Ürəyə batan tikanya tolerantlığın iki üzü

 

Əvvəli ötən sayımızda

 

Xalqlar arasında ənənəvi dostluq qardaşlıq münasibətlərinin, tolerantlığın hökm sürdüyü Azərbaycan cəmiyyəti bizim tarixi nailiyyətimizdir bu, ictimai-siyasi həyatımızın aparıcı normasına çevrilib. Ölkəmizdə yaşayan müxtəlif xalqlara öz milli mənəvi dəyərlərini, dini etiqadını, adət-ənənələrini qoruyub saxlamaq, dil mədəniyyətini inkişaf etdirmək üçün hər cür şərait təmin edilib. Azərbaycanın bütün vətəndaşları dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, əsas insan hüquq azadlıqlarına malikdirlər. Məhz elə bu kimi amillərə görə məmləkətimiz Azərbaycan dünya ölkələri üçün tolerantlıq örnəyi hesab olunur dünyaya nümunə göstərilir. Bir çox dövlətlər təcrübəmizdən yararlanmağa çalışırlar. Onu da deyim ki, Azərbaycan xalqının dövlətinin tolerantlığa bu qədər həssas ciddi yanaşması əslində təkcə keçmişinə hörmətindən deyil, həm sağlam gələcək qurmaq istəyindən irəli gəlir”.

 

Azərbaycan Respublikasının Qabaqcıl Təhsil İşçisi, şair-publisist, tərcüməçi, Azərbaycan Müəllimlər İnstitutu Quba Filialının müəllimi Rahib Sədullayevlə  (O, dövri mətbuatda Rahib Alpanlı imzası ilə çıxış edir) tolerantlıq mövzusunda etdiyimiz söhbətin növbəti hissəsini təqdim edirik.

 

 

 

Müxtəlifliyin birləşməsi güc, qüvvət deməkdir

 

- Rahib müəllim, bu gün tolerant münasibət fərqli irqləri, dilləri, dinləri, mədəniyyətləri anlayışla qarşılamaq onlarla uzlaşma yolları axtarmaq kimi izah olunur. Tolerantlıq daha nələri özündə əxz edir?

 

- Tolerantlıq başqalarının fikirlərinə hörmətlə yanaşmaq, onları dəyərləndirməyi bacarmaq deməkdir. Albert Eynşteynin dediyi kimi, gündəlik həyat nöqteyi-nəzərindən bildiyimiz həqiqət budur ki, biz başqalarının naminə buradayıq. Tolerantlıq başqa din, dil mədəniyyətlərin yaşamaq hüququnu səmimiyyətlə qəbul edib, onlara hörmətlə yanaşmaq vərdişinə yiyələnmək deməkdir.

 

Tolerantlıq baş verən hər şeyi biganə şəkildə seyr etmək, hadisələrin axarına düşüb, səssiz-səmirsiz getmək demək deyil. Tolerantlıq düşüncəli insanlar üçün daha ciddi düşünmək, tədbirli olmaq, problemin optimal həlli üçün səmərəli yollar axtarmaqla məşğul olmaq deməkdir. Yaxın keçmişə nəzər salaq. Erməni separatçıları Sovet rejiminin zəifləməsindən istifadə edərək, illər boyunca hazırladıqları mənfur planlarını həyata keçirmək üçün hər cür vasitəyə əl atdıqları zaman bizim millitəəssübkeşlərimizbaş verən hadisələrimalalayır”, xalqı dözümlü olmağa çağırırdılar. İş o yerə çatmışdı ki, ermənilərə separatçı da deməyə çəkinirdik. Hadisələrin sürətlə əleyhimizə inkişaf etdiyinə baxmayaraq, insanların şəxsi istifadəsində olan ov tüfənglərini əllərindən almışdılar. Bu, tolerantlığın ən rəzil nümunələrindən biridir. Müdafiə nazirimizin bu yaxınlarda tərpənən hər hansı hədəfi məhv etmək haqqında əmri qarşı tərəfə tolerantlığın demək olduğunu onların öz dillərində başa salacaq. Başa düşəcəklər ki, başmaq çevirmək bizlərdə ədəb-ərkan, hörmət, qanmazlar üçün isə qorxaqlıq əlamətidir. Azərbaycanın illər boyunca müvafiq beynəlxalq təşkilatların vəzifə borclarını ləyaqətlə yerinə yetirəcəklərinə güvənərək nümayiş etdirdiyi tolerantlıq bu mövzuda ağızdolusu danışanların üzünü qızartmalı, vicdanlarını tərlətməlidir.

