Dünyanı heyrətləndirən məşhur müsəlman alimlər: Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruni (3)

 

ƏZIZ MUSTAFA,

 

Biruninin müxtəlif elm sahələrinə aid yazdığı əsərlər ona böyük şöhrət gətirib.   Buna da səbəb onun müxtəlif elm sahələrini olduqca dərindən bilməsi idi. Biruni hansı sahəyə üz tuturdusa orada hökmən bu gündə belə dünyamızı heyrətləndirəcək elmi kəşflər edirdi.

 

Məsələn, məşhur türk-islam aliminin yazdığıƏl-Baqiyyəəsərində təbii hadisələrin elmi izahı verilir onların səbəbləri araşdırılırdı.

 

 Bu əsərində Biruni ilk dəfə olaraq, suyun yuxarı fışqırdığı quyu bulaqların meydana gəlmələrinin səbəbini elmi əsaslarla izah edib bununla da bu təbii hadisənin arxasında olduqca dəqiq hesablanmış elmi səbəblər dayandığını bəyan edib.  Alim xalq arasında geniş yayılan, guya hansısa ayda yerdəki bütün şor suların bir saat müddətinə şirinləşməsi ilə bağlı fikirlərin səhv olduğunu bəyan edib. Biruni xalq arasında yayılan bu inamı rədd edərək yazıb ki, belə bir şey mümkün deyil. Suyun xasiyyəti yalnız ya onun cərəyan etdiyi, ya da ki, toplaşdığı yerdən asılıdır. Birunidən yüz illər sonra Qərb alimləri bu hadisəni başa düşdülər məsələ ilə bağlı məşhur türk-islam aliminə əsasən su quyuları bulaqlar barədə elmi izahat verdilər. Əl-Baqiyyəəsərinin bir önəmli tərəfi onda ərəb yunan təqvimlərindən elmi şəkildə bəhs edilməsi onların izahlarının verilməsidir. Bundan əlavə adıçəkilən əsərində Biruni qonşu xalqların adət-ənənələri, onların həyat tərzi, müxtəlif sivilizasiyaların elmi, siyasi, fəlsəfi inkişafı barədə analitik məlumatlar verib.

 

Biruninin Qəznəli sultanı  Məsuda həsr etdiyiQanuni Məsudikitabında astronomiyanın tarixinə nəzər salınıb bu sahədə vaxtı ilə çalışan alimlərin elmi fikirləri elmi şəkildə şərh edilib. “Qanuni-Məsudiadlı kitabda Biruni yazır: “Hindistanda düz səhrada dağlara rast gəldim ki, onun düzlüyü dəniz səviyyəsinin düzlüyü ilə eyni idi. Üfüqün dairəsini ölçdüm.”

 

Bunun da nəticəsində məşhur türk-islam alimi Yerin Günəş ətrafında fırlanması qənaətinə gəlib.  Bu baxımdan Yerin Günəşin ətrafında fırlanması haqda danışan Biruni Şərqin dünyanın ilk alimi oldu. Həmin dövrdə Yerin Günəş ətrafında fırlanmasını söyləmək olduqca təhlükəli, nəinki dini, həm elmi baxımdan qəbul edilməsi mümkün olmayan bir idi. Belə ki, Biruninin dövründə Yerin Günəş ətrafında fırlanması elmi baxımdan sübut edilməsi mümkün olmayan bir xülya hesab edilirdi. Buna baxmayaraq, məşhur alim Yerin Günəş ətrafında fırlanmasının elmi izahını verdi bunu o dövr üçün əldə olan elmi-texniki imkanlarla sübut etməyə çalışdı. Yeri gəlmişkən, onu da deyək ki, Birunidən əsrlər sonra belə, Qərbdə Yerin Günəş ətrafında fırlanmasını qəbul edə bilmir, bununla bağlı deyilən fikirlərə qarşı çıxırdılar. Lakin məşhur alim Kopernik Biruninin elmi tədqiqatlarına əsaslanaraq Yerin Günəş ətrafında fırlanmasını elmi dəlillərlə irəli sürdü. O bu fikirlərini 1516-cı ildə qələmə aldığıKiçik mülahizələradlı əsərində elmi yollarla izah etdi.

 

Otuzillik gərgin əməkdən, uzun müşahidələrdən çətin riyazi hesablamalardan sonra Kopernik sübut etdi ki, Yer bir planetdir bütün planetlər Günəş ətrafında dövr edir.

 

Kopernik bildirirdi ki, Yer kürəsindəki müşahidəçi Yerin tərpənməz olduğunu, Günəşin isə onun ətrafında fırlandığını düşünür. Əslində isə Yer Günəş ətrafında fırlanır bir il ərzində öz orbiti ətrafında tam dövrə vurur.

 

 Digər məşhur alim Qaliley Birunidən yüz illər sonra Yerin Günəş ətrafında fırlandığı qənaətinə gəldi.

 

Qaliley 1611-ci ildə Romaya getdi oradakı Elmlər Akademiyasına üzv seçildi. Florensiyaya dönüşündə hidrostatika üzərinə bir çox professorun etirazına səbəb olan kitabı ilə 1613-cü ildə Günəş ləkələri barədə yazdığı əsərini nəşr etdirdi. Bu əsərində Qaliley Kopernik sistemini açıq bir şəkildə müdafiə etdi. Buna görə alim kilsə inkvizisiyasının ağır hücumuna məruz qaldı. 1615-ci ildə şəxsən Romaya gedərək öz iddiasını müdafiə etsə , yalnız 1616-cı ildə Papa Beşinci Paul tərəfindən alimin kitablarının tədqiqi üçün bir komissiya yaradıldı. Bu komissiya Qalileyin kitablarını qadağan etmədi; alimdən yalnız dünyanın öz oxu ətrafında döndüyü iddiasından imtina etməsini istədi.

