Əvvəllər zülm, küfr, fanatizm bu qədər dərinə kök atmamışdı

 

Bir vaxtlar bizim dünyamızda hər şey rəngarəng və hər şey çox dərindi.

 

 Belə ki, bu aləmdə hər zaman möhkəm bir dünyəviliklə yanaşı, əngin bir üxrəvilik (axirətə meyl, bağlılıq) də gözə çarpardı. Onun ab-havasına girənlər, idrak səviyyələrinə görə buranı İlahi aləmlərlə birgə yaşar və özlərini bu ənginliyin pərvazlanan göyərçinisanardılar. Ümumi ab-hava bəzi mənfiliklərlə qararsa da onun atmosferində heç vaxt narahatedici sis-duman görünməzdi. Üstəlik indiki səviyyədə çirkaba da bulaşmamışdı... Bəzən üfüqümüzü buludlar və ictimai sarsıntılar bürüsə də, arxasınca buna bənzərxoşagəlməz hadisələrə səbəb olan şiddət, hiddət, qəzəb sönər və yenidən könüllər arasında ruhi münasibət bərpa olunar, hər şey bir daha öz yerini tutardı.

 

O vaxtlar zülm və küfr bu qədər açıq, bu qədər bayağı, fanatizm və təəssübkeşlik də bu qədər dərinə kök atmamışdı. Hər kəsdə və hər təbəqədə müəyyən qədər insan olaraq yaradılışın şüuruna bağlı bir mərhəmət və şəfqət hissi hakimdi. Bəzən buinsanlarda da müəyyən səbəb və amillərlə bağlı müxtəlif tündməzaclıq və fəvəranlar (coşma, şiddət), coşub-daşmalar olsa da, sonra dərhal “hilmü silm” (həlimlik, sülh, əmin-amanlıq) havası hakim olar; səbir öz gücünü ortaya qoyar və bir az öncəki ifrata varanfəvəranların yerini də bir mülayimlik süslərdi.

 

Bu belə idi, çünki bu dünyanın insanları hər kəsi özü kimi düşünür, başqalarından umduqları hörmət nisbətində və bundan daha çox onlara ehtiram göstərməyə çalışır, bir az da irəli gedərək, onların sevinc və kədərini bölüşür və istəyən hər kəsə qəlblərininqapılarını taybatay açardılar. İnsaflı idi onlar, ədalətə əhəmiyyət verər və haqqı ayağa qaldırmaqda yarışa girərdilər. Bəli, onlar, əvvəlcə öz millət və xalqına, sonra da bütün insanlığa qarşı fövqəladə adil və mərhəmətli idilər; hətta dara düşən qurd-quş onlarınşəfqətinə, mərhəmətinə sığınardı. Nə öz aralarında, nə də başqalarına qarşı qətiyyən səs-küy qoparmaz və hərc-mərclik çıxaranları da əvvəlcə diplomatik yolla, sonra da insani bir zəcrlə (yasaq, qadağa) yola gətirməyi çox yaxşı bilirdilər.

 

Bağrında yetişdikləri mədəniyyətlə yanaşı, öz ruh və məna köklərinə bağlılıqları, adət-ənənə və dini dəyərləri mənimsəmə sayəsində çox vaxt özlərini əhli-cənnətlə birlikdə və Cənnət yamaclarında xəyal edər, hər anını o aləmin mülahizəsi ilə yaşayar,üfüqlərinə yağan cənnət nemətlərindən bihuş olub qanad açar və talelərinə təbəssüm saçardılar. əslində onların belə gözəl görüb gözəl düşünmələri ən xoşagəlməz hadisələrin arxasında belə gözəlliyin olduğu inancından qaynaqlanırdı. Beləliklə də onlar çirkinliyəbaxıb yolda büdrəmək əvəzinə, imkan daxilində hər şeyin gözəl yönlərini görməyə səy göstərər, cəmiyyətə zərəri olmayan çirkaba göz yumar, onun-bunun qüsur və ayıbları ilə məşğul olma kimi səviyyəsizliyə enməz; yıxılanlara əl uzadar və bir qibləgah kimi hər kəsəinsani üfüqü göstərməyə çalışardılar. Belə idilər, çünki onlar, hal-hazırda bəzilərimizdə olduğu kimi, köklərindən qopmamış və öz dəyərlərinə qarşı da yadlaşmamışdılar. Onların gözündə maddə və məna, dünya-üqba, ruh və cəsəd kimi vəhdət içində idi, birindənbaxanda o biri, o birindən baxanda da bu biri görünərdi.

 

Bəli onlar, bu ruh və fikir zənginliyi sayəsində əsla tərəddüdə düşməz, elm-din mübahisəsi ilə məşğul olmaz, fizika və metafizikanı bir-birinə zidd mütaliə etməz və din-dünya fərqliliyinə baxmazdılar. əksinə, bunların hər birini eyni həqiqətin iki müxtəlif üzükimi görər və hər şeyi, hər kəsi barışdırmağa açıq olan işıqlı üfüqlərinin ənginliyində hər an hüzurla nəfəs alıb-verərdilər. Bu qədər geniş dünyagörüşlü o təmiz vicdanlı insanlar varlıq, əşya və hadisələri həmişə düzgün şərh etmələri nəticəsində, görüb duyduğundan,duyub dəyərləndirdiyindən könüllərə axan məna və məzmunlarla rəngarəng naxışlar hörər və hər an ilahi dərinliklərdə qanad çalardılar və hər şeyin, hər kəsin dilindən fərqli nəğmələr dinlər və varlığın bağrından fışqıran bir şeir və bir sevgi tufanı ilə məst olardılar.

