“Ölkəmizdə dini
radikalizmin sosial
bazası yoxdur”
Bu gün
Azərbaycan xalqı azad, qürurlu, öz milli dəyərlərinə
sadiq xalq kimi bütün dünyaya səs salıb.
Hər bir xalqın ən böyük sərvəti onun milli-mənəvi dəyərləri,
bu dəyərlərdən
formalaşan adət-ənənələri,
mədəniyyət nümunələridir.
Xoşbəxt o xalqdır
ki, milli-dəyərləri
ümumbəşəri insani
dəyərlərlə üst-üstə
düşür. Azərbaycan tolerant ölkədir. Ölkəmiz günü-gündən inkişaf
edir və dünyanın ən inkişaf etmiş ölkəsinə çevrilir.
Azərbaycanda çoxsaylı xalqlar
yaşayıb və bu gündə yaşamaqdadır. Bu günlərə ölkəmizdə
keçirilən birinci
Yay Avropa oyunları zamanı müxtəlif xalqların
nümayəndələri Azərbaycana
səfər ediblər.
Azərbaycanın hər bir bölgəsində bu gün əcnəbi qonaqlarala daha tez-tez rastlaşırıq.
O cümlədən Mingəçevirdə
qonaqlı-qaralı günlərini
yaşayır. Burada hər
bir xalqın nümayəndəsinə rast
gəlmək mümkündür.
Onlardan biri ilə Almaniyadan ailəsi ilə gəlmiş Lili Vibenbonla görüşüb təsüratlarını
öyrəndik. Qonaq
ilk dəfədir ki, Azərbaycanda olduğunu bildirdi: “Əvvəlcə
Bakıda bir neçə gün qaldıqdan sonra Mingəçevirə gəldim.
Ümumiyyətlə Azərbaycan haqqında
eşitmişdik. Amma
onu da eşitmişdik
ki, bu ölkə
öz çörəyini
qonşusu ilə bölüşən bir ölkədir. Lakin qonşusunun bu
ölkəyə təcavüzünü
və onun torpaqlarının 20 faizini
işğal edilməsini
eşidəndə çox
pis olduq. Həm də bu bölgəyə gəlməkdən bir az da ehtiyat edirdik. Lakin son zamanlar ölkə mətbuatında Azərbaycan
haqında xoş sözlər eşidəndə
bu ölkəyə olan marağımız artdı. Budur mən öz
ailəmlə ilk dəfədir
ki, Mingəçevirdəyəm.
Nə qədər qonaqpərvər
xalqdır buranın əhalisi. Hər tərəf yaşıllıqlar
içərisindədir. Mən Qəbələdə,
Şəkidə, Qudada
və Bakıda oldum. İnanırsınız,
mən özümə
söz vermişəm
ki, hər il yay təilimi gəlib Azərbaycanın cənnət
bölgələrində keçirəcəm.
Mən sizə çox danışa bilərəm, çünki
biz əcnəbilər hər
gördüyümüz mənzərə
ilə yaxından maraqlanırıq. Mən sizin heç mətbəxinizi demirəm,
necə gözəl dadlı yeməkləriniz
var hətta mən dovğanın və dolamnın necə hazırlandığını
da öyrənmişəm.
Bizim fikirimz var ki, ölkəmizə
getdikdən sonra orada Azərbaycan mətbəxinin sərgisini
keçirəcəyik”.
***
Təbii ki, bu gün
həyata keçirilən
sosial-iqtisadi islahatlar Prezidentin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlar, bizi bütün dünyada istiqanlı, mərd və qonaqpərvər xalq kimi tanıdıb. Bizim toleranlığımız
bütün dünya xalqlarına indi daha aydın şəkildə çatdırılır.
Ölkəmizdə həyata keçən
layihələr də
buna sübutdur. Azərbaycanın ictimai-siyasi
həyatında dini sabitlik faktiki olaraq digər ölkələrlə
müqayisədə özünü
daha qabarıq şəkildə göstərir.
Biz Azərbaycanlılar heç bir qonşu dövlətin malına, torpağına göz dikən xalq olmamışıq.
Öz mədəniyətimizlə, adət-ənənnəmizlə
bütün ölkələr
arasında tanınan bir xalq olmuşuq.
Bu gün Azərbaycan dünyada
tolerantlıq nümunəsidir.
Bunu Azərbaycana gələn müxtəlif dinlərin icmaları da vurğulayır. Onlar bildirilər
ki, belə halı dünyanın heç bir yerində müşahidə
etməyiblər. Bu da təbii ki,
Azərbaycanda tolerantlığın
ən böyük nümunələrindən biridir.
Tolerantlıq deyəndə bunu
bəzən yalnız
dinə aid edirlər deyən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu fikiri Mingəçevirdə
“Ənənəvi İslam
dəyərləri və
müasirlik” mövzusunda keçirilən
regional konfransda səsləndirib.
Komitə sədrinin fikirincə
əslində isə bu bütün sahələrə aid edilə
bilər. Tolerantlıq gender, sosial təbəqələr
arasında, bütövlükdə
insanların bir-birindən
münasibətində var. Tolerantlıq
sözünün mənası
dözümlülük, başqasının
fikirinə hörmətlə
yanaşmaq deməkdir.
