Sosial sərmayə: dialoq

 

XX əsrin ən mühüm “uğurlar”ından biri olan hissələrə ayırmaq və analitik düşüncə anlayışı nəticədə bir başqa önəmli problemə yol açmışdır.

 

 

Çünki, bir mövzuda həll oluna bilinən problemlər, müəyyən müddətdən sonra yeni sıxıntıları ortaya çıxarır, yenə də həlli yolu tapılarkən, yatmış potensial problemlərin toxumları əkilməktədir. Buna görə də məsələləri həll etməkdə istifadə olunan əsas prinsiplərindən biri, dünənin çözümlərinin, bu günün problemlərini ortaya çıxardığı və bu gün üçün üçün tapılan həlli yolunun da gələcək üçün yenə də özünə xas problemlərini ortaya qoyacağı qaçınılmazdır. Bu perspektivdən baxıldığında, XX əsrin texnoloji üstünlüyüanalitik düşünə bilmə uğuru, sistemli və müqayisəli düşünəbilmə qabiliyyətinin korşalmasına və ya zəifləməsinə yol açmışdır. Bu çatışmazlığı aradan qaldıra bilmək üçün XXI əsrdə həyatın hər formasında sistemlikompleks yanaşmanı daşıya bilən bir çıxış və problem çözmə şəkli, həyatın mərkəzinə daşına biləcək kimi görünür. Bu bütün insanlıq tarixində, Afrikadakı qəbilələr daxil, hər mədəniyyətin özünə xas məkanlarında (kənd məscidlərində, alov ətrafında, antik teatrlarda və şəhər mərkəzlərində) toplanıb, qarşılıqlı danışıq və çözüm həlli üçün çalışılan metod dialoqdur. XX əsrdə məsuliyyətsiz yanaşılan və parçalanan həyatı birləşdirməyə istifadə edə biləcəyimiz ən təsirli danışıq tərzi olan dialoqun, fəlsəfi təməlləri, nəzəriyyəsi və işlək modeli, son illərdə ciddi şəkildə yenidən gözdən keçirilməkdə və tətbiq olunmaqdadır. Təhsil, insanın təbiətindəki oxşarlıqlar üzərindən ortaq dəyərlər sərgiləmək sənəti qədər, insan təbiətindəki fərqlilikləri də inkişaf etdirib, bir çox məsələnin həlli üçün və cəmiyyəti zənginləşdirə bilmə məharətidir. Bu baxımdan təhsilin mahiyyəti, oxşarlıq və fərqliliklərlə birlikdə dünyanI və həyatı düzgün qavramağı öyrətməkdir. Bu da oxşarlıqlar və fərqliliklər arasında qurulacaq dialoq körpülərinə bağlıdır. Bu günki sıxıntıların təməlində - sosial sərmayəmizdə gedərək yox olanyerini müzakirə mədəniyyətinin aldığı dialoq çatışmazlığı və bununla bağlı, birlikdə düşünməmə çatışmazlığı, ortaq ağıl və dəyərləri ifadə edə bilməmə bacarıqsızlığı, fərqlilikləri həyata daşıyıb zənginlik və müxtəliflilik ortaya qoya bilməmə qabiliyyətsizliyi dayanır.

 

Dialoq nədir?

 

Dialoq yunan dilində “dia” və “loqos” kəlimələrinin birləşməsindən formalaşır. “Dia” vasitəsilə və yolu ilə, “logos” isə; kəlimə və ya anlayış, söz, ifadə, bir şeyi göstərmək, ortaya çıxarmaq, hamılıqla bir araya gəlmək deməkdir. Dialoq sadəcə iki nəfər arasındakı danışıq deyil, o bir məna axışıdır, inametimad inşa edən ünsiyyət tərzidir. Dialoq kiçik və hissə kimi keyfiyyətdən, ümumİ keyfiyyətə keçidin üsulu və gücləndirici meyardır; fərdi həyatdan kollektiv ağıl və şüura keçidin klassik üsuludur. Dialoq, “mən düzgünəm, sən səhvsən” anlayışından, “mən də sən də düzgün ola bilərik, ikimizin də fərqində olmadığıımız bir nöqtədə ortaq doğrulara birliyinə sahib ola bilərik” anlayışına keçid etməkdir. Tərəfləri olan deyil, ancaq mərkəzi olan bir danışıq tərzidir. Aristotel həyatı üçün dəyər ifadə edən “üçlüyü”- həqiqəti (doğruluq), yaxşılığı və gözəlliyi tarazlı şəkildə həyatına tətbiq edib. Bunlar birləşdirici mahiyyət daşıyır. Birləşdirici anlayışa açılan qapı - dialoq, həyatın hər sahəsindəki hissə və parçalayıcı anlayışları birləşdirən anlayış növüdür. Məsuliyyəti oya bu şəkildə ikili məntiqin içinə həbs etməz; məsuliyyət və hürriyyəti birləşdirib, hər kəsə yayan bir problem həll etmə üsuludur.

