XX əsrdə
İslamda tolerantlıq
Bildiyimiz kimi, İslam dini yarandığı vaxtdan İsalmın müqəddəs kitabı
olan “Qurani-Kərimi” rəhbər tutaraq müasir dövrümüzə
gəlib çıxmışdır. İslam
dini XX əsrdə, yarandığı vaxtdan fərqli olaraq insanlar tərəfindən
əsasən iki formada qəbul olunmuşdur:
1. Həqiqi İman
2. Təqlidi İman
Yarandığı vaxt yəni VII əsrdə insanlar islamı həqiqi anlayaraq qəbul edirdilər, çünki
onlar islamın ilkləri idi. Həqiqi iman
İslamı anlayaraq onun şərtlərinə
inanaraq əməl etməkdir. Təqlidi iman isə mən müsəlmanam deyərlər, dinim İslamdı deyərlər,
amma niyə müsəlmansan sualı verdikdə, çünki valideynlərim müsəlmandı
məndə müsəlmanam
deyərlər.Təqlidi iman
edənlər islamın
şərtlərinə qismən
əməl etsələrdə
niyə bu əməli edirsən sualı verdikdə isə hər kəs edir məndə
edirəm deyə cavab verirlər.
Ölkəmizdə əsasən təqlidi
iman Sovetlər birliyində olduğumuz vaxtlar daha çox
yayılmışdır, amma
müstəqillik əldə
etdikdən sonra ölkəmizdə əsasəndə
Ulu Öndər Heydər Əliyevin
1993-cü il hakimiyyətə gəldiyi
dövrdən sonra demokratik dövlət quruculuğu əldə etdik. İnsanlar sərbəst düşüncə
əldə etdilər,
sərbəst formada öz dinlərini öyrənib təqlidi imandan həqiqi imana keçdilər.
***
Müasir dövrdə İslamda əsas məsələlərdən
biri tolerantlıq və dialoqdur. İnsanların ünsiyyətində qarşılıqlı
münasibətlərində anlayışların rolu inkaredilməzdir. Lakin onların
məna çərçivəsi
dəqiq müəyyən
edilməlidir. Bu gün eyni dünyagörüşünə
malik insanların dinlərarası dialoq ətrafında apardığı
mübahisələrin bir
səbəbi də ortaq anlayışın formalaşdırılmamasıdır. Əks halda, saysız ortaq dəyərlərə malik
insanların iman birliyinə baxmayaraq, vahid düşüncə
və fəaliyyət
birliyi qura bilməməsinin başqa
izahı ola
bilməz.
Amerikanın Rays Universitetində Dini
Tolerantlığın Araşdırılması
və İnkişaf Etdirilməsi Mərkəzinin
sədri, dinlər tarixi üzrə mütəxəssis Dr. Cill
Karroll maarifçilik hərəkatını tədqiq
edərkən XX əsr
İslam alimlərini Konfutsi, Platon, Kant, Mill, və Sartr kimi
müxtəlif dövrlərdə
yaşamış, fərqli
dünyagörüşünə və fəlsəfi düşüncələrə sahib mütəfəkirlərlə müqayisəli
şəkildə tədqiqata
cəlb edir. Bu mütəfəkkirlərə üstünlük
verməsinin səbəbinə
gəlincə, müəllif
bunu ilk növbədə
onların insan həqiqətinin mahiyyəti,
yaxşı insan həyatı, dövlət
və əxlaq kimi mövzulara əhəmiyyət verməsi
ilə əsaslandırır.Müəllifin
dioloqa cəlb etdiyi mütəfəkkirlər
arasında Sartr kimi dinə xüsusi rəğbəti
ilə seçilməyən
filosofla yanaşı,
inanc sahibi olan Konfutsi, Platon, Kant və Mill də vardır. Beləliklə, müxtəlif
dövrləri,dinləri,
milli və mədəni mühitləri
təmsil edən şəxsiyyətlərin seçilməsi
tədqiqatı elmi baxımdan daha da cəlbedici edir.
***
İstər Qərb maarifçi mütəfəkkirlərinin, istərsə də Quranı təfsir edən müsəlman və ya qeydi müsəlman alimlərin insanın əxlaqi ləyaqətinin fitri dəyəri ilə baglı mülahizələrinin müasir dövrdə həyati əhəmiyyət daşıdığını söyləmək yerinə düşür. Mülahizələr təkbaşına və öz-özlüyündə heç bir şeyin öhdəsindən gələ bilməz.
