Dünyanın məşhur müsəlman
alimləri: Hacı Bayram Vəli (3)
Hacı Bayram Vəlinin yazdığı “Leme’at ve Gülşen-i Raz” əsəri Anadoluda sürətlə yayılaraq əhali arasında türk dilində ədəbi əsərlərin yazılmasına, oxunmasına olan həvəsin artmasına səbəb oldu.
Hacı Bayram Vəlinin
türkcə yazdığı
əsərlər saraylara
da yol taparaq
fars dilində
yazılan əsərlərin
yerinin, türk dilində əsərlərin
tutmasında önəmli
rol oynadı. Onun təsiri altında Anadoluda sufilər türk dilində əsərlər
yazmağa, oxumağa başladılar və bu, sonrakı dövrlərdə ənənə
halını aldı.
Hacı Bayram Vəlinin mürdilərindən
olan Yazıcıoğlu
Muhammed, Ahmet Bican, Eşrefoğlu Rumi və digərləri
türk dilndə “Envaru-l Aşıkin”, “Muhammediye”, “Müzekki’n Nüfus” kimi əsərlər yazdılar
və bu əsərlər Anadoluda sadə xalq arasında geniş şöhrət qazandı.
Əziz Mustafa
1Qarşısındakının üsyançı
deyil, nurani və ağıllı biri olduğunu anlayan Sultan II Murad Hacı Bayram Vəlinin ardınca əsgər göndərməsindən
peşman olur və ona ən
əziz qonağı kimi hörmət edir. Sultan II Murad onu bir müddət
sarayda saxladı və bu vaxt
ərzində o hamının
hörmət və rəğbətini qazandı.
O Ədirnədə olduğu
müddətdə məscidlərə
gedərək orada verdiyi vədləri ilə xalqın da dərin rəğbətini
qazandı. Sultan Hacı Bayram Vəlini sarayda saxlamaq istəyirdi. Lakin o razı olmadı və Ankaraya qayıtmaq üçün
israr etdi. Bunu görən Sultan II Murad ona çoxlı miqdarda qiymətli hədiyyə bağışladı.
Ancaq Hacı Bayram Vəli hədiyyələri
götürmədi və
onların yoxsullara paylanmasını istədiyini
söylədi. Lakin Sultan onun
hədiyyələri götürməsi
üçün israr
edirdi. Bunu görən Hacı Bayram Vəli:-Padşahım, əgər
mənə nə isə yaxşılıq etmək istəyirsinizsə,
onda əmr verin tələbələrimdən
vergi tutulmasın,-dedi.
Sultan II Murad dərhal
Hacı Bayram Vəlinin tələbələrindən
vergi tutulmaması və onların əsgərliyə aparılmaması
barədə fərman
imzaladı. Sultan II Murad ondan özü
üçün nəsihət
verməsini də istədi. Hacı Bayram Vəli:- Dövləti idarə edərkən hər kəsin öz yerində olmasına diqqət ver, elm və ürfan sahiblərinə qayğı göstər.
Gənclərə sevgi,
yaşlılara hörmət
et. Xalqla görüşəndə səninlə eyni fikirdə olmayanlara pis münasbət bəsləmə, kinli, xəsis adamlardan uzaq dur. Xalqla yumşaq davran, tam inanmadığın adama sirrini açma. Padşahım, bir də heç vaxt doğru olduğuna əmin olmadığın bir iş haqqında hökm vermə. Hacı Bayram Vəli Ankaraya qayıdandan bir müddət sonra bəzi adamlar onu yendən
şərləmək fikrinə
düşdülər. Onlar Onlar Hacı Bayram Vəlinin yanına çoxlu sayda gənc göndəririlər ki, tələbəsi olsun.
Bundan məqsəd onların əsgərlikdən və
vergidən yayındırılması
və bu yolla hörmətli zatı şərləmək
idi. Hacı Bayram Vəli
tələbələrinin sayının
sürətlə çoxalmağa
başladığını görən kimi məsələni başa
düşər. O bu
yalançı tələbələrdən
yaxa qurtarmaq üçün Ankaranın
Qanlı Göl adlanan yerində bir çadır qurdu. Sonra dedi
ki tələbələri
gəlsin, onları burada qurban kəsəcək.
