Prezident İlham Əliyev: “Multikulturalizm
bizim adət-ənənəmizdir”
UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda
çıxış
edən Prezident
İlham
Əliyev Azərbaycanın sivilizasiyalararası
və mədəniyyətlərarası
dialoqda
çox fəal rol oynadığını vurğulayıb: “Biz mədəniyyətlərarası
dialoq mövzusunda keçirilən üç
forumda UNESCO-nun rəsmi tərəfdaşımız olmasından və
Azərbaycanın Şərq ilə Qərbin qovuşuğunda yerləşən, əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən,
lakin eyni zamanda dünyəvi cəmiyyəti və
hökuməti olan, Avropa Şurasının və İslam Əməkdaşlıq Təşkilatının üzvü olan bir ölkə kimi nadir rol oynamasından qürur hissi duyuruq. Biz bu çox əlverişli fürsətdən istifadə
edərək insanları,
sivilizasiyaları bir-birinə
daha da yaxınlaşdırmağa
çalışırıq. Biz 2008-ci ildə
İslam Əməkdaşlıq
Təşkilatına üzv
olan ölkələrin
mədəniyyət nazirlərinin
Avropa Şurasına üzv olan ölkələrin
mədəniyyət nazirlərinin
görüşündə iştirakını təmin
edən “Bakı prosesi” adlı forum təşəbbüsünü irəli sürdük. Bu, tərəfimizdən atılmış birinci addım idi. Sonra 2009-cu ildə biz əksini etdik. İslam ölkələrinin mədəniyyət nazirlərinin
görüşünə Avropa
Şurasına üzv
olan ölkələrin
mədəniyyət nazirlərini
dəvət etdik”.
Azərbaycan Prezidenti bildirib
ki, bu gün
mədəniyyətlərarası dialoqa heç zaman olmadığı qədər böyük ehtiyac var: “Bakı
prosesi” təşəbbüsünü
irəli sürəndə
dünyadakı vəziyyət
tamamilə fərqli idi. Bu gün
etimadsızlığın səviyyəsinin artdığını
görürük. Müvafiq tədbirlər
görməsək, dini
zəmində qarşıdurmaların
hamımız üçün
daha da böyük
problemlərə gətirib
çıxaracağını görürük. Lakin biz sülh
şəraitində yaşaya
bilərik və düşünürəm ki,
Azərbaycan kimi ölkələrin nümunələri
bunu əyani şəkildə göstərir.
Bizim ölkəmizdə bütün
dinlərin nümayəndələri
sülh və dostluq şəraitində
yaşayırlar. Hökumətimiz, dövlətimiz nəinki məscidlərin tikintisinə,
həmçinin kilsələrin,
pravoslav və katolik kilsələrinin, sinaqoqların yenidən qurulmasına və inşasına sərmayə
yatırır. Qafqaz regionunda
ən qədim kilsələrdən birinin
Azərbaycanda, qədim
Şəki şəhərinin
yaxınlığında yerləşməsindən
fərəhlənirik. Eyni zamanda, 743-cü ildə tikilmiş ən qədim məscidlərdən
birinin Azərbaycanın
qədim Şamaxı
şəhərində yerləşməsindən
qürur hissi keçiririk. Azərbaycanda müxtəlif konfessiyaların
nümayəndələri dini
bayramları eyni masa arxasında qeyd edirlər. Buna görə də
multikulturalizm bizim üçün bu gün müzakirə olunan, sadəcə, işləyib-işləməməsindən, həyata keçirilib-keçirilməməsindən
asılı olmayaraq bir ideya deyil.
Multikulturalizm bizim adət-ənənəmizdir”.İlham Əliyev deyib ki, bu gün
multikulturalizm təkcə
ənənə deyil,
bu, dövlət siyasətidir və bizim həyat tərzimizdir: “Bu mümkündür,
çünki bizim bu sahədə topladığımız çox
vacib təcrübəmiz
var. Bunun bir nümunəsi bu il Azərbaycanın
ilk Avropa Oyunlarına ev sahibliyi etməsidir.
Çox
qəribədir ki, Avropadan başqa, bütün qitələrin
öz oyunları var idi. Olimpiya Oyunlarının ana vətəni qədim Yunanıstan olmuşdur, sonra Baron de Kuberten Oyunları burada - Fransada bərpa etmişdir. Lakin Avropanın heç
zaman özünəməxsus
Oyunları olmamışdı.
Beləliklə, Avropa
Olimpiya Komitəsinin müsəlman ölkəsində
Avropa Oyunlarının
bərpası ilə əlaqədar müdrik qərarı multikulturalizm
və tolerantlıq ideyalarının hamımız
üçün əhəmiyyət
kəsb etdiyini nümayiş etdirir.Oyunlar
uğurla keçirilmişdir
və Avropanın 50 Olimpiya Komitəsini təmsil edən 6 mindən çox atlet Oyunlarda iştirak etmişdir. Biz
2017-ci ildə İslam
Həmrəylik Oyunlarına
ev sahibliyi
edəcəyik. Ola bilsin ki, uzun
illər ərzində
Azərbaycan və Bakı bu iki
yarışın bir məkanda keçiriləcəyi
yeganə yer olaraq qalacaqdır. Biz qarşılıqlı anlaşmaya töhfə verməyi davam etdirəcəyik, çünki
multikulturalizm qarşılıqlı
anlaşmaya, qarşılıqlı
hörmətə əsaslanır.
