Elçin Zeynalov: “Azərbaycanda
mutikulturalizm xalqımızın humanitar mədəniyyətinin
ayrılmaz tərkib hissəsidir”
- Elçin müəllim, prezident İ. Əliyev IV İslam Həmrəylik Oyunlarının Təşkilat komitəsinin birinci iclasında Azərbaycan multikulturalizmi barədə fikir söyləmişdir ki, onun xüsusiyyətlərinin də daha çox ölkə üçün maraqlı olduğunu söyləyə bilərik. I Avropa Oyunlarından hansı səciyyəvi
misal gətirmək mümkündür?
- İslam Həmrəyliyi Oyunlarının Təşkilat
Komitəsinin birinci iclasında çıxış edərkən
Prezident İlham Əliyev Azərbaycanın İslam
dünyasının ayrılmaz tərkib hissəsi olduğunu
xüsusi qeyd etmişdir. Bu dinamik inkişaf edən müasir
dövlətdir və bizim dövlətdə dini, milli, irqi zəmində
heç vaxt ayrıseçkilik olmamışdır və
heç zaman olmayacaqdır. Dövlət
başçısı qeyd etmişdir ki, “Azərbaycan
multikulturalizm mərkəzidir”.
İlk Avropa Oyunları beynəlxalq aləmdə Azərbycan
liderinin sosial-iqtisadi siyasətinin və ölkənin dövlət
və qeyri-hökumət təşkilatları üzərində
idarəetmənin ifadəsi kimi çıxış etdilər. Oyunlar habelə
ölkəmizin müxtəlif mədəniyyətlərinin dərk
edilməsi və ehtiram olunması şəklində xalqın
multikulturalizminin humanitar əlamətlərinin də
inikası rolunu oynayır. Bu bütün
zamanlar üçün xalqın yaddaşına həkk
olunmuş ən dəyərli nemətdir.
Azərbaycan multikulturalizmi bütün xalqın humanitar
mədəniyyətinin təbiətinin mahiyyətidir. Bu mahiyyət
özünü xalqın ənənələri-nəzakət
və ehtiram amili olan qonaqpərvərlikdə də aşkar
şəkildə biruzə verir.
Birinci Avropa Oyunlarında Azərbaycan multikulturalizmi
özünü Təşkilat Komitəsinin idarəetmə
qabiliyyətinin xarakterində də əks etdirdi. Təşkilat
Komitəsi dövlət siyasətini ideya şəklində həyata
keçirərək etika, ünsiyyət mədəniyyəti,
qəbul, mərasim kimi sferalarda da özünü bir daha təsdiq
etdirə bildi. Təsadüfü deyil ki,
“Bakı-2015” -in iştirakçıları və qonaqları
bu sahədəki xidmətə də çox yüksək
qiymət verdilər.
- İdman diplomatiyasının hücum xarakteri bizim
dövrün vacib şərtlərindən biridir. Burada qeyd etməliyik ki,
dövlət başçısı IV İslam Həmrəylik
Oyunları barədə danışarkən həm I Avropa
Oyunlarından öncə, həm də sonra Azərbaycan
haqqında Qərb mətbuatında
şər-böhtan xarakterli fikirlərin
yayıldığını söyləmişdir. Belə vəziyyətdə dövlət və
qeyri-hökumət təşkilatlarının rəhbərlərinin
qarşılıqlı münasibətlərində diplomatik
protokol prinsipinə necə əməl edilir?
- Dövlətlərin
diplomatik, mədəni və idman əlaqalərinin genişləndiyi
müasir dövrümüzdə nəzəri olaraq beynəlxalq
təşkilatların diplomatik protokol qaydalarına riayət
edilməsində dəqiqlik mövcud deyildir. Çətinlik
beynəlxalq qaydaların və müəyyən protokol
qaydalarının harada başa çatmasının aydın
olmamasıdır. Şəraitdən asılı olaraq
söz mədəniyyəti beynəlxalq səviyyədə
məsələlərin uğurlu həllində beynəlxalq
səviyyədə pozitivvə zəruru şərtdir. Lakin etika normaları gözlənilmədikdə,
yalan isə adi mühakimə formasına çevrildikdə
sözlə cavab vermək əks tərəfin səviyyəsinə
enmək anlamı verir.
