Unudulmayan qələbə
1941-ci il
may ayının 22-də Almaniya
SSRİ üzərinə hücum
elədi.
Səhər saat 4-də alman
təyyarələri hərbi
və mülki obyektləri bombardman etdilər. Almaniyanın SSRİ-yə
qarşı hücumunda
111 diviziya, 10 briqada,
3700 tank, 4950 təyyarə iştirak
edirdi. Azərbaycan xalqı da SSRİ rəhbərliyinin çağırışı
ilə bu müharibədə iştirak
etmək üçün
öz oğullarını
cəbhəyə göndərdi.
İlk döyüş
sərhəddə baş
verdi. 40 Azərbaycan vətəndaşı
da sərhəddə gedən döyüşlərin
iştirakçısı oldu.
Onlar düşmənə qarşı
qəhrəmancasına döyüşdülər.
Brest qalası uğrunda döyüş
daha qızğın keçdi. Qalanı müdafiə edənlər
bir ay ərzində düşmənə müqavimət
göstərdilər. 1942-ci
ildə Tbilisidə keçirilən antifaşist
mitinqlərindən birində
qəbul edilən müraciətdə qeyd edildi ki, Azərbaycan
və Gürcüstan
heç vaxt düşmən qarşısında
diz çökməyəcəklər.
Zaqafqaziyanın müdafiəsi üçün
yeni hərbi birləşmələr yaradıldı.
Azərbaycanlılardan ibarət
olan 416-cı atıcı
diviziyası 1942-ci il, noyabr ayının 22-də Lipatov-Postnıy
rayonunda düşmənlə
ilk döyüşə girdi.
Bu döyüşdə baş
leytenant Kamal Rzayev, komsomol komitə katibi Nəsir Məmmədov, sıravi əsgərlər
İsrafil Heydərov,
Ağababa Zülfüqarov
və digərləri
fərqləndilər. 1942-ci il, noyabr
ayının 30-da Mozdok
istiqamətində diviziya
hücuma keçdi.
416-ci diviziyanın siyasi
rəhbəri Rəşid
Məcidovun sözlərinə
görə, döyüş
ərəfəsi əsgərlər
arasında siyasi iş aparılmışdı.
Əsgər Bayram Musayev demişdi ki, sona qədər Qafqazı
müdafiə edəcəyik.
Gənc Səkinə Bayramova rəssam olsa da, sanitar-instruktor işləyirdi. O, əsgərlərimizlə
çiyin-çiyinə düşmənlə
qəhrəmancasına vuruşurdu.
Səkinə Bayramova düşmən
atəşi altında
almanların karikaturasını
çəkmişdi və
hücum ərəfəsində
karikaturanı ön xətdə qoymuşdular.
Staro-Lednev uğrunda gedən
döyüşlərdə sıravi əsgər İbrahim Məmmədov düşmənin iki tankını, Səid Cavadov isə 3 tankını məhv etmişdi.
1943-cü
il, oktyabr
ayının 30-da 416-ci diviziya
Taqonroqa daxil oldu. Diviziya iki gün ərzində düşmənin
3000 əsgərini məhv
etdi. Ona görə də
416-cı diviziyaya Taqonroq
diviziyası adı verildi. Sovet İttifaqı Qəhrəmanı
Bahəddin Mirzəyev
yazır ki, döyüş ağır
keçdi. Sonra döyüşçülər
istirahət etdilər.
Polk komandiri batareyaya yaxınlaşaraq
məni qucaqlayıb öpdü ki, sağ ol, siz
əsl qəhrəmansınız. Diviziya Nikolayev,
Odessa, Kişinyov şəhərlərinin
azad edilməsində iştirak etdi və Visla, Oder çaylarına kimi gedib çıxdı. Səkinə
Bayramova gündəliyində
yazır ki, Oder çayın keçərkən
5 yaralı ilə qayıqda qaldım. Onları sahilə çıxaran Səkinə
Bayramovanın sözlərinə
görə, sonuncu yaralını qayıqdan
çıxarandan sonra
qayıq minaya toxunaraq partlayıb.
1944-cü ilin yanvarında 416-cı diviziya 3-cü Ukrayna Cəbhəsində 5-ci Zərbə
Ordusunun tərkibində
hücuma qoşularaq,
Dnestr çayını
keçdi və Dnepr sahillərinə çıxdı.
Dneprin keçilməsində
qəhrəmanlıq göstərdiklərinə
görə M.Ələkbərov,
B.Mirzəyev, A.Vəliyev,
F.Səfərov və
A.Cəfərov Sovet İttifaqı Qəhrəmanı
fəxri adına
layiq görüldülər.
Həmin ilin 9 aprelində diviziya Odessa şəhəri
yaxınlığına çatdı
və şəhərin
düşməndən azad
edilməsində fəal
iştirakına görə
II dərəcəli Suvorov ordeni ilə təltif edildi. 1944-cü ilin yayından başlayaraq, 416-cı diviziya
3-cü Ukrayna Cəbhəsinin
tərkibində məşhur
Yassa-Kişinyov döyüş
əməliyyatında və
Moldovanın paytaxtı
Kişinyov şəhərinin
və Moldovanın azad edilməsində fəal iştirak etdi. 1945-ci ilin martında diviziyanın
1054-cü alayı “Qırmızı
Bayraq” ordeni, 1368- ci alayı “Boqdan Xmelnitski” ordeni, 44-cü divizionu isə “Aleksandr Nevski” ordeni ilə təltif edildi. 1945-ci ilin yanvarında Sovet Ordusu bütün cəbhələrdə hücuma
keçdi və əsas döyüşlər
Varşava-Berlin istiqamətində gedirdi.
