İslamda müharibə etməyin qaydaları

 

Hz. Məhəmmədin yaşantısı tolerantlıq baxımından bir çox məsələlərə aydınlıq gətirir.

 

 Belə ki, Allah Rəsulu Nəcran xristianları ilə müqavilə imzaladığı zaman Məkkə müşrikləri ilə müharibə vəziyyətində idi. O, Mədinə müqaviləsini pozduğuna görə yəhudi Bəni-Qureyza qəbiləsini (özlərinin seçdiyi hakimin hökmü ilə) cəzalandırdığı bir zamanda başqa yəhudi qəbiləsi Bəni-Nadirlə müqaviləni davam etdirirdi. Göründüyü kimi, Hz. Məhəmmədin praktikasındakitab əhlinibir cəbhə hesab edib hamısı ilə ümumi müharibə etmək, müsəlman olmayan hər kəsi müşrik kitab əhli deyə ayırmadan tərəzinin eyni gözünə qoymaq yoxdur. Əks halda, kitab əhlinin qadınları ilə evlənmək, kəsdiklərini yemək hökmləri başqa cür izah edilə bilməz.

 

Buradan belə bir nəticəyə gəlmək olar ki, bir çox ayələrin göstərdiyi münasibət formalarının səbəbi dini deyil, tamamilə siyasidir. Siyasi şərtlərin tələbləri, tərəflərin müqavilə şərtlərinə əməl edib-etməmələri, düşmənçiliyin həddi, hüquqi ifadə iləyaxın aşkartəhlükə təşkil edib-etməməsinə görə bəzi ayələrin tətbiq dairəsi formaları fərqli olacaqdır. Bir başqa alimin ifadəsi ilə desək, “dini inanc düşüncəni düşmənçilik səbəbi edib-etməmələridavranış modelini müəyyən etməkdə əsas rol oynayacaqdır.

 

Elə isə “dost sirdaş qəbul etməyin”, “müqavilə bağlamayın”, “hər cür sirlərinizi açacaq qədər dost olmayın”, “düşməninizə qarşı ayıq-sayıq olun s. kimi münasibətlərə tamamilə fərqli şəkildə yansıyacaq yanaşma tərzlərini bir-birindən ayırmaq lazımdır. Lakin müsəlmanlara qarşı düşmən münasibəti göstərərsə, dini inancları düşmənçilik səbəbi hesab edib müsəlmanlara aşkar müharibə elan edərsə, başqa sözlə, ayələrin nazil olmasına səbəb olan şəxslərlə eyni xüsusiyyətləri daşıyarsa, o zaman onunla münasibətin fərqli olacağı da qaçınılmazdır.

 

Halbuki bu tip yanaşmalar qərəzli davranışın göstəricisi olub, həqiqətən, insanları bir-birindən uzaqlaşdırır.

 

İslamın ön plana çıxardığı vacib məsələlərdən biri döyüş elanıdır. Həm müharibə elanı, həm mövcud müqavilə razılaşmanın qüvvədən düşməsini bəyan etmə, heç bir hüquq sistemində İslam hüququnda olduğu kimi qiymətləndirilməmişdir. İslamiyyət Beynəlxalq Lahey Ədalət Divanını ancaq 1907-ci ildə təsdiqlədiyi müharibə qərarının elan edilməsi, basqın gizli əməliyyatların qadağan olunması kimi məsələləri əsrlər əvvəl bəyan etmişdir. Müasir dövrdə dünyanın Lahey qərarlarına necə riayət etməsi isə hər kəsə məlumdur.

 

Sonda İslam hüquqçularının ortaya qoyduğu qızğın döyüş zamanı tətbiq edilən qaydaların xatırladılması mövzuya kompleks yanaşma baxımından əhəmiyyətlidir:

 

1. Dövlətin elan etdiyi müharibə vəziyyətinin olması şərtdir. Aman istədikdə döyüşü saxlamaq məcburidir. (Tövbə surəsi, 9\6)

 

2. Düşmən müharibədə iştirak etmə gücünə sahib olmalıdır. Əks halda, düşmən olsa günahsızdır. Buna görə din adamlarına, mülki vətəndaşlara, uşaqlara, arxa cəbhədə xidmət edən qadınlara toxunmaq olmaz. Döyüş meydanında öldürülən qadını gördükdə Allah Rəsulunun: “Axı bu döyüşmürdü”- şəklində reaksiyası bunu sübut edir.

 

3. Düşmənin əməli bir şər ya zərərinin olmasıdır. Buna görə müharibədə iştirak etdiyi halda əməlində bir zərər olmayanlar döyüş meydanında olsa belə, öldürülə bilməz. Sadəcə əsir götürülə bilər əsirlik müddətində onunla insan kimi rəftar edilməlidir. Hz. Məhəmmədin döyüş meydanında Onu öldürməyə cəhd edən düşmənlərinə belə bəddua etməməsi bu mövzuda olduqca əhəmiyyətli bir nümunədir.

