İnsanpərvərliyə və həlimliyə çağırış məktubu

 

Milli və dini tolerantlıq problemi dövlətin sabitliyi üçün əsas, demokratik inkişaf və vətəndaş hüquq və azadlıqlarını təmini üçün açardır. Sosial, etnikdini münasibətlər sistemində tolerantlıq qanununa köklənmək isə demokratik mədəniyyətin bir meyardır.

 

Ümumiyyətlə, dünya mədəniyyəti və fəlsəfəsində tolerantlıq anlayışı antik dövrlərdən tətbiq olunmağa başlayıb. O dövrdə ayrı-ayrı fərdlərin, fərqli görüş və inancların nümayəndələri arasındakı yaranmış xoş münasibətlər tolerantlıq nümunəsi idi. Təbii ki, o vaxtkı anlayış və social-mədəniyyət fenomenləri bugünkündən çox fərqlənirdi.

 

Tolerantlıq bir ictimai fenomen olaraq fərqli adət-ənənələr arasındakı dialoq və qarşılıqlı münasibətlər zamanı dini dözümlülüyə ehtiyac olduğunu üzə çıxardığı kimi, digər mədəniyyətləri də həzm etməyin əsası kimi meydana çıxdı və qarşılıqlı anlaşmanın ilkin uzlaşma nöqtələrini yaratdı.

 

Müasir dövrdə fəlsəfi və siyasi düşüncənin tarixi məzmununda dözümlülük dəyərləri kateqoriyasının genişləndirilməsi hər şeydən əvvəl cəmiyyətdə dini qarşıdurmaların mənfi təsirini azaltmaq üçün yollar tapmaq səbəbi ilə izah olunur.

 

Toleratlıq azadlığın və deməli, demokratiyanın atributudur

 

XVIII əsrdə tolerantlıq mühakiməsinin ən əhəmiyyətli nümayəndələrindən biri Volter idi. O, “Dediklərinizlə razı deyiləm, amma mən sizin öz fikirlərinizi ifadə etmək hüququnuzu qorumaq üçün canımı da verərəm” ifadəsi ilə klassik tolerantlıq nəzəriyyəsinin təməllərini atdı.

 

Bununla belə, “tolerantlıq” anlayışını ilk dəfə öz əsərlərində ingilis filosofu Con Lokk işlətmişdir. 1685-ci ildə onun məhşur “Tolerantlıq məktubu” işıq üzü gördü. Bu əsərdə tolerantlıq fəlsəfi kateqoriyası dini dözümsüzlük probleminin mövcudluğu konteksində öz təcəssümünü tapdı. Con Lokk araşdırmalarında liberal qərb sivilizasiyasının əsas xüsusiyyətlrini özündə əks etdirən “azadlıq-qanun-ağıl” üçbucağına əsaslanırdı. Azad düşüncənin tolerantlıq prinsipi ilə qarşılıqlı əlaqəsi məsələsində Lokkun fikirlərini ümumiləşdirərək aşağıdakı nəticəyə gəlmək olar: Düşüncə azadlığı, tədqiqat azadlığı, dini azadlıq, başqa inanclara və baxışlara tolerant münasibət olmadan ağılın inkişafı mümkün deyil.

 

Bunlara əsaslanaraq Lokk azadlıq fəlsəfəsinin əsasını təşkil edən idioloji bir nəticəyə gəlir: düşüncə, ifadə və dini inanc azadlığı həyatın digər bütün sferalarında azdlığın açarıdır.

 

Bəli, toleratlıq azadlığın və deməli, demokratiyanın atributudur. Bu atributu dinindindən, dilindən asılı olmayaraq hər kəsin mənimsəmsi dünyamızın azadlığı üçün verilən bir töhfə hesab olunmalıdir. Dini tolerantıq mövzusunda yazılmış əsrələr dilimizə tərcümə olunarsa demokratik cəmiyyətinin  atributlarının mənimsənilməsi, öyrənilməsi daha da asanlaşar. Hikmət Hacızadənin Azərbaycan oxucusuna təqdim etdiyiDemokrtayiya: Gediləsi uzun bir yol” adlı antologiyanı bu istiqamamətdə atılan ən uğurlu addımlardan saymaq olar. Bu  antalogiyada demokratik prinsiplər, o cümlədən tolerantlıq mövzusunda bir neçə klasik nümunələr toplanmışdır. İngilis filosofu Con Lokkun yuxarıda adını çəkdiyimiz “Dini dözümlülük haqqında məktub”u (bəzi mənbələrdə bu əsərin adı “Tolerantlıq məktubu” kimi də tərcümə olunur) da həmin antologiyaya daxil edilmişdir. Bu məktubu Con Lokk Remonstrantlar kollegiyasında ilahiyyat professoru Limborxa ünvanlayıb. Məktubu qısa ixtisarla oxucularımıza təqdim etməyi məqsədəuyğun hesab edirik: “Əgər insanları od qılıncla məlum ehkamlara etiqad etməyə onları yad ibadətləri yerinə yetirməyə məcbur etmək lazım gəlirsə bu zaman onların mənəviyyatı haqqında  fikirləşilmirsə, əgər kimsə başqa dinə qulluq edənləri inanmadıqları şeyə etiqad etməyə məcbur edərək öz dininə döndərirsə, İncilin ona inanan xristianlara icazə vermədiyi şeyləri etməyə imkan yaradırsa, onda mən şübhə etmirəm ki, belə adam özünün etdiyinə etiqad bəsləyənlərdən ibarət böyük insan kütləsi əldə etməyə çalışır; lakin kim inanar ki, o, xristian kilsəsi yaratmaq istəyir?..

