Azərbaycan tarixən etnik
müxtəliflik məskəni olub
İslamaqədərki dövrdə Azərbaycanda konfessional
durum özünün rəngarəngliyi
ilə seçilmiş,
ölkənin cənub
torpaqlarında əhali
əsasən zərdüştlüyə
və xristianlığın
nestorian məzhəbinə
sitayiş etsələr
də Qafqaz Albaniyasında əhalinin cüzi hissəsi politeist dinlərə itaət etsə də, lakin böyük hissəsi xristianlığın
diofizit və monofizit məzhəblərini
qəbul etmişdi.
Ərəb xilafəti dövründə,
islamın yayılması
Azərbaycanın bütün
bölgələrində eyni
zaman ölçüsündə
baş vermişdi.
Zərdüştlüyün və bütpərəstliyin
geniş yayıldığı
ərazidə, Azərbaycanın
cənub torpaqlarında,
daha sonra Mildə, Muğanda, Kaspi sahillərində, Kür və Araz çayları boyunu əhatə edən ərazilərdə
islam dini
sürətlə yayılmışdı.
Lakin Arsax, Uti, Kambisena vilayətlərində yaşayan
əhali xristian kitab əhli olduğu üçün
ərəblər onların
dini etiqadına dözümlə yanaşmışdılar.
XX əsrin əvvəllərində
görkəmli etnoqraf
Vəliyev (Baharlı)
göstərmişdi ki,
Azərbaycan etnoqrafik muzeydir. Hal-hazırda Azərbaycan Respublikası
məkanında 80-dən çox
azsaylı xalq yaşayır. Bu azsaylı xalqlar qafqazdili, irandilli, türkdilli qruplara aid olub, ölkə əhalisinin etnokonfessional tərkibinə daxildirlər.
Onların sırasında udiləri,
ingiloyları, xınalıqları,
qırızları, buduqları,
tatları, talışları,
rusları, ləzgiləri,
yəhudiləri və
digərlərini göstərmək
olar. Bu azsaylı
xalqların bir hissəsi Azərbaycanın
köklü əhalisi
olub, başqa bir hissəsi isə tarixin müxtəlif mərhələlərində
baş verən sosial-siyasi proseslərin nəticəsi olaraq ölkə torpaqlarında
məskunlaşmışlar. Azsaylı xalqlardan, alban soylarından olan udilərə diqqət yetirərək göstərmək
lazımdır ki, müasir udilərin birbaşa əcdadları sayılan utilər haqqında e.ə. V əsrdə yaşamış
qədim yunan müəllifi Herodot özünün “Tarix” əsərində məlumat
vermişdir. E.ə. I
əsrdə yaşamış
Strabon da “Coğrafiya” əsərində
Qafqaz Albaniyasında yaşamış 26 yerli alban soyunun arasında
udilərin adını
göstərmişdir. Udilər əsasən Qafqaz Albaniyasının Uti və Arsax vilayətlərində
yaşamışlar. Alban soylarından olan ingiloylar da diqqəti
çəkir ki, onlar Qafqaz Albaniyasının
Kambisena vilayətində
yaşamış, erkən
orta əsrlərdə
xristianlıq Qafqaz Albaniyasında yayılarkən,
udilər kimi xristianlığı qəbul
etmişlər.
İslamaqədərki dövrdə Azərbaycanda konfessional
durum özünün rəngarəngliyi
ilə seçilmiş,
ölkənin cənub
torpaqlarında əhali
əsasən zərdüştlüyə
və xristianlığın
nestorian məzhəbinə
sitayiş etsələr
də Qafqaz Albaniyasında əhalinin cüzi hissəsi politeist dinlərə itaət etsə də, lakin böyük hissəsi xristianlığın
diofizit və monofizit məzhəblərini
qəbul etmişdi.
Ərəb xilafəti dövründə,
islamın yayılması
Azərbaycanın bütün
bölgələrində eyni
zaman ölçüsündə
baş vermişdi. Zərdüştlüyün
və bütpərəstliyin
geniş yayıldığı
ərazidə, Azərbaycanın
cənub torpaqlarında,
daha sonra Mildə, Muğanda, Kaspi sahillərində, Kür və Araz çayları boyunu əhatə edən ərazilərdə
islam dini
sürətlə yayılmışdı.
Lakin Arsax, Uti, Kambisena vilayətlərində yaşayan
əhali xristian kitab əhli olduğu üçün
ərəblər onların
dini etiqadına dözümlə yanaşmışdılar.