 

Hər zaman öz milli dəyərlərini qoruyan və köklərinə sadiq qalmağa qərarlı bu gözəl üzlülər, atalarından miras aldıqları dəyərlərlə o qədər bütünləşmişdilər ki, keçmişi indiki zamanla yaşar, indiki zamanı sərmayə kimi dəyərləndirər, gələcəyi də ümid, iman vəəzmə əmanət edərək, onu gerçək bir həqiqət kimi görərdilər.

 

O günlər, bizim qızıl günlərimizdi... Və gecəsi-gündüzü, baharı-yazı, payızı-qışı ilə hər şey milli ruh ətrafında dönürdü. Bizə aid olan o günlərdə hər mövsüm ayrı bir gözəlliklə ruhlarımızı oxşayar, hər gün və gecə də mərasim  ab-havası ilə hissiyyatımızda taxtqurardı.

 

Əfsuslar olsun ki, o günlər bir-bir qaraldı, o gözəlliklər də arda-arda saralıb soldu və hər yan yeni bir bahara əmanət qoyub payıza təslim oldu, əfsuslar olsun ki:

 

 

 

“Badi-xəzan əsdi, bağlar pozuldu

 

Gülüstanda məxmər güllər qalmadı

 

Budaqlar qırıldı, barlar töküldü

 

Əl atacaq belə dallar qalmadı!”

 

                           M. Lütfü Əfəndi

 

Görəsən bizə bixəbər nəzərmi dəydi, yoxsa yenə də şeytanın toruna düşdükə! Toruna düşüb dəyişdirmə kimi bir missiyamızın əksinə, özümüz dəhşətli bir dəyişikliyə və çevrilişəmi məruz qaldıqə Düşüncələrimiz şeytani nəzəriyyələrlə dopdolu, dilimizdə bizəyad nəğmələr, ifadələrimiz fövqəladə kirli... Düzü, ciddi şəkildə yadlaşaraq, özümüzdən uzaqlaşdıq və “köhnə-təzə” deyib bir-birimizi gəmirən qurda döndük. Düşüncələrimiz daim kin və nifrət saçır, mülahizələrimiz şeytanın vəsvəsələri ilə eyni, qərarlarımız da eləbuna görə verilir. Oturub-durub nifaqı körükləyirik, ətrafımızı yaxıb-dağıtmağı məharət sayır və planlarımızı ixtilaf və iftiraq üzərində qururuq. Öz doğma qardaşımıza da insafımız qalmayıb, öz xalqımıza şəfqətimiz yox olub. Bəzən kiçik bir mənfəət mülahizəsi, və yaşan-şöhrət sevdası ən yaxın dostlarımızla münasibətimizi kəsib atmağa kifayət edir.

 

Günümüzdə çoxumuz üçün demaqogiya ən sevilən yol və etibarlı iş sayılır. Dialektikada isə, düzü, bizə çatan olmaz. Elə ifadə tərz və üslubumuz var ki, ağzımızı hər açanda qəlb qırır və bir çox insanın qanına giririk. Adi hala döndü, bəzilərimizin din vəmüqəddəsata ötəri yanaşması, rahatlıqla, yüz min dəfə haşa, Allaha hücum edirlər; Peyğəmbərə dil uzadıb Onun şəninə layiq olmayan sözlər söyləyirlər. Kəbə, Rövzə deyib yerli-yersiz söz atırlar. Bu baxımdan deyilə bilər ki, o dövrün tiranları belə dinə-diyanətəhörmətsizlikdə bu qədər dərinə getməmişdilər. Bəli, Fironlar, Nəmrudlar belə heç vaxt bu qədər səviyyəsizliyə enməmişlər. Köhnə-təzə diktatorların, tiranların ağızları heç vaxt bu qədər yırtıq, düşüncələri bu qədər kirli və bəyanları da bu qədər səviyyəsizolmamışdı. Həmçinin, o dövrün o qəddar simalarından bəziləri ilahlıq iddiasını daşısalar da, rəqiblərinə ifadə imkanı vermiş və onları dinləmə alicənablığını göstərmişlər.

 

Kaş ki, aramızdakı bəzi Allah, Peyğəmbər düşmənləri də belə insaflı olaydılar. Və kaş ki, bu kirli ağzı göyçəklər dövrümüzün despotlarını deyil, şanlı keçmişimizin nurlu şəxsiyyətlərini nümunə götürə biləydilər!.. Lakin kim bilir, bəlkə də, bu qədər tənəzzül vəsüqutdan sonra bir gün biz də öz milli üslubumuzu tapar və yenidən öz dərinliyimizə dalarıq!

 

Şair Rəhmi demişkən: “Gün doğmadan məşiməi-şəbdən nələr doğar”

 

 Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Xəyalə Sadıqova

 

Zaman.-2015.-10 oktyabr.-S.13.