Öz ölkələrindən Azərbaycana
pənah gətirən molokanlar (1)
XƏYALƏ SADIQOVA ,
Azərbaycanda ayrıca icmalar
halında yaşayan molokanlar əsasən Bakı, Sumqayıt, Quba, İsmayıllı və Gədəbəy bölgələrində məskunlaşıblar.
Bu etnik qrup öz dini inanclarını,
adət-ənənələrini və dillərini qoruyub saxlamaqla yanaşı, həm də yerli xalqla
da dostluq münasibətlərini qoruyub
saxlayırlar. Molokanlar digər xristianlarla
müqayisədə öz
inanclarında qatıdırlar
və yeni yaranan təriqətlərin
davamçıları ilə
müqayisədə onlar
təbliğata meyilli
deyillər. Molokanlar Bibliyanı
öz inanclarının
yeganə mənbəyi
olaraq qəbul edirlər və oradakı kəlamları sərbəst şəkildə
izah etmələrinə
baxmayaraq mütəxəssislər
bəzən onları
həddindən artıq
təhrif etdiklərini
bildirirlər.
XX əsrin
sonunu əsasən sosializmin süqutu nəticəsində, dünyanın
mövcud siyasi xəritəsinin dəyişməsi,
eyni zamanda, ictimai həyatın müxtəlif sahələri
ilə bağlı bir sıra qlobal
problemlərin yaranması
və gərginləşməsi
ilə səciyyələndirmək
olar. İqtisadi, ekoloji və
demoqrafik problemlərlə
yanaşı, əxlaqi-etik
dəyərlərə lazımi
diqqət yetirilməməsi
nəticəsində mənəviyyat
problemləri də kəskinləşmişdir. Bundan başqa, dünya dinləri arasında mövcud fərqlərə
əsaslanan “sivilizasiyaların
toqquşması” nəzəriyyəsi
meydana çıxmış
və öz tərəfdarlarını tapmışdır.
Bəzi separatçı qruplaşmalar
bir çox hallarda öz fəaliyyətlərinə bəraət
qazandırmaq məqsədilə
dini amildən istifadə edirlər.
Belə bir şəraitdə bəşər sivilizasiyanın
müxtəlif mədəniyyətlərinin
qorunması üçün
dinlər və mədəniyyətlər arasında
dialoqun yaranması böyük əhəmiyyət
kəsb edir. Bu baxımdan tolerantlıq və dözümlülük
ənənələri zəngin
olan ölkə və regionların təcrübəsi nümunə
ola bilər.
Azərbaycan bir çox
millətlərin və
dini konfessiyaların dinc yanaşı yaşamasının unikal
nümunəsidir. Bu ənənənin kökləri
tarixin dərinliklərinə
gedib çıxır.
Tarixçilər bildirirlər
ki, Babil hökmdarı II Novuxodonosurun
(e. ə. 586 il) Yerusəlimi zəbt etməsi nəticəsində
talan olmuş İudeya çarlığından
qaçan yəhudi köçkünləri Azərbaycan
torpağında özlərinə
sığınacaq tapmışdılar.
Tarixi mənbələrə əsasən,
o vaxtlar Babildə 40 minə qədər əsir var idi.
Eramızın birinci yüzilliyinin
ortalarında xristianlığın
ilk ardıcılları Azərbaycana
sığınmış və
sonradan burada yaranan Alban kilsəsinin əsasını qoymuşdular.
İslamın Azərbaycana gəlişi
ilə də dini dözümlülük
ənənələri daha
da möhkəmlənmişdir.
Tarixçilərin fikrinə görə,
VII-VIII əsrlərdə müsəlmanlar
yəhudilik, xristianlıq
və zərdüştiliyin
tərəfdarlarına qarşı
ehtiram və dözümlülük göstəriblər.
Azərbaycan ərazisində yaşayan
çoxsaylı etnik və dini qruplar
arasında möhkəm
əlaqələrin formalaşmasında
məhz tolerantlıq amili böyük rol oynamışdır.
Tarixə nəzər salsaq
Azərbaycanda yaşayan
xalqların nəhəng
dövlətlərdən asılı
vəziyyətə düşdüyünə
və vəziyyətdən
asılı olmayaraq onların bir-birlərilə
yaxınlıq etməsinə
şərait yaratmışdır.
Molokanların sürgün olunmalarına
səbəb...
Coğrafi baxımdan Avropa və Asiyanın kəsişməsində yerləşən
Azərbaycan tarixən
müxtəlif sivilizasiyaların
mərkəzi olmuşdur. Zəngin təbiəti
və yaşayış
üçün əlverişli
olması hələ qədim zamanlardan bura müxtəlif etnik qrupları cəlb etmişdir. Bununla yanaşı, xalqların köçü, sürgünlər
və siyasi hadisələr də məskunlaşmada mühüm
rol oynamışdır.
