Dini təhlükəsizlik milli təhlükəsizliyin tərkib hissəsidir
“Gənclərimiz dinimizi
olduğu kimi öyrənməli, qəbul
etməli və ondan istifadə etməlidirlər. Biz heç
vaxt imkan verə bilmərik ki, ayrı-ayrı şəxslər, ayrı-ayrı
qüvvələr öz
şəxsi mənafelərini
güdərək, İslam
dini pərdəsi altında Azərbaycan gənclərinin tərbiyəsini
və mənəviyyatını
zədələsinlər”. Heydər Əliyev
Vətəndaşlarının təhlükəsizliyinin təmin
olunması hər bir ölkənin qarşısında duran vacib məsələlərdəndir. Bu baxımdan hər bir ölkə öz milli maraqlarını,
geosiyasi vəziyyətini,
seçdiyi inkişaf
modelini nəzərə
alaraq, öz milli təhlükəsizlik
konsepsiyasını hazırlayaraq
onu həyata keçirir. Azərbaycan Respublikası
da öz milli təhlükəsizlik
konsepsiyasını hazırlayaraq,
onu həyata keçirməkdədir. 23 may 2007-ci il tarixli
Prezident Sərəncamı
ilə təsdiq edilən Milli Təhlükəsizlik Konsepsiyası
xalqımızın milli
maraqlarını əhatə
edən uzunmüddətli
strateji proqramdır. Milli Təhlükəsizlik Konsepsiyasında
öz əksini tapan əsas məsələlərdən biri
separatçılıq, etnik
siyasət və dini ekstremizmdir. Dini təhlükəsizlik milli
təhlükəsizlik konsepsiyasının
3.3-cü yarımbölməsində konkret şəkildə öz ifadəsini tapıb. Azərbaycan Respublikasının Milli Təhlükəsizlik
siyasətinin əsas istiqamətləri konsepsiyanın
IV bölməsində geniş
şərh edilib.
Konsepsiyanın 4.32-ci yarımbölməsində
“Milli və dini tolerantlıq mühitinin qorunması” - adlanan hissə Milli Təhlükəsizlik
Konsepsiyasının əsas
istiqamətlərindən biri
kimi qarşıya qoyulub. Dünyada dini təhlükələr,
dinlərarası münaqişələr,
təriqətlərarası ziddiyyətlərlə bağlı
müxtəlif bölgələrdə
baş verən toqquşmalar bizlərə
yaxşı məlumdur.
“Azərbaycanda heç vaxt ayrıseçkiliyə yol
verilməib”
Lakin qeyd etmək lazımdır ki, başqa bölgələrdən fərqli
olaraq Şərqlə
Qərbin qovuşuğunda
yerləşən Azərbaycanda
tarixən müxtəlif
dinlərə və mədəniyyətlərə mənsub
olan xalqlar bir ailə kimi
həmişə sülh
və əminamanlıq
şəraitində yaşayıblar. 2011-ci il 10-11 oktyabrda Bakıda “XXI əsr: ümidlər və çağırışlar” devizi
ilə keçirilən
Beynəlxalq Humanitar Forumda çıxış
edən Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev tarixən ölkəmizin milli və dini
dözümlülük ənənəsinə
malik olduğunu vurğulayaraq deyib: “Heç vaxt Azərbaycanda milli, yaxud dini zəmində
heç bir qarşıdurma, anlaşılmazlıq
olmamışdır. Heç vaxt
ayrıseçkiliyə yol
verilməmişdir və
bu gün müstəqil Azərbaycan
bu ənənələrə
sadiqdir”. Qeyd edək
ki, Prezident İlham Əliyevin Forumda söylədiyi bu fikirlər Milli Təhlükəsizlik
Konsepsiyasının müvafiq
bölməsində öz
əksini tapıb.
Bununla yanaşı, dinindən və milliyyətindən asılı olmayaraq, bütün vətəndaşların
qanun qarşısında
bərabərliyi prinsipləri,
ölkədə bərqərar
edilmiş milli və dini tolerantlıq
mühitinin qorunması
da dövlət qarşısında duran prioritet məsələlərdən
biri kimi mövcud konsepsiyada öz ifadəsini tapıb.
Bu məsələ konsepsiyada
belə formulə edilib: “Azərbaycan Respublikası həmişə
müxtəlif millətlərin və
dinlərin sülh şəraitində birgə
yaşayışına nümunə
olmuşdur. Azərbaycan
dövləti cəmiyyətin
maraqlarından irəli
gələn rasional milli siyasət kursunu, dini tolerantlıq
mühitinin qorunması
və inkişafını,
bütün vətəndaşların
qanun qarşısında
bərabərliyi və
qanunun aliliyini, demokratik hüquq və azadlıqların, həmçinin insanların
bu hüquq və azadlıqlarından
sərbəst istifadə
imkanlarının təmin
edilməsini müvafiq
riskin real təhdidə
çevrilməsinin qarşısının
alınması və neytrallaşdırılmasının mühüm şərtləri
qismində nəzərdən
keçirilir. Hazırkı mərhələdə ölkədə
bərqərar edilmiş
milli və dini tolerantlıq mühitinin qorunması və inkişafı dövlət qarşısında
duran başlıca vəzifələrdən hesab
olunur”. Qeyd edək ki, Azərbaycanda dövlət-din
münasibətlərinin tənzimlənməsində
Dini Qurumlar üzrə Dövlət Komitəsinin (DQDK) fəaliyyəti
mühüm əhəmiyyət
kəsb edir. DQDK
yarandığı gündən
Respublikamızda fəaliyyət
göstərən müxtəlif
dini icmaların qeydiyyatdan keçirilməsi,
onların müvafiq qanunvericiliyə uyğun şəkildə fəaliyyət
göstərməsinə nəzarət
edilməsi, başqa ölkələrin dini qurumları ilə əməkdaşlıq məsələlərinin
həyata keçirilməsi,
respublikamızda mövcud
olan müxtəlif dini konfessiyalar arasında dini dözümlülüyün qorunub
saxlanması sahəsində
mühüm rol oynaıb.
