Azərbaycan mədəniyyətlərarası
dialoq üçün
mərkəzə çevrilib
Azərbaycan bir çox millətlərin və dini konfessiyaların
dinc yanaşı yaşamasının unikal
nümunəsidir.
Azərbaycanda tarixən heç
vaxt milli və dini zəmində
ayrı-seçkilik və
qarşıdurma baş
verməyib, qarşılıqlı
etimada və hörmətə əsaslanan
mütərəqqi milli
mədəni və dini münasibətlər mövcud olub. Bu ənənənin kökləri tarixin dərinliklərinə gedib
çıxır. Eramızın birinci yüzilliyinin ortalarında xristianlığın
ilk ardıcılları Azərbaycana
pənah gətirmiş
və sonradan burada yaranan Alban aftokefal kilsəsinin əsasını qoymuşlar.
İslamın Azərbaycana gəlişi
ilə dini dözümlülük ənənələri
daha da möhkəmlənmişdir.
Azərbaycanda İslam şiə-imami, sünni-hənəfi və
şafii məzhəbləri
ilə təmsil olunmuşdur. Azərbaycan yeganə müsəlman
ölkəsidir ki, burada İslam məzhəblərarası ziddiyyətləri
nəzərəçarpacaq halda olmamışdır.
Azərbaycanda şiə, sünni
etiqadlı müsəlmanlar
xoş, mehriban, qardaşlıq şəraitində
yaşayırlar. Azərbaycan
bəlkə də dünyanın yeganə ölkəsidir ki, burada yəhudi və islam
inanclı insanlar bir-biri ilə doğma, mehriban şəkildə yaşayırlar.
Azərbaycan insanı başqa
irqdən, dindən olanlara qarşı açıqdır. İrqi, dini
diskriminasiya bu xalqın psixologiyasına yaddır. Azərbaycanda xristianlıq özünün
pravoslavlıq, katoliklik
və protestantlıq qolları, habelə müxtəlif sektant icmaları ilə təmsil olunmuşdur.
Dövlət qeydiyyatında 5 erməni-qriqorian
icması vardır.
Hazırda Azərbaycanda pravoslavlıq
rus və gürcü pravoslav kilsələri ilə təmsil olunmuşdur.
Ölkədə, xüsusilə, Bakıda
müsəlmanların və
digər dindən olan şəxslərin bir qismi İsa
Peyğəmbərin doğum
günündə kilsəni
hörmət məqsədi
ilə ziyarət edirlər. Bu onu göstərir ki, Azərbaycanda insanlıq amili, qardaşlıq amili hər şeyin fövqündədir. Azərbaycanda xristianlara qarşı münasibətlər olduqca
yaxşı, xoşagələndir.
Bunun səbəblərindən biri
də SSRİ dövründə
kosmopolit ideologiyanın
təsirləri ilə
bağlıdır. Ümumi sovet
vətəndaşı olaraq
adlandırılan respublikaların
əhalisi dini və irqi diskriminasiyaya
yol verməməyə
çalıışırdılar.
Sovet dövründə sosialist
respublikaların əhalisi
digər respublikanın
əhalisindən olan şəxslərlə ailə
münasibəti qururdular.
Belə ki, hələ Azərbaycan SSR-də əhalisi müsəlman olan vətəndaşlarımızın
digər respublikalardan,
əsasən, xristian qızlarla nigaha girdiklərinə dair çoxsaylı faktlar vardır. Bu da öz növbəsində
Azərbaycanda xristianlara
qarşı münasibətin
yumşaq olmasına təsir edən amillərdən biri olmuşdur.
Azərbaycanda anti-müharibə və hətta ermənipərəst
meyllərin yayılması
üçün bəzi
qüvvələr respublikanın
müsəlman əhalisinin
xristianlaşdırılmasından istifadə edirdilər. Şübhəsiz ki, belə hərəkətlər
dinlərarası dialoqun
möhkəmlənməsinə xidmət etmirdi. Lakin bu hadisələr respublikadakı dini konfessiyalar arasında olan münasibətlərə
həlledici mənfi təsir göstərə
bilmədi. Heydər Əliyevin
hakimiyyətə gəlişindən
sonra bu münasibətlər daha da yaxşılaşdı.
Şübhəsiz ki, dözümlülük
ruhunun qorunub saxlanılmasında müsəlman
ruhanilərinin də müəyyən xidmətləri
var. Müasir Azərbaycan
dövlət-din münasibətləri
modeli çərçivəsində
bütün dini konfessiyalar qanun qarşısında bərabərdir
və eyni statusa malikdir. Ölkə vətəndaşlarının əksəriyyətini təşkil
edən müsəlmanların
hüquqlarının təmin
olunması ilə yanaşı dövlət
respublikada yayılmış
digər dinlərə
də qayğı göstərir.
Azərbaycan ərazisində yaşayan
çoxsaylı etnik və dini qruplar
arasında möhkəm
əlaqələrin formalaşmasında
onların tale ümumiliyi
amili də böyük rol oynamışdır. Son illərdə
ölkəmizdə dini
tolerantlıq mövzusunda
bir sıra beynəlxalq tədbirlər
keçirilmişdir. Ölkə başçısının
təşəbbüsü ilə Azərbaycan mədəniyyətlərarası dialoq üçün bir mərkəzə çevrilmişdir. 2011 -ci
ildə Bakıda keçirilmiş Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumu bir
daha göstərdi ki, Azərbaycan belə forumlar təşkil etməklə
xalqları bir-birinə
yaxınlaşdırmağa və sülhün qorunub saxlanmasına səy göstərir.
