Öz əxlaqını
yaşamaq və yadlaşmaq
Əvvəli ötən
sayımızda
Bəzən rifah, zəngin həyat o
qədər cazibəli və güclü olur ki, toplum ona
qarşı müqavimət göstərə bilmir. Əslində rifah yaxşı şeydir və ondan
qaçmağı da kimsə istəməz. Ancaq rifaha
qovuşmaq üçün dəyərlərini satırsansa,
bu artıq böyük bir problemdən xəbər verir. Etiraf
edək ki, bu gün bir çox müsəlman ölkələrində
insanlar zillət içində yaşayırlar. Zillətdən qurtarmaq üçün də rifah səviyyəsinin
daha yüksək olduğu Qərb ölkələrinə
üz tuturlar. Həm də yaxşı bilirlər ki, gedəcəkləri
yerdə öz dinlərini əvvəlki səmimiyyətlə
yaşamayacaqlar, üstəlik də gələcək nəsillər
Qərbin dinini qəbul edə bilərlər. Bir həqiqət
var ki, ortadakı naqislik dinə aid deyil, onu yaşamaq istəməyən
topluma aiddir. Tərixdə də bunun çox
parlaq örnəkləri var.
Romanın zülm və təzyiqinə qarşı xristianlığa
dörd əllə sarılan kütlələr daha sonra bilərəkdən
və ya bilməyərəkdən, Roma həyatından bir
çox yeni anlayışı mənimsəyib dinlərinə
qatdılar və beləcə, bəlkə də uca bir dinin əsasını
alt-üst etdilər. Bu mübadilə fəaliyyəti sonralar da davam etdi və
zavallılar bundan heç cür xilas ola
bilmədilər.
Bir tərəfdən,
o günün məzlum, məğdur (zərər çəkmiş)
kölələri zülm və despotizmdən
xristianlığın himayəsinə sığınarkən,
digər tərəfdən düşmənlərinə aid hər
şeyi istifadə etmə, bir naşılıq və bir
aldanma, bəlkə də, iqbal ehtirasına qapılma kimi
şeylərlə, hər nə olur-olsun, qısa müddətdə
müxtəlif mutasiyalarla özlərinə yad bir mahiyyətə
büründülər və bir daha da özlərinə
qayıda bilmədilər.
Tarix təkrar
olunur: Bu gün də Qərbə qarşı eyni əhval-ruhiyyəni
daşıyan nə qədər millət göstərmək
mümkündür. Bu millətlər istər Qərbin
texnologiyadakı üstünlüyünü, rifah səviyyəsini
əldə edib onlar kimi firavan həyat sürmə
arxasınca olsunlar, istərsə də millətlərinə
xidmətin ancaq bu yolla olacağına inansınlar, onlar
doğmalıqdan uzaqlaşma və öz-özlərini təxrib
etmə yolundadırlar.
Qarşıdakı dünya keçmişdən bu
günə, üstünlüyünü qorumaqdan başqa
heç nə düşünmədi və bu yolda hər yolu
qanuni, hər səbəbi mübah (doğru, uyğun)
saydı. Bu gün də eyni səydədir. Arada bir fərq var, o da; dünənki kölələrin
əvəzinə, bu gün kölələşdirilməsinə
çalışan millətlərin olması və dünənki
kölələrin baş qaldırma müqabilində bu
gün baş qaldıran millətlərin mövcudluğudur.
Bəli, əvvəllər yeri, yurdu, kökü və
keçmişi olan bütün toplumlar, indi bu ziddiyyətli
dünyanın qarşısına çıxma
hazırlığındadır.