Orta əsrlər dövründə insanlara islam müəyyən yürüşlərlə qəbul etdirilirdisə də XX əsrin sonundan isə, onu sevdirərək, anlataraq qəbul etdirmək formasına keçdi. Əlbətdə bunu islamda islahat kimi qəbul edə bilərik. Hər bir insan qəbul edəcəyi bir şeyi ona qəbul etdirən şəxsin izahından asılı olaraq sevər və qəbul edər. İnsanlara dünyagörüş səviyyələrinə görə danışmaq daha yaxşı olar. Əslində, sevgi bizim inanc və könül dünyamızın da solmaz gülüdür. Hər şeydən əvvəl, Haqq-Təala kainatı məhəbbət ərişləri üzərində bir naxış şəklində hördüyü kimi, varlığın köksündə daima ən ovsunlayıcı bir əda ilə səsləndirilən musiqi də yenə sevgidir. İslam gerçək humanizm və insan sevgisini ehtiva edir. Yeganə fərq budur ki, İslamda gerçək humanizm və insan sevgisi Qurandan qaynaqlandığı halda, humanist fəlsəfədə digər mənbə və ya modellərdən törəyir.
***
Müasir dövrdə islamda yeniliklərdən biri də islamı elmlə əlaqələndirərək izah etməkdir. İslam alimlərinin fikrincə “Bütün kainat həyat və şüur sahibi varlıqlar üçün hazırlanmışdır”. Həyat maddəyə yox, maddə həyata xidmət edir. Əgər həyat maddədən asılı, ona bağlı olsaydı, bədəncə nəhəng quruluşa malik bir fil və ya gərgədan bitdən, ağcaqanaddan daha sürətli, daha həssas olardı. Hətta, ən incə hislərlə ən kəskin duyğuların bapbalaca milçəkdə deyil, ondan bəlkə milyon, milyard dəfə böyük olan bir dağda olması lazım gələrdi. Demək maddə sabit və passiv, məna, ruh və həyat isə fəal və aktivdir. Maddə yalnız həyatın xidmətçisidir.Belə olan təqdirdə əsas olan, gördüklərimiz yox, görmədiklərimizdir.
Burdan da bəlli olur ki, İslam edini bütün elmlərin izahını Quranla izah etməyə çalışır. Quran 23 ildə nazil olmaqla, bəşərin yaradılışına və fitrətinə ən uyğun təlqin yolunu seçmiş, həkimin xəstəyə hansı dərmanı nə qədər qəbul edəcəyini təyin etməsi kimi, ehtiyaca görə və tədricən pis əxlaqı, yanlış vərdiş və anlayışları və batil etiqadları ləğv edib, yerlərinə gözəl və doğru olanlarını yerləşdirmişdir. Elmlər də bu istiqamətdə və bu ümumi nizama görə inkişaf etməkdədir.
***
Din alimləri “Mədənlər əfsanəsini”ni Platonun funksional din nəzəriyyəsinin göstəricisi, sənədi hesab edirlər. Yəni dini əfsanə və hekayələr maddi və ya tarixi cəhətdən istər real olsun, istər olmasın, cəmiyyətdə faydalı funksiya yerinə yetirə bilər. Əfsanənin özü həqiqətdən məhrum olsa da, ümumən əfsanə və ya hekayədə əksini tapan “gerçəklər” metafizik və ya fəlsəfi həqiqət ehtiva edir. Sokratın “Mədənlər” əfsanəsi də bu mahiyyətdədir.
Müasir dövrdə insanların imanının, elminin, tərbiyəsinin inkişafı yalnız təhsillə mümkündür. İnsan həyatının əsas vəzifə və məqsədi idraka yiyələnməkdir. Təhsil adlanan bu idraka yiyələnmə səyi bir mükəmməlləşmə prosesidir ki, biz onun vasitəsilə varlığımızın mənəvi, intelektual və fiziki müstəvilərdə yaradılışın mükəmməl nümunəsi olaraq bizə verilən məqamı əldə edirik. Həyatda başlıca vəzifəmiz düşüncəmizdə, idrakımızda kamal və saflıq əldə etməkdir.
Həqiqi həyat ancaq elm yolu ilə mümkün olduğu üçün öyrənmə və öyrətməyi ehmal edənlər, buna laqeyd yanaşanlar bioloji cəhətdən yaşasalar da, “ölü” sayılırlar. Biz öyrənmək və öyrəndiklərimizi başqalarına ötürmək üçün yaradılmışıq. Xüsusi olaraq “Zaman-Azərbaycan” üçün Azərbaycan Dövlət Aqrar Universitetinin müəllimi P.F.Axundov
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Vüqar Nəbiyev
Zaman.-2015.-19 may.-S.13.