“Mədəniyyət”
kanalına yeni baş
direktor təyin olunub
“Mədəniyyət” kanalına yeni baş direktor təyin olunub.
Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı
Səhmdar Cəmiyyətinin
(AZTV) mətbuat
xidmətinin rəhbəri Xatirə Qasım bildirib ki, “Mədəniyyət” kanalına Azərbaycanın əməkdar artisti Ramil Qasımov rəhbərlik edəcək.X. Qasım qeyd edib ki, təyinat
bu gün baş tutub.Qeyd edək ki,
“Mədəniyyət” kanalının keçmiş
baş
direktoru Cəmil Quliyev
2013-cü ilin əvvəllərində İctimai Televiziya və Radio Yayımları
Şirkətinin
(İTV) baş
direktoru vəzifəsinə seçilib. Həmin
dövrdən “Mədəniyyət” kanalının baş direktoru postu boş qalıb. Xatırladaq ki,
R. Qasımov Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində
musiqi kollektivlərinin bədii rəhbəri
və Səsyazma Evinin direktoru
olub.
Zaman.-
2015.- 6 noyabr.- S.- 4