Bunu eşidən tələbələr
qaçıb dağılışdılar.
Yalnız bir gənc qadın və iki cavan oğlan
qaçmadı. Bunu
görən Hacı Bayram Vəli: - Mənim tələbələrim
yalnız bu üç nəfərdir,
qalanları vergi də verəcək əsgər də gedəcəklər,-dedi.
Bununla da onu şərləmək istəyənlərin niyyəti
boşa çıxdı.
Qeyd etdiyimiz
kimi hacı Bayram Vəlinin ən böyük şagirdlərindən biri
Göynüklü Ağ
Şəmsəddin idi.
Hacı Bayram Vəli həzrətlərinin təhsil və tərbiyəsilə kamillik mərtəbəsinə yüksələn Ağ Şəmsəddin həzrətləri əvvəl Bəybazarına yerləşir. Orada bir məscid, bir də dəyirman tikdirir. Xalqın ətrafına toplanması üzərinə İskilipdən Evlekə oradan da Göynükə gəlib məkan tutur. Bir gün bir adam gəlir və Ağ Şəmsəddinə bir mülk bağışlayır. Ağ Şəmsəddin həzrətləri ona verilən yerin üzərinə gəlincə, təbəssüm edir: “Nə üçün təbəssüm etdiniz?” deyə soruşdular. O da: “Otuz il əvvəl səyahət edərkən, yolum bura düşmüşdü. Görüncə könlüm bura meyl etmişdi. Könlümdən keçən bu arzu, otuz il sonra reallaşdı. Onu xatırladım və onunçün təbəssüm etdim” deyir.
Oturaq həyat təbliği
Müridlərinin əl əməyi ilə özlərini dolandırması üçün bu böyük insan onları əkinçiliklə məşğul olmağa həvəsləndirmiş, eyni zamanda sənət dalınca getmələrinə, gözəl sənətçi olmalarına kömək etmişdir. Onun əslində müridlərini əkinçiliyə həvəsləndirməsi təsadüfi deyildi. Həmin dövrdə Anadoluda yaşayan türklər daha çox köçəri həyat sürür, sənətlə məşğul olmağa həvəs göstərmir, oturaq həyata keçmək istəmirdilər. Hacı Bayram Vəli də məhz bunu nəzərə alaraq müridlərini əkinçiliyə və sənətlə məşğul olmağa həvəsləndirməklə köçəri həyat sürən türklərin oturaq həyata keçməsində əkin-biçinlə məşğul olmasında önəmli rol oynadı. Həmin dövrdə Hacı Bayram Vəli cəmiyyətin yoxsullar və varlılara bölünməsini nəzərə alaraq onlar arasında bundan əmələ gələn ziddiyyətləri aradan qaldırmaq üçün mübarək aylarda müridləri ilə birlikdə Ankaranın ticarət mərkəzlərində dolaşır, dükan sahiblərindən zəkatlarını yığır və onları kasıblara, ərsiz qadınlara, yetim uşaqlara, kasıb tələbələrə paylayırdı. Bununla da Hacı Bayram Vəli hələ o dövrdə Anadoluda böyük bir xeyriyyəçilik məktəbinin əsasını qoymuşdu.
Hacı Bayram Vəlinin gözəl adətlərindən biri də təkkəsində böyük bir qazan qaynatması idi. Bu adəti əslində Xoca Əhməd Yasəvidən gəlirdi. Yəsəvi də eyni ilə təkkəsində qazan qaynadır, qazandakı yeməkdən bura gələn kasıblar, yetimlər, dul qadınlar, imkansızlar, səfərdə olanlar gəlib yeyirdilər.
