“Bu gün mədəniyyətlərarası dialoqa böyük ehtiyac var”
“Bizim ən böyük siyasi və
diplomatik uğrumuz
2011-ci ildə 155 ölkənin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilməyimiz olub. Bu da beynəlxalq
ictimaiyyət tərəfindən
qlobal arenada Azərbaycanın rolunun, uğurlu fəaliyyətinin
tanınması və
bizim nailiyyətlərimizə
hörmət, etimad və minnətdarlıq əlaməti idi. Beynəlxalq
ictimaiyyətin etibarlı
üzvü kimi Təhlükəsizlik Şurasında
sədrlik etdiyimiz iki il ərzində biz diqqəti
iki vacib məsələyə yönəltdik.
Bunlar beynəlxalq terrorizmə qarşı mübarizə
və mədəniyyətlərarası
dialoqdur. Əfsuslar olsun
ki, müstəqillik illərinin lap əvvəlindən
Azərbaycan erməni
təcavüzünün qurbanına
çevrilmişdir”.
Bildiyiniz kimi, ötən həftə Parisdə
UNESCO Baş Konfransının
38-ci sessiyasının Liderlər
Forumu keçirilib. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və xanımı, UNESCO-nun xoşməramlı
səfiri Mehriban Əliyeva forumda iştirak ediblər.
Forumda çıxış
edən Prezident İlham Əliyev bütün dünyaya sülh və tolerantlıq mesajları verib. Dövlət başçısı
İslam dininin terrorla əlaqələndirilməsinin
qəbuledilməz olduğunu
vurğulayıb: “Əvvəlcə,
noyabrın 13-də Parisdə
baş vermiş dəhşətli terror hadisəsi
ilə bağlı Azərbaycan xalqı adından Fransa xalqına dərin hüznlə başsağlığı
vermək istəyirəm.
Azərbaycan xalqı Fransa
xalqının kədərini
bölüşür və
Fransa Respublikasının
tarixində bu faciəli məqamda Fransa xalqı ilə çiyin-çiyinə
dayanır. Bu dəhşətli terror hadisəsi
bir daha göstərir ki, beynəlxalq ictimaiyyət bu bəla ilə
mübarizə aparmaq üçün səylərini
birləşdirməlidir. Dünyanın heç bir
ölkəsinə bu cür hücumlara məruz qalmayacağı barədə yüz faiz zəmanət verilə bilməz. Buna görə də
beynəlxalq ictimaiyyətin
birgə səyləri
bizə bu bəla ilə mübarizə aparmağa kömək edə bilər. Keçmişdə çoxsaylı terror hadisələrinin qurbanı
olmuş bir ölkə kimi Azərbaycan terrorizmə qarşı mübarizədə
öz rolunu oynayır və bu rol beynəlxalq
ictimaiyyət tərəfindən
qiymətləndirilir”.
Dövlət başçısı qeyd edib ki,
Azərbaycan UNESCO-nun fəal
üzvüdür: “23 ildən
artıqdır, demək
olar ki, müstəqilliyini bərpa
etdikdən dərhal sonra, Azərbaycan UNESCO-nun
üzvü olmuşdur
və bəşəri
dəyərlərin təşviqində
öz rolunu oynamaqdadır. Azərbaycan, demək olar
ki, UNESCO-nun bütün
konvensiyalarını və
digər hüquqi aktlarını imzalamış
və ratifikasiya etmişdir. 2003-cü ildə Azərbaycan ilə UNESCO arasında mədəniyyət, elm, təhsil
və kommunikasiya sahələrində əməkdaşlıq
üzrə Çərçivə
Sazişi imzalanmışdır.
Bu da Azərbaycana
UNESCO donorlarından birinə
çevrilmək imkanı
vermişdir. Bu, ən zəif inkişaf etmiş ölkələr qarşısında
bizim öhdəliyimizdir.
Müstəqillik dövrünün əvvəlində Azərbaycan
özü yoxsulluq, siyasi böhran, işğal və iqtisadi tənəzzüllə
üzləşmişdi və
o zaman biz beynəlxalq
yardım alırdıq.
İndi isə bu yaxşılığın
əvəzini ödəmək
və dünyanın inkişaf məramına töhfə vermək növbəsi bizimdir.
Tamamilə əminəm ki,
UNESCO-nun təhsil, mədəniyyət
və əlbəttə,
elm kimi fəaliyyət
sahələri bəşəriyyətin
inkişafı üçün
əsas istiqamətlərdir.
Bu sahələrin inkişafı dünyamızı
daha da təhlükəsiz
edəcək”.
İlham
Əliyev bildirib ki, bu gün
Azərbaycan beynəlxalq
arenada etibarlı tərəfdaş və təmsil olunduğu təşkilatların fəal
üzvüdür: “Bizim
ən böyük siyasi və diplomatik uğrumuz 2011-ci ildə 155 ölkənin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilməyimiz olub. Bu da beynəlxalq
ictimaiyyət tərəfindən
qlobal arenada Azərbaycanın rolunun, uğurlu fəaliyyətinin
tanınması və
bizim nailiyyətlərimizə
hörmət, etimad və minnətdarlıq əlaməti idi. Beynəlxalq ictimaiyyətin
etibarlı üzvü
kimi Təhlükəsizlik
Şurasında sədrlik
etdiyimiz iki il ərzində
biz diqqəti iki vacib məsələyə
yönəltdik. Bunlar beynəlxalq
terrorizmə qarşı
mübarizə və mədəniyyətlərarası dialoqdur. Əfsuslar olsun ki, müstəqillik illərinin
lap əvvəlindən Azərbaycan
erməni təcavüzünün
qurbanına çevrilmişdir”.
