Axundların Azərbaycanın XX əsr ictimai həyatında rolu

Adətənaxund”, “molladediyimizdə ağlımıza ilk gələn xurafat, xalqı, milləti elmdən, təhsildən uzaqlaşdıran adamlar gəlir. Əgər bəhs etdiyimiz dövr XX əsrin əvvələridirsə, onda bu düşüncələr daha da qüvvətlənir. Bu cür fikirlərin subyektiv səbəbləri olsa da Azərbaycan tarixində elm, mədəniyyət sahələrində fəaliyyət göstərmiş, xalqın savadlanması üçün əlindən gələni etmiş, bütün qüvvəsini ortaya qoymuş din xadimləri olmuşdur.

Axund Mirzə Axundzadə, Axund Mir Məmməd Kərim Mircəfərzadə, Axund Molla Ruhulla Axundov tərəqqipərvər, xalqın inkişafı üçün çalışmış dün xadimləridir. Bu din xadimlərinin üçü şərq ölkələrində təhsil almış Bakının məscidlərində axundluq etmişdilər.

Axund Mirzə Axundzadə təhsilini Mədinədə almışdı ərəb dilini mükəmməl dərəcədə bilirdi. Axund elmin, mədəniyyətin, inkişafın dostu mövhumatın, dini fanatizmin cahilliyin düşməni idi. Axund zəncir vurmaq, şaxsey-vaxsey, şəbeh çıxarmaq kimi dinə aid olmayan ayinlərə qarşı çıxır, əsərlərində qəzetlərdə yazdığı məqalələrində hayqıraraq car çəkirdi. Axundun bu hərəkətləri gələcəyini xalqın cahilliyində, onun şüursuzluğunda görən qara mollaların ona qarşı fəaliyyət göstərməsinə səbəb olmuşdu. Axund öz qızını H. Z. Tağıyevin açdığı qızlar məktəbinə qoymuşdu. Bu hərəkəti maarifpərvərlər tərəfindən alqışlandığı kimi, qara mollaları daha da qızışdırmışdı. Həyatı dəfələrlə təhlükə qarşısında qalan axund Mərdəkandakı evində gizlənirdi. AxundunHəyatqəzetində dərc olunuşBizə hansı elmlər lazımdıradlı məqaləsi böyük qalmaqala səbəb olmuşdur. Axund məqaləsində insanın daxili paklığının daha önəmli olduğunu irəli sürür, bundan sonra digər elmlərin faydalı olacağını iddia edirdi.

Ömər Faiq Nemanzadə, Molla Nəsrəddinçilər axundun fikirlərinə qarşı çıxsalar da Əli bəy Hüseyinzadə məsələyə fərqli yanaşırdı. Əli bəy Axundzadənin fikirlərini dəstəkləyir, insanın daxili paklığının önəmini vurğulayırdı. Əli bəy Hüseyinzadə ən sonda fikrini belə əsaslandırırdı: “ haqq din elmdən qorxar, elm dinə düşməndir. İxtilaf bunların arasında deyildir”.

H. Z. Tağıyev Axundzadəyə xüsusi hörmət bəsləyirdi. Onun qara mollalardan fərqli olaraq xalqın övladlarının elm alması uğrunda mübarizəsi milyonçunun nəzərindən qaçmamışdır. Tağıyev ölərkən Axundzadənin məzarının ayaq tərəfində dəfn edilməsini vəsiyyət etmiş, öldükdən sonra axundun məzarının ayaq tərəfində dəfn edilmişdi.

Bakının ikinci üləması Axund Mir Məmməd Kərim idi. 17 yaşında Bağdada təhsil almağa gedir. Bakıya qayıtdıqdan sonra İçəri şəhərdə Şah məscidində axundluq edir. Axund Mir Məmməd Kərim eyni zamanda Bakının vilayət qazısı idi. Qurani-Kərimin üç cild, hər cildi min səhifəyə yaxın olmaqla təfsirini yazmışdı kitab H. Z. Tağıyevin maddi dəstəyi ilə çap olunmuşdu. Kitabın ikinci cildi çapdan çıxdıqdan sonra din xadimlərinə qarşı məsafəli yanaşan Molla Nəsrəddinçilərlə axund arasında bəzi narazılıqlar yaranmışdı. Bunun səbəbi axundun tərcümə etdiyi hissələrin birində açıq-saçıqlıq olmuşdur. (Açıq-saçıqlıq dedikdə indiki şeylər ağlımıza gəlməməlidir. Çünki həmin dövrdə bu gün bizim üçün adi olan şeylər bəzən həddən artıq açıq-saçıq ola bilirdi.) Axund Mir Məmməd Kərim eyni zamanda bir çox qəzetlərdə yazı da yazırdı. Məqalələrində cahilliyi, elmsizliyi, dini fanatizmi tənqid edir dindaşlarını elmə birliyə dəvət edirdi. 1910-1911-ci illərdə özlərini Nəcəf uşaqları adlandıran qardaşlar Bibiheybət məscidindən gələn gəlirləri şəxsi mənafeləri üçün xərcləyirdilər. Axund Mir Məmməd Kərim buna qarşı çıxaraq qardaşlardan şəhər bələdiyyəsinə şikayət etsə heç bir faydası olmamışdı. Axund Mir Məmməd Kərim misirli yazıçı ZeydanınƏrmənusa”, “Üzərayi Qüreyş”, “On Yeddi RamazanKərbəla Yanğısıkitablarını Azərbaycan dilinə tərcümə edir. Axund eyni zamanda 1913-cü ildə çap olunmuşSəlib müharibəsitarixi əsərinin müəllifidir. Axund 1938-ci ildə repressiya qurbanı olmuşdur.

