Dini təhlükəsizlik milli təhlükəsizliyin tərkib hissəsidir
Əvvəli ötən sayımızda
Ölkəmizin milli təhlükəsizliyinə
dinlə bağlı olan təhdidlər müxtəlifyönümlüdür. Bunların içərisində
hazırki şəraitdə
maddi və mənəvi cəhətdən
xarici ölkələr
tərəfindən dəstəklənən
və icazəsiz fəaliyyət göstərən
bəzi dini-siyasi qrupları ən təhlükəli hesab etmək olar. Beynəlxalq təcrübə göstərir
ki, bu cür
qruplar milli və dini ekstremizmə
və terrorizmə meyilli olduqlarına görə onların fəaliyyəti cəmiyyətin
sabitliyi üçün
daha çox təhlükə yaradır.
Bunları da milli təhlükəsizliyimizə qarşı
təhdid hesab etmək olar.
“Ekstremizm çox vaxt ciddi cinayətlər
törədilməsinə səbəb
olur”
Azərbaycan dünyəvi, sivil bir dövlət olaraq həmişə dini ekstremizmə qarşı çıxmış,
dini dözümsüzlüyü
pisləmiş və bu sahədə başqa dövlətlərlə
əməkdaşlıq etmiş
və etməkdədir. Azərbaycan terrorizmə,
dini ekstremizmə qarşı mübarizə
aparan ölkələrlə
əməkdaşlığa üstünlük verir.
Azərbaycan Prezident Administrasiyanın rəhbəri,
akademik R. Mehdiyev
2011-ci il sentyabrın
21-də Rusiyanın Yekaterinburq
şəhərində keçirilən
təhlükəsizlik məsələlərinə
cavabdeh olan yüksək vəzifəli
şəxslərin beynəlxalq
görüşündə iştirak edib. Dünyanın 65 ölkəsinin nümayəndələrinin iştirak
etdiyi bu beynəlxalq toplantıda bir çox aktual məsələlər,
o cümlədən beynəlxalq
informasiya təhlükəsizliyi,
təbii və texnogen fəlakətlər
zamanı əməkdaşlıq,
transmilli cinayətkarlığa
qarşı mübarizə
məsələləri müzakirə
edilib. Bu beynəlxalq görüşdə
akademik R. Mehdiyev “Millətlərarası düşmənçilik
və dini dözümsüzlüklə əlaqədar
böhranlı vəziyyətlərdə
ekstremizmin təzahürlərinə
qarşı mübarizə
sahəsində beynəlxalq
əməkdaşlığın fəallaşdırılması problemləri” mövzusunda
məruzə ilə çıxış edib.
Öz məruzəsində ekstremizmin
mahiyyətini elmi cəhətdən izah edən R. Mehdiyev qeyd etmişdir ki, “Ekstremizmə ən ümumi formada müxtəlif məsələlərə ifrat
baxışların tərəfdarı
olmaq kimi tərif verilir. Lakin ekstremizm, sadəcə, radikal baxışların
ifadəsi deyildir.
Çox
vaxt o ciddi cinayətlər törədilməsinə
səbəb olur”.
R. Mehdiyev ekstremizmin çoxsaylı formaları
arasında milli və dini ekstremizmi
ən təhlükəli
forma hesab edərək,
bunu aşağıdakı
kimi əsaslandırıb:
“Ekstremizmin çoxsaylı
formaları arasında
ən təhlükəli
formalar kimi milli və dini
ekstremizmi qeyd etmək lazımdır. Onların dağıdıcı potensialı
olduqca böyükdür,
çünki onlar böyük insan qruplarını, hətta bütöv xalqları da əhatə edə bilər”.
“Ekstremist qruplar öz məqsədləri üçün
radikal dini ideyalardan istifadə edir”
Dini ekstremizmin genişlənərək,
radikal qruplarla birləşərək cəmiyyətdə
sabitliyi pozmağa, ictimai təhlükəsizliyin
təmin olunmasına mənfi təsir göstərərək, sosial
vəziyyəti kəskinləşdirməyə
çalışdığını vurğulayan akademik dini-siyasi ekstremizmin cəmiyyət üçün
yaratdığı təhlükəni
aşağıdakı kimi
şərh etmişdir:
“Bu gün müxtəlif
ekstremist qruplar öz məqsədləri
üçün radikal
dini ideyalardan istifadə etməklə dünyəvi və demokratik dövlət quruluşunu dəyişməyə
yönəlmiş fəaliyyəti
həyata keçirməyə
çalışırlar. Onlar cəmiyyətdə
sabitliyi pozmağa, dini və sosial
vəziyyəti kəskinləşdirməyə
çalışırlar”.
Dinin siyasiləşdirilməsi Avropanıninkişaf
etmiş ölkələrində
də müşahidə
olunur
Qeyd edək ki, dinin
siyasiləşdirilməsi, yaxud siyasi fəaliyyətdə
dindən istifadə, dini ayrıseçkiliyi yaratmaq, başqa dinlərə qarşı
nifrət təbliğ
edilməsi bir çox ölkələrdə,
o cümlədən Avropanın
inkişaf etmiş ölkələrində də
müşahidə olunur.
Məsələn, 2011-ci il 22 iyul tarixində Norveçdə
32 yaşlı Andreas Breyvikin
törətdiyi dini-siyasi
xarakter daşıyan
terror aktını buna
misal göstərmək
olar.
