İslamda kitab əhlinə - yəhudi və xristianlara münasibət...

 

Son olaraq burada bir məsələni dəqiq ifadə etmək yerinə düşər.

 

Bu gün bəzi insanlar israrla iddia edirlər ki, artıq kitab əhli qalmamışdır. Bu fikirləri söyləyərkən onlar kitab əhlinin peyğəmbərlərini Allahın oğlu hesab etmələri, rahib keşişləri Allaha şərik qoşmaları kimi məsələləri nəzərdə tutur bu şəkildə dinlərarası dialoq əleyhinə çıxmalarını əsaslandırmış olurlar. Amma biz bu iddiaların əsassız olduğunu düşünürük. Çünki kitab əhli Hz. Məhəmməd vaxtında daİsa Allahın oğludur”deyirdi, yəni Quran bu məlumatla onların Allaha şirk qoşduğunu açıq ifadə edirdi, ancaq buna baxmayaraq, onları israrla kitab əhli adlandırırdı.

 

Hz. Peyğəmbərimizin Həbəş hökmdarı Nəcaşiyə qiyabi cənazə namazı qılması müşriklərin: “Həbəşistanda ölən bir xristianın cənazə namazını qılırdedi-qodusuna nazil olur: “Həqiqətən, kitab əhli içərisində elələri vardır ki, onlar Allaha, həm sizə, həm özlərinə nazil olan kitaba inanır. Onlar Allaha boyun əyərək (tam səmimiyyətlə) inanır, Allahın ayələrini ucuz qiymətə satmırlar. Onların Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəndir” (Ali-İmran surəsi, 3\199) ayəsində xatırlanan bu insanlar, xüsusilə, Qərb dünyasının elmi dairələrində kifayət qədər çoxdur. Bu inanca sahib insanların din mənsubları dialoq fəaliyyətlərində əsas rol oynadıqları oynayacaqları aydın məsələdir.

 

Burada belə bir səbəb göstərilə bilər ki, Hz. İsa Üzeyirioğulqəbul edənlər Quranın açıq ifadəsi ilə etiqadca müşrikdirlər. Lakin müsəlmanların onlarla münasibətinin nizamlanması ilə bağlı ayələrdə onlar konkret olaraq kitab əhli kimi göstərilir. Başqa sözllə, etiqad düşüncə tərzi ilə müşrik olsalar da, kitab əhlidirlər. Quranın bunlarıortaq kəlməyədəvət etməsi bu xüsusiyyətə görədir. Əgər bunlar müşrik olsa idi, Quran həmişə onları müşrik dərəcəsində dəyərləndirərdi.

 

Nəhayət, bütün bunlar kitab əhlinə müşriklərdən fərqli şəkildə yanaşılması onların müsəlmanlara yaxınlaşması ilə nəticələnmişdir. Bu da əsasında dialoq məqsədi daşıyan bir həqiqətdir. Ortaq kəlməətrafında birləşməyə dəvət bunu göstərir.

 

Kitab əhli ilə dialoq qurmağı əmr edən ayələr varmı?

 

Quranda kitab əhli ilə dialoq mövzusunda bir çox ayələr var. “De ki: “Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan bir kəlməyə tərəf gəlin: Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq. Allahı qoyub bir-birimizi Rəbb hesab etməyək” (Ali-İmran surəsi, 3\64). Bu ayə heç bir tərəddüt etmədən Hz. Məhəmməd şəxsində müsəlmanlara kitab əhli ilə əlaqə qurmağı əmr etməklə ortaq nöqtələrdə birləşməyi hədəf göstərir. Beləcə, bir mənada dialoqun çərçivəsini müəyyən etmiş olur. Ortaq nöqtələr Allaha, peyğəmbərlərə, axirətə iman kimi imani; zina, qumar, içki kimi əməli xüsuslarla yanaşı, siyasi, sosial, mədəni, iqtisadi səviyyədə dünyəvi məsələlər ola bilər. Allah Rəsulunun kitab əhli ilə münasibətlərində aradakı ixtilaf nöqtələrini heç vaxt gündəmə gətirməməsi, onları müzakirə obyektinə çevirməməsi, Mədinə müqaviləsi başda olmaqla, Hudeybiyyə, Xeybər s. siyasi, hərbi müqavilələrlə daimi dialoq axtarışında olması bu yanaşmanı sübut edir.