Siz digər
dinlərə öz dininizə rəğbət
bəslədiyiniz kimi
hörmət etməlisiniz. Siz qonşunuzdan
milliyyətini, kilsədə,
sinaqoqda və ya məsciddə ibadət etməsini soruşmadan onunla yanaşı yaşamalısınız.
Yalnız bu halda biz potensial riskləri azalda bilərik. Biz artan gərginlikləri
aradan qaldıra bilərik. Əfsuslar olsun ki, dünyada vəziyyət bizim istədiyimiz istiqamətə doğru dəyişmir. Biz səylərimizi birləşdirməliyik.
Biz Azərbaycanda qitələri, sivilizasiyaları
bir araya gətirmək üçün
üzərimizə düşən
vəzifəni yerinə
yetiririk. Konfransın
sədrinin qeyd etdiyi kimi, gələn
il biz xüsusilə
multikulturalizm, dini və etnik tolerantlıq
məsələlərinin müzakirəsini
nəzərdə tutan
BMT-nin Sivilizasiyaların
Alyansının qlobal
forumuna ev sahibliyi edəcəyik. Bu məsələdə
UNESCO-nun nadir rolunu vurğulamaq
istəyirəm. Biz
UNESCO-nun fəaliyyətini və
baş direktoru xanım İrina Bokovanın güclü rəhbərliyini dəstəkləyirik.
Azərbaycan UNESCO-ya şərəfli
fəaliyyətində dəstək
olmaq üçün
əlindən gələni
edəcəkdir. Bir daha sizi salamlamaq, sizə hörmətimi ifadə etmək və UNESCO-nun 70-ci ildönümü
münasibətilə sizi
təbrik etmək istəyirəm. Çox
sağ olun”.Daha
sonra Fransa Prezidenti Fransua Olland çıxış
etdi. O, Parisdə törədilən son terror aktlarından
bəhs etdi, Fransanın terrorçulara
sərt cavab verəcəyini bildirdi. Fransa Prezidenti terrorizmin bəşəri dəyərlərə
böyük təhdid
olduğunu qeyd etdi.Prezident Fransua Olland terror hadisələri
ilə bağlı bütün dünyada Fransa xalqına göstərilən həmrəylikdən
də danışdı.
O vurğuladı ki, Parisdə terror aktlarını
törədənlər qatillərdir
və onlar heç bir sivilizasiyaya aid deyillər.Fransa
dövlətinin başçısı
bəşəri dəyərlərin
qorunmasında UNESCO-nun mühüm
rol oynadığını
bildirdi, təşkilatın
Əfqanıstanda, Malidə
və digər ölkələrdə dağıdılmış
abidələri bərpa
etdiyini vurğuladı.
Fransa Prezidenti UNESCO-nun
mədəni dəyərlərin
qorunması ilə bağlı çoxlu layihələr həyata keçirdiyini də diqqətə çatdırdı.Forumdan
sonra Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva UNESCO-nun baş direktoru İrina Bokova ilə görüşdülər.Görüşdə
Azərbaycan ilə
UNESCO arasında uzun illər səmərəli
uğurlu əməkdaşlığın
həyata keçirildiyi
vurğulandı. Azərbaycan Prezidenti
İlham Əliyevin və xanımı,
UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın UNESCO Baş
Konfransının 38-ci sessiyasının
Liderlər Forumunda iştirakı əməkdaşlığımızın
yaxşı göstəricisi
kimi dəyərləndirildi.
Prezident İlham Əliyevin bu tədbirdə çıxışının önəmi qeyd edildi.Söhbət zamanı
Azərbaycanın UNESCO-nun fəaliyyətində
rolu, bu təşkilatın işinə
verdiyi töhfə yüksək qiymətləndirildi.
Həmçinin Azərbaycanda multikulturalizmin
inkişafı, ölkəmizin
mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə
verdiyi töhfələr
diqqətə çatdırıldı.
UNESCO-nun xətti ilə Azərbaycanda mühüm beynəlxalq tədbirlərin keçirilməsinin
əhəmiyyəti qeyd
edildi.Görüşdə əməkdaşlığımızın bundan sonra da
genişləndirilməsinə əminlik ifadə olundu və bu əməkdaşlığın
perspektivləri ətrafında
fikir mübadiləsi aparıldı.
Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyəsi əsasında
səhifəni hazırladı:
Xəyalə Sadıqova
Zaman.- 2015.- 25 noyabr.-
S.- 13