İstər qədim, istərsə
də müasir dövrdə bu torpaqlarda müxtəlif etnik qrupların yaşamasına və dini cərəyanların mövcudluğuna baxmayaraq
Azərbaycanda indiyə
qədər heç bir münaqişə baş verməyib. Bütün bunlar ölkədə tolerantlığın siyasi
səviyyədə qorunduğunun
bir sübutudur.
Yuxarıda da qeyd etdiyimiz
kimi Azərbaycanda yaşayan etnik qruplar buraya müxtəlif dövrlərdə
köç ediblər. Bunlardan
kürdlər, udilər,
yəhudilər, tat, avar,
talış, molokanları
və s. misal göstərmək mümkündür.
Bu dəfə yazımızda molokan etnik qrupundan bəhs edəcəyik.
Əsasən XVIII əsrin ikinci
yarısında Rusiyada
yaranan molokanlar xristian dininin pravoslav qolunun sektalarından birinə aiddirlər. Onlar pravoslav
kilsəsinə və
keşişlərə qarşı
çıxır, ibadət
mərasimlərini öz
evlərində keçirdikləri
üçün Rusiyanın
hakim qüvvələri tərəfindən
1820-ci ildə Cənubi
Qafqaza və Krıma, 1870-ci illərdə
isə Sibir və Qars vilayətlərinə
köçürülürlər. Onlar məskunlaşdıqları ərazilərdə
molokan icması qurur və qocalar
arasından seçilmiş
bir nəfər həmin icmaya rəhbərlik edir.
Molokanların aktivləşmə dövrü
Molokanların əsası XVIII əsrdə Semyon Uklein adlı kəndli tərəfindən qoyulub. Belə ki, o, əvvəllər pravoslav olsa da sonradan özünün xüsusi dərnəyini yaradır və təbliğat üçün 70 nəfər ardıcıllarını toplayaraq Tambov bölgəsində fəaliyyətlərə başlayır. Polis tərəfindən həbs olunan yeni təriqətin təmsilçiləri yenidən pravoslav dininə qayıtdıqlarını bildirərək azadlığa çıxırlar. Uklein isə cəzalandırılması üçün rahiblərin ixtiyarına verilir. Lakin o da qurtuluş yolunun ancaq pravoslav dinində olduğunu söyləyərək ruhanilərdən yaxa qurtarmağı bacarır. Bundan sonra Uklein daha siyasətçil yol seçərək təbliğatını gizli aparmağa qərar verir. O, Tambov, Voronej, Saratov, Yekaterinoslav, Həştərxan quberniyalarına, Don Ordusu torpaqlarına və Qafqaza səyahət edir. Rusiya imperiyasında hakimiyyətə gələn I Aleksandrın təriqətçilərə qarşı tolerant yanaşması onların daha da aktivləşməsinə və öz mövqelərini möhkəmləndirməsinə şərait yaratdı.
Daha sonra hakimiyyətə gələn I Nikolay onları sıxışdırmağa başlayır və nəticə olaraq molokanların yaşaması üçün onların Qafqaza köçürülməsi haqda qərar qəbul edirlər. Azərbaycanda ayrıca icmalar halında yaşayan molokanlar əsasən Bakı, Sumqayıt, Quba, İsmayıllı və Gədəbəy bölgələrində məskunlaşıblar. Bu etnik qrup öz dini inanclarını, adət-ənənələrini və dillərini qoruyub saxlamaqla yanaşı, həm də yerli xalqla da dostluq münasibətlərini qoruyub saxlayırlar. Molokanlar digər xristianlarla müqayisədə öz inanclarında qatıdırlar və yeni yaranan təriqətlərin davamçıları ilə müqayisədə onlar təbliğata meyilli deyillər.
Molokanlar Bibliyanı öz inanclarının yeganə mənbəyi olaraq qəbul edirlər və oradakı kəlamları sərbəst şəkildə izah etmələrinə baxmayaraq mütəxəssislər bəzən onları həddindən artıq təhrif etdiklərini bildirirlər. Lakin onlar yalnız özlərini əsl dindar hesab edir, heç bir dini hekayəti və kilsə qərarlarını qəbul etmirlər. Onlar kilsədə xüsusi səlahiyyətlərə malik şəxslərin iyerarxiyasını rədd edirlər. Molokanlar ibadət üçün kilsəyə getmirlər və özlərinin “Dini qaydalar” adlı kitablarında qeyd olunan qaydaları əsas götürürlər. Onlar Allaha ancaq ruhi etiqadı qəbul edir və bütün pravoslav dini ayinlərini rədd edirlər.
Davamı növbəti sayımızda
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı:
Xəyalə Sadıqova
Zaman.-2015.-30 mart.-S.13.