“Tolerantlıq Azərbaycanla sivil dünya arasında
qardaşlıq və dostluq körpüsüdür”
Əvvəlı ötən sayımızda
Üzeyir
Cəfərov: “Qarabağ
savaşında tolerant olmağımız
bizə çox şeyi verdi,
ola bilsin ki, sözlərim kimlərəsə bir qədər qəribə gəlsin. Amma tolerant olmağımız erməni vəhşiliklərinin
bizim əsgər və zabitlər tərəfindən təkrarlanmaması
ilə müşayət
olundu. Bu, çox önəmli bir məqamdır. Biz bunu unutmamalıyıq.
Erməni qaniçənlərindən,
hansılar ki, Xocalıda, Malıbəylidə,
Şuşada, Daşaltıda
və digər yüzlərlə işğal
edilmiş yaşayış
məntəqələrimizdə bizim hərbçilərlə
yanaşı, mülki
insanlarımıza, qoca
və uşaqlara, qadın və körpələrə insanlıqdan kənar münasibət göstərmişdilər, bizim
əsgərlə bunun
heç cüzi bir hissəsini belə etmədilər. Çünki əsgərlərimizin
aldıqları ailə
tərbiyəsi, müsəlman
inanclısi olması və
digər amillər məhz bizim necə humanist, dözümlü və səbrli olmağımızın
bariz numunəsi sayıla bilər. Bunu, bəlkə də, dünyanın münaqişə
vəziyyətində olan
əksər ölkələrində
və xalqlarında müşahidə etmək
çox çətindir”.
1990-cı ildən respublikada
“Azərbaycan-İsrail” dostluq
cəmiyyəti, habelə
“Soxnut” cəmiyyəti
fəaliyyət göstərirlər. Yəhudi bayramlarında
qəzetlərdə respublikanın
yəhudi icmalarının
tanınmış nümayəndələri
ilə müsahibələr
dərc olunur. Bakıda nəzəriyyəçi-fizik,
Nobel mükafatı laureatı
Lev Landau, respublikanın əməkdar
həkimi Solomon Qusman,
müharibə qəhrəmanı
Albert Aqarunov və digər tanınmış
yəhudi şəxsiyyətlərinin
yaşadıqları binalarda
xatirə lövhələri
vurulmuşdur.
Azərbaycandakı yəhudilərə göstərilən ehtiramdan
söhbət açarkən,
“Krasnaya sloboda” qəsəbəsini də
qeyd etmək lazımdır. Bura keçmiş
sovetlər məkanında
yəhudilərin yığcam
yaşadığı yeganə
yerlərdən biridir
(4 min nəfərə qədər).
Azərbaycanda sovet hakimiyyətinin
qurulmasına qədər
qəsəbədə 11 sinaqoq
olub. Sovet dövründə onlardan yalnız biri fəaliyyət göstərib.
1996-cı ildən sonra
dövlət tərəfindən
daha iki sinaqoq qaytarılıb. 2001-ci ilin oktyabr ayında
Azərbaycanın hökümət
nümayəndələrinin və dünyanın bir çox ölkələrindən gələn
qonaqların iştirakı
ilə ikimərtəbəli,
altıgümbəzli sinaqoqun
bərpasına həsr
olunmuş təntənəli
mərasim keçirilıb.
Azərbaycanda antisemitizmə heç
vaxt yer olmayıb və indi də yoxdur.
Ölkəmizin dinlərarası dialoq və əməkdaşlıq sahəsində
nadir təcrübəsi xaricdə
yüksək qiymətləndirilir
və tanınır.
Bunun bariz nümunəsi- Roma-Katolik Kilsəsinin sabiq başçısı II İoann
Pavelin ölkəmizə
etdiyi tarixi səfəridir (22-24 may 2002-ci il). Bakıda olarkən o, Azərbaycandakı
tarixi dözümlülük
ənənələrini xüsusi
qeyd etmişdi. Tarixi faktdır ki, Roma hakimiyyəti tərəfindən
vaxtilə təqib olunan xristianlar məhz burada sığınacaq tapmışdılar.
- Azərbaycanın dinlərarası
və millətlərarası
dialoq üçün
nümunəvi platformaya
çevrilməsi və
multikulturalizm strategiyasına
qoşulması haqqında
düşüncələrinizi bilmək istərdik.
