“Tolerantlıq Azərbaycanla sivil dünya arasında qardaşlıq və dostluq körpüsüdür

 

Müsahibimiz ehtiyatda olan polkovnik-leytenant, hərbi jurnalist ekspert Üzeyir Cəfərovdur:

 

- Üzeyir müəllim, tolerantlıq azərbaycanlılar üçün deməkdir?

 

- Sizin bu suala tam şəkildə cavab verməzdən öncə biz tolerantlığın qısaca da olsa açmasına diqqət etsək yaxşı olardı. Tolerantlıq bütün dünyada sözün bütöv mənasında dözümlülük mənasını daşıyır. Yəni, bəşər övladının digər inanc əqidələrə dözümlü yanaşması, insan hüquqları vicdanı ilə bağlı məsələlərdə doğru-dürüst mövqe nümayiş etdirməsidir. Bu da tolerantlıq kimi ən mühüm yaşam elementlərindən biri sayılan insan azadlıqları hüqüqlarının təsdiqi, plüralizm demokratiya əsasında formalaşan prinsiplərdir. Tolerantlıq həm , irqçilik, ksenofobiya, dini dözümsüzlük, terror ekstremizmin qəbul edilməməsi kimi vacib elementləri özündə ehtiva edən bir yaşam tərzidir. Məhz bu keyfiyyətlərinə görə son illər ölkəmiz dünya dövlətləri arasında gənc müstəqil dövlət olmasına baxmayaraq, tolerant ölkə kimi tanınır Azərbaycan nümunəsindən geniş istifadə olunur. Müstəqilliyimizin ilk illərində bu istiqamətdə işlər yetərincə geniş təbliğ təşviq olunmurdusa, artıq indi bu sahədə hərtərəfli işlər həyata keçirilir. Özü bu işlər təkcə dövlət xətti ilə deyil, eyni zamanda, QHT-lər, ayrı-ayrı fondlar müstəqil şəxslər təşkilatlar tərəfindən ən yüksək formada təbliq olunur bu da sözsüz ki, Azərbaycan adlı məmləkətin daha da geniş tanınmasına, xalqımızın daha da sıx şəkildə dünyadakı inkişaf proseslərinə inteqrasiya olunmasına xidmət edir. Əhali sayı artıq 10 milyona yaxınlaşan ölkəmizin ərazisində yaşayan irqinden, dinindən, dilinden asli olmayan insanlarin tam şəkildə rahat anlaşması, normal insanı münasibətlərin qurulması cəmiyyətimizin məhz tolerantlıq ruhunda tərbiyyə almasının bariz göstəricisidir.

 

- Azərbaycan tarix boyu tolerant ölkə kimi tanınıb, burada dinindən, millətindən asılı olmadan bütün insanlara xoş münasibət bəslənilib. Sizcə bu nədən irəli gəlir?

 

- Bir qədər yuxarıda mən bu suala qismən olsa toxundum. Əsrlər boyu tolerant ölkə kimi tanınmağımızda sözsüz ki, tarix böyük rol oynayıb. Mənə elə gəlir ki, əgər biz tariximizə diqqət yetirsək görərik ki, ulu babalarımızdan bizə gəlib çıxan əksər adət-ənənələrimiz bu gün saxlanılır daha da inkişaf etdirilir. Elə bizim sizinlə söhbətimiz müsəlman dünyasının ən  müqəddəs bayramlarından biri olan Novruz Bayramı ərəfəsinə təsadüf edir. Baxın, keçmiş SSRİ dövlətinin ən totalitar dönəmlərində belə xalqımız, millətimiz Azərbaycanda yaşayan xalqlar bu bayramla yanaşı digər xalqlara məxsus olan bayaramları da bacardığı şəkildə qoruyub saxlaya bilmiş, onu gələcək nəsillərə ötürməyi bacarmışdır. Müsəlmanların bayramlarında yaxından istirak edən digər xalqlar da öz adət-ənənələrinə sadiq qalmışlar.