Dövlət başçısı qeyd edib ki,
Azərbaycanın beynəlxalq
səviyyədə tanınan
ərazilərinin Ermənistan
tərəfindən işğalı
bu günə kimi davam edir:
“Ermənistan tərəfindən
yürüdülən etnik
təmizləmə siyasəti
nəticəsində bir
milyondan artıq azərbaycanlı qaçqın
və məcburi köçkün vəziyyətinə
düşmüşdür. 250 min azərbaycanlı Ermənistandan deportasiya olunmuş və etnik təmizləməyə
məruz qalmışdır,
750 min nəfər isə
öz ölkəmizdə
məcburi köçkünə
çevrilmişdir. Biz
humanitar fəlakətlə
üzləşmişdik. Biz o zaman iqtisadi
cəhətdən o qədər
də inkişaf etməmişdik, çox kasib ölkə idik. Bu gün
televiziyada Avropanın
üzləşdiyi miqrasiya
böhranı ilə bağlı reportajları
izləyərkən əlbəttə
ki, biz evlərini tərk etmək məcburiyyətində qalan
insanların ağrısını
başa düşürük.
Eyni zamanda biz bu prosesin Avropada yaşayanlar üçün
çətinliklər törətdiyini
də anlayırıq.
Lakin eyni zamanda 1992-ci,
1993-cü illəri xatırlayırıq.
Bu illər ərzində
biz Azərbaycanda bir milyona yaxın insanı yerləşdirməli
idik. O vaxtlar Azərbaycanın əhalisi
təxminən səkkiz
milyondan bir az artıq
idi. Beləliklə, bu, dünya
miqyasında adambaşına
düşən qaçqın
və məcburi köçkünlərin sayının
ən yüksək göstəricisi idi.
Qaçqın və məcburi
köçkünlərin cəmiyyətimizə
inteqrasiyası üçün
əlimizdən gələni
etdik. Bu gün onlar ölkəmizin inkişafında
çox vacib rol oynayırlar”.
Dövlət başçısı əlavə edib ki, ermənilər bu ərazidə XIX əsrin ortalarında məskunlaşıblar: “Çar
Rusiyasının XX əsrin
əvvəllərinə təsadüf
edən xəritələrinə
baxsanız görəcəksiniz
ki, Ermənistanın bugünkü ərazisinin,
bütün şəhərlərinin
və kəndlərinin,
bütün toponimlərinin
mütləq əksəriyyətinin
adları öz mənşəyini Azərbaycan
dilindən götürüb.
Rusiya imperiyasının süqutundan
sonra 1918-ci ildə ilk
Azərbaycan Demokratik Respublikası yaradılmışdır.
Bu respublikanın qəbul etdiyi ilk qərarlardan biri Yerevanı Azərbaycandan Ermənistana vermək oldu. Ermənistanın bugünkü paytaxtı
XX əsrin əvvəlində
əhalisinin 80 faizini azərbaycanlılar təşkil
edən bizim tarixi İrəvan şəhərimizdir. Bu gün bu şəhər
tamamilə etnik təmizlənməyə məruz
qalıb. Beləliklə,
tarix və beynəlxalq hüquq bizim mövqeyimizi dəstəkləyir və
sizin də təsəvvür edə bildiyiniz kimi, bu məsələ Azərbaycan üçün,
Azərbaycanın hər
bir vətəndaşı
üçün bir nömrəli məsələdir”.
Prezident
vurğulayıb ki, İslamı terrorizmlə
əlaqələndirmək tamamilə qəbuledilməzdir:
“Mən müsəlman
ölkəsini, erməni
terrorizmindən, işğalından,
tarixi abidələrinin
məhv edilməsindən
əziyyət çəkən
bir ölkəni təmsil edirəm. Əlbəttə ki, biz torpaqlarımıza
qayıdacağıq, şəhərlərimizi
bərpa edəcəyik,
orada yeni məktəb və xəstəxanalar inşa edəcəyik, lakin tarixi abidələrimizi bərpa edə bilməyəcəyik. Ermənilər
bizim tarixi irsimizi məhv ediblər, lakin onlar bizim iradəmizi,
evlərinə geri qayıtmaq istəyən qaçqın və məcburi köçkünlərin,
Bakıda və Azərbaycanın digər
şəhərlərində dünyaya gələn, öz tarixi torpaqlarını heç
vaxt görməyən,
lakin doğma torpaqlarına qayıtmaq üçün qəlbində
böyük iradə ilə yaşayan insanların nəvə və nəticələrinin
iradəsini məhv edə bilməzlər. Onlar geri qayıdacaqlar!
Biz Azərbaycanın ərazi bütövlüyünü
bərpa etmək üçün hər şeyi edəcəyik.
Bir daha qeyd etmək
istəyirəm ki, beynəlxalq hüquq normaları Azərbaycanın
mövqeyini tamamilə
dəstəkləyir. Eyni zamanda Dağlıq Qarabağ Azərbaycanın
tarixi torpağıdır.
“Qarabağ” sözünün
mənşəyi Azərbaycana
məxsusdur. Bu, Qara
Bağ deməkdir, bunun erməni dilində heç bir mənası yoxdur”.davamı var
Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyəsi əsasında
səhifəni hazırladı:
Xəyalə Sadıqova
Xəyalə
Sadıqova
Zaman.- 2015.- 24 noyabr.-
S.13