Azərbaycan regionda
gübrədən ən az istifadə edən
ölkədir
Azərbaycanda kiçik və ortamiqyaslı aqro-biznes müəssisələrinin inkişafına
yardım etmək və aqrar sığortanı
təşviq etmək
məqsədilə dünən
Bakıda “Azərbaycanda
kənd təsərrüfatı
sığortası mexanizmlərinin
təkmilləşdirilməsi” mövzusunda təlim başlayıb. İlk paneldə “Kənd
təsərrüfatı sektorunun
inkişafı və təkmilləşdirilməsində kənd təsərrüfatı
sığortasının əhəmiyyəti”
mövzusunda müzakirələr
aparılıb. İkinci paneldə
iştirakçılara kənd
təsərrüfatı sığortası
məhsullarının hazırlanması
metodologiyası üzrə
təlim keçirilib.Təlim
zamanı iştirakçılar
məlumat tələblərinin
icmalı, sığorta
məhsullarının növü,
strukturu və komponentləri, yenidən sığortalanma və aqro-sığorta sisteminin
inkişafı üçün
lazım olan digər əhəmiyyətli
aspektlər haqqında
məlumatlandırılacaq. IFC-nin (Beynəlxalq Maliyyə Korporasiyası) ekspertləri bu sistemin Ukraynada inkişaf etdirilməsi ilə bağlı öz praktik təcrübəsini bölüşüb.Qeyd
edək ki, görüş IFC-nin Avropa və Mərkəzi Asiya üzrə Aqro-maliyyə Layihəsi tərəfindən
yerli sığorta şirkətləri üçün
təlim təşkil
etmək məqsədilə
Azərbaycan Sığortaçıları
Assosiasiyası ilə
birlikdə keçirilir.Dünən
həmçinin “Azərbaycan
kənd təsərrüfatı
maliyyə aləti”
(AZAFF) adlı layihəsi
çərçivəsində “Azərbaycanda iqtisadi diversifikasiyanın sürətləndirilməsi:
kənd təsərrüfatına
dəstək” adlı
tədbir keçirilib.
Tədbiri giriş sözü
ilə Frankfurt məktəbinin
nümayəndəsi Erdal
Kocaoğlu açıb.Daha
sonra isə Azərbaycanın kənd təsərrüfatı nazirinin
müavini Seyfəddin
Talıbov çıxış
edib. O, son zamanlar
Azərbaycanda bu sahədə görülən
işlərdən danışıb:
“Kənd təsərrüfatı
texnikasına marağın
çox olması səbəbindən məcbur
olduq ki, növbəli sistemə keçək. Həmçinin, mineral gübrələrlə
təminatı 70%-ə, məbləği
isə 50 manatdan 80 manata çatdırılmasına
nail olduq”.“Aİ-nin araşdırmasına görə, Azərbaycan regionda gübrədən ən az
istifadə edən ölkədir. Bizdə təxminən hər
hektara 7-10 kq gübrə
düşür. Amma Gürcüstan, Özbəkistan və başqa ölkələrdə bu ən azı 4 dəfə çoxdur”,
- deyə nazir müavini
vurğulayıb.
Zaman.-
2015.- 29.-noyabr.- S. 4