunlar yemək, içmək, geymək kimi ehtiyaclarını nizama salmaq, əziyyət etməmək, ağır
söz söyləməmək,
xəstə olduqlarında
müalicəsilə maraqlanmaq,
vəfat etdiklərində
dəfn etmək kimi dünyaya aid köməklik etmək şəklində təfsir
edilir.
Qeyri-müsəlmanlarla evlilik və əqrabalıq
İslam hüququnda evliliklə bağlı məhdudiyyətlət, mahiyyət etibarilə daimi və keçici olaraq iki cür ifadə olunur. Din fərqi keçici evlilik məhdudiyəti olaraq qəbul edilir. Quranda həm müşriklərlə, həm də əhli kitabla evliliklə bağlı ayətlər var. Yalnız burada müşriklə əhli kitab arasında fərq vardır. Peyğəmbərimizin qızı Hz. Zeynəb xalası oğlu Əbul-As ilə evlənir. Hicrət əsnasında iki övladı ilə birlikdə Məkkədə qalır. Həyat yoldaşı Bədir müharibəsində əsir düşür. Fidyə (əsirin dəyişilməsi müqabilində) olaraq boyunbağını göndərir. Sonra isə cərəyan edən hadisələrdən ötrü əri, ətrafının arvadını boşama təzyiqlərinə boyun əymir. Ancaq Hz. Zeynəbi Mədinəyə göndərməsə də olmur. Altı il beləcə ötür. Bir səfər dönüşü Əbul-As gizlicə Mədinəyə gəlir. Hz. Zeynəb müşrik olan əri Əbul-Asa əminlik verir. Əfəndimiz bu əminliyi təsdiq edər və qızına həyat yoldaşına qarşı xoş davranmasını bildirər; ancaq halal olmadığını da əlavə edər. Bəzilərinə görə bu nigah öncəsinin bir davamıdır, bəzilərinə görə isə yeni bir nigah qıyılır. Peyğəmbərimizin Məcusilərdən cizyə qəbul etdiyi bilinir. Yalnız, Məcusi qadınlarla evlənilməsini və onların kəsdiyi heyvanların yeyilməsini qadağan edir. Quranda əhli kitabın yeyəcəkləri və qadınları ilə evlilikləri mövzusunda bu hökmlər göstərilir: “Bu gün sizə təmiz və yaxşı şeylər halal qılındı. Əhli kitabın yeyəcəkləri sizə halaldır. Sizin yeyəcəkləriniz də onlara halaldır. Namuslu, zinaya getməmiş və gizli dostlar edinməmiş insanlar halında yaşamaq şərtilə, möminlərdən hür və iffətli qadınlarla, əhli kitabdan hür və iffətli qadınları, mehirlərini verib nigahlamaq sizə halaldır. Kim imanı inkar edərsə bütün etdiyi işlər boşa gedər və o axirətdə ziyana uğrayanlardan olar”. (Maidə 5 / 5).
Nəticə
Qurani-kərimdə din, dil, irqi ayrı seçkilik edilmədən ədalətli olmaq və qul haqqına riayət edilməsi istənilir, tələb olunur. Şirk böyük bir zülm olaraq ifadə olunursa; müşrik ana-ataya bu dünyada xoş davranılması əmr edilir. Əhli kitabla isə qarşılıqlı olaraq onların yeyəcəklərinin müsəlmanlara, müsəlmanların yeyəcəklərinin onlara halal olduğu bəyan edilir. Əhli kitab olan iffətli qadınlarla evlilik halal olaraq bildirilir. Əlbətdə bu halallıq qohumluq hüququnu da lazımlı bilir. Bu prinsiplərin xalqlar, millətlərarası, ümumiyyətlə beynəlxalq münasibətlərdə, sülh və ya müharibə şəraitində belə status olaraq, ümumbəşəri dəyərləri əhatə edən nümunəvi xüsusiyyət olaraq aktualdır. Müharibələrin hələ də davam etdiyi bu dövrdə dünyanın bu yazıda qeyd olunanlara sülhün bərqərar olması cəhətdən əhəmiyyəti də həlledici mövqedədir.
Azərbaycan
Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni
hazırladı: Amil Tağıyev
Zaman.-2015.-10 mart.-S.13.