Elmin yayılması, qadınların cəmiyyətdəki rolu uğrunda mübarizə aparan din xadimlərimizdən biri Axund Molla Ruhulla Axundovdur. Novxanıda anadan olan Molla Ruhulla təhsil almaq üçün Qəzvinə gedir. Geri qayıtdıqdan sonra əvvəlcə Novxanıda, sonra isə Bakıda Hacı İmaməli məscidində molla işləyir. Eyni zamanda rus-müsəlman məktəbində şəriət dərsləri verir. Molla Ruhulla din pərdəsi altında xalqın dərisini soyan qara mollalarla həyatının sonuna qədər mübarizə aparmışdır. Köhnə dumanın binasında təşkil olunan mərasim zamanı: “Milləti bu hala salanlar dəxi biz olmuşuq. Bir para mollalar olubdurdemişdi. Molla RuhullaHəyat”, “Tərəqqi”, “İşıq”, “Günəş”, “Füyuzat”, “Dəbistanqəzetlərində Məmmədzadə imzası ilə məqalələr yazırdı.

GünəşqəzetindəAxundların xidmətiməqaləsində yazırdı:

-Qeyrət budurmu ki, xalqlar sənin torpağını arayıb faydalar götürsün, sənin çırağın ilə işıqlansın, amma sən zülmətdə otur, acından öl? Bunun axırı nədir? Dinə zəəf (zərər) gəlir, dünyaya da. Quru dindarlıq fayda verməz, para (pul) gətirməz. Parasız da getməz. Şəhərlərdə məscidlər dolusu fəqirlər quru dindarlıq edənlərdir. Bu gün bu fəqirliyin bəlasından bütün məmaliki-islamiyyə fəlakətə düşmüşdür.”

İrşadqəzetinin 134-cü sayındaHalımıza dairadlı yazısında fikrini davam etdirərək yazırdı:

-”Hamıya məlumdur ki, qədər maarifin çıraqları sönübsə, cəhalət çoxalır; cəhalət çoxalırsa, səfil millət o qədər zillət zəlalətə səbəb olur. Bu dünyada bundan daha alçaq, dəni (bənzəri) insan bulunarmı ki, əbnay növünü deyil, öz qardaşını, övladını bu səfalətdə, cəhalətdə mülahizə edib, mükatib qapılarını mıxladıb, maarif məşəllərini torpaqlasın, fəqir bipəristar millətin halı günbəgün pərişanlığa üz qoymasına bais olsun? Qeyrət qardaşlar, qeyrət! Allah eşqinə, bir az qeyrət! O səfalı pak yaradılmış qəlbinizi alçaq dəni qərəzlərlə məşğul edib, binəva millətin yetim balalarını cəhalət oduna yaxmayın.”

Bakıda qara mollalara, bir işə yaramayan qoçulara qarşı mübarizəsi onun həyatı bahasına başa gəlmişdi. Molla Ruhulla namaz üstə ikən novxanılı qoçu Məşədi Hacıoğlunun adamları tərəfindən öldürülmüşdür.

 

Molla Ruhullanın öldürülməsi cəmiyyətdə ciddi səs-küyə narazılığa səbəb olmuşdu. Hüseyin MinasazovKaspi”qəzetində axundun öldürülməsi ilə əlaqəli yazırdı:

-Molla Ruhulla xeyirxahlıq həqiqətin dönməz cəsur müdafiəçisi idi. Ruhani ata, publisist müəllim idi...

Məmməd Əmin Rəsulzadə isə Molla Ruhulla haqqında belə yazırdı:

-Zənn etmə ki, sənin maarif yolunda etdiklərinin həpsi (hamısı) əfsanədir. Xeyr, olmaz. Sənin hər bir kəlimələrinin ədədincə millət balaları söylədiyin o rahi-həqiqəti (həqiqət yolunu) tutacaq, istiqbalda sənin üçün qanlı yaşlar tökərək ruhunu şad etməyə çalışacaqlar.

Ruhanilərə, din xadimlərinə qarşı hər zaman amansız olanMolla Nəsrəddinjurnalı Molla Ruhullanın qətlə yetirilməsinə təəssüflənir yazırdı:

-Gərək güman olunmayaydı ki, yer üzündə elə bir alçaq adam tapıla bilər ki, 55 yaşında möhtərəm bir alimi namaz üstə qətlə yetirməyi rəva bilə. Bəli, tapıldı belə bir adam axund  Ruhullanı güllə ilə öldürdü. Ruznamələrdə (qəzetlərdə) axundun xalq üçün qədər çalışdığını oxuyub nəhayət dərəcədə qəmgin olduq.

Ə.Haqverdiyev isə bu faciəni belə dəyərləndirirdi:

Hacı Molla Ruhulla bir nur idi ki, zülmət içində bizim əlimizə düşmüşdü. Heyf, səd heyf ki, o nuru biz saxlaya bilmədik, o nur əlimizdən getdi.”

Abdulla Şaiq isə axundun qətlinə şeiri ilə fəryad edirdi:

O şanlı namınız aləmdə ölməyib, qalacaq,

O qatilin adı lənətlər ilə yad ediləcək.

Son olaraq demək istəyirəm ki, indi xalqımız əvvəlki cəhalət bataqlığından, şükr olsun ki, xilas ola bilib. Amma təəssüflər olsun ki, başqa bir bataqlığın içində çabalayırıq.  Muradımız budur ki, əli qələm, dili söz tutan vətən övladları haqqı və həqiqəti hər tərəfə çatdıracaqlar. Həqiqi maarifelmi bizlərə və gələcək nəsillərə töhfə edəcəklər.

 

Qasimov Vüsal

Zaman.- 2015.- 18 noyabr.- S.13