 

İnsanın təbiətində, çevrənin təsdiqini və müvəffəqiyyətini almaqsosiallaşmaq istəyi vardır. Bu da insanların bir araya gəlib söhbətləşmələrini və düşünmələrini zəruriləşdirir.

 

Dialoq, mənbələri doğru istifadə  etməyə şəkillənən fəal və məhsuldar yaşama mədəniyyətindən, bu mənbələri doğrunun, yaxşının və gözəlliklərin sintezində istifadə edərək şəkillənən yaşama mədəniyyətinə keçidin təsir edici gücüdür. Dialoq həyatın mənasının kəşf etməkdir; həyatı tamamlayıcı bir perspektivdən anlamaq üçün bir davranış tərzidir. Dialoq, bir insanın fərqliliklərə sayğı duyaraq, hörmət edərək və onlara qarşı diqqətli davranış göstərərək, münasibətlərin qurulması və o münasibəti yeni formalara daşımaqdır; insanların fərqliliklərini təsir edici motor gücü olaraq istifadə edib, birlikdə yeni məna kəşf etmələrinə çıxılan yolçuluqdur. Fərqli olanla digərinin bütünləşmənin və ya işbirliyinin kəşf edilmə yolçuluğudur. Təcrid edilmiş “mənəm-mənəmlik” şüurunun, “biz” anlayışını əhatə etməsinə zəmin hazırlamaqdır. Dialoq, statusgüç fərqliliklərini müsbətə yönləndirən, və hər kəsi bərabər səviyəyə çəkən, hökmsüz duymağa, eşidilməyə, anlamağamehriban, firavan cəmiyyətin var olmasına səbəb olan gedişatdır.

 

Dialoq istiqamətli ünsiyyətdə, insanca atmosferin yanında fərqliliklərin fərq edilib sayğı duyulduğu, hər kəsin qəbul edildiyi və anlaşılıb təsdiqləndiyi, təqdir edildiyi və hər kəsin zehn və düşüncənin səmimiyyətə yönəltdiyi daxildən və könüldən gələn bir ünsiyyət tərzidir. Burada, fikir müzakirələri; bir-birini çürütmə və özünü isbat etmə məqsədli deyil, birbirinin fərqliliklərini anlamaqortaq bir nöqtədə birləşməyi təklif edən sistemdir. Bu baxımdan dialoq danışıqlarında özünü yuxarıdan aparma, həqarət, kimisə aşağılamaqdan söhbət gedə bilməz.

 

Dialoqdakı məqsəd, birbirini anlamaqya danışılan mövzuları anlamaqdakı çatışmazlıqları və boşluqları həll etməyə çalışmaqdır. Dialoq növündən olan danışıqlar müxtəlif məqsədlərə görə həyata keçirilə bilər. Məsələn, fərdi, ictimai mmünasibətləri gücləndirmək; sosial bağlantıları və sərmayəni artırmaq; problemləri dialoq istiqamətli həll etmək; var olan ixtilafların və ortaq nöqtələrdən əlavə yeni ortaqlılar, stratejik birlikləri ortaya qoymaq; insanlıq aləmi içində ahəng və barış ifadə edə bilmək, dialoqla həyata keçirilə bilən hədəflərdir.

