“Ölkəmizdəki ictimai sabitlik vətəndaş həmrəyliyi və dini tolerantlıqla bağlı uğurlu siyasətin məntiqi nəticəsidir”

 

Milli Dəyərlərin Təbliği İctimai Birliyinin sədri, “meneviyyat.az” saytının baş redaktoru Rövşən Məmmədovla tolerantlıq mövzusunda söhbətin ikinci hissəsini təqdim edirik.

- Rövşən müəllim, İslam insanların fərqli inanaclara sahib olmasına necə baxır?

 Dində məcburiyyət yoxdur” (Bəqərə surəsi, 2/265) ayəsinin nazil olması ilə əlaqəli iki rəvayət var. Mədinə müqaviləsinin şərtlərini pozan yəhudi qəbilələrindən biri Mədinədən çıxarılanda yəhudiliyi qəbul edən mədinəli gəncləri özləri ilə aparmışdılar. Ənsar isə uşaqların onlarla getməyini istəmirdi. Gənclərin Mədinədə qalıb, müsəlman olmalarını istəyirdilər. Bunun üzərinəDində məcburiyyət yoxdurayəsi nazil oldu.

İkinci rəvayət isə belədir: Husayn adlı bir mədinəlinin oğulları Suriyaya işləmək üçün getmişdilər. Aradan illər keçmişdi. Ataları onlar Mədinədən ayrılmadan öncə bütlərə sitayiş edirdi, yəni müşrik idi. Peyğəmbərimizin (s.ə.s) Mədinəyə hicrət etməsi ilə Mədinədə İslam nuru hər evə daxil olmuşdu. Husayn da İslamı qəbul etmişdi. Günlərin bir günü oğulları gəlib çıxdılar. Atası da onların məcburi müsəlman olmalarını istədi . Bunun üzərinə həmin ayə nazil oldu.

Ona görə İslam dini insanların İslamı məcburi qəbul etməyinə icazə vermir. Dinə inanmaq ona ürəkdən bağlanmaqdır. İslam dinində əsas olan zahiri görünüş deyil, insanın qəlbində iman nurunun şölə saçmasıdır. Zahirdə inanmış kimi görünüb, daxili aləmində onu qəbul etməyənlər münafiq adlanır. Bu isə insanları aldatmaqdır. Həmin şəxs insanları aldatsa da hər şeydən xəbərdar olan, ürəklərdən keçənləri belə bilən Allahı necə aldada bilər?

Tarix boyunca müsəlmanların yaşadığı coğrafiyada, eləcə Azərbaycanda digər din mənsubları millətlər yaşamış, öz kimliklərini qoruyub saxlamışlar. Bu gün dünya mədəniyyətinin ən zəngin tarixi qalıqları müsəlmanların yaşadığı ərazilərdə yerləşir.

İbrahimi dinlərin qibləgahı hökmündə olan Qüds şəhərinə müsəlmanların hakim olduğu dövrlərdə bütün din mənsubları, müxtəlif cərəyan təriqətlətin təmsilçiləri asanlıqla öz ibadətlərini yerinə yetirmişlər.

Peyğəmbərimiz, onu yanına çağıran xəstə yəhudi gəncin ziyarətinə getmiş, kəsdiyi qurban ətindən yəhudi qonşusuna pay vermiş, xristian əsilli təbibin Mədinədə müəyyən müddət qalaraq xəstələri müalicə etməsini istəmişdir. Hz. Ömər fəth olunan İraq torpaqlarının əsgərlər arasında qənimət kimi bölüşdürülməsinə icazə verməmişdir. Yerli xalq məcusi olduğu halda torpaqlara toxunmamağı əmr etmiş, sadəcə illik gəlirdən vergi tutulmuşdur. Hətta çox kasıb, ehtiyac sahibi olan məcusilərə dövlət xəzinəsindən ianə verilmişdir. Yerli əhalinin məhsul istehsalını artırmaq üçün ehtiyacları olan suvarma kanalları da inşa etdirmişdir. Sonralar müsəlmanların bu qədər adil haqpərəst olduğunu görən xalq müsəlmanlığı qəbul etmişdir. Ancaq bir qism insanlar köhnə dinlərində qalmışlar. Onlara da heç bir təzyiq göstərilməmişdir. Əməvi Abbasi xilafəti dövründə saray əyanları içərisində bir xeyli xristian əsilli əyanlar vardı.

- Son illərdə müsəlmanların adı terror, zorakılıq digər bu kimi xoşagəlməz hadisələrlə paralel çəkilir. Bunun əsas səbəbi nədir, kökləri haradan qaynaqlanır.