 

qoy heç kəs xristianlığa bu qədər yad olan amansız təqibləri dövlətə qayğı qanunların yerinə yetirilməsi adı altında gizlətməsin əksinə, qoy heç kəs başqa dinə istinadla pərdələnərək özü üçün tam hərəkət azadlığı cəzasızlıq mühiti yaratmağa çalışmasın...

 

Hər şeydən əvvəl, mən dövlət məsələləriylə dini məsələləri bir-birindən fərqləndirməyi, kilsə dövlət arasında həddi lazımi dərəcədə müəyyənləşdirməyi vacib sayıram. Əgər bu edilməsə, onda ruhun xilasını, yaxud dövlətin xeyrini özünə ya doğrudan da əziz sayan, ya da yalandan göstərən adamlar arasında mübahisələrə son qoymaq mümkün olmayacaqdır.

 

Dövlət, məncə, yalnız mülki nemətləri qorumaq artırmaq üçün qurulmuş insanlar toplumudur.

 

Mülki nemətlər dedikdə mən həyat, azadlıq, bədən sağlamlığı fiziki iztirabların olmamasını, torpaq, pul, avadanlıq s. kimi zahiri şeylərə malik olmağı nəzərdə tuturam.

 

Bu gündəlik həyata məxsus olan şeylərə həm bütün xalqın, həm hər bir vətəndaşın ayrılıqda hüququnun təmin edilməsi tam qorunması hamı üçün mütləq olan qanunlara arxalanan mülki hökmdarın borcudur...

 

Allah insanlara başqalarını zorla yad dinə döndərmək hüququ verməyib

 

Hökmdarın bütün yurisdiksiyasının yalnız bu mülki nemətlərə şamil edilməsini... heç bir halda ruhun xilasına şamil olunmaması oluna bilməməsini, məncə, aşağıdakılar aydın göstərir:

 

Birincisi, ruhun xilası haqqında qayğı mülki hökmdara heç başqalarından daha artıq aid deyildir. Allah bunu ona tapşırmamışdır, çünki heç yerdə deyilmir ki, Allah insanlara başqalarını zorla yad dinə döndərmək hüququ vermişdir. adamlar da hökmdara bu cür hakimiyyət verə bilməzlər, çünki o, təbəənin əbədi xilas qayğısına bu dərəcədə laqeyd qala bilməz ki, istər hökmdarın, istərsə məsləhət bildiyi sitayişi, ya dini müti şəkildə qəbul etsin. Çünki heç kəs başqasının göstərişi ilə (hətta istəsə belə) inana bilməz, axı əsl xilasedici dinin gücü mənası məhz etiqaddadır.

 

İkincisi, ruh haqqında qayğı mülki hökmdara aid edilə bilməz, çünki onun bütün hakimiyyəti məcburiyyətə əsaslanır. Əsl xilasedici din isə ruhun dərin daxili inamından ibarətdir, onsuz Allahın gözündə heç güclü deyildir; insan ağlının təbiəti elədir ki, heç bir xarici qüvvə onu nəyəsə məcbur edə bilməz.

 

Lakin sən deyə bilərsən ki, hökmdar ağlın dəlillərindən istifadə edə bununla da başqa dinə inananları həqiqətə tərəf döndərə onları xilas edə bilər. Qoy belə olsun, ancaq o burada digərlərindən heç ilə fərqlənmir: əgər o, nəsihət verməyə, yol göstərməyə ağlın dəlilləri ilə azmışları həqiqət yoluna dəvət etməyə başlasa, hər bir vicdanlı adamın etməli olduğunu edəcəkdir...

 

Üçüncüsü, ruhun xilas edilməsi haqqında qayğı heç bir halda mülki hökmdara aid ola bilməz, əgər razılaşsaq da ki, qanunların nüfuzu cəzanın gücü ağlın döndərilməsinə yardım edərək kəsərli ola bilərdi, hətta bu da ruhun xilas edilməsinə yardımçı ola bilməzdi. Çünki əgər yalnız dinlərdən biri həqiqidirsə, yalnız bir yol əbədi xoşbəxtliyə aparırsa, onda adamlara yalnız bir imkan verilirsə, ümid varmı ki, haqq yoluna daha çox adam gələcəkdir: ağlın vicdanın tələblərinin əksinə olaraq hökmdarın inandığı təlimə kor-koranə riayət etmək yalnız əcdadların göstərdiyi qaydada Allaha sitayiş etmək haqdırmı?..

 

İndi baxaq görək kilsə deməkdir? Mənə görə, kilsə insanların azad birliyidir. Onlar könüllü birləşiblər ki, birlikdə, öz əqidələrinə görə düzgün yolla Allaha sitayiş etsinlər. Onlar əmindirlər ki, bu yola onları Allah gətirib ruhlarının xilas olmasına yardım edəcəkdir.

 

Davamı növbətı sayımızda

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Elvin Əliyev

Zaman.-2015.-14 may.-S.13.