416-cı
diviziya I Belorusiya Cəbhəsinə daxil olan 5-ci Zərbə Ordusunun tərkibində Visla çayı istiqamətində hücumu
davam etdirərək, Varşavanın azad edilməsində iştirak
etdi və Oder çayının qərb
sahilinə çıxaraq,
düşmənin Kyustrin
şəhərini ələ keçirdi. Berlinə ilk dəfə daxil olan hərbi
hissələr içərisində 416-cı diviziya
da var idi.
Berlin uğrunda döyüşlərdə kapitan
X. Gülməmmədovun batalyonu
xüsusilə fərqləndi.
Kayzerin sarayı üstündə
Qələbə bayrağını
ilk dəfə mayın
1-də sancanlardan biri
leytenant Vahab Osmanov düşmən gülləsindən həlak
oldu. Brandenburq qapıları üstünə
mayın 2-də qələbə
bayrağını taxanlardan
biri isə leytenant A.Məcidov və onun döyüşçüləri
oldular. Qafqazdan Berlinədək döyüş
yolu keçmiş
416-cı Azərbaycan milli
diviziyasına və onun alaylarına müharibə illərində
general-mayorlar Tərlan
Əliyarbəyov, Heybət
Heybətov, Hacıbaba
Zeynalov (diviziyanın qərargah rəisi) komandirlik etmişdilər.
30 noyabr 1942 - 9 may 1945-ci illər
ərzində diviziya düşmənin 22 996 əsgərini məhv etmiş və 5474 əsgəri isə əsir alınmışdı.
416-cı diviziyanın igidliyi yüksək dəyərləndirilmişdir.
Səkkiz nəfər
taqonroqçuya Sovet İttifaqı Qəhrəmanı
fəxri adı verilmiş, 11 nəfər
Lenin ordeni, 358 əsgər
və zabit “Qırmızı Bayraq” ordeni, iki nəfər
II dərəcəli “Kutuzov” ordeni, 47 nəfər “Aleksandr Nevski”, 1756 nəfərə II dərəcəli
“Vətən müharibəsi”,
5205 nəfər “Qırmızı
Ulduz” ordeni, 5664 döyüşçü isə
“İgidliyə görə”
və “Döyüş
xidmətlərinə görə”
medalları ilə təltif olunmuşdur.
Onu da deyək ki, İkinci Dünya müharıbəsi illərində
Azərbaycan xalqı həm cəbhə bölgələrində, həm
də arxa cəbhədə böyük
qəhrəmanlıq və
igidlik nümunələri
göstərmişlər. Qısa bir
müddətdə respublikamızda
87 qırıcı təyyarə
batalyonu və 1124 özünümüdafiə dəstələri
təşkil olundu.
1941-1945-ci illərdə 600 mindən çox azərbaycanlı oğlan
və qızlar cəbhəyə yollandılar.
Azərbaycan diviziyaları Qafqazdan
Berlinəcən mübarizə
yolu keçdilər.
130-a yaxın həmyerlimiz
Sovet İttifaqı Qəhrəmanı adına
layiq görüldülər,
30 nəfər “Şərəf”
ordeni ilə təltif olundu.170 min Azərbaycan
əsgər və zabitləri SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilmişdir. İki dəfə Sovet İttifaqı Qəhrəmanı
adını almış
Həzi Aslanov, bundan başqa Sovet İttifaqı qəhrəmanları İsrafil
Məmmədov, Ruslan Vəzirov, Adil Quliyev, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar
Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba
Zeynalov və bir çoxları öz qəhrəmanlıqları
ilə tarixdə yeni sətirlər yazdılar.
Respublika iqtisadiyyatının cəbhə
yoluna keçirilməsi
məqsədilə də
böyük işlər
görüldü. Yüngül və yeyinti sənayeləri cəbhə
üçün işləməyə
başladı. Kiçik bir
vaxtda Bakı döyüşən ordunun
ən mühüm cəbbəxanasına çevrildi.
Böyük çətinliklərə baxmayaraq, neftçilərimiz
fədakarlıqla çalışaraq
cəbhəni və sənayemizi yanacaqla təmin edirdilər.
Akademik Yusif Məmmədəliyevin
rəhbərliyi ilə
aviasiya benzini almaq üçün yeni texnologiya yarandı. 1941-ci ildə
neftçilərimizin fədakar
əməyi nəticəsində
Azərbaycanın tarixində
ən çox 23,5 milyon ton neft
istehsal olundu. Bu da SSRİ-də
istehsal olunan neftin 71.4%-ni təşkil edirdi. Ümumiyyətlə, müharibə illərində
Azərbaycan neftçiləri
ölkəyə 75 milyon
ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları vermişlər.
Qətiyyətlə demək olar ki, faşizm üzərində qələbənin
qazanmasında Bakı
nefti əsas amillərdən biri oldu. Bunu demək kifayətdir ki, hər beş
təyyarənin, hər
beş tankın, hər beş avtomobilin - dördü Bakı benzini ilə işləyirdi. İkinci Dünya müharibəsi Azərbaycan xalqının
fədakar, qəhrəman
və cəsarətli
olmasını bir daha sübut etdi.
Azərbaycan xalqının həm düşmənlə ön,
həm də arxa cəbhədə göstərdiyi qəhrəmanlıqlar
heç vaxt unudulmayacaq.
Sima Babayeva,
Azərbaycan Respublikası
Dövlət
Arxivi direktorunun müavini,
filologiya elmləri namizədi
Zaman.-2015.-9 may.-S.9.