Elçin
Zeynalov: “Azərbaycanda mutikulturalizm xalqımızın
humanitar mədəniyyətinin ayrılmaz tərkib
hissəsidir”
- Elçin müəllim, prezident İ.
Əliyev IV İslam Həmrəylik Oyunlarının Təşkilat komitəsinin birinci iclasında Azərbaycan multikulturalizmi barədə fikir söyləmişdir ki, onun xüsusiyyətlərinin də daha çox ölkə üçün maraqlı olduğunu söyləyə bilərik. I Avropa
Oyunlarından hansı səciyyəvi misal gətirmək
mümkündür?
- İslam Həmrəyliyi Oyunlarının Təşkilat
Komitəsinin birinci iclasında çıxış
edərkən Prezident İlham Əliyev Azərbaycanın
İslam dünyasının ayrılmaz tərkib hissəsi
olduğunu xüsusi qeyd etmişdir. Bu dinamik inkişaf
edən müasir dövlətdir və bizim dövlətdə
dini, milli, irqi zəmində heç vaxt ayrıseçkilik
olmamışdır və heç zaman olmayacaqdır. Dövlət
başçısı qeyd etmişdir ki, “Azərbaycan
multikulturalizm mərkəzidir”.
İlk Avropa Oyunları beynəlxalq aləmdə
Azərbycan liderinin sosial-iqtisadi siyasətinin və
ölkənin dövlət və qeyri-hökumət
təşkilatları üzərində idarəetmənin
ifadəsi kimi çıxış etdilər. Oyunlar
habelə ölkəmizin müxtəlif
mədəniyyətlərinin dərk edilməsi və ehtiram
olunması şəklində xalqın multikulturalizminin
humanitar əlamətlərinin də inikası rolunu
oynayır. Bu bütün zamanlar üçün
xalqın yaddaşına həkk olunmuş ən
dəyərli nemətdir.
Azərbaycan multikulturalizmi bütün xalqın humanitar
mədəniyyətinin təbiətinin mahiyyətidir. Bu
mahiyyət özünü xalqın
ənənələri-nəzakət və ehtiram amili olan
qonaqpərvərlikdə də aşkar şəkildə
biruzə verir.
Birinci Avropa Oyunlarında Azərbaycan multikulturalizmi
özünü Təşkilat Komitəsinin idarəetmə
qabiliyyətinin xarakterində də əks etdirdi. Təşkilat
Komitəsi dövlət siyasətini ideya şəklində
həyata keçirərək etika, ünsiyyət
mədəniyyəti, qəbul, mərasim kimi sferalarda da
özünü bir daha təsdiq etdirə bildi. Təsadüfü
deyil ki, “Bakı-2015” -in iştirakçıları və
qonaqları bu sahədəki xidmətə də çox
yüksək qiymət verdilər.
- İdman diplomatiyasının hücum xarakteri bizim
dövrün vacib şərtlərindən biridir. Burada
qeyd etməliyik ki, dövlət başçısı IV
İslam Həmrəylik Oyunları barədə
danışarkən həm I Avropa Oyunlarından öncə,
həm də sonra Azərbaycan haqqında Qərbmətbuatında şər-böhtan
xarakterli fikirlərin yayıldığını
söyləmişdir. Belə vəziyyətdə
dövlət və qeyri-hökumət təşkilatlarının
rəhbərlərinin qarşılıqlı
münasibətlərində diplomatik protokol prinsipinə
necə əməl edilir?
- Dövlətlərin diplomatik, mədəni və idman
əlaqalərinin genişləndiyi müasir
dövrümüzdə nəzəri olaraq beynəlxalq
təşkilatların diplomatik protokol qaydalarına riayət
edilməsində dəqiqlik mövcud deyildir. Çətinlik
beynəlxalq qaydaların və müəyyən protokol
qaydalarının harada başa çatmasının aydın
olmamasıdır. Şəraitdən asılı olaraq
söz mədəniyyəti beynəlxalq səviyyədə
məsələlərin uğurlu həllində beynəlxalq
səviyyədə pozitivvə zəruru şərtdir. Lakin
etika normaları gözlənilmədikdə, yalan isə adi
mühakimə formasına çevrildikdə sözlə cavab
vermək əks tərəfin səviyyəsinə enmək
anlamı verir.