Söhbət bütövlükdə İslam dəyərlərini,
İslama mənsubiyyətimizi
etməklə qarşı
tərəflərlə dialoq
mühitində yaşamağımızdan
gedir. Ona görə də
Azərbaycanda dini baxımdan sabitlik var. Ulu öndər Heydər Əliyev sağlığında deyərdi
ki, biz öz milli dəyərlərimizlə
fəxr etməliyik.
bizim milli
dəyərlərimiz əsrlər
boyu xalqımızın
həyatında, yaşayışında
formalaşıbdır. Milli
dəyərləri olmayan
millət, həqiqi millət, həqiqi xalq ola
bilməz. Biz heç vaxt öz milli dəyərlərimizi
unutmamalıyıq. Onu yaşatmaq,
ondan bəhrələnmək,
ruhlanmaq həyatımızın
əsas istiqaməti, gələcək işlərimizin
zəmanətidir. Hələ sovet
hakimiyyəti illərində
dini sıradan çıxarmaq üçün
ilk növbədə din xadimlərini
fiziki olaraq məhv edirdilər. Eyni zamanda insanları n öz inancalrı, dini etiqadlarını həyata keçirmək üçün toplaşdıqları
məscidləri, kilsələri
dağıdırdılar. Bizim indiki nəsil bu hadisələri yalnız kitablardan oxuyurlar. Represiya dövründə çoxlu sayda din xadimləri sürgünə
məruz qalmışdılar.
Və mən deyərdim ki, azərbaycan xalqının həyatında
dini baxımdan bir boşluq yaranmışdır. Yəni
din xadimi olmayan dini olduğu kimi təbliğ etməyə qadir olamyan insanların sıradan cıxarılması
nəticəsində din yalnız
bizdə o səviyyədə
qaldı ki, o yalnız insanları cənazə namazları, dəfn mərasimləri zamanı icra olunurdu. Ümumiyyətlə, din insanların ictimai
həyatında, məişətində
yox idi. Amma bütün bunlara baxmayaraq dini tamamilə insanların şüurundan çıxarmaq
mümkün olmadı.
Bu mümkün ola da bilməz
çünki din insanları
saflığa, təmizliyə,
birliyə səsləyir.
Düzdür, din altinda müxtəılif
qruplaşmalar fəaliyyət
göstərir amma onlar yarı yolda qalır, onlar xalqımızın milli dəyərlərinə,
adət-ənənələrinə zərbə vura bilmirlər. Biz hamılıqla belələrini
ifşa etməliyik.
Ulu öndərimiz
sovet dövründə
olduğu kimi, Azərbaycanın müstəqillik
illərində də
milli dəyərlərimizə
sahib çıxmışdır. Məscidləri bərpa etdirmiş, tarixi -memarlıq abidələrimiz bərpa
edilmişdir.
***
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı onu da bildirib
ki, ölkəmizdə
dövlət-din münasibətləri
ilə bağlı ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirildiyini, Azərbaycanda dinlərarası
münasibətlərin yüksək
səviyyədə olduğunu,
hər kəsin dini etiqad azadlığının
qorunduğunu bildirib. Mübariz Qurbanlı ölkəmizdə
tarixən tolerantlıq
mühitinin, dinlər
arasında qarşılıqlı
hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərinin
hökm sürdüyünü,
dövlət-din münasibətlərinin
zəngin milli-tarixi ənənəyə əsaslandığını
və beynəlxalq hüquqi normalarla tənzimləndiyini bildirib.
Milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan, o cümlədən ölkə əhalisinin əksəriyyətinin etiqad
etdiyi İslam dini və mədəniyyətinin
təbliği prioritet
məsələlərdəndir. “Azərbaycan dünyaya
inteqrasiya edən ölkədir, amma bununla yanaşı, biz öz milli-mənəvi dəyərlərimizi də
qoruyuruq. Hazırda dünyada
İslam dinini radikalizmə sürükləmə
meyilləri artmaqdadır.
Çünki İslam dini
haqqında yanlış
məlumatlar insanların
düşüncələrində mənfi fikir yaradır. Buna görə də dini maarifləndirmə işinə daha diqqətli yanaşılmalı,
bu sahədə görülən işlər
davam etdirilməlidir”.
Dövlət komitəsinin hüquq
mühafizə orqanları
ilə birgə həyata keçirdiyi tədbirləri xüsusi vurğulayan Mübariz Qurbanlı radikalizmin qarşısının alınmasında
bu tədbirlərin böyük əhəmiyyəti
olduğunu diqqətə
çatdırıb. O bildirib ki, ölkəmizdə
dini radikalizmin sosial bazası yoxdur. Həyata keçirilən tədbirlər nəticəsində
radikalizmə meyilli qrupların iqtisadi və ideoloji əsasları tamamilə iflasa uğrayıb. Radikalizmlə mübarizədə Dövlət Komitəsi cəmiyyətin bütün
strukturları, o cümlədən
qeyri-hökumət təşkilatları
və ictimai birliklərlə birgə bir sıra layihələr
həyata keçirir.
Komitə sədri qeyd
edib ki, biz milli-mənəvi, dini adət-ənənələrimizi, tolerantlıq mühitimizi qorumalı və yaşatmalıyıq. Bu cür maariflənidirici tədbirlərin gələcəkdə
də davam etdiriləcəyi qeyd olunub. Sonda deyə bilər
ki, bu gün
milli dəyərlərimiz
hamılıqla, bütün
xalq tərəfindən,
dövlətin öz himayəsi altında qorunur və daha da inkişaf
etdirilir. Azərbaycan
qüdrətlənir, bütün
dünyada tanınır,
bir çox beynəlxalq layihələrə
ev sahibliyi
edir, çiçəklənir,
yenilənir, inkişaf
edir. Bax budur tolerantlıq,
azərbaycançılıq, İslamçılıq. Azərbaycanda yaşayan milliyətindən,
irqindən, cinsindən
asılı olmayaraq hər biri bu
ölkədə yaşamağından
qürur duyur. Bunu Azərbaycana gələn qonaqlarda deyir. Məncə itirən qonşumuz olan bədxah erməni milləti oldu.
Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyəsi əsasında
səhifəni hazırladı:
Esmira Hidayətova, Mingəçevir
Zaman.-2015.-26 may.-S.13.