Türk elləri: Çelkan türkləri
(3)
ƏZIZ MUSTAFA,
Çelkan türklərinin istər
yaşayış tərzlərində,
istərsə də adi, gündəlik həyatlarında digər
türk etnoslarını
xatırladan çoxlu
sayda qohum elementlər var.
Onların adət-ənənələrindən tutmuş
folkloruna, geyimlərinə,
davranışlarına kimi
hamısı eynidir və qohum türk
etnoslarında olduğundan
fərqlənmir. Çelkan türklərinin
əksər hissəsi
xristianlığı qəbul
etməsinə baxmayaraq,
şamanizm ruhu onlarda kifayət qədər güclüdür.
Tarixçi alim Potapovun
da qeyd etdiyi
kimi, şamanizm Çelkan türklərinin
ruhundadır.
Ruslar tərəfindən assimilyasiyaya məruz qalmamış ucqar ərazilərdə yaşayan
Çelkan türkləri
indinin özündə
belə pislikləri, şər qüvvələri
qovmaq, qorxulu xəstəliklərdən müalicə
olunmaq üçün
şamanlara müraciət
edirlər.
Assimilyasiya və miqrasiya faciəsi
SSRİ dövründə Moskva tərəfindən vahid sovet xalqı
formalaşdırmaq siyasəti
yeridildiyindən çelkanlıların
assimilyasiyası prosesi
sürətlə davam
etdi. Rusların assimilyasiya və
xristianlaşdırma, həmçinin
milli etnikləri daim təzyiqlər altında saxlama siyasəti Çelkan türklərinin sayında
sürətlə azalmaya
gətirib çıxarıb.
Xüsusilə, SSRİ dövründə çelkanlıların doğma
yurd-yuvalarından zorla
Sibirin müxtəlif bölgələrinə ən
ağır işləri
görmək üçün
göndərilməsi onların
təbii artımının
ən aşağı
həddə düşməsinə
yol açdı.
Əgər 1926-cı ildə
Çelkan türklərində
artım səviyyəsi
hər 100 nəfərə
13-14 nəfər düşürdüsə,
günümüzdə bu
artım 6,3 faiz təşkil edir. Çelkanlılar arasında təbii
artımın azalmasına
əsas səbəblərdən
biri də ötən əsrin
20-30-cu illərində onların
zorla oturaq həyata keçirilməyə
məcbur edilməsi ilə bağlıdır.
Oturaq həyata keçirilməsi
Çelkan türklərinin
ənənəvi yaşayış
həyatlarının dəyişməsinə,
onlar arasında miqrasiya proseslərinin artmasına gətirib çıxardı. Ötən
əsrin 30-60-cı illərində
miqrasiya prosesləri
Lebed çayı və
onun qolları ( Atle, Sadre, Türüzən,
Kırqızan) ətrafında
yaşayan və “kezek” ( kazak, gəzək) adlanan çelkanlılar arasında
daha geniş vüsət almışdı.
Bayqol (Baygöl) çayı ətrafında yaşayan çelkanlılar arasında
isə miqrasiya prosesləri bir o qədər də geniş yayılmadı.
Miqrasiya prosesləri, öz növbəsində, çelkanlıların
digər millətlər
arasında assimilyasiyasına
yol açdı və bu onların
sayının sürətlə
azalmasına gətirib
çıxardı.
Halbuki assimilyasiyaya
məruz qalmasaydılar,
bu gün Çelkan türklərinin
sayı təxminən
450-600 min nəfər olası
idi. SSRİ dağılandan 9 il sonra - 2000-ci il mart ayının 24-də
Rusiya Federasiyası hökumətinin qəbul etdiyi 255 saylı qətnamə ilə Altayda və Sibirdə yaşayan digər azsaylı türk xalqları kimi, çelkanlılar da azsaylı xalqlar sırasına aid ediliblər. 2002-ci ildə keçirilən siyahıyaalma zamanı Rusiya Federasiyası ərazisində 855 çelkanlının
yaşadığı məlum
olub. Onlardan 830 nəfəri Altay Respublikasında yaşayır.
