Dini icmalar
ölkəmizdə heç vaxt ayrı-seçkiliyə məruz
qalmayıblar
Azərbaycan Respublikasının Əsas Qanunu - Konstitusiyasının 25-ci maddəsinin III bəndinə görə “Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir.
İnsan və vətəndaş hüquqlarını və
azadlıqlarını irqi,
milli, dini, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə
məhdudlaşdırmaq qadağandır”. Konstitusiyanın 25-ci maddəsinin III bəndindən
göründüyü kimi,
milli və ya dini azlığın
nümayəndəsi olmasından
asılı olmayaraq, Azərbaycan vətəndaşı
olan hər bir kəs eyni
hüquqlara malikdir.
“Azərbaycan Respublikasının vətəndaşlığı
haqqında” qanununun
3-cü maddəsinə görə
isə Azərbaycan vətəndaşlığı onun əldə edilməsi əsaslarından
asılı olmayaraq, hamı üçün bərabərdir. Azərbaycan
vətəndaşlarının hüquqları, azadlıqları
və vəzifələri
onların mənşəyindən,
sosial və əmlak vəziyyətindən,
irqi və milli mənsubiyyətindən,
cinsindən, təhsilindən,
dilindən, dinə münasibətindən, siyasi
və başqa əqidələrindən, məşğuliyyət
növündən və
xarakterindən, yaşayış
yerindən, həmin yerdə yaşadığı
müddətdən və
başqa hallardan asılı olmayaraq bərabərdir”.
Bununla belə, Azərbaycanda heç bir millətin, milli və ya dini
azlığın nümayəndəsinə
və ya onlardan olan qrupa
milli xüsusiyyətlərinə
və ya dini mənsubiyyətlərinə
görə başqalarından
üstün olmaq kimi ideyaları aşılamaq, çox fəal təəssübkeşlik
göstərmək, hətta,
bu ideyaların həyata keçirilməsində
fiziki təzyiqlərdən
istifadə edilməsi
qanunla məhdudlaşdırılır,
bu sahədə sui-istifadə hallarına yol verən şəxs və ya qrup cinayət
məsuliyyətinə cəlb
edilməklə müvafiq
qanunlar çərçivəsində
cəzalandırılır. Azərbaycan Respublikasının
Cinayət Məcəlləsinin
“Təqib” adlı
109-cu maddəsinə görə,
“Siyasi, irqi, milli, etnik, mədəni,
dini, cinsi, və ya beynəlxalq
hüquq normaları ilə qadağan edilmiş digər əsaslara görə müəyyən edilmiş
hər hansı bir qrupu və
ya təşkilatı
təqib etmə, yəni qrupa və ya təşkilata
mənsub olduqlarına
görə insanları
əsas hüquqlardan kobudcasına məhrum etmə, bəşəriyyət
əleyhinə digər
cinayətlərlə əlaqədar
olduqda - beş ildən on ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır”.
Azərbaycanda dini azlıqların
hüquqlarının qorunması
və təminatı sahəsində də müstəqillik əldə
edildikdən keçən
son illər ərzində
dövlət çox
mühüm və ciddi addımlar atıb. 1992-ci ildə “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilıb və zaman keçdikcə
şəraitə uyğun
olaraq, həmin qanuna 1996 və 1997-ci illərdə müvafiq düzəlişlər edilib.
Bu qanuna görə,
Azərbaycan Respublikasında
vətəndaş hüququna
malik olan “Hər bir kəs
dinə münasibətini
müstəqil müəyyənləşdirir,
hər hansı dinə təkbaşına
və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə əlaqədar əqidəsini
ifadə etmək və yaymaq hüququna malikdir”.