Azərbaycan əleyhinə müxtəlif Avropa qurumlarının
bəzi yüksək vəzifəli məmurlarının
böhtan dolu fikirləri dövlət idarəetmə mədəniyyətimizə
pərdələnmiş bir həsəd formasıdır. Dövlətimizin
bu siyasəti nəticəsində iqtisadiyyatımız
dünya böhranına rəğmən inkişaf etməkdədir.
Sosial siyasətimiz isə idman üçün
təsəvvürəgəlməz bir qısa vaxt ərzində
yüksək olimpiya səviyyəsində Köhnə
Dünyanın bütün zamanları ərzində möhtəşəm
bir tədbirə-Birinci Avropa Oyunlarına
hazırlaşmağa və həyata keçirməyə
imkan vermişdir. Müxtəlif Avropa qurumlarının
yüksək vəzifəlibəzi məmurları Xocalı
soyqırımını, ermənilər tərəfindən
Azərbaycanın işğal edilmiş ərazilərində
milli maddi-mədəniyyət abidələri, Azərbaycan ərazilərinin
aramsız şəkildə atəşə tutulduğunu bilə-bilə
Azərbaycan haqqında böhtan kampaniyalarını həyata
keçirmişlər. Bununla onlar görkəmli Fransa
yazıçısı Romen Rollanın hələ 100 il əvvəl
Avropa cəmiyyətində, Fransa və Almaniyada müxtəlif
formalarda böhrana, intiharlara olan meylin bu gün də
mövcud olması barədə peyğəmbərliklə
söylənmiş fikrini təsdiq etmiş olurlar.
- Beynəlxalq
əlaqələrdən və diplomatik protokoldan
danışdıqda siz söz üzərində
dayandınız. Belə bir deyim var: “ Söz
dünyanı idarə edir”. Hansı tarixi
faktlarla siz bu fikri təsdiq edə bilərsiniz?
- İnsan özünü dil vasitəsilə ifadə
edir. Onun nitqi
savadsız və ya ədəbi, hakimiyəti isə
hüdudsuz ola bilər. Müxtəlif
dövrlərin tarixi xalqın həyat proseslərinə
dövlət başçılarının
çıxışlarının təsirinə dair
maraqlı faktlarla zəngindir. Ümummilli
lider Heydər Əliyev fikrin dəqiq və aydın şəkildə
bildirilməsinə çöx böyük diqqət verirdi. Onun natiqlik sənətində
söz dinləyiciyə həlledici şəkildə təsir
edir və həmişə təkzibedilməz bir effektə
malik olurdu. Azərbaycan xalqının
böyük oğlunun şəksiz müdrikliyi qanlı,
işğalçı müharibəni saxlayan son söz oldu.
Bu söz, bu yanaşma tərzi minlərlə günahsız
şəxsin həyatını xilas etməklə
yanaşı Heydər Əliyevə parçalanma mərhələsində
olan ölkədə əsl müstəqil dövlət
qurmağa imkan verdi.
Keçmişin və bizim müasir dövrün tarixi
faktları ayrıca götürülmüş ölkə ərzində
idarəetmənin, bu ölkənin konstitusiya quruculuğundan
daha çox dövlət başçısının
sözündən asılı olduğunu sübuta yetirir.
Napoleon Bonopart məhz sözün qüdrətinə
görə tarixdə yalnız dahi sərkərdə kimi
deyil, habelə siyasətçi kimi qala bilmişdir. Fəth etdiyi
Misirdə o elan etmişdir ki, “İslam dini hərtərəfli
olaraq ehtiramla qarşılanmalı, məscidlər və
ruhanilərin isə tam toxunulmazılığı təmin
edilməlidir”.
- Birinci Avropa Oyunlarının paytaxtına təşrif
buyuran əcnəbilər hesab edirlər ki, erməni idman heyətinin
stadiona çıxdığı an səslənən səs-küy
Azərbaycan multikulturalizmi ilə bir araya sığmır.