 

4. Cahiliyyə dövründə geniş yayılmasına, düşmənlər tərəfindən müsəlman şəhidlərə tətbiq edilməsinə baxmayaraq, döyüş meydanlarında öldürülən insanların cəsədlərinin parçalanması, qulaqlarının burunlarının kəsilməsi, gözlərinin çıxarılması qadağandır. İnsana sırf insan olduğu üçün dəyər verən Peyğəmbərimiz düşmən ölüləri əleyhinə danışmamağı əmr etmiş mərhumların sağ qalan yaxınlarının incidilməməsinə xüsusi diqqət yetirmişdir.

 

Xülasə, İslamda sülh ön planda dayanır. Döyüş müvəqqəti haldır siyasi ixtilaflar nəticəsində ortaya çıxan hərbi qarşıdurmadır. Bu xüsusiyyəti ilə dünyəvi mahiyyət daşıyır. Ancaq inanc fərqliliyi heç bir zaman müharibə səbəbi ola bilməz. Müharibəni hər zaman faktiki müdaxilələr zəruri edir. Döyüş anında belə düşməni öldürməyin qayda qanunları vardır. Bu qaydalar da birbaşa Quran Peyğəmbərimiz tərəfindən qoyulmuş, ilk xəlifələr zamanında həssaslıqla tətbiq edilmiş məhz bu qaydalar fiqh kitablarımızda müharibə aparma qprinsipləri kimi müəyyənləşmişdir.

 

5. “Əhdə vəfamüsəlmanların qeyri-müsəlmanlarla əlaqələrində eyni dərəcədə əhəmiyyət daşıyırmı?

 

Bu sualı hüquqi əxlaqi tərəflərini ön plana çəkərək çox geniş perspektivdən cavablandırmaq mümkündür. Ancaq müsəlmanların qeyri-müsəlmanlarla bağladığı müqavilələrin siyasi, hərbi hüquqi cəhətlərini nəzərə çatdırmaq mövzumuz baxımından çox əhəmiyyətlidir.

 

İslama görə müqavilələr istənilən vaxt birtərəfli şəkildə pozula bilməz. Müqaviləni imzalayan tərəflər hər cəhətdən bir-birinə bağlı olurlar. İslam anlayışına görə müqavilələr icra gününü ancaq müqavilə mətnlərindən deyil, ümumi dini əxlaqi prinsiplərdən alır. Quran hədislərdə əhdə vəfa anlayışının israrla vurğulanmasının əsl həqiqəti budur.

 

Quran: “Əhd etdiyiniz zaman Allaha verdiyiniz əhdi yerinə yetirin. Allahnı özünüzə zamin edib and içdikdən sonra onu pozmayın. Həqiqətən, Allah etdiyinizi bilir. Möhkəm əyirdiyi ipliyi sonradan qıran qadın kimi olmayın. Siz, bir ümmət digərindən sayca, əhalicə ya malca çox olduğu üçün aranızdakı andları yalana çevirirsiniz. Allah bununla yalnız sizi sınayır. O, qiyamət günü ixtilafda olduğunuz məsələləri sizə mütləq izah edəcəkdir” (Nəhl surəsi, 16\91-92)- buyuraraq bəşəriyyətə təqdim etdiyi sistemdə anlaşmanın bütün hallarda vədinin üstündə durmağın, qarşılıqlı etibarın, razılaşma şərtlərinə riayət edib-etməməyin Allaha hesab veriləcəyini xatırladaraq məsələnin əhəmiyyətini vurğulayır.

 

Quran müqavilələrin birtərəfli pozulmasını, tərəflərdən birinin daha sonralar insan gücü silah, yəni maddi qüvvə əldə etməsi ilə izah edir: “Bir toplum digər bir topluluqdan sayca, malca əhalicə daha çox olduğu üçün...”. Bu, əhdinə xilaf çıxmanın başlıca səbəblərindən biridir.

 

Allah Rəsulu da ümumi xüsusi mənada verilən sözə xəyanət etməyi, razılaşmalara sadiq qalmamağı, bunlarla əlaqədar qarşı tərəfin əleyhinə hər cür intriqalar, sui-qəsdlər qəfil basqınlar hazırlamağı s. qadağan etmişdir. Sizin ən xeyirliniz müqavilə şərtlərinə bağlı olandırhədisi bunu aydın göstərir. Digər tərəfdən anlaşmalara bağlılıq (əhdə vəfa) İslamnın əsas dəyərləri aspektindən o qədər əhəmiyyətlidir ki, müsəlmanlar qarşılıqlı müqavilə bağladığı qeyri-müsəlman qövm əleyhinə dindaşlarından gələn yardım tələbini rədd etmək məcburiyyətindədir. Səbəbi isə müqavilə şərtlərinə xəyanət etməməkdir.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Xəyalə Sadıqova

 

Zaman.-2015.-28 may.-S.13.