 

 Biruninin digər kəşfləri

 

Məşhur alimin digər elmi tədqiqatı qiymətli daşlar metalların xüsusi çəkiləri yerdən çıxarma metodunun xasiyyəti barədədir. Biruni qiymətli daşlar metalların xüsusi çəkilərini əldə etmək üçün son dərəcə ustalıqla düzəldilmiş aparatlardan istifadə edirdi. Bu aparatlarla bir cismin içərisinə atılması nəticəsində yerdəyişməyə uğrayan suyun həcmini ölçmək olar. Biruni bu üsulla on səkkiz qiymətli daş metalın xüsusi çəkisini əldə etməyə müvəffəq oldu. Biruninin əldə etdiyi xüsusi çəkilər bu gün alimlərin əldə etdiklərinə son dərəcə yaxındır. Məsələn, Biruni qızılın xüsusi çəkisini on doqquz, lazur daşının çəkisini isə 3,91 müəyyən etmişdi. Bu maddələrin çəkilərini müvafiq olaraq, 19,3 3,91 müəyyən ediblər.  Həmin dövrdə türk sultanlarının saraylarında belə, fars dili geniş işləndiyindən, fars dili həmin dövrdə ərəb dili ilə yanaşı elm dili olduğundan Biruni fars dilindəƏl-Təfhimadında bir kitab yazıb. Bu kitabda o zaman ərəb dilində olan bütün astronomik terminlər üçün farsca ekvivalentlər verilib. Biruni bu kitabı yazmaqla fars dilində elmi termin ifadələrin işlədilməsi üçün yol açdı. O, ərəb dilini bilməyən türklərin fars dilinə az çox bələd olduqlarını nəzərə alaraq, astronomiya elminin çətin mövzularını izah etməyə çalışdı.

 

Biruni ədəbiyyat elmi tənqid sahəsində ustad idi. O, iranlı alim həkim-Məhəmməd ibn Zərkəriyya Razinin bəzi əsərlərini araşdıraraq, onları tənqidi baxımdan izah etdi. O, altı dastan yazıbdır ki, onlardan biri, “Vamiq Ozraadlı aşiqanə əfsanə olubdur. Hind iranlı köklərə malik olan bu altı dastan bu gün əldə yoxdur.

 

 Hindistanda elmi fəaliyyəti

 

Biruninin elmi fəaliyyətində Hindistan səfəri oradakı  kitabxanalardakı qədim  əsərlərlə tanışlığı da xüsusi yer tutur. O, Hindistan dilini  öyrəndi yerli alimlərlə görüşərək onların müxtəlif məsələlərə münasibətini öyrəndi. Biruni Hindistan səfəri ilə bağlıTəhqiq Maəlləhəndkitabını yazdı. O, bu kitabında Hindistanın ictimai durumu adət-ənənələri, habelə fəlsəfə tarixi barədə olan qədim dövr haqqında geniş məlumat verib.  Ona bu kitabı yazmaq olduqca çətin başa gəlib. Çünki məşhur türk-islam alimi sanskrit dilini öyrənməli, hindlilərin kitablarını toplamalı olub. Qeyd edək ki, o dövrdə hindli alimlər qəznəlilərə yaxın durmur, onlardan uzaq qaçırdılar. Buna səbəb isə qorxmaları idi. Halbuki qəznəli sultanlar elm adamlarına həmişə hörmət edir, onlara qayğı ilə yanaşırdılar.

 

 Biruni həmin alimləri çətinliklə axtarıb tapır, onlara Qəznəlilərdən heç bir təhlükə gəlmədiyini izah edir, onlarla xoş münasibətlər qururdu.

 

Biruni bu alimlərin köməkliyi ilə hindlilərin kitablarındakı bəzi yazıların dərkində, onun üçün yaranmış çətinlikləri aradan qaldırmaq istəyirdi. Biruni həmin kitabın yazılış üsulu barədə yazır: “Mən hindlilər haqqında böhtanyalan olmayan kitabı yazdım. Onların əqidələri və sözlərini olduğu kimi qələmə aldım. Əgər bu sözlər müsəlmanların nəzərlərində xoşagəlməz olurdusa, onlara deyirdim ki, bu, onların əqidəsidir. Mən hindlilərin əqidələrini olduğu kimi bəyan etmək və onlardakı oxşarlıqları başqa xalqlara göstərmək istəyirəm”. Biruni “Təhqiq Maəlləhənd” kitabında istifadə etdiyi mənbə və kitabların adlarını çəkir və əsas mətnin bir hissəsini öz yazısında göstərir ki, oxucu onun sözlərinin düzgün olduğuna şübhə etməsin..

 

Biruni Hindistanda olduğu müddətdə riyaziyyat, fəlsəfə və tibb barədə olan bir neçə dəyərli kitabı sanskritdən ərəbcəyə tərcümə etdi. Məşhur türk-islam alimi olan Biruni Hindistanın müxtəlif məntəqələri və bəzi şəhərlərinin coğrafi uzunluğuenini həndəsə və triqonometriyadan istifadə və özünün ixtira etdiyi üsulla ölçdü.

 

Əziz Mustafa

Zaman.-2015.-2 aprel.-S.6.