Ürəyə batan tikanya tolerantlığın iki üzü

 

İnsanlar müxtəlif dinlərə mənsub olsalar da, bu dinlərin dəyər sistemləri olduqca yaxındır.

 

 Biz müxtəlif dinlərdə bir Allaha dua edirik dualarımızın mahiyyəti eynidir. Lakin zəmanəmizdə insanların ən müqəddəs, ən ülvi hissləri ilə oynamaq istəyənlər tapılır. Odur ki, biz bu gün insanlıqdan kənar ağlasığmaz faktlarla da üzləşirik. Elə düşmənçilik, dözümsüzlük, etnik təmizləmələr, soyqırımı, müharibələr buna bariz nümunədir.  Bəli, XXI əsr qloballaşma inteqrasiya prosesinin sürətlənməsi nəticəsində (yeri gəlmişkən, insana hörmətdən, tolerantlıqdan başqa, hər şey qloballaşır. Bu, ziddiyyət yaradır) dünyanın geosiyasi arenasında əhəmiyyətli dəyişikliklərin baş verməsi ilə xarakterizə olunur. Qloballaşma şəraitində ümumbəşəri dəyər kimi müxtəlifliyin qorunması məqsədilə mədəniyyətlər dinlər arasında dialoqun qurulması, tolerantlıq dözümlülük ənənələrinin inkişafı olduqca vacibdir. Tolerantlıq müxtəlif zəngin dünya mədəniyyətinin, fərdiliyin təzahür tərzi özünüifadə formasının qəbul edilməsi, doğru şəkildə anlaşılması ona hörmət göstərilməsi deməkdir. Tolerantlıq müxtəliflikdən doğan harmoniyadır. Bu yalnız mənəvi borc deyil, həm siyasi hüquqi tələbatdır. Tolerantlıq sülhün əldə edilməsini mümkünləşdirən müharibə mədəniyyətini sülh mədəniyyəti ilə əvəzləyən xeyirxahlıqdır. Buna önəm verməliyik. Birgə yaşayış qaçılmazdır buna praqmatik mövqedən yanaşmalıyıq. Mövzu ilə bağlı bu ya digər suallarla Azərbaycan Respublikasının Qabaqcıl Təhsil İşçisi, şair-publisist, tərcüməçi, Azərbaycan Müəllimlər İnstitutu Quba Filialının müəllimi Rahib Sədullayevə müraciət etdik (O, dövri mətbuatda Rahib Alpanlı imzası ilə çıxış edir). Beləliklə, budəfəki həmsöhbətimiz Rahib Sədullayevdir.

 

 

 

- Rahib müəllim, bu gün dünyanın ən çox danışdığı mövzulardan biri tolerant münasibətdir. Bu münasibət fərqli irqləri, dilləri, dinləri mədəniyyətləri anlayışla qarşılamaq onlarla uzlaşma yolları axtarmaq kimi izah olunur. Amma hər birimizə məlumdur ki, İslam dini hələ gəldiyi ilk dövrlərdən bəri bütün insanları Allahın əsəri kimi sevməyi qarşı tərəflə iqrindən asılı olmayaraq xoş davranmağı əmr edir. Amma qədər acı olsa da etiraf etməliyik ki, ØØØİslam aləmində tolerantlıqla bir araya sığmayan münasibətlərə şahid oluruq. Bunun səbəbi nədir?

 