- Söhbətimizin əvvəlində qeyd etdiyim kimi, materialist fəlsəfənin süqutu ilə dünyada ideoloji bir dövr başlamışdır. Bu ehtiyacı tam qarşılayacaq vasitə İslam dinidir. Əfsuslar olsun ki, bugünkü müsəlmanların əksəriyyəti dinlərini doğru-dürüst bilmədiyindən zahirə ilişib qalır.  Üstəlik dövrün şərtlərini tələblərini düzgün qiymətləndirə bilmədiklərindən İslamın gətirdiyi sosial-ictimai prinsipləri yaşamaq bir yana, sosial-iqtisadi inkişafdan da geri qalırlar. Bu səbəbdən də İslamı lazımi qaydada təmsil edə bilmirlər.

 

İkinci olaraq cəhalətin ən təhlükəlisi dinin lazımınca öyrənilməməsidir. İnsan başqa sahələri bilməsə, bunu müxtəlif şəkillərlə aradan qaldırmaq olar. Ancaq din yönündən cahil olunca radikallığa meyl edir, qarşı tərəf də onun bu davranışından qorxduğu üçün dindən uzaqlaşır. Bunun nəticəsində də qütbləşmə yaranır. Bunun qarşısını ancaq dini maarifləndirmə ilə almaq mümkündür. Bu sahədə dini bilikləri yaxşı mənimsəmiş, bununla yanaşı dövrün şərtlərini yaxşı dəyərləndirən, hal və hərəkətləri ilə insanlar nümunə ola biləcək insanlara ehtiyac var.

Unutmamaq lazımdır ki, terrorun dini olmur. Müsəlman terrorist olmaz, terrorist müsəlman sayılmır. İslam sülh əmin-amanlıq dinidir. Bu gün kimsə öz fikirlərini İslam adından deyirsə, ona etibar etməmək lazımdır. Radikal qrupların tüğyan etdiyi yerlərə baxdıqda görürük ki, onlar özləri kimi düşünməyən hər kəsi düşmən sayırlar. Peyğəmbərimizin (s.ə.s) xətrini öz nəvəsi kimi istədiyi Üsamə ibn Zeyd (r.a) bir döyüşdə “la iləhə illəllahdeyən şəxsi öldürür. Bu xəbər Peyğəmbərimizə (s.ə.s) çatınca bunun səbəbini soruşur. O da: “Qorxduğu üçün belə dedi”- deyə cavab verir. Peyğəmbərimiz (s.ə.s) onaYarıb onun qəlbinə baxdınmı?!”- deyərək Zeydi qınayır. Bizim anlayışımıza görə, iman əməldən ayrıdır. Heç kimsə müsəlman olduğunu ifadə etdikdən sonra əməllərindəki əskikliklərə görə dinsizliklə ittiham edilə bilməz.

- Hazırda respublikamızdakı dini tolerantlıq mühitini necə qiymətləndirirsiniz?- Azərbaycan coğrafi mövqeyinə görə fərqli mədəniyyətlərin qovuşduğu bir ölkədir. Dini anlayışı, milli etnik mənsubiyyəti fərqli olsa da tarix boyunca bütün xalqlar ölkəmizdə birlikdə, dostyana yaşamışlar. Ölkəmizdə müxtəlif dinlərin nümayəndələri var.  Şübhəsiz ki, Azərbaycandakı ictimai sabitlik vətəndaş həmrəyliyi dini tolerantlıqla bağlı uğurlu siyasətin məntiqi nəticəsidir. Müstəqillik illərində ölkə rəhbərliyinin xüsusi qayğısı ilə məscidlərlə yanaşı, kilsə sinaqoqlar da təmir edilmişdir. Ölkə əhalisinin əsas tərkib hissəsi müsəlman olsa da, müxtəlif dini etnik mənsubiyyəti olan hər bir ölkə vətəndaşı dövlət özəl sektorda rahatlıqla işləyə bilir, kimsə ona dini etnik kimliyinə görə təzyiq göstərmir. Dövlət səviyyəsində keçirilən bütün mötəbər tədbirlərdə müxtəlif dini qrupların mənsubları iştirak edirlər.

Həmçinin tolerantlıq nümunəsi kimi bunu da qeyd edə bilərik. Ermənilərin işğal etdiyi ərazilərdə maddi mədəniyyət abidələrimiz olan məscidləri dağıtmasına baxmayaraq, Bakıdakı erməni kilsəsinə toxunulmamışdır.

Qloballaşma nəticəsində bizim qərb mədəniyyətinin elm texnika, sosial inkişaf s. sahələrdə əldə etdiyi uğurlardan faydalanmağımız qaçılmazdır. Ancaq Qərb mədəniyyəti yaxın uzaq Şərq ölkələrinin dini dözümlülük, tolerantlıq, birlikdə yaşamaq təcrübəsi kimi milli xarakteri halına gəlmiş dəyərləri nümunə götürməlidir. 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Səməd Məlikzadə .

Səməd Malikzadə

Zaman.- 2015.- 14 noyabr.- S. 13