 

Bir başqa ayədəKitab əhlinin zülm edənləri istisna olmaqla, onlarla ən gözəl şəkildə mücadilə edin. onlara belə deyin: biz həm sizə nazil olana, həm sizə nazil olanan inanırıq. Bizim Allahımız, sizin Allahınız birdir. Biz yalnız Ona təslim olanlarıq” (Ənkəbut surəsi, 29\46) buyurulur. Burada artıq ortaq imani məxrəclərə gəlməklə yanaşı birgə yaşayışa zəmin hazırlamaq da vurğulanır. Lakin ayədə istisna olaraqzülm edənlərləfərqli davranmağın zəruriliyi bildirilir. Bunlar müsəlmanları yaşamaq hüququndan məhrum edən, qarşılıqlı münasibətləri düşmənçilik təməlləri üzərində quranlardır. Şəxs, qrup ya dövlət olmasından asılı olmayaraq, belələri ilə İslamın müəyyən etdiyi hüquq hüdudlar çərçivəsində mücadilə etmək fəzilət deyil, əksinə bir əmrdir. Fiqh alimlərinin ümumi fikrinə görə görə isə bu mücadiləni aparmaq fərzdir. Ancaq unutmaq olmaz ki, İslamda hər növ müharibə ya sülh elanı idari siyasi təbəqənin qərarına verilmişdir. Ayrı-ayrı fərdlər tək başına müharibə sülh elan etmək səlahiyyətinə malik deyillər.

 

Bəs görəsən, “Yəhudi xristianlarla dost olmayın yəhudilər, xristianlar, Sən onların dinlərinə tabe olmadıqca əsla Səndən razı olmazlar buna bənzər məaldakı ayələr necə başa düşülməlidir?

 

Quranda bu məzmunda bir çox ayə var:

 

1. “Möminlər möminləri buraxıb kafirləri dost tutmasınlar. Bunu edən kəs Allahdan heç gözləməsin. Ancaq onlardan gələ biləcək bir təhlükədən çəkinməniz müstəsnadır. Allah sizi Öz əzabından çəkindirir. Axır dönüş yalnız Allahadır” (Ali-İmran surəsi, 3\28)

 

2. “Ey iman edənlər! Yəhudi xristianları dost tutmayın. Onlar ancaq bir-birilərinin dostudurlar. Sizdən kim onlarla dostluq edərsə, o da onlardandır. Allah belə zalımları doğru yola yönəltməz” (Maidə surəsi, 5\51).

 

3. “ yəhudilər, xristianlar Sən onların dininə tabe olmadıqca əsla Səndən razı qalmazlar. Sən de ki: “Düzgün yol yalnız Allahın göstərdiyi yoldur. Əgər Sənə gələn elmdən sonra onların istəklərinə uysan, o zaman Səni Allahdan qoruyacaq bir dost, bir köməkçi tapılar” (Bəqərə surəsi, 2\120).

 

4. “Yəhudiləri müşrikləri iman edənlərin ən pis düşməni, “Biz xaçpərəstikdeyənləri isə onların ən yaxın dostu görəcəksən. Bu onların (möminlərin) içində (bilikli, abid) keşiş rahiblərin olması onların özlərini yuxarı tutmamalarına görədir” (Maidə surəsi, 5\82).

 

5. “Ey iman gətirənlər! Müsəlmanlardan başqasını özünüzə sirdaş etməyin. Çünki onlar sizin barənizdə fitnə fəsad törətməkdən əl çəkməzlər, sizin əziyyətə düşməyinizi istəyirlər. Onların sizə olan ədavəti ağızlarından çıxan sözlərdən aşkar olur. Qəlblərindəki gizlətdikləri düşmənçilik isə daha böyükdür. Ayələrimizi sizə izah etdik. Əgər dərk etsəniz, onlardan faydalanarsınız” (Ali-İmran surəsi, 3\118)

 

6. “Ey iman edənlər! Əgər atalarınız qardaşlarınız küfrü imandan üstün tuturlarsa, onları özünüzə dost bilməyin! İçinizdən onları dost tutanlar, özlərinə zülm etmiş olarlar” (Tövbə surəsi, 9\23).

 

Bu ayələri düzgün başa düşmək, etdiyi xəbərdarlıqları yaxşı dərk etmək üçünhansısualına doğru cavabın verilməsi çox önəmlidir: “Hansı yəhudilər hansı xristianlar?” Yuxarıdakı ayələrin nazil olma səbəbləri pərdəarxası şərtlərini bilmək doğru cavabın tapılması istiqamətində ilk addımdır. Buradamüharibə sülh şəraitiaçar rolunu oynayan əsas anlayışdır. Şübhəsiz bu ayələrin hamısı “o biri”lərin İslama düşmən olduğu müsəlmanları fiziki cəhətdən məhv etməyə çalışdıqları müharibə şəraitində nazil olmuşdur. Başqa sözlə, ayələr müsəlmanlara qarşı həqiqi düşmənçilik edən, onları məhv etmək üçün hər cür imkan fürsəti dəyərləndirən yəhudi xristianları nəzərdə tutur. Müsəlmanlarla müharibə şəraitində olan dindaşları ilə həmfikir olmayan, birlikdə hərəkət etməyən kitab əhlinə münasibətin eyni olmayacağı açıq-aşkardır. Quran: “Din yolunda sizinlə vuruşmayan sizi yurdunuzdan çıxartmayan kimsələrə gəldikdə, Allah onlara yaxşılıq etməyi, ədalət insafa riayət etməyi sizə qadağan etməz. Çünki Allah ədalətli olanları sevər” (Mumtəhinə surəsi, 60\8).

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Xəyalə Sadıqova

 

Zamna.-2015.-27 may.-S.13.