- Dözümlülük ənənələrinin
qorunub saxlanılmasına
Azərbaycan Respublikası
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi öz böyük töhfəsini verir. Dini icmaların başçıları
arasında tam anlaşma
və daha sıx əlaqələrin
yaranması məqsədilə
adı çəkilən
idarənin rəhbərliyi
mütəmadi olaraq onların iştirakı ilə görüş və seminarlar keçirir. Belə ki, 3 aprel 2004-cü il tarixdə
DQİDK-də “Dini stabillik-ümumi stabilliyin ayrılmaz hissəsidir” mövzusunda seminar keçirilmişdir.
Tədbirdə dini dözümlülük
və terrorizmə qarşı mübarizədə
dini icmaların rolu məsələləri
müzakirə olunmuş,
Azərbaycanın bu bəlaya qarşı beynəlxalq koalisiyanın
tərkibində iştirakı
dəstəklənmişdir. Eyni zamanda, vurğulanmışdır
ki, islamı və ya başqa
bir dini terrorizmlə eyniləşdirmək
səhvdir.
- Tolerantlıq Qarabağ müharbəsində bizə
nə verdi?
- Desəm ki, Qarabağ savaşında
tolerant olmağımız bizə
çox şeyi verdi, ola
bilsin ki, sözlərim kimlərəsə
bir qədər qəribə gəlsin. Amma tolerant olmağımız erməni
vəhşiliklərinin bizim
əsgər və zabitlər tərəfindən
təkrarlanmaması ilə
müşayət olundu.
Bu, çox önəmli
bir məqamdır.
Biz bunu unutmamalıyıq.
Erməni qaniçənlərindən,
hansılar ki, Xocalıda, Malıbəylidə,
Şuşada, Daşaltıda
və digər yüzlərlə işğal
edilmiş yaşayış
məntəqələrimizdə bizim hərbçilərlə
yanaşı mülki
insanlarımıza, qoca
və uşaqlara, qadın və körpələrə insanlıqdan kənar münasibət göstərmişdilər, bizim
əsgərlə bunun
heç cüzi bir hissəsini belə etmədilər. Çünki əsgərlərimizin
aldıqları ailə
tərbiyəsi, müsəlman
inanclısi olması və
digər amillər məhz bizim necə humanist, dözümlü və səbrli olmağımızın
bariz numunəsi sayıla bilər. Bunu, bəlkə də,
dünyanın münaqişə
vəziyyətində olan
əksər ölkələrində
və xalqlarında müşahidə etmək
çox çətindir.
- Ordu üçün tolerantlıq
nə deməkdir?
- Cəmiyyətimiz
kimi Silahlı Qüvvələrimiz də
çox gəncdir və tədricən təcrübə toplayaraq
irəliləyir. Və
1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyəti müasirliklə
mənəvi dəyərlərin
vəhdətini dövlətin
təməl bazasında
birləşdirmişdisə, cəmi 23 aydan sonra onların devrilməsi ilə hakimiyyətə gələn
bolşevizm bu vəhdətin bir tərəfini tam sıradan
çıxarmaq arzusunda
idi. Mənəvi dəyərlərə, dini baxışlara tam radikal mövqedən yanaşan “Qırmızı
Ordu”nun əsas missiyası millətin milli dəyərlərini əllərindən almaq, keçmişini unutdurmaq və inanclarını tam
bir qaranlığa istiqamətləndirmək idi.
Sovet İttifaqının
yarandığı ilk illərdə,
demək olar ki, bu fəaliyyət
bir missiya olaraq geniş spektrdə aparılırdısa,
müəyyən dövrdən
sonra bu prosesdə bir qədər zəifləmə
baş verdi.
Səbəb isə xalqın
öz milli-mənəvi
dəyərlərini nəyin
bahasına olursa-olsun unutmaması, inancına qarşı çıxmaması
və gizlində olsa da bu
rituallara əməl etməsi idi.
Azərbaycan XX əsrin sonunda
ikinci dəfə öz müstəqilliyini elan etməklə bütün stereotipləri
sındırdı, təkcə
dövləti anlamda deyil, həm də mənəvi sferada azadlıq
əldə etdi. Həmin azadlıq və digər önəmli atributlar, sözsüz ki, ordu sıralarına da tədricən daxil olmaqdadır və bu proses
vətəndaş cəmiyyətindən
fərqli olaraq bir qədər spesifik formada inkişaf edir. Bunun da ən əsas
səbəblərindən biri
ordunun funksiyasının
sırf müdafiə
və təhlükəsizliklə
bağlı olmasıdır.
