Tolerantlığı Azərbaycandan öyrənsinlər

 

Etnik baxımdan dünyanın ən zəngin ölkələrindən biri, heç şübhasiz ki, Azərbaycandır. Hazırda ölkəmizdə təmxminən əlliyə yaxın xalqın nümayəndələri yaşayırlar.

 

 Maraqlıdır ki, bu xalqların bir çoxu bir kənd, bəzən bir neçə ailə ilə təmsil olunurlar. Təsəvvür edirsinizmi, bir kənd bir xalqdır, öz dili, öz folkloru, mədəniyyəti var. Min ildir ki, beləcə yaşayır, kimsə tərəfindən təzyiq, basqı görmür, dilini , mədəniyyətini nəsil-nəsil yaşadır. Xüsusilə Quba rayonunda bu mənzərənin bariz şəkildə diqqəti çəkdiyini görmək mümkündür. O faktı da xüsusi vurğulamaq lazımdır ki, bu azsaylı xalqların hamısı heç müsəlman deyillər. Məsələn, Qəbələ rayonunun Nic kəndinin sakinləri xristiandırlar. Həm onların xristianlığı da ənənəvi xristian sektalarından bir çox mühüm cəhətləri ilə seçilir. yaxud da İsmayıllının malakanlar yaşayan İvanovka kəndinin sakinləri tanınmış xristian sektalarından hər hansı birinə aid olunmurlar. Yəni bu fakt özlüyündə Azərbaycan tolerantlığının qədər yüksək səviyyədə olduğunu göstərir. Burda kimsənin vicdan azadlığınıa toxunulmadığı üçündür ki, xristian dininə mənsub olanlar arasında belə bu qədər rəngarənglik mövcuddur.

 

***

 

Bütün bunlarla yanaşı, demək lazımdır ki, Azərbaycan hər şeydən öncə müsəlman ölkəsidir İslamın ilk onilliklərindən etibarən dünyəvi dinlərin sonuncusu olan İslamı tanımış qəbul etmişdir. Ancaq hər zaman bu ölkədə müsəlmanlarla bərabər xristianlıq, yəhudilik digər qeyri-ənənəvi dinlərə mənsub insanlar yaşayıblar bu gün yaşamaqdadırlar. Azərbaycan dini milli tolerantlıq baxımından dünyanın ən sivil, ən demokratik ölkələri ilə müqayisü oluna bilər. Hətta tam qətiyyətlə demək olar ki, son illərdə Avropada getdikcə yüksələn irqçilik bəlası fonunda ölkəmiz daha şəffaf, daha tolerant görünür. Bir faktı vurğulamaq istərdik ki, təxminən iyirmi beş ildən bəri biz Ermənistanla müharibə şəraitindəyik, bir milyondan artıq insanımız doğma yurdundan didərgin salınıb, torpaqlarımızın iyirmi faizi işğal altındadır, amma hal-hazırda ölkəmizdə otuz mindən artıq erməninin yaşadığını ölkə rəhbərimiz açıq ifadə etmişdir. Amma Ermənistanda bu gün nəinki bir azərbaycanlının, bir türkün, hətta hər hansı qeyri millətdən yaşayan insanların yaşadığını söyləmək heç inandırıcı görünmür. Yəni tam qətiyyətlə deyə bilərək ki, Azərbaycan dini milli tolerantlıq baxımından nəinki öz coğrafiyasında, hətta tam qətiyyətlə deyə bilərik ki, dünyada ilk yerlərdən birinə layiqdir. Ölkəmizin ətrafında daxilində digər dinlərin daşıyıcısı olan xeyli sayda millətlər yaşayır. Azərbaycanda bütün dinlərə digər millətlərə mənsub olan toplumlara tarixən tolerant münasibət bəslənilib. Tolerantlıq hər kəsin fərqli ifadə tərzinə hörmətlə, ziddiyyət təşkil etsə belə onun fikirlərinə dözümlü yanaşmaqdır. Bu isə Azərbaycanın milli-mədəni, mənəvi dəyərləri, tarixi ənənələri bütövlükdə türk millətinin xarakteri ilə bağlı olan məsələdir.

 

 

***

Bu gün Avropanın bir çox ölkələrində milli dini zəmində münaqişələr baş verməkdədir. Xüsusilə Avropada İslam dininə onun daşıyıcılarına qarşı arzuolunmaz münasibət müşahidə olunmaqdadır. Azərbaycanda isə əcnəbilərə münasibət tamamilə fərqlidir.

 

Yaxın qonşularla Azərbaycanı müqayisə etmək istəsək, bu sahədə bizim qədər tolerant olduğumuzu hər kəs təsdiq edər. Rusiyada, İranda, Gürcüstanda tolerantlığın səviyyəsi Azərbaycanla müqayisə oluna bilməz.

