“Azərbaycan
tolerantlığa nümunə
ölkədir”
Azərbaycan bir çox millətlərin və dini konfessiyalarının
dinc yanaşı yaşamasının unikal
nümunəsidir.
Azərbaycanda tarixən heç vaxt milli və dini
zəmində ayrı-seçkilik
və qarşıdurma
baş verməyib, qarşılıqlı etimada
və hörmətə
əsaslanan mütərəqqi
milli mədəni və dini münasibətlər
mövcudur. Bu sayımızda İsmayıllı
rayonunun inzibati ərazisində yerləşən
İvanovka kəndi və əhalisi haqqında məlumat vermək istədim. İvanovka İsmayıllı rayonunun
mərkəzindən 12-14 km cənub-qərbdə, Acınohur
ön dağlığında
yerləşir. Kəndin əsası
1847-ci ildə çar
hakimiyyəti dövründə
Qafqaza köçürülmüş
ruslar tərəfindən
qoyulmuşdur. Kəndin adı
onun yaradıcısı
olan kəndçi İvan Perşinin şərəfinə qoyulmuşdur.
Onlar tez bir zamanda yurd
salıb, azərbaycanlılarla
yaxın dost münasibətləri
qurmuşlar. 3000-dən çox əhalisi olan kənddə əsasən molokan rusları, ukraynalı, ləzgi və azərbaycanlılar yaşayır.
Kənddə yeni orta məktəb, kitabxana, xəstəsana, doğum evi, uşaq bağçası
və elektron ATS var.
1930-cu ildə İvanovkada
o vaxtlar hər yerdə olduğu kimi “kolxoz” quruldu
və bu günə kimi öz fəaliyyətini davam etdirir. Kolxoz bacarıqlı işçi
və uzaqgörənliyi
ilə seçilən
Nikolay Vasilyeviç Nikitinin adını daşıyır. O, kolxoza
1994-cü ilə kimi düz 41 il
rəhbərlik edib.
Burada hamı bir nəfər
kimi kolxozda çalışır və
hər kəs eyni səviyyədə yaşayırlar
Hazırda kənddə 1000-ə yaxın
təsərrüfat qeydə
alınıb. İvanovkalılar üzümçülük, taxılçılıq və
heyvandarlıqla məşğul
olurlar. Çaxır, pendir və
s kimi məhsulları
daxili bazarda öz yerlərini tutub. Kənddə bir neçə
sex, park və zavod (Kirəmit zavodu) fəaliyyət göstərir.
Hələ də kollektiv-ictimai
əmək sisteminin olduğu sovxoz fəaliyyət göstərir.
İvanovkada demək olar ki, iş problemi
yoxdur. Burada hamı bir nəfər kimi kolxozda çalışır
və hər kəs eyni səviyyədə
yaşayırlar. Kolxoz qurluşu
olduğundan kəndin
özünə məxsus
daxili büdcəsi
var. Kənddə çalışanların
əməkhaqları daxili
büdcə hesabına
ödənilir. İvanovkanın arxitekturası heyrətamizdir.
Yol boyu evlər sanki xətkeşlə çəkilmiş kimi simmetrik və səliqəlidir. Burdakı evlər
oyma üzüklü qədim, klassik standart rus tikililəridir
və bir-birindən fərqlənmir. İvanovkada evlərin
tikilişindən tutmuş
insanların dünyagörüşünə,
qonaqlarla davraşına
kimi hər şey tam fərqlidir.
Bu mənzərənin canlı şahidi olarkən təəccüb
içində idim.
Sanki kənddə deyil sivil Avropa
ölkəsindəsən.
Üç ayrı millətin
nümayəndələri bir
kənddə yaşasalar
da, milli-mənəvi dəyərlərinə görə
xeyli fərqlənirlər
Buranın tarixi ilə bağlı geniş məlumat verən milliyətcə rus olan Olqa Timofyevna
özünü azərbaycanlı
kimi hiss etdiyini bildirdi. Cənab Prezident İlham
Əliyevin 2009-cu ilin oktyabrında İvanovkaya səfəri zamanı tarixi məqamlarından söz açdı.