 

- Təbii ki, tolerantlıq bütün tərəflərin mənafeyinə uyğun münasibət əlaqələr sisteminin qurulmasını tələb edir... Sizcə, bu mümkündürmü?

 

- Tolerantlıq təkcə siyasi münasibətlər deyil, müxtəlif dinlər, etnik qrupların da əsas fəaliyyət norması olmalıdır. Belə olduqda dünyanın hər yerində baş verən qaçqınlıq, köçkünlük, genosidə son qoyula bilər.

 

Nə dinlər, nə də mədəniyyətlər arasındakı fərqləri aradan qaldırmaq mümkündür. Lakin bu fərqlərin Allahın yaratdığını dərk edib, onlara hörmət və ehtiramla yanaşmaq, onları gözəllik kimi görmək tamamilə mümkündür. Sözdə orada yaşayan hər kəsin vətəni hesab olunan Amerikada ən çox işlənən sual, deyilənə görə, “Where are you from?”dur, yəni: “Haralısan?”dır. Bu gün qaradərililərə qarşı genişlənməkdə olan ayrı-seçkilik, diskriminasiya o boyda ölkənin nüfuzuna heç də ucalıq vəd etmir. Həyat sübut edir ki, müxtəlifliyin birləşməsi güc, qüvvət deməkdir. Müxtəlif ölçüdə yaradılmış barmaqlar uşağın belə yumruğunda gücə, zərbəyə dönür. Ezopun dediyi kimi, “birləşdikdə ayaqda durur, bölündükdə yıxılırıq.

 

 

 

Sivil dünya iki əli ilə üzünü örtür

 

- Çıxış yolu yalnız tolerantlıqdadır? Axı insanlığın onu birləşdirən amilləri daha çoxdur...

 

- Bəli, bu gün insanlığın onu birləşdirən amilləri daha çoxdur. Bu amilləri öyrənib dəyərləndirsək, tolerantlığın dərdini çəkməyə ehtiyacımız olmaz, çünki bu gün insanlıq səmasını bürüyən qara buludlar ilk baxışda çox adi görünən həmin dəyərlərin tapdanmasının nəticəsidir. Hər bir insan bütün fərqləri ilə birlikdə Uca Yaradanın şah əsəridir. Bu müqəddəs varlığa qarşı istənilən arzuolunmaz münasibət Allahın qəzəbinə səbəb ola bilər. Dinimizdə göstərildiyi kimi, bir insanı öldürmək bütün insanlığı öldürməkdir. Buna görə də İsrail oğullarına (Tövratda) yazıb hökm etdik ki, hər kəs bir kimsəni öldürməmiş (bununla da özündən qisas alınmağa yer qoymamış) və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs isə bir kimsəni diriltsə (ölümdən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur... (Quran. Maidə -5/32)

 

Müasir dünyada isə bu, tərsinədir. İsrail kefinin istədiyi vaxt minlərlə fələstinlini məhv edir, gözünə üfürən tapılmır bu sivil dünyada. Yüz il bundan əvvəl uydurma sayda, dövrün ictimai-siyasi vəziyyəti ilə əlaqədar olaraq ölmüş ermənilər üçün “soyqırımı” sözü uydururlar. Qarabağda, Xocalıda qadın, qoca, uşaq demədən öldürülən, ölülərə belə ağlasığmaz hörmətsizlik edən erməniləri görməmək üçün sivil dünya iki əli ilə üzünü örtür, bizdən tolerantlıq tələb edir.

