Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir

Çox ölkə və xalqlardan fərqli olaraq ölkəmizdə yaşayan digər xalqların nümayəndələrinə yaxşı münasibət bəslənib. Cəmiyyətimizdə əsrlər boyu mövcud olan tolerantlıq, müxtəlif xalqların konfessiyaların nümayəndələrinə hörmətlə yanaşılması cəmiyyətin multikultural xarakteri Heydər Əliyevin dövlətçilik dühası, onun siyasi bəsirəti uzaqgörənliyi nəticəsində siyasi hüquqi prinsiplər cərgəsinə yüksəldilib. Qeyd etməyə dəyər ki, dünyanın çox ölkələri dini millətçilik problemləri ilə qarşılaşdığı zaman Azərbaycanın uğurlu multikulturalizm modeli ölkədə hökm sürən tolerantlıq mühiti konfessiyalararası əməkdaşlıq dünyanın dini liderləri, məşhur siyasi xadimləri, ədəbiyyat incəsənət xadimləri tərəfindən dəfələrlə qeyd edilib. Tolerantlıq təkcə dini nöqteyi-nəzərdən millətlərin bir-birinə olan münasibətləri deyil. Burada ictimai, siyasi, etnik münasibətlər əsas yerlərdən birini tutur. Amma Azərbaycan strateji mövqedə yerləşdiyindən, Şərqlə Qərb arasında körpü rolunu oynadığından ən qədim dövrlərdə müxtəlif  xalqların məskəninə çevrilib. Digər xalqlar istər təbii zənginliyinə, istərsə əlverişli mövqeyinə yaxud da hərb yolu, ya da təbii axın vasitəsi ilə tarixən Azərbaycan ərazisinə gəliblər. Biz ən qədim dövrlərdən başlayaraq buna onlarla misal göstərə bilərik. Bir çox tayfalar düşməndən qorunmaq üçün Azərbaycana pənah gətirib, buranı özünə həmişəlik vətən seçiblər. uzun əsrlər boyu Azərbaycan ərazisində yurd-yuva, məskən salıb yaşayıblar. Xalqımız həmişə öz ocağının közündən qonşunun ocağına od verib. Xeyrində, şərində iştirak edib. Elə bir misal çəkmək olar ki, öz torpaqlarımızdan yaşamaq üçün yer verdiyimiz, suyumuzdan içib, çörəyimizdən yeyən erməni milləti bu yaxşılığın qarşısında nankor çıxdılar. Onlar Azərbaycanda istədikləri  kimi yaşadılar, amma öz murdar əməllərindən əl çəkməyərək  torpaqlarımıza göz dikdilər. Daha uzun illərdən sonra anladılar ki, səhv görüblər. Bu gün erməni xalqı Azərbaycan xülyası ilə yaşayırlar, azərbaycanlıların qonaqpərvərliyi, insanlığı üçün burunlarının ucu göynəyir. Hətta ara-sıra qaçıb gələnləri olur. Bizim xalqımız onlara  yenə öz qonaqpərvərliyini, insanlığını göstərir. Baxmayaraq ki, ermənilərin törətdikləri vəhşiliklər bütün dünyaya bəyandır. Azərbaycanın bölgələrində yaşayan qeyri-millətlərin bu gün məzarlıqları qorunub saxlanılır. Azərbaycanın Yevlax rayonunun Yədilli kəndi qədim kəndlərdən biridir. Bu kəndin qəbiristanlığı tarixi abidələrlə zəngindir. Həm qəbiristanlıq, həm muzey kimi tanınan Yədilli kənd qəbirstanlığı 1968-ci ildə Yevlaxın tanınmış ziyalısı, xeyirsevər inkanlı şəxsi İlyas Daşdəmirov tərəfindən salınıb. 1969-cu ildə isə onun təşəbbüsü ilə qəbirstanlığın içərisində muzeyin tikintisi həyata keçirilib. Bu muzey sovet dövründən tikildiyindən burada həm qədim Azərbaycan tarixi, həm sovet sosialist dövrünə aid nümunələr öz əksini tapıb. Bundan əlavə, bu qəbiristanlıq keçmişdən beynəlmiləl qəbiristanlıq kimi tanınıb. Burada nəinki yerli insanların, rusların, başqa  millətlərin qəbirləri var. Qəbiristanlıqda 2 tarixi tikili var. Biri 1941-1945-ci illərə aid kompleks, digəri isə tarixi muzeydir. Muzeyin giriş hissəsində İlyas Daşdəmirovun Azərbaycanda ilk uşaq evinin müdiri Bahar Ağalarovanın büstü var.