Azərbaycan dövləti dini etiqad azadlığının
təmin edilməsi,
din-dövlət münasibətlərinin
tənzimlənməsi sahəsində
də bir sıra islahatların həyata keçirilməsini
məqsədəuyğun hesab
etdi. Prezidenti cənab
Heydər Əliyev 21 iyun 2001-ci il
tarixli 512 saylı Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
yaranmasını təsdiq
etdi. Həmin fərmanla müəyyən
edildi ki, yeni yaranmış Dövlət Komitəsinin
əsas vəzifəsi
Azərbaycan Respublikası
Konstitusiyasının dini
əqidə azadlığını
təmin edən 48-ci maddəsinin həyata keçirilməsi üçün
müvafiq şəraitin
yaradılmasından, dini
etiqad azadlığı
ilə bağlı olan digər qanunvericilik aktlarına riayət olunmasına nəzarəti təmin etməkdən, dini qurumlarla dövlət arasında münasibətləri
daha ciddi tənzimləməkdən ibarətdir.
Azərbaycan Respublikası Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsi ölkədə
dini durumda gərginlik yaranmaması, dini ayrı-seçkilik meyllərinin milli münasibətlər səviyyəsinin
yüksəlməsinə yol
verilməməsi, dini
mərasim adı altında müxtəlif antidövlət meylli şəxs və qrupların qarşıdurma
yaratmaq cəhdlərinin
qarşısının alınması,
ictimai təhlükəsizlik
və sosial sabitliyin qorunması, din-dövlət münasibətlərinin
normal səviyyədə tənzimlənməsi
üçün mövcud
dini duruma lazımi nəzarəti təşkil edir və bu yolda
hər cür neqativ halların qarşısının alınması
işində müvafiq
beynəlxalq təşkilatları
ilə əməkdaşlıq
edir.
2002-ci il oktyabr
ayının 10-11-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu tərəfindən Azərbaycan
Hökumətinin dəstəyi
ilə Bakıda “Demokratik cəmiyyətdə
din və əqidənin
rolu: terrorizm və ekstremizmə qarşı mübarizə
yollarının araşdırılması”
mövzusunda beynəlxalq
elmi konfrans keçirilmişdir. Konfransda ATƏT-ə üzv olan 55 dövlət, eləcə
də beynəlxalq təşkilatların nümayəndələri
iştirak edib.
Bununla yanaşı,
Dövlət Komitəsi
dini məsələlərə
dair müxtəlif
seminar, dəyirmi masalar
təşkil edir, ölkəmizdə mövcud
olan dini icmaların nümayəndələri
ilə mütəmadi
olaraq görüşlər
keçirir.
Azərbaycanda yüksək tolerantlıq
nümayiş etdirildiyi
və burada mövcud olan dözümlülük münasibətlərinin
bir çox ölkələr üçün
yaxşı nümunə
ola biləcəyi
dəfələrlə ölkəmizə
səfər etmiş müxtəlif din xadimləri
və rəsmi şəxslər tərəfindən
bəyan edilib. Belə ki, 2006-cı il fevral ayının 28-dən
mart ayının 5-dək Azərbaycanda
səfərdə olan
BMT-nin İnsan Hüquqları Komissiyasının
Din və əqidə
azadlığı üzrə
Xüsusi Məruzəçisi
Asma Cahangir cəmiyyətdə mövcud
olan dözümlülük
səviyyəsinin xoş
təəssürat yaratdığını
qeyd edib.
1999-cu ildən etibarən,
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə
Azərbaycanda tolerantlıq
günü (16 noyabr) xüsusilə qeyd edilir. 2006-cı ildə də
tolerantlıq günü
ilə əlaqədar
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi Qafqaz müsəlmanları
Ruhani İdarəsi, Rus Pravoslav Kilsəsinin
Bakı və Xəzəryanı Yeparxiyası
və yəhudi dini icması ilə birgə “Tolerantlıq örnəyi
- Azərbaycan” mövzusunda
dəyirmi masa təşkil edib. Tədbirdə Bakıda akkreditə
olunan səfirliklər,
eləcə də beynəlxalq təşkilatların
nümayəndələri, ictimai və dini xadimlər və digər şəxslər iştirak
edib.