Qeyd edək ki, bu
rəqəm bir qədər inandırıcı
görünmür. Belə ki,
Altay Respublilkasında 1997-ci ildə keçirilən siyahıyaalma zamanı təkcə Turoçak rayonunda 1689 Çelkan türkünün yaşadığı
məlum olmuşdu.
Günümüzdə Çelkan türkləri
əsasən Altay Respublikasının
Turoçak rayonunda,
Lebed çayının və
onun qolu olan Bayqolun ətrafında,
Kurmaç-Bayqol, Suranaş,
Malıy (kiçik, balaca), Çibeçen və İtkuç kəndlərində yaşayırlar.
Amma yenə də ürək ağrısı
ilə qeyd edək ki, assimilyasiya
prosesi nəticəsində
Sibirdə, Altayda və digər bu ərazilərə qonşu olan əyalətlərdə
yaşayan, azsaylı türk xalqlarının faciəsi davam edir...
Çelkan türklərinin həyatı
Çelkan türklərinin günümüzdəki
problemləri, onların
gündəlik həyatı
günümüzdə belə
bir çox səyahət həvəskarının,
o cümlədən araşdırmaçıların
diqqətini cəlb etməkdə davam edir. Bununla əlaqədar
bir neçən il bundan
əvvəl Çelkan
kəndlərinə səyahət
edən Sergey Baxtin yazır: “Etnik baxımdan Altaylar qədər zəngin və rəngarəng bir ərazi tapmaq qeyri-mümkündür.
Altayların ucsuz-bucaqsız çöllərində
çoxlu sayda dini və təsərrüfat
həyatı baxımından
fərqli olan xalqlar, etnoslar yaşayırlar. Bu baxımdan Çelkan türklərinin yaşadıqları
Şimali Altay barədə
çoxlarımız ciddi
məlumatlara malik deyilik. Bunu nəzərə alaraq, yayda Altay Respublikasının şimalında
yerləşən Turoçak
rayonuna səyahətə
çıxmağı qərara
aldıq. Əsas
məqsədimizdə burada
yaşyan Çelkan türklərinin günümüzdəki
həyatını bir
daha öyrənmək,
onların problemləri,
gündəlik həyat
tərzləri, məişətləri,
sosial-mədəni, ictimai
vəziyyətləri ilə
yaxından tanış
olmaq idi. Çelkan türkləri yaşayan Şimali Altaya səfər etməzdən
əvvəl istər-istəməz
etnoqrafik lüğəti
vərəqləməli oldum.
Ensiklopediyada Çelkan türklərinin
Şimali Altayın Kurmaç-Bayqol, Suranaş,
Mayskoye, Çuyka, Biyka və digər
yaşayış məntəqələrində
yaşadıqları qeyd
edilib. Bununla belə, əksər
tədqiqatçılar Çelkan
türklərinin İoqaç,
Artıbaş və Turoçak yaşayış
məntəqələrində yaşadıqlarını da
qeyd edirlər. Əslində mən başqa
bir mənzərənin
də şahidi oldum. Məsələn, Çelkan türklərinin
mərkəzi hesab edilən Turoçak rayonunda 400-dən çox
çelkanlı yaşayır.
İoqaç və Artıbaşda
da onlarla çelkanlı yaşamaqdadır.
Çelkanlıların yaşadıqları və
onların özünəməxsus
şəkildə paytaxtı
funksiyasını həyata
keçirən Kurmaç-Bayqola
gedən yol isə çətin və təhlükəli hesab edilən dağ aşırımlarından
keçir. Kənd yüksək dağlıq
ərazidə yerləşdiyindən
ora ilin digər fəsillərində
getmək olduqca təhlükəlidir. SSRİ
dövründə çelkanlılar
altaylılar adlandırılırdı.