 

Buranı ziyarət  edənlər həm Azərbaycanın tarixi dövrlərinin tanınmış ziyalılarının həyatı ilə tanış olur, həm 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində iştirak etmiş Azərbaycan döyüşçüləri  haqda məlumatlar əldə edirlər. Burada Yədilli kəndi ərazisində yaşamış keçmiş insanın sümükləri, keçmiş müharibə iştirakçılarına aid geyimlər, tarixi sənədlər var. Həmin döyüş gedən yerlərdən gətirilmiş torpaqlar saxlanılır. Muzey başdan-başa divarlara çəkilmiş rəsm əsərləri ilə zəngindir. Bura baş çəkənlər təəssüratlarını xatirə dəftərinə  yazırlar. Qəbiristanlığa ətraf rayonlardan başqa, paytaxt Bakıdan da gələnlər çoxdur. Yədilli kənd ağsaqqalı  Səttar Pənahlı bizimlə söhbət edərkən vurğulayıb ki, məzar üstünə gələn insanlar muzeyə baxmamış getmirlər. Səttar Pənahlı onu da bildirdi ki, muzeyin burada olması bir mənada qəm edənlərin qəmlərinin unutmasına səbəbdir. Hətta bu qəbiristanlıqda nəməlum şəhidlərin olduğunu vurğulayan müsahib onu da dedi ki, burada Azərbaycan şairlərinin, yazıçılarının kitabları da saxlanılır. Gələnlərin daha çox diqqətini akvariumda saxlanılan torpaq nümunələri çəkir. Akvariumların üstündə torpaqların haradan gətirildiyi yerlərin adları yazılıb. Muzeyə gələn insanlar rəy kitabına da öz ürək sözlərini yazırlar. Bu da bizim xalqımızın bir tolerantlıq nümunəsidir. Bu günə qədər nəsillərdən nəsillərə qorunub saxlanılan bu tarixi abidələrimiz hələ bizdən sonra gələn nəslə ötürüləcək. Azərbaycana gələn turistlər belə qədim yerlərlə daha çox maraqlanırlar. Bu il Yevlax rayonuna gələn turistlər bu yerləri ziyarət ediblər. Muzeydə nadir ədəbiyyatlar da toplanıb. Yevlaxın şəhid oğulları barədə hazırlanan bir kitab var   o da bu muzeydə saxlanılır. Səttar müəllim onu da bildirdi ki, bu xeyirxah insan haqqında mən bir kitab yazmışam kitab hazır olduqdan sonra o kitabı da bu muzeyə verəcəm.

 

Bu gün Azərbaycan multikulturalizm siyasəti bu sahədəki uğurları ilə dünyanın bir çox ölkələrinə, o cümlədən tarixən zəngin təcrübəsi ilə tanınan Qərb ölkələrinə nümunədir. Qətiyyətlə demək olar ki, Azərbaycan multikulturalizmin siyasi banisi məhz bunu istəyirdi.

 

Ölkədə mədəniyyətlərarası əlaqələrin möhkəmləndirilməsində, dünya ictimaiyyətinin Azərbaycanda bərqərar olmuş tolerantlıq, multikulturalizm mühiti ilə tanış olmasında Heydər Əliyev Fondunun, onun prezidenti, Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı, UNESCO-nun ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xüsusi rolu var. Fondun həyata keçirdiyiQloballaşma şəraitində mədəniyyətlərin rolu”, “Mədəniyyətlərarası dialoqda qadınların rolu”, “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamalayihələri, dünyanın ən böyük mədəniyyət mərkəzlərində keçirilənAzərbaycan - tolerantlıq məkanıfotosərgiləri bu xeyirxah məqsədlərə xidmət edir. Azərbaycan Prezidentinin sərəncamı ilə yaradılmış Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi müvafiq sahədə böyük işlər görür. Onu da qeyd edək ki, dahi Heydər Əliyev hesab edirdi ki, ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi , avar da, kürd , talış da, udin başqaları da bütövlükdə azərbaycanlıdırlar.

 

Bu gün hər bir azərbaycanlı fəxrlə deyə bilər ki, ölkəmiz  sürətli inkişafı ilə dünyanın diqqətini özünə cəlb edir. Dünyada böhranın hökm sürdüyü şəraitdə Azərbaycan iqtisadiyyatı yüksək sürətlə inkişaf edir. Ölkəmizə diplomatik səfərə gələn adamları da buradakı inkişafdan, insanların rifah halından məmnun olduqlarını bildirirlər. Onlar bildirirlər ki, Azərbaycanda digər xalqların nümayəndələri min illərdir ki, dinc şəraitdə yaşayır, işləyirlər. Bu isə Azərbaycanın mədəni zənginliyi ən böyük sərvətidir. Dini tolerantlığımız milli kimliyimizin ayrılmaz parçasıdır. Bu gün ölkəmizdə ayrı-ayrı etiqad inanclara malik etnoslar əmin-amanlıq şəraitində yaşayırlar. Bu dediklərimizdən aydın görmək olur ki, islam Dininin təsiri altında ölkəmizdə tarixən formalaşmış dini tolerantlıq dözümlülük Azərbaycan cəmiyyətini səciyyələndirən gözəl bir ənənəyə çevrilib. Biz azərbaycanlılar da fəxr edirik ki, bu gözəl məmləkətdə öz milli tolerantlığımızı nümayiş etdirir, ölkəmizin şan-şöhrətini bütün dünyaya bəyan edirik.

 

Zaman.- 2015.- 26 noyabr.- S.13