 

XX əsrin sonunu əsasən sosialist düşərgəsinin süqutu nəticəsində, dünyanın mövcud siyasi xəritəsinin dəyişməsi, habelə ictimai həyatın müxtəlif sahələri ilə bağlı bir sıra qlobal problemlərin yaranması gərginləşməsi ilə səciyələndirmək olar. İqtisadi, ekoloji demoqrafik problemlərlə yanaşı, əxlaqi-etik dəyərlərə lazımi diqqət yetirilməməsi nəticəsində mənəviyyat problemləri kəskinləşmişdir. Bundan başqa, dünya dinləri arasında mövcud fərqlərə əsaslanansivilizasiyaların toqquşmasınəzəriyyəsi meydana çıxmış öz tərəfdarlarını tapmışdır. Bəzi separatçı qruplaşmalar bir çox hallarda öz fəaliyyətlərinə bəraət qazandırmaq məqsədilə dini amildən istifadə edirlər.

 

Belə bir şəraitdə bəşər sivilizasiyanın müxtəlif mədəniyyətlərinin qorunması üçün dinlər mədəniyyətlər arasında dialoqun yaranması böyük əhəmiyyət kəsb edir. Bu baxımdan tolerantlıq dözümlülük ənənələri zəngin olan ölkə regionların təcrübəsi nümunə ola bilər. Azərbaycan bir çox millətlərin dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir.

 

Bu ənənənin kökləri tarixin dərinliklərinə gedib çıxır: Babil hökmdarı II Novuxodonosurun (e. ə. 586 il) Yerusəlimi zəbt etməsi nəticəsində talan olmuş İudeya çarlığından qaçan yəhudi köçkünləri Azərbaycan torpağında özlərinə sığınacaq tapmışlar. Tarixi mənbələrə əsasən, o vaxtlar Babildə 40 minə qədər əsir var idi. Eramızın birinci yüzilliyinin ortalarında xristianlığın ilk ardıcılları Azərbaycana pənah gətirmiş sonradan burada yaranan Alban aftokefal kilsəsinin əsasını qoymuşlar. İslamın Azərbaycana gəlişi ilə dini dözümlülük ənənələri daha da möhkəmlənmişdir. Müsəlman tolerantlığının əsasını Qurani-Kərimin surə ayələri təşkil edir: “Dində məcburiyyət yoxdur”. Tarixçilərin dediklərinə görə, VII-VIII əsrlərdə müsəlmanlar yəhudilik, xristianlıq zərdüştiliyin tərəfdarlarına qarşı ehtiram dözümlülük göstərmişlər.

 

Azərbaycan ərazisində yaşayan çoxsaylı etnik dini qruplar arasında möhkəm əlaqələrin formalaşmasında onların tale ümumiliyi amili böyük rol oynamışdır. Tarix boyu Azərbaycanda yaşayan xalqlar dəfələrlə qüdrətli dövlətlərdən asılı vəziyyətə düşmüş yaranmış şərait onları, dünya görüşlərindəki fərqlərə baxmayaraq, yaxınlaşmağa vadar etmişdir.

 

Sovet İttifaqının dağılması regionda dini dözümlülük ənənələri üçün əsl sınağa çevrildi. Bu proseslərin nəticəsində keçmiş müttəfiq respublikaların xalqları müstəqilliklə yanaşı əsl dini etiqad azadlığı da əldə etdilər. Azərbaycandakı mövcud tolerantlığın əsasları üçün ən böyük təhlükəni minlərlə dinc sakinin ölümünə bir milyondan çox soydaşımızın doğma yurdlarından didərgin düşməsinə səbəb olan erməni təcavüzü yaradırdı. Azərbaycan-Ermənistan-Dağlıq Qarabağ münaqişəsi dini zəmində baş verməsə , Ermənistanın dini lideri I Vazgen praktiki olaraq separatçı hərəkatı qızışdıran şəxslərdən biri olmuşdur.