Yaxın tarixə qədər insanımız bu ziddiyyətli
dünyaların meydana gətirdiyi qanlı kabuslar önündə
belə, ona daim hüsnü-zənn etmiş və optimizmi
itirməmişdir. Lakin üst-üstə gələn
dünya müharibələri və arxasınca da fəlakətlər
bu qarşıdakı dünyanın “şüuraltı” kin və
nifrətini cücərtmiş və insanımızın
gözünü açmışdır. Artıq
hər kəs ayan-bəyan görür ki, bu dünya hüsumət
və düşmənlikdən başqa bir şey bilmir.
Zəif olduğu dövrlərdə siyasəti ilə,
qüdrətli olduğu dövrlərdə də fəlsəfəsinin
təməl əsası olan: “Haqq qüvvətdədir”
düsturunu rəhbər tutaraq, daim zülm və xəyanət
cəbhəsində olub; daim əzib inlətmişdir.
Dinlər onu tərbiyə edə bilməmiş;
mürşidlər azğın ruhunu uslandırammamış
və könlünə bir damla səmimiyyət iksiri içirə
bilməmişlər.
Bəzən o xristianlığa bir xilaskar kimi
sarılmış və bəzən onun da kifayət etmədiyini
elan edərək başqa məhbub arxasına
düşmüşdür. Xristianlığa
qarşı İntibahı belə bir əhval-ruhiyyə ilə
üzə çıxarıb Alpların zirvəsinə yerləşdirmişdi.
Səlibi bayraqlaşdırıb yer
üzünü işğal etməyə
başladığı zaman nə qədər səmimiyyətsiz
idisə, bir o qədər də yeni bütünə
qarşı süni və qeyri-səmimi idi. O, nə min
bir canfəşanlıqla Anadolunun hər yanını
xaçlıların tapdağına saldığı
dövrdə, nə də dini duyğuları zəncirə
vurub kilsədə həbs etdiyi dövrdə əsla səmimi
olmamışdır.
Onun xristianlığa möhkəm sarılması yeni
bir inanc, yeni bir nizam və yeni bir “dünya-üqba”
anlayışına qarşı qəzəbinin gərəyi,
nəticəsi idi. Bu yeni inanc və sistemlə mübarizədə
xristianlığın da kifayət olmadığını
anlayanda, İntibahla həmbəzm (məclis yoldaşı, kef
yoldaşı) oldu. Bu onun “antik” dövrləri
imdada çağırması, geri qayıdış və
irtidadı (dindən dönməsi) idi. Yəni büdrəyərkən
başqa bir dağıntıya söykənməsi,
ölülərdən mədəd umması və məzarlara
müraciət etməsi idi...
Zavallı
Qərb bu halı ilə özünü
qurtaracağını sanırdı! Əslində,
bu libas dəyişməkdən başqa bir şey deyildi.
Köhnə paltarının yerinə əyninə
keçirdiyi gözoxşayan bir geyimlə əbədi
varlığa qovuşacağına ümid edirdi.
Əfsuslar olsun! O, umduqlarından heç birini əldə edə
bilmədi. Əksinə, bilə-bilə
özünü mürtəcelik bataqlığına
sürüklədi. Bəli, bir qeyz və kin uğrunda
göz görə-görə həm özünü, həm
də başqalarını məhv etdi!
Səlib yürüşləri ilə görmə və
tanıma fürsətini tapdığı yeni din və yeni
dünyanın insanı onu o qədər
ürkütmüşdü ki, mütləq bu dünyanın
payını vermək istəyirdi. Çünki yeni
nizamın ruhundakı müsamihə və
xoşgörünün, onu bir gün Qərbin
qapılarına qədər gətirəcəyini və hakim
edəcəyini düşünür və
düşündükcə də hövsələdən
çıxırdı.
Bəli, o, beləcə fikir götür-qoyu içində
öz dəyərlərini və məsnədlərini (dayaq)
yenidən tənqid etməyə başladı. Və yeni bir
məşuqun axtarışına başladı. Qısa vaxtda da özünü etnoqrafik muzeylərdə
tapdı. Və o gün bu gün bir daha da
könlünü verdiyi o qədim müstəhasələrdən
(torpaq altında qalıb daşlaşmış heyvan və ya
bitki qalığı) xilas ola bilmədi.