 

- Bəli, Rahib müəllim, bu gün öz ölkəsində tolerantlıq olmayan ölkələr dünyadan bunu ummaqdadırlar. Sizə elə gəlmirmi bu sahədə də ikili standartlar var?

 

- Bir daha deyirəm, pafosla deyilən “tolerantlıq” sözünün mənasına fikir verək. Bu ingilis sözünün bir mənası “pisya xoşagəlməz bir şeyin baş verməsi və edilməsinə icazə vermək”, digər mənası isə “başqasının duyğularını, davranış və ya inamını qəbul etmək”, daha şirin dillə desə, “yola vermək”dir. Sözlükdəki nümunə cümlədə bunu açıq-aydın ifadə edir: - I don’t like my boss, but I tolerate him (Mən müdirimi xoşlamıram, lakin dözürəm (yola verirəm).

 

Deməli, problemlərlə üzləşən ölkələrdən tolerantlıq istəyənlər onlara, quraqlıqdan əziyyət çəkən bitkilər kimi, düçar olduqları bəlalarla barışmağı tövsiyə edirlər, əslində. Başqalarından tolerant olmağı tələb etmək su içmək qədər asandır. İllah da bu başqası başda türk olmaqla, müsəlman ola. Ürək ağrısı ilə qeyd etmək lazımdır ki, beynəlxalq münasibətlərin çox sahələrində olduğu kimi, tolerantlığa da ikiüzlülüyü qəbul etdiriblər. Necə deyərlər, qaş düzəltmək yerinə, gözü də çıxarıblar.

 

Zamanın tələbi isə bambaşqadır. Beynəlxalq münasibətlərdə tolerantlığa da Allah qorxusu ilə yanaşmalıyıq. Sədi Şirazi bu məqamı nə qədər gözəl ifadə etmişdir: “Mən Allahdan qorxuram, birAllahdan qorxmayanlardan”. Düz sözə nə deyəsən? Allah məsuliyyət daşıyan insanların ürəyini insafAllah qorxusu ilə zinətləndirsin. Amin!

 

- Rahib müəllim, ölkəmizdəki tolerantlığı necə dəyərləndirərdiniz?

 

- Xalqlar arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin, tolerantlığın hökm sürdüyü Azərbaycan cəmiyyəti bizim tarixi nailiyyətimizdir və bu, ictimai-siyasi həyatımızın aparıcı normasına çevrilib. Ölkəmizdə yaşayan müxtəlif xalqlara öz milli mənəvi dəyərlərini, dini etiqadını, adət-ənənələrini qoruyub saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək üçün hər cür şərait təmin edilib. Azərbaycanın bütün vətəndaşları dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, əsas insan hüquq və azadlıqlarına malikdirlər. Məhz elə bu kimi amillərə görə məmləkətimiz Azərbaycan dünya ölkələri üçün tolerantlıq örnəyi hesab olunurdünyaya nümunə göstərilir. Bir çox dövlətlər də təcrübəmizdən yararlanmağa çalışırlar. Onu da deyim ki, Azərbaycan xalqının və dövlətinin tolerantlığa bu qədər həssas və ciddi yanaşması əslində təkcə keçmişinə hörmətindən deyil, həm də sağlam gələcək qurmaq istəyindən irəli gəlir. Çünki tolerantlıq prinsipləri bərqərar olmayan cəmiyyətdə dinlər və mədəniyyətlərarası dialoqun baş tutması, ən əsası ictimai-siyasi sabitliyin qorunması, sürətli inkişafın təmin olunması mümkün deyil.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Qvami Məhəbbətoğlu Amil Tağıyev

Zaman.-2015.-8 may.-S.13.