Beləliklə, çoxmillətli və çoxkonfessiyalı dövlət
kimi Azərbaycan Respublikası bu gün dünya birliyinə hərtərəfli
inteqrasiya siyasəti həyata keçirir. Azərbaycan hökumətinin
din siyasəti demokratik
dövlət quruculuğu
kursuna, eləcə də dövlət-din münasibətlərinin milli-mənəvi
və hüquqi müstəvidə tənzimlənməsi
prinsipinə əsaslanır.
Ölkədə mövcud ictimai-siyasi
sabitlik, vətəndaş
həmrəyliyi və
etnik-dini dözümlülük
mühiti mütərəqqi
tarixi ənənələrdən
bəhrələnən milli
siyasətin məntiqi
nəticəsidir.
Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq
sahəsində nadir təcrübəsi
beynəlxalq müstəvidə
yüksək qiymətləndirilmiş
və tanınmışdır. Prezident İlham
Əliyev mütəmadi
olaraq dini icmaların liderləri ilə görüşür,
onların ehtiyac və problemlərinə maraq göstərir, ölkənin xristian və yəhudi icmalarını əsas dini bayramlar münasibətilə təbrik
edir. Beləliklə, tarixən Azərbaycanda
formalaşmış tolerantlıq
və dözümlülük
cəmiyyətimizi səciyələndirən
gözəl bir ənənəyə çevrilmişdir.
Dövlətin bu sahədə
yürütdüyü siyasət
nəticəsində çoxmillətli
Azərbaycan cəmiyyətində
dinlərarası münasibətdə
dözümlülük özünü
yüksək səviyyədə
göstərir.
Ümummilli lider Heydər Əliyev demişdir: “Dünyada bir çox böyük dinlər mövcuddur. Hər dinin özünəməxsus yeri
var. Biz azərbaycanlılar islam dini ilə
fəxr edərək,
eyni zamanda heç vaxt başqa dinlərə qarşı mənfi münasibət göstərməmişik,
düşmənçilik etməmişik,
ədavət aparmamışıq
və heç bir başqa xalqı da öz
dinimizə itaət etməyə məcbur etməmişik. Ümumiyyətlə,
başqa dinlərə
dözümlülük, başqa
dinlərlə yanaşı
və qarşılıqlı
anlaşma şəraitində
yaşamaq islam
dəyərlərinin xüsusiyyətidir.
Bu, tarix boyu
Azərbaycanda da, Qafqazda da öz
əksini tapıbdır.
Azərbaycanda islam dini ilə yanaşı xristian dini də,
yəhudi dini də əsrlər boyu yaşayıb və indi də
yaşayır. Qafqazda da
bu mənzərə
var. Hesab edirik ki, insanlar hansı
dinə, hansı mədəniyyətə mənsubluğundan
asılı olmayaraq, bütün başqa mədəniyyətlərə, dinlərə, mənəvi
dəyərlərə də
hörmət etməli,
o dinlərin bəzən
kiməsə xoş gəlməyən adət-ənənələrinə
dözümlü olmalıdırlar”.
Ümummilli lider Heydər Əliyevin müəyyən
etdiyi inkişaf strategiyasını sürətlə
dəyişən dünyanın
geosiyasi reallıqlarına
adekvat olaraq davam etdirən Prezident İlham Əliyev Azərbaycan Respublikasını, tarixinin
mürəkkəb sınaq
dövrünü yaşayan
müsəlman dünyasının
bir sabitlik adasına çevirə bilmişdir. Azərbaycan multikulturalizm və
dini tolerantlığın
unikal məkanına çevrilmişdir. Dünya meridianlarında
ölkəmiz sivilizasiyalararası
toqquşma deyil, əksinə onların harmoniyada və əməkdaşlıqda olduqları
bir coğrafi məkan kimi tanınmaqdadır. Ölkəmizin ən dəyərli sərvətləri olan siyasi sabitliyi, iqtisad inkişafı və dini tolerantlığı
qoruyub saxlamaq və sonrakı nəsillərə ərməğan
etmək zərurəti
bu gün həmişəkindən daha
aktualdır.
Bu gün Azərbaycan Respublikasında din - dövlət
münasibətləri Azərbaycan
Respublikasının Konstitusiyası,
“Dini etiqad azadlığı haqqında”
Azərbaycan Respublikasının
qanunu və bu qanuna edilmiş
dəyişikliklər vəəlavələr,
habelə digər normativ aktlara əsasən tənzim edilir. Konstitusiyanın 7-ci
maddəsində göstərilir:
“Azərbaycan demokratik,
hüquqi, dünyəvi,
unitar respublikadır”.
Konstitusiyanın 18-ci maddəsi
bildirir ki: “Azərbaycan Respublikasında
din dövlətdən ayrıdır.
Bütün dini etiqadlar
qanun qarşısında
bərabərdir. İnsan ləyaqətini
alçaldan, insanpərvərlik
prinsiplərinə zidd
olan dinlərin yayılması və təbliği qadağandır.
Dövlət təhsil sistemi
dünyəvi xarakter daşıyır”.
Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyəsi əsasında
səhifəni hazırladı:
Coşqun Mövlamov, Şəki
Zaman.-2015.-22 may.-S.13.