 

Barışmaz erməni separatizminin ideoloqları hər imkandan istifadə edərək, Qərbə və Rusiyaya belə bir mif təlqin etməyə çalışırdılar ki, güya Azərbaycandan “islam təhlükəsi” gözlənilir. Digər tərəfdən, Azərbaycanda anti-müharibə və hətta ermənipərəst meyllərin yayılması üçün bəzi qüvvələr respublikanın müsəlman əhalisinin xristianlaşdırılmasından istifadə edirdilər. Şübhəsiz ki, belə hərəkətlər dinlərarası dialoqun möhkəmlənməsinə xidmət etmirdi. Lakin bu hadisələr respublikadakı dini konfessiyalar arasında olan münasibətlərə həlledici mənfi təsir göstərə bilmədi. Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu münasibətlər daha da yaxşılaşdı. Şübhəsiz ki, dözümlülük ruhunun qorunub saxlanılmasında müsəlman ruhanilərinin də müəyyən xidmətləri var. Müasir Azərbaycan dövlət-din münasibətləri modeli çərçivəsində bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir. Ölkə vətəndaşlarının əksəriyyətini təşkil edən müsəlmanların hüquqlarının təmin olunması ilə yanaşı dövlət respublikada yayılmış digər dinlərə də qayğı göstərir. Belə ki, 1920-ci ildə bağlanmış Jen Mironosets baş kilsəsinin binası 1991-ci ildə Rus Pravoslav Kilsəsinə verilmişdir. Azərbaycanda səfərdə olan Moskvanın və bütün Rusiyanın Patriarxı II Aleksiy 27 may 2001-ci il tarixdə bu məbədi müqəddəs elan etmişona baş kafedral kilsə statusu vermişdir. Açılış mərasimində sabiq prezident Heydər Əliyev, hökumət üzvləri, səfirliklərin nümayəndələri və dini icmaların başçıları iştirak etmişlər. Qeyd etmək lazımdır ki, Allah evinin bərpasını Moskvada yaşayan azərbaycanlı adamı, dini mənsubiyyətinə görə müsəlman olan Aydın Qurbanov öz üzərinə götürmüşdür. Onun vəsaiti hesabına baş kafedral kilsə az bir zamanda bərpa edilərək dindarların ixtiyarına verilmişdir. Bundan başqa, 1999-2001-ci illərdə paytaxtda digər pravoslav məbədi-Müqəddəs Məryamın Miladı baş kilsəsi bərpa olunmuşdur.

 

 - Tolerantlıq Azərbaycanla sivil dünya arasında inteqrasiyaya necə təsir göstərə bilər?

 

 - Bu gün Azərbaycan dövləti çox rahat şəkildə dünya dövlətlərinə bir tolerantlıq dərsi keçir və hamı tərəfindən qəbul edilən humanist siyasət yeridir. Təkcə bir nümunəni, misalı gətirməklə, mən sözlərimlə nə demək istədiyimi bir qədər geniş ağıqlamaq istərdim. Respublikada qədim ənənələrə malik olan yəhudi icmasının mədəni irsi Azərbaycan hökumətinin qayğısı ilə əhatə olunub. Təkcə onu qeyd etmək kifayətdir ki, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakultəsində ibrani bölməsi açılıb, Azərbaycan Milli Elmlər Akademiyasının Etnoqrafiya İnstitutu isə Rusiyanın yəhudi mədəniyyətinin qorunması və inkişafı fondu ilə birgə “Yəhudilər Azərbaycanda” kitabının hazırlanmasına başlayıb. Bundan başqa, 2001-ci ilin aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasında “Qafqazın dağ yəhudiləri” mövzusunda beynəlxalq seminar keçirilib, 2000-ci ilin sonunda isə dağ yəhudiləri dini icmasının sədri Semyon İxiilov Azərbaycanın ən ali mükafatlarından biri sayılan “Şöhrət” ordeni ilə təltif olunmuşdur.

 

Davamı növbəti sayımızda

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Əziz Mustafa

 

Zaman.-2015.-19 mart.-S.13.