Ah, bu nə
öldürücü bir qərardı! Kaş ki, təvazökar
və fəzilətli ola və
qapısına qədər gətirilən bu yeni həyat
iksirindən içə biləydi, indi dünyanın
çöhrəsi tamamilə fərqli olardı! Lakin o, təəssübkeş davrandı və ona
ölümsüzlük müjdəsini gətirən bu şəfqətli
əli qırdı.
Əslində bu döyüş və mübarizə
heç vaxt səmimi və təmənnasız olmayan qatı
bir dünyanın mayası səmimiyyət və fitriliklə
yoğrulmuş yeni bir dünyaya qarşı ürkəkliyinin
göstəricisi idi. Bütün tarix boyu bu belə də davam
edəcəkdi. Qüdrətli olduğu
vaxt son dərəcədə azğınlaşan; zəiflədiyi
dövrələrdə də tamamilə riyakarlaşan və
ruhu süniliklərlə dolu bir dünya əbədi nuru təmsil
edən bir nizamla qətiyyən uzlaşa bilmədi. Və
budur, tarixin qanla yazılmış səhifələri;
buyurun, minlərlə misal meydandadır!
Nəhayət, ictimai təbəddülatlar onu
özünə gətirəcək səviyyəyə
çatdı, lakin bu səfər də illərlə aman vermədən
əzdiyi xilaskarını öz qapısında
boynubükük gördü. Onu əsrlərlə
qıvrandıran mərəz indi də qəfildən bu yeni
dünyaya yoluxmuşdu.
Bu hala düşən bir dünyanın
başqalarına Xızır olması
qeyri-mümkündü. Üstəlik texnoloji üstünlük və maddi rifah
səviyyəsi meyar olar və bu da köməyə
möhtacların əlində olarsa...
Halbuki, bu birtərəflik də bir işə yaramayacaq. Çünki
bir tərəfdən onun yüz illərdir içində
daşıdığı qisas duyğusu ortaya çıxarkən,
digər tərəfdən də daim istismar edilən yeni
dünyada bəzi tərpənişlər görünməyə
başlamışdı.
İndi
iliklərinə qədər qorxu içində tir-tir titrəyən
bu məzlum dünya bir az ürkək, bir
az narahat və bir az da gərgindir. Bəlkə də, partlama
səviyyəsinə gələn bu dünya önümüzdəki
illərdə yeni bir çılğınlıq və yeni
bir macəra mərhələsinə girəcəkdir!
Kaş
ki, bir kin və nifrət küpü kimi əsrlərin qaynayan
bu fitnə alovu “şüuraltı”na qədər
hər şeyini ortaya tökə biləydi. Bəlkə, onda
intibaha gəlməyimiz bir az da sürətlənəcək
və tezliklə qurtuluşu əldə edəcəkdik. Və bu əfsanəvi ruhun dirçəlişi Qərbi
də xilas edəcəkdi.
Bizim dinimiz qurtuluş yoludur. Amma nə yazıq ki,
biz bu həqiqəti anlamaqda da, onu həyatımıza tətbiq
etməkdə də tərəddid içindəyik. Elə buna görə də bu qədər səfalət
yaşayırıq, sıxıntılardan keçirik,
üstümüzə müsibət üstündən
müsibət gəlir. Halbuki, biz onunla
qurtulaşa çıxmalı və başqalarının da
qurtuluşuna səbəb olmalı idik. Amma
anlamırıq, yaşamırıq və bizə baxanlar da
bizim halımıza görə dinimizi tanımağa və
tanıtmağa çalışırlar.
Azərbaycan
Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi
əsasında səhifə
ni hazırladı:
Səməd
İsgəndəroğlu
Zaman.-2015.-6 oktyabr.-S.13.