Biz öz çoxəsrlik təcrübəmizi
bu gün dünya ilə bölüşürük
Bəli, Azərbaycan tolerant dövlətdir,
ölkədə müxtəlif dini konvessiyalar fəaliyyət göstərir.
Hökumətimiz, dövlətimiz
nəinki məscidlərin
tikintisinə, həmçinin
kilsələrin, pravoslav
və katolik kilsələrinin, sinaqoqların
(ölkəmizdə məscidlərlə
yanaşı, 12 kilsənin
(o cümlədən alban)
və 6 sinaqoq fəaliyyət göstərir)
yenidən qurulmasına
və inşasına sərmayə qoyur. Ümummilli lider Heydər Əliyev milli azlıqların nümayəndələri
ilə keçirdiyi görüşlərinin birində
deyib: “Biz Azərbaycan
deyəndə onun sərvətini, onun gözəl təbiətini
nəzərdə tuturuq.
Lakin bütün bunlarla yanaşı, respublikanın
ən başlıca sərvəti əsrlərdən
bəri bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan, müxtəlif
millətlərdən olan,
müxtəlif dinlərə
etiqad edən adamlardır. Ölkə nə
qədər çox xalqı birləşdirsə,
bir o qədər də zəngin olar...”Bəli, ölkəmizdə, əgər
belə demək mümkünsə, oturuşmuş
dini ənənələr
və dini inanclar var. Bu mənada tolerantlıq bizim adət-ənənəmizdir. Bu isə Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın sözləri
ilə desək, tolerantlıq xalqımızın
tarixi təbii özəlliyidir.Artıq xeyli
vaxtdır ki, ölkəmiz bu sahədə əldə etdiyi təcrübəni bütün dünya ilə bölüşür.
Bu təcrübəni öyrənmək məqsədi
ilə ölkəmizə
üz tutanlar da kifayət qədərdir. Məsələn,
ABŞ-ın Kaliforniya
ştatında yerləşən
Sinay məbədinin üzvlərindən ibarət
50 nəfərlik heyət
30 oktyabr-4 noyabr tarixlərində
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
“Azərbaycan multikulturalizminə
səyahət” layihəsi
çərçivəsində ölkəmizdə səfərdə
olub. Bu səfər
təəssüratlarından söz açan nümayəndə heyətinin
rəhbəri - Sinay məbədinin böyük
ravvini Devid Volp vətəninə qayıtdıqdan sonra ölkəmizdə olması
ilə bağlı məqalə dərc etdirib. Məqaləsində özünü ən
demokratik hesab edən Avropa ölkələrində, habelə
ABŞ-da dindar yəhudinin sinaqoqa getməsinin heç də asan olmadığını
qeyd edən müəllif vurğulayıb
ki, Azərbaycan bu baxımdan çox xoşagələndir.
O yazıb: “Bir həftə əvvəl Yerusəlimdə keçirilən
görüşdə israilli
diplomat bizim qrupumuza dedi: “Mən başıma kipa qoyub İsveçin küçələrində gəzişmək
istəsəydim, bunu etməzdən əvvəl
fikirləşərdim. Lakin
Azərbaycanda sizə
heç kim
fikir verməyəcək”.
Mən bu fikrin dəqiqliyini
tamamilə təsdiq edə bilərəm.
Bir həftə ərzində
başımda kipa küçələri gəzdim,
hər yerdə insanlar mənə nəzakət və hörmətlə yanaşdılar.
Bu, dünyada çox
az rastlanan
qeyri-adi bir nailiyyətdir. Əhalisinin
90 faizini müsəlmanların
təşkil etməsinə
baxmayaraq, burada yaşayan yəhudilər özlərini rahat və hörmətli vətəndaşlar kimi
hiss edirlər. Bunu digər
dini azlıqlar haqqında da demək olar”. O, daha çox diqqəti çəkən
bir məqama da toxunub: “Biz Azərbaycanın görkəmli
şəxsləri ilə
eyni qəbiristanlıqda
dəfn edilmiş Azərbaycanın Milli Qəhrəmanı, yəhudi
xalqının nümayəndəsinin
məzarını da ziyarət etdik”.
Bu yerdə ümummilli lider Heydər Əliyevin: “Azərbaycan xalqı özlüyündə,
təbiətinə görə,
öz xarakterinə görə yüksək tolerantlıq hissinə malikdir. Azərbaycan əhalisinin çox
hissəsinin etiqad etdiyi müsəlman dinində, onun kökündə də tolerantlıq var” kəlamını xatırlamamaq
mümkün deyil.
Prezident İlham Əliyevin sözləri ilə desək,”...bizim birliyimiz reallıqdır.
Müstəqil Azərbaycanın ən böyük sərvətlərindən biri
də ondan ibarətdir ki, Azərbaycanda bütün
xalqların, bütün
dinlərin nümayəndələri
rahat, bir ailə kimi yaşayırlar, bütün
hüquqlardan istifadə
edirlər. Heç vaxt
Azərbaycan tarixində
dini, milli zəmində ayrı-seçkilik,
yaxud da qarşıdurma olmamışdır
və əminəm ki, olmayacaqdır”. Bu mənada multikulturalizm,
tolerantlıq sadə dillə desək, elə insanlıq deməkdir.
Multikulturalizmi fəaliyyət sferasının
əsas qayəsinə
çevirən mərkəzAzərbaycanın
tarixi daim müxtəlif xalqların,
mədəniyyətlərin və dinlərin vahid dəyərlər naminə birləşdiyinin
şahidi olub. Bu vahid dəyərlər azadlıq və firavanlıq, müstəqillik
və demokratik dəyərlərdən ibarətdir.