İnformasiya agentliklərinin məlumatına
görə, əvvəlcə
Oslo şəhərinin hökumət
binasının yerləşdiyi
məhəllədə böyük
partlayış törədən
A. Breyvik, sonradan polis paltarı geyərək, Utoya adasında yerləşən gənclərin
yay düşərgəsinə
gələrək, düşərgədə
toplantı keçirən
çoxsaylı gəncləri
güllələmişdir. Bu terror aktı zamanı 80-a yaxın adam
qətlə yetirilmiş,
100-dən çoxu isə
itgin düşmüşdür.
Siyasi müşahidəçilərin
fikirlərinə görə,
Avropada müsəlmanların
sayının artmasını
təhlükə kimi
qəbul edən 32 yaşlı terrorçu, qeyri-Qərb ölkələrindən
gələn müsəlmanlara
Norveçdə sığınacaq
verən Sosial-Demokrat partiyasını düşmən
hesab etdiyinə görə, onlara qarşı terror törətmişdir.
Siyasi müşahidəçilərin rəyinə görə, terrorçu özü bu fikri məhkəmədə
etiraf etmişdir.
Qeyd edək
ki, Norveçdə islamofobiyanı dəstəkləyən
siyasi təşkilatlardan
biri Tərəqqi Partiyasıdır ki, bu partiyanın siyasi baxışları
A. Breyvikin siyasi baxışları ilə
üst-üstə düşür. A. Breyvik
vaxtilə həmin partiyanın üzvü olmuş, sonradan partiya sıralarından çıxmışdır. Terrorçu
öz siyasi baxışlarını törətdiyi
cinayətdən bir az əvvəl
Londonda çap etdirdiyi 630 səhifəlik
“Avropa müstəqillik
deklarasiyası” (2011) adlı
kitabında şərh
etmişdir.
Məhkəmə zamanı A. Breyvik Qərbi Avropanın müsəlmanların əlinə
keçməsinin qarşısını
almaq üçün
bu cinayəti törətdiyini bildirmişdir. O, Avropanı
xilas etmək üçün öldürmək
istədiyi adamların
siyahısında Böyük
Britaniyanın sabiq baş naziri Toni Bleyer, Britaniya şahzadəsi Çarlz,
Almaniya kansleri Anqela Merkel, o vaxtkı Fransa prezidenti Nikola Sarkozi və digər nüfuzlu şəxslərin adları
olduğunu vurğulayıb.
A. Breyvik internetə yerləşdirdiyi videoçarxda
özünü orta əsr cəngavərləri
ilə müqayisə
etmiş və başqalarını da “səlib yürüşçüsü”
olmağa, Avropanın
islamlaşdırılmasına qarşı və marksizmə qarşı mübarizə aparmağa çağırmışdır.
Terrorçuların,
dini ekstremistlərin vətəni yoxdur
Buradan göründüyü
kimi, Norveç kimi Avropanın inkişaf etmiş bir ölkəsində baş verən bu müdhiş cinayət hadisəsi dini dözümsüzlük,
başqa dinlərə
qarşı nifrət
təbliğ edən hadisə kimi insanların şüuruna
daxil olmuş, əsasən, müsəlmanlara
və multukulturalizm siyasətinə qarşı
yönəldilmişdir.
Bu faktlar bir daha onu göstərir
ki, terrorçuların,
dini ekstremistlərin vətəni yoxdur. Belələri istənilən bölgədə
cinayət törədə
bilər. Bəzi radikal
dini qruplar əvvəlcə təbliğat
metodundan istifadə edərək əhalinin həssas təbəqələrinin
ağır sosial-iqtisadi
vəziyyətindən sui-istifadə
edib onları öz tərəflərinə
çəkirlər, sonra
isə müxtəlif
təxribatlarda onlardan
istifadə edirlər.
Akademik R. Mehdiyev Yekaterinburqdakı toplantıda son vaxtlar Azərbaycanda da dini ekstremizmlə, terrorçuluqla məşğul olan bəzi təxribatçı qrupların fəaliyyəti haqqında məlumat verib, onların zərərsizləşdirildiyini bildirərək deyib: “Məsələn, son illərdə Pakistanda Şimali Vəziristan ərazisində “Əl-Qaidə” düşərgələrində hazırlıq keçmiş qanunsuz silahlı dəstənin üzvləri məhkum edilmiş, “Sumqayıt camaatı” terror qrupu zərərsizləşdirilmişdir. Bundan əlavə, dini təmayüllü “Ceyşulla”, “Hizbut-Təhrir”, “Əl-Qaidə Qafqaz”, “İmam Mehdinin şimal ordusu” və başqa terror təşkilatlarının özəkləri ləğv edilmiş, həmin təşkilatların 189 üzvü cinayət məsuliyyətinə cəlb olunmuşdur... Qeyd etdiyim faktlar ona dəlalət edir ki, millətçi ekstremizmlə bərabər, dini ekstremizm Azərbaycanın milli təhlükəsizliyi üçün ciddi risklərdir”. Buradan məlum olur ki, Azərbaycanda fəaliyyət göstərmiş təxribatçı qruplar beynəlxalq terror şəbəkələri ilə əlaqədar olmuş və xarici ölkələrdə yerləşən terror qrupları tərəfindən idarə olunmuşdur.
Davamı növbəti sayımızda
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Elvin Əliyev
Zaman.-2015.-17 mart.-S.13.