Tolerantlıq - Allahın tələbidir
Uca Rəbbimizin
Quranda bildirdiyi əxlaq hər cür təzyiqdən və məcbur etmədən uzaq, sevgiyə, hörmətə,
ədalətə əsaslanan
əxlaqdır. İslam tarixi, dəyərli
Peyğəmbərimiz Hz. Məhəmmədin
(s.ə.v.) və digər İslam böyüklərimizin hər
fikirdən və inancdan insana qarşı tolerant nümunələri
ilə doludur.
İslamın təməli olan və bütün müsəlmanlara bir öyüd və rəhbər olaraq endirilmiş olan Quranda bildirilən əxlaq sevgi, şəfqət, mərhəmət,
təvazökarlıq, fədakarlıq
və barış anlayışına əsaslanır. Bu səbəbdən
də İslam hər cür təzyiqin, məcbur etmənin qarşısını
alan tək
həll yoludur. İslam əxlaqı ilə yaşayan bir cəmiyyətdə təzyiq
deyil, dinclik, qarşılıqlı sevgi
və hörmət
hakim olar. Belə cəmiyyətdə
son dərəcə incə,
nəzakətli, düşüncəli,
təvazökar, ədalətli,
etibarlı, ətrafına
dinclik və sevinc verən fərdlər yetişər,
fərqli düşüncəyə,
ya da həyat
tərzinə malik olan kəslər öz inanclarını rahatlıqla yaşayar, hər hansı təzyiqlə üz-üzə
qalmazlar.
***
Quran Allahın insanlara
yol göstərici olaraq endirdiyi kitabdır. Allah Quranda
insanlara gözəl əxlaqı əmr etmişdir. Bu əxlaqın təməlində
isə sevgi, şəfqət, ədalət
və mərhəmət
anlayışları iştirak
edir. “İslam”
sözü ərəbcə
“barış” sözü
ilə eyni mənanı verir. İslam dini Allahın sonsuz mərhəmət və şəfqətinin
yer üzündə təcəlli etdiyi dinclik və barış dolu bir həyatı insanlara təqdim etmək üçün endirilmiş bir dindir. Quran ayələrində
insanlar, yer üzündə mərhəmətin,
şəfqətin və
barış içində
yaşaya biləcəyi
tək həyat şəkli olan İslam əxlaqına çağırılmışdır. Bəqərə surəsinin
belə buyurulmuşdur:
Ey iman gətirənlər!
Hamınız bir yerdə sülhə (islama) gəlin! Şeytanın yolu ilə getməyin, çünki o sizin açıq düşməninizdir!
(Bəqərə surəsi,
208) Ayədə Rəbbimiz
insanların “təhlükəsizliyi”nin və aralarındakı “barışın”
Quran əxlaqını yaşaması
ilə təmin edilə biləcəyini bildirmişdir. Quran əxlaqına görə,
iman sahibi olan biri bütün
insanlara qarşı yaxşı və ədalətli davranmaqla, zəifləri və günahsızları qorumaqla
və “yer üzündə fitnə-fəsadın
qarşısını almaqla”
hökmlüdür. Fitnə-fəsad yer üzündəki insanların təhlükəsizliyini,
barış və dincliyini aradan qaldıran bir vəziyyətdir. Azad bir iradəyə, düşüncəyə və
inanc azadlığına
malik olan birinə hər hansı bir səbəbdən ötrü
təzyiq etmək də İslam əxlaqına uyğun olmayan və cəmiyyət içində
fitnə-fəsad törədən
bir davranışdır.
Bu səbəbdən də
“Allah fitnə-fəsadı sevməz.... (Bəqərə
surəsi, 205) hökmünü
Müsəlmanlar bu səhv davranışdan çəkinməlidir deyə
bildirmişdir. Əksinə Müsəlmanlar cəmiyyətin
dincliyini pozan insanları fikirləri və mübarizələri
ilə qarşısını
alıb, yaxşılığı
əmr edib pislikdən çəkindirməklə,
yer üzündəki
fitnə-fəsadı aradan
qaldırmaqla və bütün insanlara dinclik və barış dolu mühit təmin etməklə məsuldurlar.
Allahdan qorxan bir insan
dövlətinə, millətinə,
insanlığa ən
kiçik zərər
toxunduracaq bir hərəkətə təşəbbüs
göstərməməlidir.
***
İslam əxlaqında inanc azadlığı əsasdır. İnsanları bir dinə inanmağa
və ya o dinin ibadətlərin tətbiq edilməsinə məcbur edilməsi, İslamın özünə
ziddir. Çünki islamda səmimi
iman, azad iradə, ağılın
və həmin azad iradənin doğru seçimi ilə mümkündür.
Quranda bildirilən əxlaq xüsusiyyətlərin tətbiq
olunması üçün
müsəlmanlar bir-birlərini
təşviq edə bilərlər. Quran əxlaqının ən gözəl sözlə izah edilməsi və ya xatırladılması
bütün iman edənlərin üzərinə
düşən bir məsuliyyətdir. Ancaq
iman edənlər “İnsanları hikmətlə
gözəl öyüd-nəsihət
ilə Rəbbinin yoluna dəvət et...” (Nəhl
Surəsi, 125) ayəsində
din əxlaqının gözəlliklərini
izah edər. Ancaq “İnsanları doğru yola yönəltmək sənin borcun deyildir. Allah kimi istərsə, onu doğru yola yönəldər”.