Bizim son tədqiqatlarımıza görə,
çelkanlıların sayı
1112 nəfər təşkil
edir. 2002-ci ildə keçirilən siyahıyaalmaya görə,
bütün Rusiya ərazisində 855 çelkanlı
yaşayırdı. Onların da
830 nəfəri Altay Respublikasının
payına düşür.
Çelkanlılar yaşayan ərazilərə
səyahətimiz zamanı
biz müəyyən etdik
ki, onlar Turoçak rayonunun bütün yaşayış
məntəqələrində yaşayırlar. Amma hər
yerdə azlıqdadırlar.
Belə ki, çelkanlılar rusların
(oxu: ruslaşmış
və dinlərini dəyişmiş çelkanlıların),
tubalıların, kumandinlilərin
yaşadıqları ərazilərdə
az sayda
təmsil olunublar. Məsələn, Kebezen kəndində çelkanlılar
burada yaşayan bütün əhalinin 6,6 faizini təşkil
edirər. Çelkanlıların sayca çoxluq
təşkil etdikləri
rayonlar və yaşayış məntəqələri
isə əsasən
Lebed çayı boyunca
yerləşir. Belə
ki, çelkanlılar
Turoçak, Kurmaç-Bayqol,
Surnaşa, Çuyka və Biyka yaşayış
məntəqələrində say etibarı ilə daha böyük çoxluğa malikdirlər.
Lebed çayı boyu
yerləşən ərazilərdə
yaşadıqları üçün
çelkanlıları hətta
Lebed ( qu quşları) adlandırırlar.
Günümüzdə çelkanlılar yaşayan ərazilər əsasən tayqa meşəlikləridir. Vaxtı ilə
onlar bundan tayqada ov etmək
və digər təsərrüfat fəaliyyətləri
üçün istifadə
edirdilərsə, hazırda
vəziyyət dəyişib.
İlk növbədə, çelkanlılar
tayqadakı koma tipli evlərini ağacdan inşa edilən daha rahat evlərlə əvəz ediblər.
Buna paralel olaraq,
çelkanlılar üçün
ənənəvi olan
ovçuluq, balıqçılıq,
yabanı meyvə və giləmeyvələri
toplamaq, heyvandarlıq
və bağçılıqla
məşğul olmaq
ənələri yavaş-yavaş
yaddan çıxmaqdadır.
Buna da səbəb
kənd mağazalarında
gündəlik yaşayış
üçün lazım
olan bütün ərzaq məhsullarının
satılmasıdır.
Dini, mənəvi baxımdan
da çelkanlıların
həyatında müəyyən
dəyişikliklər baş
verib. Artıq siz kəndlərdə,
demək olar, şamana rast gələ bilməzsiniz.
Bununla belə, onlar köhnə adət-ənənələrini
qoruyub saxlamağa cəhd edirlər. Biz çelkanlılar yaşayan ərazilərə
səyahətimiz zamanı
azsaylı xalqların
beynəlxalq gününə
həsr edilən bayram şənliklərində
iştirak etdik. Teles çayının olduqca gözəl və mənzərəli sahillərində
keçirilən bu şənliklərdə biz çelkanlıların
öz adət-ənənələrini
nə qədər qoruyub saxlamağa çalışdıqlarının bir daha şahidi
olduq. Biz bayram şənliklərində
çelkan yeməklərinin
dadına baxdıq, onların ifasında xalq mahnılarına qulaq asdıq. Diqqətimizi
cəlb edən bir önəmli məsələ də bayram şənliklərində
yalnız qocaların deyil, cavanların da həvəslə iştirak etmələri oldu. Onlar öz aralarında
əsasən ana dillərində danışırdılar.
Əgər onlar ana dillərində danışıqlarını
qoruyub saxlaya bilsələr və onu yaşatmaqda davam etsələr, onda onların gələcəyi də olacaq”.
(Sergey Baxtin: Poezdka k Çelkantsam, ıhttp://altai-mountains.ru/tour_orders/?idnews=949
05.09.2012)
Zaman.-2015.-14 may.-S.6.