 

AvropaAmerikada İslam dini və Məhəmməd Peyğəmbər (s.ə.s.) karikatura mövzusuna çevrilir. Bu cür yaramaz işlər müsəlmanların din heysiyyatını təhqir etməkdər. Amma siz bir həqiqəti nəzərdən qaçırmayın ki, biz bütün peyğəmbərləri doğma hesab edirik, dinimizin əmrini əsas tutaraq onlar arasında ayrı-seçkilik qoymuruq. Bu həqiqəti xüsusi vurğulamaq istərdik ki, dinimizə görə, Allahın elçisi olaraq gəlmiş peyğəmbərlərdən hər hansı birini inkar etmək və yaxud da qəbul etməmək insanı imandan çixarar. Bu hətta fərqli dinə dözümsüz münasibət göstərən avropalılara qarşi İslamın sərgilədiyi möhtəşəm bir örnək, insanlıq nümunəsidir. Bu bir həqiqətdir ki, günümüzdə Avropa, Amerika həqiqi tolerantlığı başqalarından yox, elə bizdən öyrənməlidir.

 

**

 

Azərbaycanda din dövlətdən rəsmən ayrıdır, ancaq hər kəsin vicdan azadlığı vardır. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz.

 

Obyektivlik naminə qeyd etmək lazımdır ki, bu tarixi ənənənin qorunub saxlanılmasında dövlətin də rolu çox böyükdür. Əlbəttə ki, dinimilli tolerantlıq həm də insan hüquq və azadlıqlarının, demokratiyanın təməl prinsiplərindəndir. Bu baxımdan dövlət tolerantlığın daha da inkişaf etməsində maraqlı olmaya bilməz. Azərbaycanda tarixən tolerantlıq ənənələrinin olması və bu gündavam etdirilməsi istər beynəlxalq təşkilatlar səviyyəsində, istərsə də dünyanın nüfuzlu din xadimləri, din mərkəzləri səviyyəsində təsdiqini tapmış faktdır. Kiminsə dini əqidəsinə, milli mənsubiyyətinə görə burada təzyiqə məruz qalması, yaxud hər hansı bir pis münasibətlə üzləşməsindən giley belə etməyib. Bu da ondan irəli gəlir ki, Azərbaycan tarixən tolerant münasibət sərgiləyən bir ölkə olub. Azərbaycanın özünəməxsus dinimilli ənənələri var, lakin burada yaşayan hər bir xalqın inancına, milli mənsubiyyətinə hörmətlə yanaşılır. Bu gün Azərbaycanın dövlət strukturlarında, hətta rəhbər orqanlarda, parlamentdə kifayət qədər başqa millətlərə və dinlərə aid olan şəxslər çalışır. Azərbaycan bu baxımdan bir model kimi nümunə ola bilər.

 

***

 

Tarixi təcrübə göstərir ki, nə başqa din mənsublarına qarşı təzyiq göstərmək, nə də islami dözümsüzlük bir xeyri vermir. Azərbaycanda tarixən insanlar arasında dini inanc, milli maraqlar baxımından nümunəvi tolerantlıq mədəniyyəti var. Bu, islami inancından irəli gəlir, onun köklərindən qaynaqlanır.

 

Yeri gəlmişkən onu da vurğulayaq ki, Azərbaycanın ən qədim xalqları arasında dağ yəhudılərinin də adları çəkilir. Lakin tarixin heç bir dövründə yəhudilərə qarşı nə milli, nə dini, nə də məişət zəminində heç bir arzuolunmaz münasibət olmayıb. Burada təkcə yəhudilərə deyil, xristianlara qarşı da mənfi münasibət olmayıb.

 

Nə qədər gizlədilsə də, dünyada baş verən münaqişələrin təməlində din faktorunun olması inkarolunmaz həqiqətdir. Heç başqa tərəfə baxmayaq, Qarabağ məsələsi ilə bağlı başımıza gələnlər, daha doğrusu həqiqətin gün kimi ortada açıq-aydın görünməsinə, bizim tam haqlı tərəf olmağımıza baxmayaraq, müxtəlif ssenarilərlə baş qatılır, illər bir-birinin ardınca yola salınır, ortada isə hər hansı nəticə qoyulmur. BMT kimi bir təşkilat özünün dörd qətnaməsinin saya salınmasına əhəmiyyət vermir. Ona görə də bəzən “Azərbaycan da xristian ölkəsi olaydı, problem bu qədər uzanmazdı” - deyənlərə qarşı əsaslı bir arqument tapa bilmirsən. Ammaolur-olsun, biz öz yolumuzdan, dinimizdən, haqlı mübarizəmizdən dönməməliyik. Hər hansı maddi mənfəət üçün satılanlar, dəyişənlər hər zaman böyük fəlakətlər yaşayıblar. Bəli, biz müsəlmanıq, tolerantıq, bizdən olmayanlara qarşı yuxarıdan-aşağı baxmırıq, müsəlman və tolerant olaraq qalacağıq və haqqımızı da da Allahın mərhəməti ilə geri alacağıq.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Əli Çərkəzoğlu

 

Zamna.-2015.-30 may.-S.13.