(Bəqərə Surəsi, 272) ayəsini ağıllarından çıxarmazlar
və əsla kimisə məcbur etməzlər, insanlar üzərində maddi və ya mənəvi
təzyiq tətbiq etməzlər. Qarşılığında dünyəvi mənfəət
təklif edərək,
adamı din əxlaqını
yaşamağa istiqamətləndirməzlər.
Çünki Uca Allahın
bildirdiyi ibadətləri
yerinə yetirməmək,
iman edib etməmək insanın özünə aiddir.
Allah Quranda iman edənlərə belə
buyurmuşdur: “Biz onların
nə dediklərini çox gözəl bilirik. (Ya Peyğəmbər!) Sən onlara
zor edən (onları zorla imana gətirən) deyilsən. Sən Mənim təhdidimdən
(əzabımdan) qorxanlara
Quranla öyüd-nəsihət
ver!” (Qaf Surəsi, 45)
***
İnsanların məcburən ibadətə
yönləndirildiyi bir
cəmiyyət modeli,
Allah qatında məqbul
olmaya bilər. Çünki inanc və ibadət,
yalnız Allaha istiqamətli və hər kəsin öz seçimi ilə olduqda dəyər qazanır.
Əgər bir sistem insanları inanca və ibadətə məcbur edəcək olsa, bu vəziyyətdə insanlar o sistemdən qorxduqları üçün
görünüşdə dindar ola
bilərlər. Din əxlaqı
baxımından məqbul
olan isə vicdanların tamamilə sərbəst olduğu bir mühitdə iradə seçimi ilə Allah rizası üçün din əxlaqının
yaşanmasıdır.
İslam
insanların düşüncə
və həyat azadlığını təmin
edən və zəmanət altına alan bir
dindir. Uca Allah insanlar arasında
gərginliyi, anlaşılmazlığı,
bir-birinin haqqında mənfi danışmağı
qadağan edən hökmlər endirmişdir.
Ən əhəmiyyətlisi
də hər cür əksiklikdən uzaq olan Rəbbimiz
şiddəti, zor tətbiq etməyi qəti olaraq qadağan etdiyi kimi, insanların üzərində mənəvi
təzyiq qurulmasını
da qadağan etmişdir: “Dində məcburiyyət (zorakılıq)
yoxdur. Artıq doğruluq (iman)
azğınlıqdan (küfrdən)
ayırd edildi”.
(Bəqərə Surəsi,
256) “(Ya Peyğəmbər!
Mənim
bəndələrimə) öyüd-nəsihət
ver. Sən ancaq öyüd-nəsihət verənsən!”(Ğaşiyə Surəsi,
21) Bu ayələr bizə insanın hər hansı sahədə insan üzərində təzyiqini
rədd edir, insanın azad iradəsinə hörmət
göstərməyi buyurur.
Çünki insan ağıl
və azad iradə daşıdığı
üçün Allah qarşısında
mükəlləfdir, yəni
vəzifələri var
və məsuliyyət
daşıyır. Hər kəs
öz əməllərinə
görə Allah qarşısında
cavab verəcək.
El arasında işlədilən “Qoyunu qoyun ayağından asacaqlar, keçini keçi ayağından” sözü də elə bu həqiqəti
əks elətdirir.
Möminlər ancaq xoş rəftarlı və ədalətli davrandıqları
zaman Allah qatında bir məmnuniyyət qazanacaqlarını bilərlər. Sevimli Peyğəmbərimiz
(s.ə.v.) də İslam əxlaqının
yayılması üçün
çalışarkən heç
bir ayrı-seçkilik
etmədən hər insana bərabər, xoş rəftarlı münasibət sərgiləmişdir.
***
Həzrəti Məhəmmədə (s.ə.v.) peyğəmbərlik
vəzifəsinin verildiyi
dövrdə Ərəbistanda,
xüsusilə də Məkkədə irqlər,
dinlər və fərqli düşüncədə
olan insanlar arasında çox şiddətli bir ayrı-seçkilik və
bu ayrı-seçkilikdən
qaynaqlanan narahatlıqlar,
fərqli dinlərə
mənsub qövmlər
arasında ədavət,
tayfa döyüşləri,
ədalətsiz iqtisadi
nizam, yağmalamalar, zəngin və kasıblar arasında çox böyük uçurumlar mövcud idi. İnsanlara irqləri, dinləri,
dilləri və həyat tərzləri üzündən zülm edilirdi. Peyğəmbərimiz Hz. Məhəmməd (s.ə.v.) bu cürcahil bir qövmə doğruları
izah etmək və onları gözəl əxlaqa dəvət etmək üçün göndərilmişdir.
Hz. Məhəmməd (s.ə.v.) təbliği və gözəl əxlaqı ilə bütün Ərəb yarımadasında çox
böyük təsir oyandırmış və
onun dövründə
insanlar axın-axın
İslamı qəbul
etmişdilər. Quranda bildirilən
ədalətli hökmlər,
gözəl əxlaq,
toleranlıq və barış, ictimai həyata bir nizam və dinclik
gətirmişdir.
Peyğəmbərimiz (s.ə.v.)in Allahın əmrlərini dəqiq yerinə yetirməsi nəticəsində ortaya
çıxan bu gözəl əxlaq nümunələri, elçilərin
ictimai həyata gətirdikləri xoş rəftarlılıq, sülhsevər,
dinc həyatı təsvir edir. Quran əxlaqının tam yaşandığı mühitdə
eynilə yuxarıdakı
nümunədə gördüyümüz
kimi qardaş kimi və dinclik
içərisində bir
həyat təmin ediləcəyi açıqdır.
Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyəsi əsasında
səhifəni hazırladı:
Əli Çərkəzoğlu
Zaman.-2015.-13 mart.-S.13.