Azərbaycan əleyhinə müxtəlif Avropa
qurumlarının bəzi yüksək vəzifəli
məmurlarının böhtan dolu fikirləri dövlət
idarəetmə mədəniyyətimizə
pərdələnmiş bir həsəd formasıdır. Dövlətimizin
bu siyasəti nəticəsində iqtisadiyyatımız
dünya böhranına rəğmən inkişaf
etməkdədir. Sosial siyasətimiz isə idman
üçün təsəvvürəgəlməz bir
qısa vaxt ərzində yüksək olimpiya
səviyyəsində Köhnə Dünyanın bütün
zamanları ərzində möhtəşəm bir
tədbirə-Birinci Avropa Oyunlarına hazırlaşmağa
və həyata keçirməyə imkan vermişdir.Müxtəlif
Avropa qurumlarının yüksək vəzifəlibəzi
məmurları Xocalı soyqırımını,
ermənilər tərəfindən Azərbaycanın
işğal edilmiş ərazilərində milli
maddi-mədəniyyət abidələri, Azərbaycan
ərazilərinin aramsız şəkildə atəşə tutulduğunu bilə-bilə
Azərbaycan haqqında böhtan kampaniyalarını həyata
keçirmişlər. Bununla onlar görkəmli Fransa
yazıçısı Romen Rollanın hələ 100 il
əvvəl Avropa cəmiyyətində, Fransa və Almaniyada
müxtəlif formalarda böhrana, intiharlara olan meylin bu gün
də mövcud olması barədə
peyğəmbərliklə söylənmiş fikrini təsdiq
etmiş olurlar.
- Beynəlxalq əlaqələrdən və diplomatik protokoldan danışdıqda siz söz üzərində dayandınız. Belə bir deyim var: “ Söz dünyanı idarə edir”. Hansı tarixi faktlarla siz bu fikri təsdiq edə bilərsiniz?
- İnsan özünü dil vasitəsilə ifadə edir. Onun nitqi savadsız və ya ədəbi, hakimiyəti
isə hüdudsuz ola bilər. Müxtəlif
dövrlərin tarixi xalqın həyat proseslərinə
dövlət başçılarının
çıxışlarının təsirinə dair
maraqlı faktlarla zəngindir. Ümummilli lider Heydər
Əliyev fikrin dəqiq və aydın şəkildə
bildirilməsinə çöx böyük diqqət verirdi. Onun
natiqlik sənətində söz dinləyiciyə həlledici
şəkildə təsir edir və həmişə
təkzibedilməz bir effektə malik olurdu. Azərbaycan
xalqının böyük oğlunun şəksiz
müdrikliyi qanlı, işğalçı müharibəni
saxlayan son söz oldu. Bu söz, bu yanaşma tərzi
minlərlə günahsız şəxsin həyatını
xilas etməklə yanaşı Heydər Əliyevə
parçalanma mərhələsində olan ölkədə
əsl müstəqil dövlət qurmağa imkan verdi.
Keçmişin və bizim müasir dövrün tarixi
faktları ayrıca götürülmüş ölkə
ərzində idarəetmənin, bu ölkənin konstitusiya
quruculuğundan daha çox dövlət
başçısının sözündən asılı
olduğunu sübuta yetirir.
Napoleon Bonopart məhz sözün qüdrətinə
görə tarixdə yalnız dahi sərkərdə kimi
deyil, habelə siyasətçi kimi qala bilmişdir. Fəth
etdiyi Misirdə o elan etmişdir ki, “İslam dini
hərtərəfli olaraq ehtiramla qarşılanmalı,
məscidlər və ruhanilərin isə tam
toxunulmazılığı təmin edilməlidir”.
- Birinci Avropa Oyunlarının paytaxtına təşrif
buyuran əcnəbilər hesab edirlər ki, erməni idman
heyətinin stadiona çıxdığı an
səslənən səs-küy Azərbaycan multikulturalizmi
ilə bir araya sığmır.
