“ISESCO mədəniyyətlər arasında körpü rolunu oynamalıdır”
Bakı şəhərində İSESCO İcraiyyə Şurasının iclası keçirilir. Iclas Quran ayəsinin oxunması ilə başlayıb.
Açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, İSESCOİcraiyyə Şurasının sədri Boubakar Doukore və İSESCO-nun baş direktoru Əbdüləziz Osman iştirak edib.
“ISESCO ilə Azərbaycan arasında sıx və məhsuldar əlaqələr təşəkkül tapıb. Biz indiyədək bir çox tədbiri birgə keçirmişik. Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi və köməyi ilə bu tədbirlər baş tutub”. Bunu Bakıda keçirilən ISESCO-nun
XII Baş Konfransı və İcraiyyə Şurasının iclasında ISESCO-nun baş direktoru Əbdüləziz Osman Tüveycri deyib. Onun sözlərinə görə, on ildə təmsil etdiyi beynəlxalq təşkilat müxtəlif mövzulu tədbirlər keçirib: “ISESCO-nun baş konfransınınbelə gözəl ölkədə keçirilməsi təşkilatla Azərbaycan arasında gözəl əməkdaşlığın göstəricisidir. Buna görə bir daha Azərbaycana təşəkkür edirik. Bizim mövqelərimiz güclənib və bundan sonra mövqelərimizi daha da gücləndirməliyik. İcraiyyəŞurasının iclası ilə yeni tədbir planının hazırlığına start verilir. Bununla bağlı büdcə məsələlərini də nəzərdən keçirəcəyik. Biz artıq yeni mərhələnin başlanğıcındayıq və mövqelərimizi gücləndiririk. Anlayırıq ki, vəzifələrimiz və məsuliyyətimizböyükdür. Biz İslam ümmətinə xidmət edərək təhsil məsələlərini gücləndirməli, elmi tədqiqatları genişləndirib inkişafa nail olmalıyıq”.
Baş direktoru müsəlman aləmində baş verən silahlı münaqişələrdən narahat olduğunu diqqətə çatdırıb: “Təşkilat olaraq, elmi-mədəni və təhsil imkanlarından məhrum olmuş müsəlman icmalarının qarşısına çıxmalıyıq və onlara imkanlarımızdanistifadə etməyə şərait yaratmalıyıq. Müsəlman qardaşlığının gücləndirilməsi vacibdir. Bunlar terrorçuluğun aradan qaldırılması üçün zəruridir. Qərb mətbuatında İslam sivilizasiyası haqqında verilən səhv məlumatların və yanlış təbliğatınqarşısını almalıyıq. Müsəlman təşkilatların səsi beynəlxalq aləmdə o qədər də eşidilmir. Təəssüf ki, bu belədir. Biz göstərməliyik ki, İslam dini sülh, savad, mədəniyyət və təhsil dinidir. Gələcəkdə medianın bu sahədə oynadığı rola diqqətetməliyik. ISESCO mədəniyyətlər arasında körpü rolunu oynamalıdır”.
“Bəzi müsəlmanların terror əməlləri dinlə əlaqələndirilə bilməz”
Ə. Osman əl Tüveycri İslamın cinayətkarların h?yata keçirdiyi terror aktlarına görə məsuliyyət daşımadığını qeyd edib. O bildirib ki, cinayətkarlıq heç bir dinlə və mədəniyyətlə əlaqəli deyil: “Bütün mədəniyyət və cəmiyyətlərdə cinayətkarlarvar. Biz buddistlərin buddizmə qarşı, xristianların xristianlara qarşı törətdiyi cinayətləri dinlə bağlaya bilmərik. Müəyyən müsəlmanların İslama qarşı terror aktları və cinayətləri də dinlə əlaqələndirilə bilməz. Bu, ədalətli, obyektiv deyil. İslamsülh, tolerantlıq və müxtəlifliklərə hörmət dinidir. Biz dünyaya bildirməliyik ki, bu cinayətlər İslam demək deyil. Parisdə baş verən terror aktlarını pisləyirik. Necə ki, Yəməndə, Suriyada, İraqda baş verən terror aktlarını da qınayırıq. Terrorterrordur və bunun dinlə heç bir əlaqəsi yoxdur”.
“İSESCO-nun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi həmişə aydın və birmənalı olub”
“İSESCO-nun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi həmişə aydın və birmənalı olub”. Bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İSESCO İcraiyyə Şurasının Bakıda keçirilən 36-cı sessiyasında deyib. O, üzvdövlətlərin bu məsələdə vahid mövqedən çıxış etdikləri üçün onlara Azərbaycan dövləti adından təşəkkür edib.
2006-cı ildən etibarən İSESCO xətti ilə Azərbaycanda çoxlu sayda və yüksək səviyyədə tədbirlər keçirildiyini diqqətə çatdıran nazir Bakı və Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar da minnətdarlığınıbildirib.
Ə. Qarayev qeyd edib ki, gələn ilin aprelində Bakıda BMT-nin Sivilizasiyalararası Alyansının 7-ci qlobal forumu keçiriləcək. O, İSESCO-nun forumda yüksək səviyyədə iştirak edəcəyini ümidvar olduğunu söyləyib.
Nazir qeyd edib ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın İSESCO-nun xoşməramlı səfiri elan olunması və fəaliyyəti Azərbaycan və İSESCO arasında mövcud əməkdaşlığın yüksək səviyyəsinin sübutudur: “Bakı prosesiçərçivəsində keçirilən silsilə tədbirlər artıq İslam dünyasının mədəni, elm, təhsil səviyyəsini dünya miqyasında sübut etməyə imkan verir”.
Ə. Qarayev 2017-ci ildə Bakıda keçirilməsi planlaşdırılan İslam Həmrəyliyi Oyunlarının İslam ümmətinin gələcəyi, sağlamlığı naminə mühüm tədbir olacağını vurğulayıb
Zaman.- 2015.- 23 noyabr.- S.3.