Dövlət başcısı səfər zamanı qeyd etmişdir ki, Azərbaycanda həmişə bütün
xalqların nümayəndələri
dinc şəraitdə
yaşamışdır, yaşayır
və yaşayacaq.
Ulu öndər Heydər Əliyev həm də belə deyirdi: “Qoy onlar necə
istəyirlərsə, elə
də yaşasınlar.
Kolxozda yaşamaq yaxşıdırsa,
qoy onlar kolxozda yaşasınlar”.
Bu da əyani
misaldır ki, Azərbaycanda təsərrüfatçılıq
formasından asılı
olmayaraq iqtisadiyyatın
inkişafı üçün
şərait yaradılmışdır.
İstər fermer olsun, istər kolxozçu, elə böyük fərq yoxdur. Əsas məsələ odur ki, insan torpaqda
işləyir. Sizlər əsrlər
boyu Azərbaycan dövləti üçün
çalışır və
onun üçün sərvətlər yaradırsınız.
Siz gələcəkdə də
həmişə mənə
arxalana bilərsiniz və sizin bütün
problemlərinizi imkan daxilində həll etməyə çalışacağıq.
Müstəqillik əldə etdiyimiz
90-cı illərin ortalarından
praktiki inkişaf başlanmışdır. Biz
yalnız zəhmət
sayəsində, düzgün
siyasət, iqtisadiyyatın
düzgün təşkili,
siyasi sabitlik, Azərbaycanda yaşayan bütün xalqlar arasında sülh sayəsində MDB-nin üzvü olan dövlətləri qabaqlamışıq.
Təəssüf ki, bu heç də hər yerdə belə deyildir. Dünyada elə ölkələr var ki, orada
əksinə, milli zəmində, dini zəmində toqquşmalar
vardır. Azərbaycanda belə hallar heç vaxt olmamışdır və
olmayacaqdır. Buna həm siz, həm
Prezident, həm də bütün cəmiyyət təminat verir. Bütün cəmiyyət bu
hisslərlə yaşayır
ki, Azərbaycanda həmişə sülh, həmrəylik, dostluq, qardaşlıq olsun.
Sizin kəndin timsalında bunlar aydın görünür. Mən İvanovkanın
inkişafda olduğunu
görməyimə şadam.
Bura müasir kənddir, hətta kənd yox böyük şəhərdir”. Olqa Timofyevna
qeyd etdi ki, cənab Prezidentin səsləndirdiyi
bu cümlələr əsas verir ki, Azərbaycan tolerantlığa nümunə
ölkədir. Adət ənənləri
haqqında sualımıza
isə, Olqa Timofyevna bildirdi ki, İvanovkada molokanlarla yanaşı, ləzgilər və azərbaycanlılar yaşayır.
Üç ayrı millətin
nümayəndələri bir
kənddə yaşasalar
da, milli-mənəvi dəyərlərinə görə
xeyli fərqlənirlər.
Burada insanlar ailə dəyərlərinə daha
çox önəm verirlər. Demək olar ki, çox nadir hallarda molokan qızları başqa millətlərin nümayəndələri ilə
ailə həyatı qururlar. İvanovkalılar dəbdəbədən uzaqdılar. Onlar ata-babalarının,
əsrlər əvvəl
qoyduğu milli ənənələrini qoruyub
sağlamağı üstün
tutlar. Mətbəximiz demək olar
ki, eynidir. Bizlər də əziz qonaq üçün aş bişiririk.
Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyəsi əsasında
səhifəni hazırladı:
Pərviz Əliyev, İsmayıllı, İvanovka
Zaman.-2015.-23 may.-S.13.