Bunu da hamı çox
gözəl başa düşür. Necə
deyərlər, inşəallah,
cəmiyyətdə gedən
müsbət inkişaf
dinamikası, sözsüz
ki, Silahlı Qüvvələrimizə də
sirayət edəcək
və çox tezliklə Azərbaycan Silahlı Qüvvələri
dünya ordularına bir çox işlərində nümunə
göstəriləcək. Bu gün SQ sıralarında
Azərbaycanda yaşayan
bütün millətlərin,
o cümlədən azsaylı
xalqların nümayəndələri
də çox rahat formada bərabər
şəkildə hərbi
xidmət üzrə öz Konstitusiya üzrə vəzifələrini
yerinə yetirirlər.
Bu da dünyaya
tolerantlığın çox
gözəl nümunələrindən
biri kimi göstərilə biləcək
faktdır.
- Azərbaycanı tolerant ölkə kimi dünyaya nümunə göstərirlər. Bəs nə üçün Avropada Azərbaycanın tolerantlıq təcrübəsindən istifadə etmirlər?
- Maraqlı sualdır. Yaxşı olardı ki, bu sualınıza xarici ölkələrin Bakıda fəaliyyət göstərən diplomatik missiya və nümayəndəliklərin yetkililəri cavab versinlər. Əlbəttə ki, biz kimlər üçünsə zorən öz təcrübəmizin öyrənilməsinə məcburiyyət qoya bilmərik. Lakin bizim xalqımızın gözəl ənənələrinin Avropada, Asiyada, elə Amerikada öyrənilməsinə və tətbiq edilməsinə hesab edirəm ki, çox böyük ehtiyac var. Bunu bizimlə həm rəsmi, həm də qeyri-rəsmi görüşlərində xarici ölkələrin diplomatları, sadə vətəndaşları açıq etiraf edirlər və öz rəğbətlərini bildirilər.
- Belə başa düşmək olarmı ki, tolerantlığın Azərbaycanda təbliği və təriflənməsi, onun haqqında xos sözlər deyilməsi Qərbə müəyyən siyasi məqsədlər üçün lazımdır?
- Sözsüz ki, dediyiniz amili də istisna etmək olmaz. Hər bir irili-xırdalı ölkənin öz iqtisadi, siyasi və hərbi maraqları mövcuddur. Məhz öz milli maraqlarından irəli gələn siyasət çərçivəsində Qərb dövlətləri özlərinə sərf etdiyi məqamda Azərbaycanla bağlı tərifli ifadələr işlədir, amma vacib məsələlər, hansını ki biz prioritet sayırıq, məhz bu məqamlarda sanki seyrçi, bəzən də neytral mövqe nümayiş etdirirlər. Əslində belə olmamalıdır. Hörmət və qarşılıqlı səmimiyyət təkcə fərdlər arasında deyil, eyni zamanda dövlətlər arasında da hər zaman olmalıdır. Necə ki, biz Türkiyə dövlətini özümüzə qardaş və dost ölkə kimi qəbul etməklə yanaşı, türk millətini də özümüzə hər zaman dogma kimi qəbul etmişik və bu ənənə bu gün də artan xətt üzrə davam edir. Bu misalı mən şəxsən Qərb dövlətləri ilə Azərbaycanın son illərdə olan ikitərəfli və çoxtərəfli münasibətlərimizə şamil etməyə çətinlik çəkirəm. Bu gün ölkəmiz gecə-gündüz Avropanın, Asiyanın enerji təlabatlarının ödənməsində öz töhvəsini verir. Həmçinin dünyanın münaqişəli bölgələrində sülhyaratma missiyası ilə əsgərlərimiz üzərinə düşən vəzifələri şərəflə yerinə yetirirlər. Bəs belə olan halda niyə bizə qarşı belə ədalətsiz münasibət və mövqe nümayiş etdirilir? 20 ildən çox işğalçılıq siyasəti yeridən bədnam qonşularımız Ermənistana qarşı isə heç bir əməli addımlar atılmır ki, onlar öz ərazi iddialarından birdəfəlik əl çəksinlər, mehriban qonşuluq və dostluq prinsiplərinə əməl etsinlər.
Davamı növbəti
sayımızda
Azərbaycan
Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni
hazırladı: Əziz Mustafa
Zaman.-2015.-28 mart.-S.13.