- El arasında belə bir misal var: “Gedər güllə yarası, getməz söz yarası”. Son zamanlar elə bil ki, insanlarımız bir az səbirsiz olublar. Ən adi şey üstündə qanqaraçılıq olur, tərəflər bir-birini başa düşmək istəmirlər. olub bizə, nəyimiz çatmır axı? Mövlana HəzrətləriMəsnəvi”sində yazır: “Bir adamın ayağına tikan batınca ayağını dizi üstünə qoyur, iynənin ucu ilə tikanın başını arayır-arayır, tapmadıqda tikanın batdığı yeri dodağı ilə isladır. Ayağa batan tikanı tapmaq bu qədər çətindirsə, ürəyə batan tikan haqqında demək olar? Cavabını sən ver!” Bu sözlərin dəyərini ölçməyin mümkün olmadığı hər bir ağıllı adama gün kimi aydındır. Üstəlik, bu sözlər sivil dünyanı qəflət yuxusundan oyatmaq üçün ən təsirli dərmandır. Müasir elmi-texniki inkişafın səviyyəsi dünya əhalisinin böyük əksəriyyətini ayaqlarına tikan batmasından qoruya bilsə , təəssüf ki, bu çoxluğun ürəklərini qorumaqda acizliyini nümayiş etdirməkdə davam edir. İnsanlığın ürəyini yaralayanlar bu sağalmaz yaranın çarəsi kimi oz siyasi sözlüklərinətolerantlıq” (yəni dözümlülük) kəlməsini yazıb, özlərinə məxsus məharətlə yaralananlardan da onu yaşamalarını tələb etməkdədirlər. Bu münasibət, ən uzağı, başqasının ölüsü adama yatmış kimi görünür məsəli yaxudadımı qoyum sana, qal yana-yanadeyimi ilə sinonim ola bilir.

 

- Rahib müəllim, bəlkə, tolerantlıq müasir dünya tərəfindən yaxşı başa düşülmur? Bəlkə, bu kimi problemləri elə bunda axtarmaq lazımdır?

 

- Qəribə burasıdır ki, əsl tolerantlığın tarixi insanlıq tarixi qədər qədim olsa da, hər şeyi istədiyi kimi adlandırmaqda mahir olan sivil dünya onu da insanlara yeni bir anlayış, yaşam norması kimi təqdim etməyə çalışır. Çalışmaq bir yana, tolerantlığın nə olduğunu, onun mükəmməl bir nümunəsini göstərməkdənsə, dözülməz problemlərlə üzləşənləri tolerant olmağa çağırırlar. Çox uzağa getməyək, insanlığın İftixar Tablosu, Həzrəti Məhəmməd (s.a.s) insanlıq adına hər şeydə olduğu kimi, tolerantlıqda da zəngin, təkrarolunmaz nümunələr bəxş etmişdir. Mübarək şəxsinə edilən heç bir hörmətsizliyə, həqarətə sərt cavab verməyən, kimliyindən asılı olmayaraq, ona olmazın cəza verənlərin hamısını bağışlayan Peyğəmbərimizin tolerantlığa dair yaşayaraq göstərdiyi çoxsaylı nümunələrindən birinə bir daha şahid olaq. Ənənəyə görə, hər kəs bağ-bağçasında yetişən təzə nübarı Allahın Rəsuluna (s.a.s) gətirər, O da həmin nübarı ətrafında əyləşənlərlə bölüşdürərdi. Bu səhər bir nəfər kasıb adam bağının nübarını gətirmişdi İnsanlığın Tacı Peyğəmbərimizə (s.a.s). Rəsulullah (s.a.s) hədiyyəni qəbul etdi, dadına baxdı və ətrafındakılara təklif etmədən yeməyə davam etdi. Onlardan biri acizanə tərzdə dedi: “Ey Qadir Allahın Peyğəmbəri, o nübarı heç kəsə təklif etmədən yeməyiniz Sizi seyr edənlərin haqlarına toxunmadımı?” Rəsulullah (s.a.s) nübarı gətirən adam gedəndən sonra dedi: “Adamın gətirdiyi nübar hələ yetişməmişdi. Ondan sizlərə də versəydim, hər halda, biriniz onun yetişmədiyini deyərək, o adamı məyus edəcəkdiniz. Onun qəlbini qırmamaq üçün damağım nübarın acılığını qəbul etdi”. Peyğəmbərimiz (s.a.s) məhz öz sadə həyat tərzi, hər kəsə qarşı nəzakətli olub, hörmət bəsləməsi ilə İslam bayrağını zəfərbər edə bilmişdi. Nə qədər qəribə olsa da, tolerantlıq müasir dünya tərəfindən o dövrdə olduğu mənası ilə başa düşülmur və alqışlanmır.