Dinlər arasında əmin-amanlığın
təmin edilməsi, çoxmədəniyyətliliyin inkişafı ölkəmizdə
demokratik dəyərlərin
tərəqqisinə yol
açan əsas amillərdəndir. Prezident İlham
Əliyevin məşhur
“Multikulturalizmə alternativ
yoxdur!” şüarı
müxtəlif mədəniyyətlərin
bərabər imkanlara
sahib olması ilə yanaşı, demokratik dəyərlərin inkişafının
labüdlüyünü özündə
birləşdirir. Bu gün müstəqil Azərbaycan öz siyasətini məhz bu möhkəm təməllər üzərində
qurur. Məhz bu səbəbdən də XXI əsrin Azərbaycanı bu münasibətlər sistemini
özündə cəmləşdirərək
müasir dünyanın
tolerantlıq simvollarından
birinə və digər cəmiyyətlər
üçün örnək
modelinə çevrilib.Milli
Məclisin deputatı,
Azərbaycan Mədəniyyətinin
Dostları Fondunun prezidenti, UNESCO və
İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi tədbirlərdə
də tolerantlıq həmişə ön plana çəkilib. Daha doğrusu, tolerantlıq məsələləri Heydər
Əliyev Fondunun fəaliyyətində başlıca
yer tutur. Daha doğrusu, bu mötəbər qurum fəaliyyəti ilə müxtəlif xalqlar arasında humanizm, həmrəylik və dözümlülük kimi
bəşəri dəyərlərin
bərqərar olmasına,
ölkəmizdə formalaşmış
gözəl ənənəyə
töhfələrini verməkdədir.
Uğurla həyata keçirilən “Tolerantlığın
ünvanı - Azərbaycan”
layihəsi çərçivəsində
o qədər işlər
görülüb ki...Bu
gün ölkəmizdə
tolerantlığın təbliğində
Heydər Əliyev Fondu ilə yanaşı, Prezident İlham Əliyev tərəfindən təşkil
olunmuş Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi də mühüm rol oynayır (Bəri başdan deyək ki, multikulturalizm tərcümədə çoxmədəniyyətlilik
deməkdir. Çoxmədəniyyətlilik dedikdə isə
ilk növbədə etnik,
irqi, dini və mədəni müxtəlifliklər, bu
müxtəlifliklərin əsasını
təşkil edən dəyərlər nəzərdə
tutulur. Multikulturalizm həm də
sosial ədalət, imkanların bərabərliyi,
demokratiya kimi anlayışların müzakirə
olunan terminlər sırasına daxildir).
Əsas məqsədi
tolerantlığın və
mədəni, dini, linqvistik müxtəlifliyin
qorunmasını təmin
etmək, habelə Azərbaycanı dünyada
multikulturalizm mərkəzi
kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək olan beynəlxalq mərkəzin məhz Bakı şəhərində
yaradılması bu sahədə həyata keçirilən dövlət
siyasətinin məntiqi
davamıdır. Bəli,
bu mərkəz də Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq etmək məqsədilə
dünyada təbliği
ilə bağlı bir sıra mühüm
işlər, o cümlədən
layihələr həyata
keçirir.Bəli, artıq
Azərbaycan multikulturalizminin
dünyaya nümunə
olduğunu hər addımda təqdim etmək bu qurumun
fəaliyyət sferasının
əsas qayəsinə
çevrilib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Bakı Slavyan Universiteti ilə birlikdə hazırladığı “Azərbaycan
multikulturalizmi” fənninin
(“Azərbaycan multikulturalizmi”
fənni əsrlər
boyu multikulturalizmin Azərbaycanda meydana gəlməsinin səbəblərini,
onun mahiyyətini, nəzəri-ideoloji, hüquqi-normativ
əsaslarını, üstünlüklərini,
müasir durumunu və inkişaf perspektivlərini öyrədir)
xarici ölkələrin
(Rusiya, Litva, Bolqarıstan, Gürcüstan,
Çexiya, İtaliya,
Belarus və sairə)
ali təhsil ocaqlarında (Ural Federal Universitetinin
Yekaterinburq filialında,
Litva Respublikasının
Edukologiya Universitetində,
Müqəddəs Kliment
Oxridski adına Sofia Universitetində, İvan Cavaxişvili adına
Tbilisi Dövlət Universitetində,
Praqa Karlov Universitetində, Roma Sapienza
Universitetidə, Belarus Dövlət
Universitetində) tədrisi
buna misaldır. Artıq adıçəkilən universitetlərdə
fənnin tədrisi başa çatıb.
Məhz bu fənn vasitəsilə
yüzlərlə tələbə
və mütəxəssis
Azərbaycan haqda faydalı biliklər alıb. Onu da qeyd edək ki, mərkəz
bu istiqamətdə fəaliyyətini davam etdirməkdədir. Belə
ki, builki tədris ilindən daha 4 xarici ölkə
universitetində - Portuqaliyanın
Lusofona Humanitar və Texnologiya Universitetində, Ukraynanın
Poltava İqtisadiyyat və
Ticarət Universitetində,
İsveçrənin Frayburq
Universitetində və
Türkiyənin Erciyez
Universitetində də
tədris olunur.
Qvami Məhəbbətoğlu
Zaman.- 2015.- 27 noyabr.-
S.- 5