Şərəflə yaşanan ömür
Həmsöhbətim Ü. Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının professoru,
sənətşünaslıq üzrə fəlsəfə
doktoru, qədim Azərbaycan musiqi alətlərinin bərpası
və təkmilləşdirilməsi
elmi laboratoriyasının
müdiri Maya Qafarovadır.
Onun özü təvazökar,
sadə, lakin ləyaqətli insan, təpədən dırnağa
Azərbaycan xanımıdır.
Şərq orta əsr musiqi mədəniyyətində
vaxtilə geniş yayılmış cəng,
Şirvan tənburu, rud, bərbəd, cəqanə, cövür,
rübab, səntur, qopuz kimi musiqi
alətləri hal-hazırda
Maya xanımın rəhbərlik
etdiyi laboratoriyada qorunub saxlanılır. Laboratoriya
1991-ci ildə yaradılmışdır.
Bu sənət ocağının
yaradıcısı bu
yaxınlarda 70 illiyini
qeyd edəcəyimiz mərhum sənətşünaslıq
üzrə elmlər doktoru, professor Məcnun Kərimov idi. Onun vəfatından sonra
laboratoriyaya rəhbərlik
Maya Qafarovaya həvalə
edilmişdir. Beləliklə,
sənətkara ilk sualımız:
- Nələr var Maya xanımın ömür ssenarisində?
- Nələr yoxdur ki... keçmişim, bu günüm, sabahım, valideynlərim,
müəllimlərim, görkəmli
şəxsiyyətlər, işim
və sənətim. Atam musiqiyə, muğama böyük həvəs göstərirdi. Ailədə böyüyən 4 uşağa musiqi təhsili vermişdi.
Evimizdə tez-tez qonaqlıq
olardı. Gələn
qonaqlara biz uşaqlar,
sadə dildə desək, konsert təşkil edirdik. 1990-cı
ildə Ü.Hacıbəyli
adına Azərbaycan Dövlət Konservatoriyasının “Tarix
və nəzəriyyə”
fakültəsinin, Azərbaycan
xalq çalğı
alətləri şöbəsinin
xalq artisti, Şəfiqə Eyvazovanın
və Azərbaycan Xalq Çalğı Orkestrinin Xalq artisti professor Süleyman Ələsgərovun sinfini
bitirmişəm.
Elə həmin ildən
Azərbaycan Dövlət
Konservatoriyası “Azərbaycan
xalq çalğı
alətlərinin dirijorluğu
və orkestrləşməsi”
kafedrasında müəllim
kimi fəaliyyətə
başladım.
Xoşbəxtəm ki, gənc yaşlarımda
tanınmış sənətçilərdən
dərs almış, sonralar isə onlarla çiyin-çiyinə
birgə çalışmışam. Bunlardan
Xalq artistləri Süleyman Ələsgərov,
Tofiq Quliyev, Vasif Adıgözəlov, Hacı Xanməmmədov, Ramiz Mustafayev, Nəriman Əzimov və s.
Hazırda respublikanın Xalq artisti, dünya şöhrətli pianoçu
Fərhad Bədəlbəylinin
rəhbərlik etdiyi sənət məbədində
çalışıram. Bu sənət
ocagında Xalq artistləri Arif Məlikov, professorlar Gülnaz Abdullazadə, Ramiz Quliyev, Yusif Axundzadə və s görkəmli sənətkarlarla çalışıram.
2002-ci ildə sənətşünaslıq
doktoru, professor Ramiz Zöhrabovun rəhbərliyi altında
“Bəstəkar Süleyman
Ələsgərovun Azərbaycan
xalq çalğı
alətləri üçün
əsərləri və
onların interpretasiya
xüsusiyyətləri” mövzusunda
dissertasiya müdafiə
etmişəm. 10-dan artıq
məqalə, 3 metodik tövsiyə,
1 dərs vəsaitinin
müəllifiyəm. Dəfələrlə bakalavr, magistr, disertantların diplom işlərinə, dissertasiya
müdafiələrinə apponentlik
etmişəm. 2002-ci ildən YAP-ın üzvüyəm. 2013-cü
ildə VMA-nın rəhbərliyi, professor, müəllim
heyətinin böyük
etimadı ilə “Azərbaycan xalq musiqisinin nəzəriyyəsi”
kafedrasına professor vəzifəsinə
seçilmişəm.
- Maya xanım, işdəki qayğılar
evə gedib çıxır?
İşin problemlərini evə daşımaqdan heç xoşum gəlmir. İşdə olanda varlığımı
bütünlüklə işə,
ailədə isə evə həsr edirəm.
- Ailənizdə
övladlarınızın tərbiyəsində nəyə
üstünlük vermisiniz?
- Ömür-gün yoldaşım
həkimdir. Iki oğul böyüdürəm.
Tərbiyədə ən vacib olan sadəliyə, səmimiliyə, həqiqətə,
mehribançılığa söykənmişik. Uşaqları da bu ruhda
böyüdürük. Oğlanlarımdan biri mənim
yolumu seçib.
Hazırda Vüqar Məmmədzadə
Bakı Musiqi Akademiyasının bəstəkarlıq
fakültəsinin 1-ci kurs
tələbəsidir.
- Xalqımızın hansı
adət-ənənəsi Sizin
üçün daha vacibdir?
- Ailədə bu dəyərləri qoruyub-saxlaya
bilirsinizmi?
- Dünyanın hansı ölkəsində olsaq da, hansı vəzifədə oluruqsa,
hər zaman azərbaycanlığımızı, etnik kökümüzü
unutmuruq. Zənnimcə,
ən vacibi, ən önəmlisi budur...
- Sizə pislik edənləri bağışlaya
bilirsinizmi?
- Ümumiyyətlə, o həddə
çatdırmıram ki,
o pisliyi görüm.
Ulu Tanrı bağışlayır
və bağışlayanları
qiymətləndirirsə, mən
kiməm ki, bağışlamayım? Hər şeyi həvalə edirəm Ulu Tanrıya.
- Bu məqamda yada düşər xatirələr...
- Ömrüm başdan-ayağa
xatirələrdi. Onların hamısı mənə
əziz və doğmadır ilk yerdə
atalı-analı xatirələr
gözümün önünə
gəlir. Mənə hər
an, hər saniyə edilən dualar. Həyatda o qədər gözəlliklər var ki, hamısı həyatıma əbədi
həkk olub..
- Arzularınız?
- Ana kimi uşaqlarımı Vətənə layiq vətəndaş kimi böyütməyə çalışıram.
Bir sənətşünas
kimi, az
da olsa, deməyə sözüm
var. Arzum budur ki, torpaqlarımız işğalçılardan azad
olsun, bir pedaqoq kimi isə
sabahın tələbələrini
peşəkar musiqiçi
kimi yetişdirmək.
Qoy zəngin tarixi olan xalqımız gözəl, bəxtəvər
yaşasın, sabit-inkişaf
edən Azərbaycanımızın
səsi daha da ucalardan gəlsin.
Şövkət
Hüseynova
H.B.Zərdabi
mükafatı laureatı
Zaman.-2015.-3 oktyabr.-S.13.