Azərbaycanda qorunub saxlanılan
alban-xristian abidələri
xalqımızın
tarixi yaddaşı üçün bir sübutdur
Tarixin faciəvi dönüşü
ölkə əhalisinin
ayrı-ayrı bölgələrinin
etnokonfessional inkişafını
müxtəlif səmtlərə
istiqamətləndirmiş və
eyni soya, kökə, tarixə malik əhali konfessional amil əsasında bir-birinə yadlaşmış
və “din ayrı qardaş” aforizmi söz lüğətimizə
daxil olmuşdur.
Azərbaycan xalqının tarixən yaşadığı konfessional
təkamülü ona
polikonfessional mədəniyyət
çalarları gətirmişdir. Ölkə
ərazisində zərdüştlük,
xristian, islam
abidələri qorunub
saxlanılır. Azərbaycan Respublikasının
şimal-qərb, cənub-qərb
bölgələrində qorunub
saxlanılan alban-xristian
abidələri xalqımızın
tarixi yaddaşı üçün bir sübutdur ki, Azərbaycan torpaqları yalnız Azərbaycan tarixinə məxsusdur.
Əcdadlarımızın yaşadığı tarixi yol multikultural
ənənələrin yaranması
üçün zəmin
olub, Azərbaycan xalqında tarixən konfessiyalara olan tolerantlıq mədəniyyətini
formalaşdırmışdır.
Rusiya imperiyasının
apardığı köçürmə
siyasəti nəticəsində
XIX əsrin birinci otuzilliyində ermənilər
İran və Osmanlı dövlətlərindən
kütləvi şəkildə
Şimali Azərbaycan
torpaqlarına köçürülmüşlər.
Rusiya imperiyasının müstəmləkə
siyasəti: köçürmə,
ruslaşdırma,
xristianlaşdırma
XIX - XX əsrin əvvəllərində
Rusiya imperiyasının
Şimali Azərbaycanda
apardığı müstəmləkə
siyasətinin tərkib
hissəsi olan köçürmə siyasəti
nəticəsində ölkə
əhalisinin etnik nomenklaturasında demoqrafik
dəyişikliklər baş
verdi. Belə
ki, XIX əsrin birinci otuzilliyində Türkmənçay və
Ədirnə müqavilələri
bağlandıqdan sonra
Rusiya imperiyası işğal etdiyi Azərbaycanın şimal
torpaqlarında özünün
siyasi hakimiyyətini bərqərar etmək, işğal etdiyi müsəlman ölkəsində
konfessional dayaq yaratmaq məqsədi ilə əhalinin 90%-dən çox müsəlman olduğu ölkənin etnik nomenklaturasında xristian elementinin çəki yükünün artırılmasını
əsas götürüb,
qeyri-köklü xristian
etnosları ölkəyə
köçürməyə başladı. Bu siyasətin
mahiyyəti, vətən
torpaqlarını imperiya
coğrafi çərçivəsində
əridib, burada yadelli, yaddilli, yaddinli etnosları yerləşdirib, bölgədə
özünə sosial
dayaq yaratmaq idi. Köçürmə siyasətini apararkən,
Rusiya hakim dairələri
ermənilərə böyük
ümidlər bəsləmiş
və hakimiyyətin bu mövqeyini P.D.Sisianov belə izah etmişdi ki, ermənilər xristian olduqları üçün öz şəxsi mənafeləri
naminə rus hökumətinə sədaqətlidirlər
və Rusiya dövlətinin yeni ərazilərdə hökmranlığının
bərqərar olmasını
görmək istəyirlər.
Nəticədə, 1828-1830 -cü illər ərzində İran və Osmanlı dövlətlərindən 120 minə
yaxın erməni Şimali Azərbaycan torpaqlarına köçürülür
və onlar əsasən İrəvan,
Naxçıvan, Ordubad,
Qarabağ torpaqlarında
yerləşdirilirlər. Azərbaycan
tarixinin sonrakı mərhələlərində də
ermənilərin ölkəyə
köçmələri davam
etmiş və XX əsrin əvvəlləri
üçün onların
çəki yükü
ölkə əhalisinin
etnik nomenklaturasında
32.65%-ə çatmışdı, halbuki XIX əsrin birinci otuzilliyində ermənil-qriqoryanların çəki
yükü Şimali Azərbaycan əhalisinini
9%ni təşkil edirdi
ki, onların əksəriyyəti qriqoryanlaşmış
albanlardan ibarət idi.
Xüsusi
olaraq “Zaman-Azərbaycan”
üçün Siyasi
elmlər üzrə fəlsəfə doktoru Asim Məmmədov
Ardı
növbəti sayımızda
Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyəsi əsasında
səhifəni hazırladı:
Vüqar Nəbiyev
Zaman.-2015.-17 oktyabr.-S.13.