***
Hazırda Azərbaycanda qeydiyyatdan keçən dini icmalar arasında qeyri-islam təmayüllü
dini icmalar da kifayət qədərdir. Ortodoks konfessiyası -1991-ci ildə Cen Mironosets
kilsəsinin (1907-ci ildə
Hacı Zeynalabdin Tağıyev tərəfindən
inşa edilmişdir) binası Rus Pravoslav kilsəsinə verilmişdir. 2001-ci ilin
may ayında Azərbaycanda
səfərdə olan
bütün Rusiyanın
Patriarxı II Aleksi bu məbədə baş kafedral kilsə statusu vermişdir. Hazırda Bakıda 3, Gəncədə
və Xaçmazda 1 rus pravoslav kilsəsi
fəaliyyət göstərir.
Roma-katolik konfessiyası
- 1999-cu ildə Azərbaycanda
katolik icması qeydiyyatdan keçmişdir. 2000-ci ildə ibadətlərin yerinə yetirilməsi üçün bu icmaya xüsusi bina alınıb və kilsəyə çevrilib. 2007-ci ildə Azərbaycan Hökuməti ilə Vatikan arasındakı razılığa əsasən,
Bakıda Roma Katolik kilsəsinin inşası tamamlanıb.
***
Yəhudilər Azərbaycanda 2500 ildən artıqdır ki məskunlaşmışlar. Onlar ölkəmizdə heç vaxt dini dözümsüzlüyə və ayrı-seçkiliyə məruz qalmamışdır. Hazırda 7 yəhudi dini icması dövlət qeydiyyata alınıb. Bakıda 3, Oğuzda və Qubada 1 sinaqoq fəaliyyət göstərir. 2003-cü il mart ayında Bakıda yeni yəhudi sinaqoqu istifadəyə verilmişdir. 2003-cü ilin sentyabr ayında Bakıda “Od-Avner” Xabad Lyubaviç Beynəlxalq Fondunun maliyyələşdirdiyi ilk yəhudi orta ümumtəhsil məktəbi fəaliyyətə başlayıb.
***
Azərbaycanda mövcud olan dini mərkəz və idarələr xarici ölkələrdəki müvafiq mərkəzlərlə işgüzar əlaqə saxlayır, beynəlxalq dini tədbirlərdə yaxından iştirak edirlər. Belə ki, Qafqaz Müsəlmanları İdarəsi ilə Beynəlxalq İslam Konfransı Təşkilatı və digər xarici müsəlman və qeyri müsəlman ölkələrinin dini təşkilatları arasında sıx əlaqələr mövcuddur. Bakıdakı Rus Pravoslav Kilsələrinin Yepiskopluğu Xəzəryanı bölgələrin xristian-pravoslav kilsələrinə rəhbərlik etməklə yanaşı, ölkədaxili və ölkəxarici dini mərkəzlərlə geniş əməkdaşlıq əlaqələrinə malikdir.
Respublika ərazisində xristian və yəhudi dini tədris müəssisələri, o cümlədən pravoslav kilsələri yanında bazar günü məktəbləri, yevangel-xristian protestant icmalarının Bibliya kursları, “Həyatverici lütf” icmasının Bibliya institutu, yəhudilərin ivriti, yəhudi dini və mədəniyyətini öyrədən kursları və s. fəaliyyət göstərir. Mərkəzləri əsasən ABŞ-da, İsveçdə və Almaniyada olan dini icmalar xarici ölkədəki dini mərkəzlər ilə qanun çərçivəsində maneəsiz əməkdaşlıq edir, onlardan maddi və mənəvi, o cümlədən dini ayinlərin icrası üçün metodik yardım alaraq fəaliyyət göstərirlər.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Elvin Əliyev
Zaman.-2015.-18 mart.-S.11.