- Ermənistan nümayəndələrinin də Bakıda
digər Avropa Oyunlarında iştirak edən heyətlər
səviyyəsində qarşılandığını
xatırlamağa ehtiyac duymuram. Stadionda olan səs-küy
isə şüuraltı bir ifadədir. Onun
qarşısını almaq mümkün olmasa da,
izahını vermək mümkündür. Tam olaraq
hamı azərbaycanlıların, istənilən
ölkənin idman heyətlərini necə məftunluqla
qarşıladığının şahidi oldu. Hamının
gözü qarşısında Ermənistan
nümayəndələrinə rəğbətin
nümayiş edilməsi isə nəinki
düşmənə, habelə özünə qarşı
da qeyri-səmimi təsir bağışlayardı. Bakı-2015-in
açılışında həmçinin,
işğalçı müharibə nəticəsində
öz övladlarını, valideynlərini, əziz və
doğmalarını itirmiş qaçqın və
köçkünlər də var idi. Bəzilərinin
səs-küylü münasibəti və mənfi
reaksiyası da, səs-küy qədər təbiidir. Bir
tərəfdən Ermənistan tərəfdən
törədilən vəhşilikləri onlardan kimsə
eşitməyə də bilərdi. Digər
tərəfdən, bizi gözü götürməyən
şəxslər onlara toxunmayan problemlərə sakit reaksiya
verməyə öyrəncəlidirlər.Ümid edirəm ki,
bu problemlər Allah qoysa, onlar üçün heç vaxt
yaşanmayacaq.
İkinci Cahan müharibəsindən sonra Stalin
söyləmişdir ki, “Bir ölüm faktı
faciədirsə, milyonların ölümü sadəcə
statistikadır”. Zorakılığa və şərə
rəvac verənlər hər zaman öz talelərini də
düşünməlidirlər.
- Ermənistan və onun şəbəkələnmiş
lobbisi Azərbaycan haqqında şər kampaniyasını
Avropa Oyunlarından çox-çox qabaq
başlamışlar. Bir çoxlarını bu gün də
belə bir sual maraqlandırır - nə üçün işğalçı heç bir
mənəvi haqqı olmadan Azərbaycan qonağına
çevrilə bildi?
- “Dünyada birinci elm, imkan daxilində az pislik və daha
çox yaxşılıq etmək elmidir”. Dahi Lev Tolstoyun
bu ifadəsinin bir əsrdən bir qədər çox
yaşı var, lakin homo novus bu müddət ərzində
çox böyük dəyişikliklərə məruz
qalmışdr. Azərbaycan torpaqlarının 20% -ni işğal
etmiş Ermənistan daim şərlə məşğuldur
və yalan danışır və bu millətin
mədəniyyətinin şər, yalan və zorakılıq
ifadə etməsində təəccüblü bir məqam
görmürəm.
Bununla yanaşı, Avropa Oyunlarına dəvət
Avropa Olimpiya Komitəsinin səlahiyyətində olan bir
məsələdir və AOK Ermənistanı bu oyunlara
buraxmasaydı, bəzi ölkələr bu faktı diplomatik
protokolun pozulması kimi dəyərləndirəcək,
erməni lobbisi isə siyasi spekulyasiyalara başlayacaqdı. Maraqlıdir
ki, AOK öz qərarı ilə Birinci Avropa Oyunlarına, yalnız
işğalçını deyil, “idman siyasətdən
kənardadır” arqumentini əldə rəhbər tutub BMT
tərəfindən tanınmamış ölkəni də
buraxmışdır.
Böyük idman böyük siyasət deməkdir. Bu siyasət ayrıca bir ölkənin və onun
sosial-iqitisadi potensialının idarəetmə mədəniyyətini
əks etdirir. Bu həm də 1980 və 1984-cü illər
Olimpiya Oyunlarının boykotu, habelə Tokio Olimpiya
Oyunlarına CAR-ın milli olimpiya yığmasının
rasist ideyalar səbəbindən buraxılmaması
deməkdir.
Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun
maliyyəsi əsasında səhifəni hazırladı:
Xəyalə Sadıqova
Zaman.-2015.-3 noyabr.-S.13.