 

 

Yaşaqoy yaşasınlar”

 

- Səhv etmiriksə, bu sovet dönəmindəki dinc yaşama çağırışına daha çox bənzəyir...

 

- Bəli, ötən əsrin “soyuq müharibə” illərində siyasi terminologiyada tez-tez səslənən “coexistence or no existence” (dinc, yanaşı yaşama, yoxsa məhv olma) ideyası bu gün daha ciddi görünür. Qısa və aydın ifadələrlə əks olunan bu ideyanı inkişaf etdirib həyata keçirmək üçün uzun, ardıcıl, qlobal fəaliyyət lazımdır. Bu işə dünyanın hər yerində uşaqların ailə və məktəb tərbiyəsindən başlamadıqca, onun insanlığın əsas borcu, vəzifəsi olmayınca uğurlardan danışmaq mümkün deyil.

 

Dövrümüzün ictimai-siyasi mənzərəsi baxımından bu işin həm də “qurdun quzu ilə dostluğu” qədər müşkül olması hamımıza məlumdur. Lakin insan Allahın ona bəxş etdiyi ağıl, təmkin, sevgi kimi nemətlərdən istifadə edərək dinc, yanaşı yaşama ideyasına yaşamaq hüququ qazandıra bilər. Əks təqdirdə, insan özü öz yaşamaq hüququnu məhv edəcək.

 

Bəşər tarixi boyunca dünyanın bütün ağıllı insanları sülh, əmin-amanlıq içərisində yaşamağı insanlığın təhlükəsizliyi üçün birinci amil hesab etmiş, rəngindən, irqindən, dinindən, milliyyətindən asılı olmayaraq hər kəsi bir-birini başa düşməyə, güzəştə getməyə çağırmış, fəaliyyətlərinin əsas hissəsini bu nəcib məqsədin reallaşmasına sərf etmişlər. Müdrik insanların bu barədə ortaq fikirləri olduqca çoxdur.

 

- Bəlkə onlardan bir neçəsini xatırladasınız?

 

- Viktor Hüqo tolerantlığı “ən yaxşı din” adlandıraraq, bu gün tolerantlığa ən ağır zərbələrdən biri olan dini ayrı-seçkiliyə xəcalət verir. Burada İslam fobiyası yaradıb dinimizə, Peyğəmbərimizə (s.a.s) küfr yağdırmaqdan yorulmayanlar Hudutların Gandisi adlandırılan, nüfuzlu Peştun siyasi lideri, Abdulgaffar Hanın (1890-1988) dediklərinə qulaq versələr, bəlkə, utanarlar: “Məhəmməd Peyğəmbər (s.a.s) bu dünyaya gəldi və bizə bunları öyrətdi: müsəlman o kəsdir ki, o, dili və əməli ilə heç kəsi incitməsin, Allahın yaratdıqlarının xeyri və xoşbəxtliyi üçün çalışsın. İnam Allaha inanmaq, öz insan qardaşlarını sevmək deməkdir”.

 

Dühası ilə insanlıq tarixinə böyük töhfələr vermiş Albert Eynşteyn insanlığın vəzifəsini belə şərh edir: “Vəzifəmiz bütün varlıqları və təbiəti qucaqlamaq üçün şəfqət dairəmizi genişləndirərək özümüzü bu həbsxanadan azad etmək olmalıdır”.

 

İnsanlığın parçalanmasının qaranlıq gələcəyini Martin L. King də ürək yanğısı ilə ifadə etmişdir: “Müxtəlif gəmilərdə gəlsək də, indi hamımız bir qayıqdayıq”.

 

Tolerantlıq həm də başqalarının normal, əmin-amanlıq içərisində, aydın səma altında yaşamaları üçün çalışmaqdır. Bir Şotlandiya atalar sözündə deyilir: “Yaşaqoy yaşasınlar”.

 

Davamı növbəti sayımızda

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Qvami Məhəbbətoğlu Amil Tağıyev

 

Zaman.-2015.-7 may.-S.13.