 

Dialoqun həyatı əhatə edən formaları

 

Dialoq həyatın bütün sahələrinə baxan bir danışıq formasıdır. Məsələn, ailə daxili dialoq, məsləklər arası dialoq, elm sahələri arasındakı dialoq, cəmiyyətin hər sahəsində olan dialoq, mədəniyyətlərarası dialoq, dinlərarası dialoq, elmdin arasında dialoq, maddə və məna aləmlərilə bilgi dünyaları arasında dialoq, sosio-iqtisadi toplum təbəqələri arasında dialoq, idarə edənlər və edilənlər arasındakı dialoq, liderqrup üzvləri arasında dialoq, insan və çevrə arasında dialoq, fərqli paradigmalarideologiyalar arasında dialoq, liberal sərbəst bazar iqtisadiyyatı ilə sivil toplum arasında dialoq, fərqli düşünmə növləri arasında dialoq, fərqli təhsil nəzəriyyələri və modelləri arasında dialoq, din adamları ilə təhsil işçiləri arasında dialoq... Bunlar dialoqun həyatı əhatə edən sahələrinə nümunələrdir.

 

Qloballaşan dünyada dialoq, fərqliliklərlə birlikdə yaşamanın mümkün ola biləcəyini göstərən bir həyata baxış paradiqması və danışıq formasıdır. Dialoq XXI əsri qucaqlayacaq və şəkilləndirəcək insan modelinin problemləri həll etməyə namizəd, keçmişi olan bir danışıq tərzidir.  Dialoq, açılmaqdır. Zehnini, ruhunu və qəlbini açmaqdır. Qarşılıqlı anlayış və birlikdə öyrənməyə aparan yoldur. Şərtlənmək, qərəzli, faydasız və əsassız hökmlərdən qurtulmanın bir çarəsidir. Dialoq quran diqqət edər, əhəmiyyət verir, qulaq asar, anlamağa çalışar və faydalı olmağa çalışar. Qarşılıqlı anlayış və faydalılıq anlayış genişliyinə yol açar.Yan-yana düzlümüş güzgülərin sonsuza qədər görüntüsü olan bir dərinləşməyə bənzər. Dialoq münaqişə və çəkişmələrdən çox fərqlidir. Dialoq quran müdafiəyə, qalib gəlməyə, susturmağa deyil, birlikdə kəşfə, öyrənməyə və anlamağa çalışır.

 

Dialoqların faydalı və məhsuldar keçməsi üçün bu üç məsələdə diqqətli olmağı tələb edir: 1. Səmimiyyət

 

Xoş niyyət etimad doğurur. Etimad da dərinlərdəki düşüncə və duyğuları ortaya çıxarır. Səmimi insanlar əlaqə qurmaqdan çəkinməzlər.

 

2. Kamil insan daima özünü hesaba çəkər. Təvazökar insan həddini bilər. Təvazö çox az şey bildiyimiziçox şey öyrənmək lazım olduğunu fərq etmək, inkişafa açıq olmaq deməkdir. Təvazönun hakim olduğu dialoqlarda müştərək elm sərhədlərinin fərqinə varılıb məchullara doğru birlikdə kəşfə çıxılır. Bilinənələrdən bilinməyənlərə səyahət edilir.

 

3. Bilgi əldə etmə istəyi

 

İnsanın fitrətində maraq və həqiqəti tələb etmək var. Bilmək və anlamaq maraqğı dialoqu bəslər. Məsələn, bu suallara birlikdə cavablar tapa bilərik: Kimik? Haradan gəldik? Yolçuluğumuz harada bitəcək? Yaradanı necə tanımaq olar? Din elm arasında iddia edildiyi ixtilaflar varmı? Azad riyazi necə düşünə bilərik? Kollektiv şüurdan necə istifadə edə bilərik? Fiziki qanunlara bənzər mənəvi qanunları, həyatın qanunlarını necə kəşf edə bilərik? Bu kimi suallar belə insanı düşünməyə, ülvi duyğuların formalaşmasına, mənfi hərəkət davranışdan uzaq tutur. Ən azından bu cür əməllərə görə dialoqun zərurliyi özünü göstərir.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Amil Tağıyev

Zaman.-2015.-20 may.-S.13.