- Ermənistan
nümayəndələrinin də Bakıda digər Avropa
Oyunlarında iştirak edən heyətlər səviyyəsində
qarşılandığını xatırlamağa ehtiyac
duymuram. Stadionda olan səs-küy isə
şüuraltı bir ifadədir. Onun
qarşısını almaq mümkün olmasa da,
izahını vermək mümkündür. Tam olaraq hamı azərbaycanlıların, istənilən
ölkənin idman heyətlərini necə məftunluqla
qarşıladığının şahidi oldu. Hamının gözü qarşısında Ermənistan
nümayəndələrinə rəğbətin
nümayiş edilməsi isə nəinki düşmənə,
habelə özünə qarşı da qeyri-səmimi təsir
bağışlayardı. Bakı-2015-in
açılışında həmçinin,
işğalçı müharibə nəticəsində
öz övladlarını, valideynlərini, əziz və
doğmalarını itirmiş qaçqın və
köçkünlər də var idi. Bəzilərinin
səs-küylü münasibəti və mənfi
reaksiyası da, səs-küy qədər təbiidir. Bir tərəfdən Ermənistan tərəfdən
törədilən vəhşilikləri onlardan kimsə
eşitməyə də bilərdi. Digər
tərəfdən, bizi gözü götürməyən
şəxslər onlara toxunmayan problemlərə sakit reaksiya verməyə
öyrəncəlidirlər.Ümid edirəm ki, bu problemlər
Allah qoysa, onlar üçün heç vaxt yaşanmayacaq.
İkinci Cahan müharibəsindən sonra Stalin söyləmişdir
ki, “Bir ölüm faktı faciədirsə, milyonların
ölümü sadəcə statistikadır”. Zorakılığa
və şərə rəvac verənlər hər zaman
öz talelərini də düşünməlidirlər.
- Ermənistan
və onun şəbəkələnmiş lobbisi Azərbaycan
haqqında şər kampaniyasını Avropa Oyunlarından
çox-çox qabaq başlamışlar. Bir
çoxlarını bu gün də belə bir sual
maraqlandırır - nə üçün işğalçı heç bir mənəvi
haqqı olmadan Azərbaycan qonağına çevrilə bildi?
- “Dünyada birinci elm, imkan daxilində az pislik və daha
çox yaxşılıq etmək elmidir”. Dahi Lev
Tolstoyun bu ifadəsinin bir əsrdən bir qədər
çox yaşı var, lakin homo novus bu müddət ərzində
çox böyük dəyişikliklərə məruz
qalmışdr. Azərbaycan torpaqlarının 20% -ni işğal etmiş Ermənistan daim şərlə
məşğuldur və yalan danışır və bu millətin
mədəniyyətinin şər, yalan və zorakılıq
ifadə etməsində təəccüblü bir məqam
görmürəm.
Bununla yanaşı, Avropa
Oyunlarına dəvət Avropa Olimpiya Komitəsinin səlahiyyətində
olan bir məsələdir və AOK Ermənistanı bu oyunlara
buraxmasaydı, bəzi ölkələr bu faktı diplomatik
protokolun pozulması kimi dəyərləndirəcək, erməni
lobbisi isə siyasi spekulyasiyalara başlayacaqdı. Maraqlıdir ki, AOK öz qərarı ilə Birinci
Avropa Oyunlarına, yalnız işğalçını deyil,
“idman siyasətdən kənardadır” arqumentini əldə rəhbər
tutub BMT tərəfindən tanınmamış ölkəni
də buraxmışdır.
Böyük idman böyük siyasət deməkdir. Bu siyasət
ayrıca bir ölkənin və onun sosial-iqitisadi
potensialının idarəetmə mədəniyyətini əks
etdirir. Bu həm də 1980 və 1984-cü
illər Olimpiya Oyunlarının boykotu, habelə Tokio Olimpiya
Oyunlarına CAR-ın milli olimpiya yığmasının
rasist ideyalar səbəbindən buraxılmaması deməkdir.
Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni
hazırladı: Xəyalə Sadıqova.
Zaman.- 2015.- 3 noyabr.- S.- 3