“Dini maarifləndirmədə mövcud
boşluqları tamamilə
aradan qaldırmaq mümkün olmayıb”
DQDK-nin 10 illik fəaliyyətinə
nəzər salmaq, bu müddətdə komitənin dövlət-din
münasibətlərinin tənzimlənməsi
sahəsində gördüyü
işlərə bir daha diqqət yetirmək məqsədilə
2011-ci il 21 iyunda Bakıda dinşünaslıq sahəsində
mütəxəssislər, dini icma rəhbərləri,
QHT və KİV nümayəndələrinin
iştirakı ilə
“DQDK 10 il” mövzusunda
dəyirmi masa keçirilib. Toplantının yekununda tədbir
iştirakçıları Azərbaycan Prezidenti
İ. Əliyevə müraciət
ünvanlayıblar. Müraciətdə
ulu öndər H. Əliyevin 21 iyun 2001-ci il tarixli, 512 saylı Fərmanı ilə DQDK-nin yaradılmasının əhəmiyyəti
vurğulanmış və
göstərilmişdir ki,
ölkəmizdə zərərli
dini cərəyanların
və ekstremist meyllərin qarşısının
alınması, eləcə
də bu sahədə mövcud problemlərin həlli istiqamətində xeyli iş görülüb. Bununla yanaşı dini problemlər sahəsində qarşıda
hələ görüləsi
işlərin çox
olduğunu bildirərək,
xüsusən, gənclər
arasında dini maarifləndirmə işlərini
genişləndirməyi vurğulayan
tədbir iştirakçıları
aşağıdakı məzmunda
Prezidentə müraciət
etmişlər: “Bununla
belə, ümumiyyətlə,
regionda dini problemlərin mürəkkəb
olduğu və həlli müəyyən
zaman tələb etdiyi üçün ölkəmizdə uzun müddət ərzində
siyasiləşmiş radikal
dini qrupları və təriqətləri
birdəfəlik zərərsizləşdirmək,
eləcə də dini maarifləndirmə sahəsində mövcud boşluqları tamamilə
aradan qaldırmaq hələ də mümkün olmayıb”. Azərbaycan Prezidenti
İ. Əliyevə ünvanlanan
bu müraciətin məzmunundan məlum olur ki, ölkəmizdə
dini təhlükəsizliklə
bağlı hələ də müəyyən problemlər mövcuddur. Məhz bu cür problemlərin aradan qaldırılması və milli təhlükəsizliyə təhdidlər yaradan məsələlərin həll edilməsi hazırda qarşıda duran mühüm vəzifələrdən biridir. Sosioloji müşahidələr göstərir ki, insanlar ölkəmizin indiki inkişaf səviyyəsində mənəviyyatımıza zərər vuran dini radikalizmi məqbul hesab etmir, dinin siyasiləşdirilməsinin əleyhinə çıxır, milli və dini ekstremizmə qarşı tədbirlər görülməsini tələb edirlər.
Milli təhlükəsizliyimizə dinlə bağlı təhlükə yaradan amillər...
Milli təhlükəsizliyimizə dinlə bağlı təhlükə yaradan amillərdən biri xarici ölkələrdən Azərbaycana bəzi dini-siyasi ədəbiyyatların gətirilməsi və müxtəlif yollarla respublikamızda yayılmasıdır. Dəfələrlə aşkar edilib ki, bu cür dini-siyasi ədəbiyyatlarda və audio-video vəsaitlərdə dövlətçiliyimizə və xalqımızın milli maraqlarına zidd olan radikal dini çağırışlar, dini dözümsüzlük təbliğ edən ideyalar, dini ayrıseçkilik yaradan prinsiplər, gənclərimizin şüuruna məni təsir edə bilən müxtəlif çağırışlar öz əksini tapır. Bu baxımdan belə kitabların və audio-video vasitələrin ölkəmizə gətirilməsinə və yayılmasına məhdudiyyət qoyulması, təhlükəsizlik baxımından müvafiq orqanlar tərəfindən atılan normal addımlar kimi qiymətləndirilməlidir.
Faktlar göstərir ki, cəmiyyətdə ictimai asayişi pozan, əhalinin rahatlığına qarşı təhlükə törədən, milli təhlükəsizliyə təhdid yaradan hallar ölkəmizə qarşı yönəlmiş informasiya müharibəsidir. Azərbaycanın sürətli sosial-iqtisadi, mədəni inkişafını gözü götürməyən bəzi ölkələr informasiya müharibəsində din amilindən ölkəmizə qarşı vaxtaşırı istifadə edirlər.
Davamı növbəti sayımızda
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni
hazırladı: Elvin Əliyev
Zaman.-2014.-14 mart.-S.13.