Türklüyün təbliği
üçün türk dilində əsərlər yazdı
Tarixboyu Şərqdə ərəb və fars dili ədəbi dildə, saraylarda hökmran mövqedə olduğu üçün sadə türklər bu dildə yazılan əsərləri başa düşmürdülər, bu da onların ana dillərində sadə başa düşəcəkləri dildə əsərlər yazılmasını zərurətə çevirmişdi. Hər halda saraylarda yaşayan türk hökmdarlarını da ədəbi dil kimi fars dilindən istifadə edilməsinin yanlış olduğunu başa salmaq, onlara ana, doğma türk dilində gözəl əsərlər yazılmasının mümkün olduğuna inandırmaq lazım idi. Ona görə də Hacı Bayram Vəli əsərlərini türkcə yazmağa başladı. Bu da əslində Xoca Əhməd Yəsəvidən gələn ənənənin Anadoluda dirçəldilməsi demək anlamına gəlir. Böyük ustadın həmin dövrdə türk dilində yazdığı şeirlər Anadoluda sadə xalq arasında böyük şöhrət qazandı. Hacı Bayram Vəlinin yazdığı “Leme’at ve Gülşen-i Raz” əsəri Anadoluda sürətlə yayılaraq əhali arasında türk dilində ədəbi əsərlərin yazılmasına, oxunmasına olan həvəsin artmasına səbəb oldu. Hacı Bayram Vəlinin türkcə yazdığı əsərlər saraylara da yol taparaq fars dilində yazılan əsərlərin yerinin, türk dilində əsərlərin tutmasında önəmli rol oynadı. Onun təsiri altında Anadoluda sufilər türk dilində əsərlər yazmağa, oxumağa başladılar və bu, sonrakı dövrlərdə ənənə halını aldı. Hacı Bayram Vəlinin müridlərindən olan Yazıcıoğlu Muhammed, Ahmet Bican, Eşrefoğlu Rumi və digərləri türk dilində “Envaru-l Aşıkin”, “Muhammediye”, “Müzekki’n Nüfus” kimi əsərlər yazdılar və bu əsərlər Anadoluda sadə xalq arasında geniş şöhrət qazandı.
Hacı Bayram Vəlinin digər xidmətlərindən bir xalqın arasında birliyin təbliğ edilməsi oldu. Həmin dövrdə türklər arasında bəzən əsassız, heç bir səbəb olmadan boş, mənasız şeylərə görə çəkişmələr düşür və bu əksər hallarda qanla, ölümlə nəticələnir, böyük bir tayfanın məhv olmasına, günahsız insanların ölümünə yol açırdı. Sonra bu qan davası əsrlərlə davam edirdi. Buna son qoymaq üçün Hacı Bayram Vəli bütün imkanlarından istifadə edərək qan davasını aradan qaldırmağa çalışdı. O dəfələrlə tayfalar arasında qan davasının aradan qaldırılmasına nail oldu. Buna səbəb olan amillərin aradan qaldırılması üçün özünə yaxın olan bütün adamları səfərbər etdi.
Güclü ailə güclü
dövlət deməkdir
Hacı Bayram Vəli qüdrətli dövlətçiyin əsasında güclü ailənin dayandığını dönə-dönə vurğulayır, cəmiyyətin mənəvi baxımdan təmiz, saf insanlardan ibarət olmasında ailənin böyük rol oynadığını söyləyirdi. O deyirdi ki, ailələrdə saf tərbiyə, ər-arvad arasında mehriban münasibət sağlam nəslin yetişməsində önəmli məsələlərdən biridir. Ona görə də bu böyük insan ailənin saf təməllər üzərində qurulmasının vacibliyini qeyd edirdi. Onun bununla bağlı apardığı təbliğat Sultanın da qulağına gedib çatmış, o Hacı Bayram Vəliyə dövlətçiliyə xidmət edən fəaliyyətinə görə təşəkkür etmiş, onu o dövrünün ən böyük övliyası adlandırmışdı.
Hacı
Bayram Vəli insanları məhrumiyyətlərə dözməyə
çağırır, Allahın yazdığı alın
yazsının pozulmaz olduğunu,
əlinin əməyi ilə qazanılan saf
ruzinin haram yollarla əldə edilən tonlarla
qızıl-gümüşdən daha dəyərli
olduğunu, insanların o
dünyaya Allahın hüzuruna yalnız
kəfənlə gedəcəyin, idünya
malının dünyada
qalacağını, fani dünyadansa
axirət dünyasını daha üstün tutulmasının vacibliyini
vurğulayırdı. Onun bu
tövsiyələri öz növbəsində
əhali arasında geniş yayılaraq saf, mənəvi baxımdan yüksək
bir cəmiyyətin formalaşmasına
verilən əvəzsiz töhfə oldu.
Zaman.-2015.-7 oktyabr.-S.9.